![]() |
|
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, son 1 ildə İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 9,2% artıb.
ÜDM istehsalının 52,7%-i sənaye, 8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 %-i tikinti, 1,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,3%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 49,8% artaraq 12 064 manat olub.
Dövlət Gömrük Komitəsinin (DGK) dərmanların qiymətinə təsiri yoxdur, olsa da cüzidir.
Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Bir çox hallarda dərmanları külli miqdarda buraxa bilmirik. Məsələn, aspirinin nə qədər gətirilməsinə heç bir gömrükçü etiraz etməyəcək. Ancaq elə dərmanlar var ki, ona nəzarət etmək lazımdır.
Qiymət məsələsinə gəldikdə, dərmanların qalxmasında gömrüyün rolu yoxdur. Bildiyim qədəri ilə, apteklərdə dərmanlar Tarif Şurasının müəyyən etdiyi həddən yuxarı satılmır. Əgər bu baş verirsə bu başqa məsələdir", - Ş. Bağırov deyib.
Nazirlər Kabineti “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün ölkə vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Təsdiq edilmiş Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunmuş və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 %-inin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilib.
Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, ölkə vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcək.
ABŞ-yə gələn əsas boru kəmərinin bağlı qalması və dünyanın ən böyük xam neft istehlakçısında təkliflə bağlı narahatlıqlar nefti bahalaşdırıb.
"Brent" markalı neft fyuçersləri 1,16 dollar və ya 1,5% bahalaşaraq 79,15 dollar/barelə, ABŞ-ın Qərbi Texas (WTI) xam neft fyuçersləri isə 1,05 dollar və ya 1,4% artaraq 74,22 dollar olub.
Hər iki müqavilənin dəyəri əvvəlki sessiyada 2%-dən çox artıb.
ABŞ-a gündəlik təqribən 620 min barel Kanada xam neftini daşıyan "TC Energy Corp"un (TRP.TO) "Keystone" boru kəmərinin bağlanması təklifin daralmasına səbəb olub.
Qeyd edək ki, "Keystone" kəməri dekabrın 7-də ABŞ-ın Kanzas ştatında 14 min barel sızıntısı aşkarlanmasının ardından bağlı qalıb.
Həmçinin Prezident Vladimir Putinin cümə günü Rusiyanın hasilatı azalda biləcəyini deməsindən sonra Rusiya neft hasilatı ilə bağlı narahatlıqlar yaranıb və bu da qiymətlərə təsir edib.
2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 101,2%, ötən ilin noyabr ayı ilə müqayisədə 120,1% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata əsasən, ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, azalma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə yerüstü piyada keçidlərinin inşası davam etdirilir.
Bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-lik hissəsində inşa olunan yeni yerüstü piyada keçidinin tikintisi artıq yekunlaşmaq üzrədir.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39 metr, eni 3.5 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılır. Həmçinin videomüşahidə qurğuları quraşdırılır ki, bu da fasiləsiz nəzarətə imkan yaradacaq.
Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 və 18.5-ci km-lik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib.
Hazırda sözügedən magistral yolun 20.2 və 21.5-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
Parlament “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 773 978 min manata, büdcə xərcləri isə 33 353 278 min manata çatdırılıb.
Büdcə kəsiri və icmal büdcənin gəlirləri və xərcləri isə dəyişməyərək əvvəlki səviyyədə qalıb.
Avropa Birliyi (AB) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır.
AB-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, investisiyalar iqtisadi investisiya planı çərçivəsində ayrılacaq.
"Bu gün Avropa Birliyi və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndiric orqan Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), habelə AB-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə AB-nin dəstəyi ilə prioritet investisiyaları “Team Europe” ruhunda istiqamətləndirərək müəyyənləşdirəcək. Bu, ölkəyə 2 milyard avroya qədər investisiya cəlb etmək üçün Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək”, - AB-dən bildirilib.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib ki, İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycan ilə sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir:
“İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb”.
"Yol-xeber.az" xəbər verir ki, 1.Zığ qəsəbəsində İdris Süleymanov küçəsi təmir edilir-29 Noyabr
2.Bakı dairəvi avtomobil yolunun mühafizə zolağında 2000 ədəd ağac əkilib-29 Noyabr
3.H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun yenidən qurulması yekunlaşıb-30 Noyabr
4.Prezident İlham Əliyev Cəlilabad rayonunda avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb-30 Noyabr
5. Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir-1 Dekabr
6. Cari ildə Nərimanov rayonu üzrə 7.6 km uzunluğunda küçə təmir olunub-2 Dekabr
7.Prezident İlham Əliyev Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib-2 Dekabr
8. Yasamal rayonunda Fərid Ələkbərov küçəsi əsaslı təmir edilir-5 Dekabr
Azərbaycanda 500 manatlıq pul əsginaslarından istifadə edən vətəndaşlar bəzən müəyyən problemlərlə üzləşirlər. Belə ki, bəzi market və mağazalar bu pulun dövriyyədə olmadığını, bəzən isə bu pulu götürməyə ehtiyat etdiklərini bildirirlər.
Azərbaycan Respublikasının Mərkəzi Bankından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində 500 manat nominallı xatirə pul nişanı tədavülə buraxılıb:
"Qeyd edək ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir".
Mərkəzi Bankdan həmçinin açıqlanıb ki, tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır:
"Bununla əlaqədar, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Bildiririk ki, tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılır. Tədavülə isə yalnız yararlı pul nişanları buraxılır".