"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.

Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,1% artaraq 1,7329 manat, Rusiya rublunun məzənnəsi 1,1% geriləyərək 0,0275 manat, türk lirəsi 0,1% ucuzlaşaraq 0,0947 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaxın vaxtlarda yeni mobil tətbiqini istifadəyə verəcək.

Bu barədə qurum xəbər verir.

Məlumata görə, onunla elektron bilet almaq mümkün olacaq. Bundan başqa, elektron bileti ADY-nin rəsmi səhifəsi vasitəsi ilə də almaq mümkündür.

Sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
 
Yol-xeber.az xəbər verir ki, sərəncamla Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn rejimdə elektron bilet alan sərnişinlərin kassaya yaxınlaşmasına ehtiyac olmayacaq

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) "Yol-xeber.az"a verilən məlumata görə, ADY-nin rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust 2022-ci il tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq elektron qeydiyyatdan keçirilir. Bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmır.

Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatı qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri tərəfindən yoxlanılacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.

ADY sərnişinlərə verilən onlayn xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.

Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.

Qeyd edək ki, sərnişinlər avqust ayının 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

d

"Yol-xeber.az" xəbər verir ki, Qarabağ  Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər yekunlaşdırma mərhələsindədir

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq torpaq işləri bitən ərazilərdə yol geyimi inşa edilirasfalt-beton örtüyü döşəniryol çiyinləri bərkidilir. Asfaltlanma işləri yekunlaşan hissələrdə isə artıq üfüqi nişanlanma xətləri çəkilir, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılır

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. 

Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

Yeni avtomobil yolu layihəsinin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. 

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...d

d
d
d
d
d
d

Qarabağ  Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər yekunlaşdırma mərhələsindədir

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq torpaq işləri bitən ərazilərdə yol geyimi inşa edilirasfalt-beton örtüyü döşəniryol çiyinləri bərkidilir. Asfaltlanma işləri yekunlaşan hissələrdə isə artıq üfüqi nişanlanma xətləri çəkilir, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılır

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. 

Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

Yeni avtomobil yolu layihəsinin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. 

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Bu ilin yay mövsümündə Azərbaycanda turistlərin sayında xeyli artım görünür.

Bəs turizm potensialının bərpa olduğu bu ildə ölkəmizə daha çox hansı ölkənin vətəndaşları üz tutur?

Mövzu ilə bağlı İTV-yə danışan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu ilin altı ayında 640 min xarici vətəndaşın ölkəyə səfər etdiyini deyib:

“Ötən illə müqayisədə bu göstərici 127 faiz çoxdur. Ümumiyyətlə, 2022-ci il turizmin bərpa ili kimi hesab edilir”.

K.Quluzadə pandemiya dövründə strategiyalarını dəyişdiklərini və satışdan çox təbliğatla məşğul olduqlarını qeyd edib.

Daha sonra K.Quluzadə bu il turistlərin cəlb olunması üçün təbliğatın aparıldığı ölkələrin adlarını sadalayıb.

“Bu ilin yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Hindistan və Pakistanda marketinq işləri aparılıb. Pandemiyanın nəticələrini və geosiyasi dəyişiklikləri nəzərə alaraq coğrafiyanı genişləndirmək qərarına gəldik. Bu il Azərbaycana gələn turistlər arasında ən çox Rusiya, İran və Türkiyə vətəndaşlarıdır. Bu ilin yeniliyi isə Səudiyyə Ərəbistanıdır. Bu da marketinq işlərinin nəticəsidir”.

Daha ətraflı süjetdə:

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,1% artaraq 1,7380 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0273 manat, türk lirəsi 0,11% bahalaşaraq 0,0948 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dağıstan məhsulları Azərbaycanın paytaxtında - Bakı şəhərində hökumət binasının yaxınlığındakı sərgidə təqdim olunacaq. Onun açılışı Dağıstan sahibkarlarının Azərbaycana işgüzar missiyası zamanı, payızda planlaşdırılır.

Bunu TASS-a Dağıstan İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev deyib.

Ruslan Abaskuliyev qeyd edib ki, sərginin açılışı payızda baş tutacaq. “Açılış oktyabrda Dağıstan sahibkarlarının Azərbaycanda biznes missiyası çərçivəsində baş tutacaq”, - Abaskuliyev bildirib.

Onun sözlərinə görə, sərgidə düyü, şirələr və digər məhsullar nümayiş etdiriləcək. Sərgi salonunda həmçinin regionda istehsal olunan tikinti materialları və İT inkişafları nümayiş olunacaq. Bundan əlavə, ziyarətçilər temperatur saxlama şəraitinin xüsusiyyətlərinə görə salonda yerləşdirilə bilməyən brend məhsulları nümayiş etdirən kataloqlarla tanış ola biləcəklər. Eyni zamanda sərgidə Dağıstanın turizm və investisiya potensialına həsr olunmuş videoçarxın nümayişi üçün ekran yerləşdiriləcək.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,5% azalaraq 109,96 ABŞ dolları təşkil edib.

Xəbər lenti