Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,52 ABŞ dolları və ya 0,3% artaraq 121,74 ABŞ dolları təşkil edib.

Avropa İttifaqı (Aİ) Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Report xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Qeyd edilir ki, Aİ 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə hər il azı 20 milyard kubmetr yanacaq qəbul edə biləcəyini gözləyir. 2021-ci ildə Rusiyadan Avropa İttifaqı ölkələrinə 155 milyard kubmetr qaz ixrac edilib ki, bu da onun ümumi istehlakının 40 %-ni təşkil edib.

Nəşr vurğulayıb ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan hakimiyyəti ilə yerli qazın Avropaya nəqlini müzakirə etmək üçün bu gün Bakıya səfər edəcəklər: “Danışıqlar nəticəsində Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq və gələn qışda gözlənilən qaz qıtlığını azaltmaq məqsədi daşıyan razılaşmanın əldə olunacağı gözlənilir. İndi Xəzər dənizi şelfində hasil edilən yanacaq Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə verilir. Avropa Komissiyasının mətbuat xidməti qeyd edir ki, tərəflər Avropa ölkələrinə təbii qaz tədarükünün şaxələndirilməsində onun rolunun artırılması məqsədilə Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər”.

“Bu il Azərbaycandan Avropaya qaz tədarükünün ötənilki 8 milyard kubmetrdən 10 milyard kubmetri keçəcəyi gözlənilir. Hazırda Azərbaycan Gürcüstan, Türkiyə və Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstan) qaz ixrac edir”, - “Euronews” əlavə edib.

Avropa İttifaqı (Aİ) Azərbaycanla uzunmüddətli qaz idxalı sazişini imzalamağa hazırlaşır.

Report xəbər verir ki, bununla bağlı analitik yazı Türkiyənin “Star” qəzetində dərc edilib.

Nəşr qeyd edib ki, enerji təchizatında Rusiyadan asılılığını azaltmaq və enerji resurslarını şaxələndirmək istəyən Avropa Xəzər qazını Türkiyə üzərindən Avropaya nəql edən Cənub Qaz Dəhlizinin genişləndirilməsində axtardığı həll yolunu tapdı.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Azərbaycan hökuməti ilə Aİ qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi üzrə saziş layihəsini müzakirə etmək üçün yaxın günlərdə Bakıya səfər etməyi planlaşdırır.

Nəşr Aİ rəsmisinin "Biz tədarükləri artırmaq üçün fəal çalışırıq", - sözlərini sitat gətirib.

“Müvafiq hökumətlərin təsdiqini tələb edən və dəyişdirilə bilən anlaşma memorandumu Ukraynadakı müharibədən sonra Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Anlaşma memorandumunun layihəsində deyilir ki, tərəflər Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla, kommersiya məqsədəuyğunluğu və bazar tələbi əsasında 2027-ci ilə qədər hər il azı 20 milyard kubmetr təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər.

Təklifin artması ilə həm də Azərbaycan qaz hasilatını genişləndirməli olacaq”, - qəzet yazıb.

Müqavilə layihəsinə həmçinin bərpa olunan enerjinin təşviqi və gələcək hidrogen ticarətinin müzakirəsi məqsədilə Aİ və Azərbaycan arasında elektrik enerjisi üzrə qarşılıqlı əlaqələrin inkişafının araşdırılması da daxildir.

Qeyd edilir ki, Azərbaycandan Avropaya təbii qaz nəql edən Trans Adriatik Boru Kəməri (TAP) son günlər maksimum gücünə çatıb. Sutkada 33 milyon kubmetr, yəni ildə orta hesabla 12 milyard kubmetr təbii qaz verilir:

“Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi ilə Azərbaycanın təbii qazı Türkiyə üzərindən Avropaya nəql edilir. Layihə sayəsində Avropanın enerji ehtiyacı təmin edilib, Türkiyənin geostrateji dəyəri güclənib”.

Azərbaycanda mineral gübrələr bahalaşıb.

Bizim.Media xəbər verir ki, ölkəmizdə fermerlərin mineral gübrələrə olan ehtiyacı əsasən idxal hesabına ödənilir. Sumqayıt Karbomid Zavodu ölkə üzrə azot gübrəsinə olan ehtiyacı xeyli miqdarda qarşılasa da, hələ ki tam ödəyə bilmir.

Son vaxtlar dünyada davam edən inflyasiya təbii ki, gübrə sənayesinə də təsirsiz ötüşməyib.

Ona görə də son bir neçə ayda mineral gübrələrin qiyməti xeyli dərəcədə bahalaşıb. Bu isə fermerləri çətin duruma salıb. Çünki, həm fermerlərin fərdi imkanları, həm də dövlətin ayırdığı subsidiya imkan vermir ki, fermerlər lazım olan qədər gübrə tədarük etsin.

Nəzərə alaq ki, ötən mövsüm kisəsi 20-30 manata təklif olunan gübrələr indi 80-100 manata satılır. Xırda fermerlərin də bu qiymətə gübrə almaq imkanından məhrumdur.

Təsadüfi deyil ki, hazırda əksər regionlarda fermerlər ciddi məhsul itkisi ilə qarşılaşıb. Məsələn, ötən il kiloqramı 40-50 qəpiyə təklif olunan soğan bu gün istehlakçıya 1.10-1.20 manata təklif olunur. Digər kənd təsərrüfatı məhsulları da həmçinin. Kənd təsərrüfatı əkinlərini aqrotexniki qayda da becərilməsində təbii ki, mineral gübrələr əvəzsiz rola malikdir. Gübrənin olmaması isə məhsul itkisi deməkdir.

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəzirli bildirib ki, bu gün ayrılan subsidiya fermerin mənfəət normasını təmin etmir:

“Çünki, subsidiya azdır, həm də verilən subsidiya əlçatan deyil. Bildiyimiz kimi, subsidiyanın 25 faizi fermerə nağd şəkildə, 75 faizi isə texniki yardım kimi verilir. Üstəlik, fermer kartındakı vəsaitdən istifadədə tam sərbəst deyil. O, ancaq Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən nağdsız ödəniş edərək gübrə ala bilər.

Həmin şirkətlər də müxtəlif bəhanələrlə gübrələrin qiymətini durmadan artırır. Hələ onu demirik ki, bəzi şirkətlərin gətirdiyi gübrələrin keyfiyyəti çox aşağıdır. Keyfiyyətsiz gübrə də təbii ki, aparılan aqrotexniki tədbirlərin səmərəliliyini aşağı salır”.

Tanınmış ekspert onu da əlavə etdi ki, təcili tədbirlər görülməlidir. Əks-təqdirdə yaxın aylarda məhsul qıtlığı və qiymət artımı qaçılmaz olacaq:

“İndiki halda hökumət ilk növbədə subsidiyaların həcmini artırmalıdır. İkincisi, subsidiyaların ünvanına çatması üçün zəruri tədbirlər görülməlidir. Yəni, bu sahədə şəffaflıq təmin olunmalıdır. Üçüncüsü, fermer aldığı subsidiyanı 100 faiz nağdlaşdırma hüququna sahib olmalıdır.

Bir sözlə, bürokratik əngəllər aradan qaldırılmalıdır. Çox təəssüf ki, bu gün bizdə “şah” satıcıdır. O, istədiyi məhsulu, istədiyi qiymətə satır. Alıcı da məcbur edilir ki, satıcının diqtəsinə boyun əysin. Bir sözlə, indiki vəziyyətdə operativ qərarlar qəbul edilməlidir.

Fermerə təcili kömək əli uzadılmalıdr. Əks təqdirdə payız aylarında bizi çox böyük bahaçılıq və qıtlıq gözləyəcək”.



"Yol-xeber.az" xəbər verir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.

Beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

Xatırladaq ki, 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yolboyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m),  30 yeraltı keçid (1110 m), 7 körpü (763 p/m), 7 tunel (6358 m) və 9 viaduk (1980 m) inşa edilir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

 

.

d
d
d
d
d

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,07% artaraq 1,7052 manat, Rusiya rublunun məzənnəsi 0,36% irəliləyərək 0,0282 manat, türk lirəsi 0,1% ucuzlaşaraq 0,0973 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

2022-ci ilin aprel-iyun ayları ərzində Səudiyyə Ərəbistanının Rusiya yanacağı idxalının həcmi 2021-ci ilin eyni göstəricisindən iki dəfədən çox artıb.

Bu barədə bazar məlumatlarına və treyderlərin şərhlərinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Belə ki, 2021-ci ilin aprel-iyun aylarında krallıq Rusiyadan 320 min tona yaxın yanacaq idxal edib. 2022-ci ildə bu rəqəm 647 min ton təşkil edib. “Reuters” qeyd edir ki, hər iki ölkənin Energetika Nazirliyi belə artımla bağlı şərh verməkdən imtina edib.

Bakıda mənzillərin qiymətində baş verən artımın həcmi açıqlanıb.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, iyun ayında mənzil bazarında qiymət artımları davam edib.

Xüsusən qiyməti 100 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.

Qiyməti 100 min manatadək olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb. 100-300 min manat qiymət aralığında təklif olunan mənzillər 4 faiz dəyər qazanıb. 300 min manatdan baha təklif edilən mənzillərin qiymətində xüsusi dəyişiklik qeydə alınmayıb.

Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir.

Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib. İndi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdır. Son 1 ildə avro 18% dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormuzlayır:

"Eyni zamanda, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür. Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75% aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3,4%-ə çatdırılacağını bildirirlər.

FED bu il 2%-lik inflyasiya hədəfləsə də, artıq 12 aylıq qiymət artımı səviyyəsi 7%-ə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2,8% proqnoza qarşı 1,7% olub. Bütün bunlar FED-i kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir. Avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur. Doğrudur, avrozonada inflyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal inflyasiya dərəcəsini nəzərə alsaq, ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir".

V. Bayramov bildirib ki, Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur: "Bu il fevralın 24-də 1 avro 1,9115 manat idisə, indi kurs 1,7060-dək dəyişib. Bu, manatın avroya nisbətən son 5 aydan 12% möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir.

Bu arada uzun müddətdən sonra Avropa Mərkəzi Bankının bu ay uçot dərəcəsini 0,25% artıracağı gözlənilir. Amma yenə də Avropada uçot dərəcəsi okeanın o tayı ilə müqayisədə daha aşağı faiz bəndləri ilə yüksəldilir".

Avronun ucuzlaşmasının Azərbaycana təsirlərini şərh edən millət vəkilinin sözlərinə görə, avronun zəifləməsi Avropadan Azərbaycana idxal edilən məhsulların xərcinə təsir edə bilər: "Amma avrozonada inflyasiya səviyyəsi yüksək olduğundan idxal edilən mallarda xüsusi qiymət azalmaları proqnozlaşdırılmır. Bununla yanaşı, Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil".

"Dolların dünya bazarında möhkəmlənməsi konteksində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.

Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə V. Bayramov vurğulayıb.

Azərbaycanda quzu əti bahalaşıb.

Bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.

Bəs quzu ətinin baha olmasının səbəbi nədir?

Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.

Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.

Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır.

Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.

Daha ətraflı süjetdə:

Xəbər lenti