11 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

 

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyun ayının 17-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Naftalan şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Naftalan şəhəriGoranboy və Xocalı rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyənlərin Naftalan şəhəri “29 №-li Yol İstismarı”Goranboy rayonu “23 №-li Yol İstismarı” və Xocalı rayonu “54 №-li Yol İstismarı” MMC-lərində  öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Əmircan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır - AZƏRTAC


"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsinin məhəllədaxili yollarında təmir işləri aparılır. 

Uzunluğu 650, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Təmir  işləri 3800 kv.m  çox sahəni əhatə edib. 

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır. 

“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Bülbülə qəsəbəsinin 600 metr uzunluğa malik Samir Əliyev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da davam edir. 

Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 

YOLUNUZ AÇIQ OLSUN...

Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır.

Bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən ABŞ-ın “Technovate İnvestments”i şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.

F.İsmayılzadənin sözlərinə görə, yaratdıqları "Angel" klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisyalar yatırıb:

"Bu vaxta qədər startaplara 250 min ABŞ dolları məbləğində investisiya yatırmışıq. Amma hazırda dəstklədiyimiz startapların dəyəri 23 milyon ABŞ dollarına çatıb".

F.İsmayılzadə qeyd edib ki, sentyabrda Azərbaycandan olan startapların ABŞ-dakı Silikon Vadisinə səfəri təşkil olunacaq.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,6% azalaraq 1,7717 manat, Rusiya rublunun məzənnəsi 2,7% irəliləyərək 0,0300 manat, türk lirəsi 0,1% bahalaşaraq 0,0985 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 1,36% azalaraq 1,7830 manat, Rusiya rublunun məzənnəsi 0,68% geriləyərək 0,0292 manat, türk lirəsi 0,3% ucuzlaşaraq 0,0984 manat təşkil edib.

 ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

 

 

 

Beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3,6% artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5,7% böyümüşdü.

Dünya Bankı və OECD daha da bədbindilər. 2022-ci ildə Dünya Bankı 2,9, OECD isə 3% artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir: "Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub. Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30%, qarğıdalı, mineral gübrələrdə satışında 20% idi. Neftin 11%-i bu regiondan ixrac olunurdu".

Qlobal ərzaq qıtlığı və qiymət artımlarının 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qaldığını deyən V. Bayramov mövcud vəziyyətin Azərbaycana təsirlərini şərh edib:

"Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal inflyasiyası qaçılmazdır. Bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq".

"Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Rusiya-Ukrayna müharibəsi isə bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asılılığın azaldılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir", - deyə millət vəkili əlavə edib.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

“ Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 0,87% artaraq 131,15 ABŞ dolları təşkil edib.

"Yelo Bank" ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

"Yığıncaq 2022-ci il iyulun 25-i saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçə si, 81k ünvanında yerləşən bankın baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi və digər məsələlər daxildir.

Qeyd edək ki, “Ülpər” SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılıb və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi bank lisenziyasına malik olub. 2002-ci ildə “Nikoyl” QSC və “Lukoil Azərbaycan” QSC Bankda nəzarət payları almış və Bankın adı “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilib. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlayıb. 2008-ci ilin iyul ayında “Topaz İnvestments” MMC Bankda nəzarət payı alıb. 2019-cu ilin noyabr ayında “Nikoyl Bank” ASC rebrendinq həyata keçirib və Bankın adı “Yelo Bank” ASC olaraq dəyişdirilib.

Banka birbaşa olaraq tək fiziki şəxs Vahid Ələkbərov nəzarət edir.

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,0989 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 1,9% azalma deməkdir. İyun ayının əvvəlindən lirə 4,6% dəyər itirib.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi dünən - iyunun 8-də 0,1008 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Qeyd edək ki, türk lirəsi dollar qarşısında da ucuzlaşıb və dolların məzənnəsi dünən 17 lirə həddini keçib.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,08 ABŞ dolları və ya 1,63% artaraq 130,02 ABŞ dolları təşkil edib.

Xəbər lenti