|
Türkiyə lirəsi ABŞ dolları qarşısında bir az da güclənib.
Axar.az xəbər verir ki, hazırda 1 ABŞ dolları 5.28 lirəyə, 1 avro isə 6.04 lirəyə satılır.
Buna səbəb kimi dolların dünya bazarında zəifləməsi göstərilir.
Ekspertlər dolların zəifləməsinin davam edəcəyini proqnozlaşdırır. Onlar hətta lirənin daha da güclənəcəyini, 1 dolların 5.10 lirəyə bərabər olacağını ehtimal edirlər.
Qeyd edək ki, Türkiyədə dolların 5,3-ə qalxması "kritik səviyyə" hesab olunurdu.
Axar.az problemli kreditlərə güzəştin verilməsi məsələsi ilə bağlı iqtisadçı alim Vüqar Bayramovun müsahibəsini təqdim edir:
- Kreditlərə güzəştin tətbiq edilməsi mümkündürmü? Əgər mümkündürsə, bu, hansı formada ola bilər?
- Gürcüstan hökumətinin problemli kreditlərin bağışlaması qərarından sonra belə bir addımın Azərbaycanda tətbiqi imkanları xüsusi ilə müzakirə edilir. MDB-də ipoteka keditlərinə güzəşt tətbiq edən Qırğızıstanla yanaşı, Rusiya da problemli kreditlərin həllində daha yaxşı təcrübəyə malik olan ölkələrdən hesab edilir. Belə ki, Orta Asiya ölkəsində bağışlanan məbləğ az olsa da, şimal qonşumuz kifayət qədər böyük məbləğdə kredit faizlərini silmişdi. Xarici valyutalarda olan kreditlərə güzəştin tətbiqinin tərəfdarı kimi mən hələ 2015-ci ilin aprelində “üçtərəfli güzəşt mexanizmi” ilə bağlı təkliflərimi hökumətə təqdim etmişdim.
- Xarici valyutada olan kreditlərə güzəşt necə tətbiq oluna bilər?
- 2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğlərinin həcminin azaldığını nəzərə alsaq, fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Yəni 2015-ci ildə üçtərəfli güzəşt mexanizmi aktual idisə, indi ikitərəfli yanaşma daha uyğundur. Çünki əvvəl təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödənişlər ediblər. Məsələn, 1 dollar 0.78 manat məzənnəsi ilə 30 faizlə 10 000 min dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə, devalvasiyalardan sonra bu rəqəm 22 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edilən zaman Mərkəzi Bank sözügedən kredit üzrə 11 960 manatı qarşılayır, kredit borcu olan isə 10 140 manat öhdəliyini yerinə yetirir.
- Manatla kredit götürülən kreditlərə güzəştin tətbiq edilməsinə ehtiyac varmı?
- Fərqli formada olsa da, milli valyutada olan kreditlərə də güzəşt tətbiq edilə bilər. Belə ki, devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Nəticədə manatla kreditin qaytarılması üçün ailə büdcəsindən ayrılan məbləğin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır. Məsələn, 30 faizlə 10 000 min manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir.
- Xarici valyutada kredit götürüb və artıq öhdəliyini tamamlayan vətəndaşlar üçün bu halda hansı güzəştlər tətbiq edilə bilər?
- Devalvasiyadan 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımıza digər stimullaşdırıcı tədbirlər tətbiq edilər bilər. Məsələn, onlar yenidən kreditə müraciət edən zaman daha aşağı faizli borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür.
- Güzəştin tətbiq olunması üçün maliyyə imkanlarımız varmı?
- Kompensasiyasının təklif olunması üçün ölkəmizin maliyyə imkanları var. Bu, birdəfəlik ödənişdir və bu baxımdan da hökumət üçün gələcək öhdəlik yaratmır. Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748 milyon manatdır. Bu isə o deməkdir ki, hətta qeydiyyata düşməyən problemli kreditlərin də məbləğini nəzərə alsaq, öncə təklif edilən istiqamətlər üzrə güzəştlərin məbləği təxminən 1 milyard manat olacaq. Mərkəzi Bankla yüksək faizli kreditlərdən faydalanan bankların bu məbləği qarşılamaq imkanı var.
- Güzəştlərin tətbiqi devalvasiyalardan sonra kredit götürən vətəndaşlarda borcu qaytarmaqla bağlı arxayınlıq yarada və bu da gələcəkdə növbəti problemlərə səbəb ola bilərmi?
- Problemli kreditlərin həlli üçün 2008-ci ildən sonra 441 milyard dollara yaxın vəsait xərcləyən ABŞ təcrübəsi daxil olmaqla, digər tərəflərin praktikası göstərir ki, güzəştlərin tətbiqi digər çətinliklər yaratmır.
İlin sonuna qədər iki önəmli hadisə baş verəcək və bununla da neft qiymətlərinin uzun müddət hansı aralıqda qalacağı müəyyənləşəcək.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
“Birincisi, dekabrın əvvəlində Vyanada OPEK toplanacaq. Belə ki, neft bazarları növbəti dəfə hasilatın azaldılması ilə bağlı qərarın verilib-verilməməsindən asılı olacaq. Böyük ehtimalla, belə bir qərar qəbul olunmayacaq. Çünki hələ ortaq məxrəcə gəlinməyib. İkincisi, dekabrda həm də ABŞ-da FES-in növbəti faiz artımı qərarı gözlənilir. Faiz artımı qərarının qəbul olunması ehtimalı çox yüksəkdir. Bu iki hadisə baş versə, yəni OPEK hasilatı azaltmasa və FES faiz artımına getsə, neft qiymətləri ilin sonuna qədər təqribən 50-55 dollar civarında olacaq”, - ekspert bildirib.
Qeyd edək ki, ötən gün dünya birjalarında neft qiymətlərində kəskin ucuzlaşma olsa da, sonradan nisbi bahalaşma qeydə alınıb.
Hazırda “Brent” markalı neftin bir barreli 63,34, VTİ markalı neftin bir barreli isə 54,27 dollara satılır.
Neftin bir barrelinin qiyməti 35 dollara düşərsə, Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib.
O bildirib ki, risk ssenarisinə görə 2019-cu ildə neftin bir barrelinin qiyməti 35 dollara düşə bilər: “Əgər bu reallaşarsa sanksiyaların da təsiri ilə 2019-cu ildə Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar”.
Gələn il neftin qiymətinin 55 dollar/barrel səviyyəsinə düşməsini ən mümkün ssenari kimi qiymətləndirdiklərini bildirən E.Nabiullina deyib: “Bu vəziyyətdə 2019-cu ildə Rusiyada iqtisadi artım nisbəti 1,1 ilə 1,7 faiz səviyyəsinə geriləyər. Neftin bir barrelinin qiyməti 75 dollar səviyyəsində qalarsa bu, büdcə üçün yaxşı olar, iqtisadi artım isə 1,5 və ya 2 faiz yüksələr”.
Venesuelanın neft naziri Manuel Kevedo gələn il yanvarın 1-dən OPEK-in prezidenti vəzifəsinin icrasına başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə Venesuela hökumətinin bəyanatında deyilib.
Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə bu məsələ ilə bağlı bir sıra görüşlər keçirib.
Qeyd edək ki, hazırda OPEK-in rəhbəri Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Süheyl Məhəmməd Fərəc Məzruidir.
Neft qiymətlərində yenidən ucuzlaşma müşahidə edilir.
Axar.az xəbər verir ki, dünən günün sonuna doğru 66 dollarda sabitləşən “Brent” markalı neftin bir barreli hazırda 65,88 dollara satılır.
VTİ markalı neft də 0,3 dollar ucuzlaşma ilə günə başlayıb və indi 55,97 dollara təklif edilir.
Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri “Büdcə sistemi haqqında” Qanundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub.