Ərzaq məhsullarının bahalaşması ilə əlaqədar dövlət büdcəsində əlavə xərclərin maliyyələşdirilməsi nəzərdə tutulur. Belə ki, 193 milyon manat əlavə xərclərin maliyyələşdirilməsinə 2 milyard 440 milyon manat vəsait ayrılacaq. Millət vəkili Vüqar Bayramov bildirir ki, burada əsas məqsəd qiymət artımlarının qarşısını almaqdır.

Xəzər TV xəbər verir ki, ümumilikdə isə dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artılır. Yəni, bu il büdcə gəlirləri 29 milyard 197 milyon 8 yüz minmanat proqnozlaşdırılır. Millət vəkilinin sözlərinə görə, ayrılan vəsaitlər daha çox iqtisadi sektoru əhatə edəcək.

Vüqar Bayramov bildirir ki, yeni layihədə sosial istiqamətdə 300 milyon manata yaxın vəsaitin ayrılması da nəzərdə tutulur.

Son günlərdə ərazaq məhsullarının, xüsusilə də ətin qiymətinin ikiqat artacağı ilə bağlı xəbərlər gündəmin əsas müzakirə mövzusuna çeviriərək yerli sakinlərdə narahatçılıq doğurub.

Mövzu ilə bağlı bizim.media-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bildirib ki, son zamanlar dünyada baş verən hadisələr ət və broyler məhsullarının qiymət artımı qaçılmaz edir.

“Buğdanın bahalaşmasından sonra maldarlıqda yem məhsullarının da qiymətində artım müşahidə olunur. Həmçinin heyvanlar üçün olan dərmanların və təsərrüfat məhsullarının qiyməti artıb.Bunun fonunda yerli təsərrüfat sahibləri ət məhsullarının qiymətini artırmağa məcbur olacaqlar .

Digər bir məsələ isə odur ki, əvvəllər xaricdən gələn ucuz ətin hesabına yerli bazarda ət bolluğu yaranırdı və bunun sayəsində ətin qiymətini stabil saxlamaq olurdu. Amma indi xaricdən gələn ətin qiyməti də bahalaşdığı üçün yerli ət istehsalçıları məcbuən ətin qiymətini qaldıracaqlar.

Buna uyğun olaraq ət süd və broyler məhsullarında qiymət artımı da qaçılmazdır”.

Ekspert açıqlamasında ətin qiymət artımınının qarşısını alan yeaganə faktı səsləndirərək bunun müvəqqəti olacağını və yeni başlayan qlobal ərzaq böhranının ətin qiymətini bahalaşdıracaq səbəblər sırasında olduğunu vurğulayıb:

“Hələ ki ətin bahalaşmasının qarşısını alan yeganə amil var ki, o da yayda ətə olan tələbatın azalmasıdır. Lakin sürətlə başlayan qlobal ərzaq böhranı və yerli istehsalda olan bahalaşmalar, eyni zamanda heyvanlar üçün örüşlərin azalması ət və broyler məhsullarının qiymətinin artmasını qaçılmaz edir”.

Elçin Bayramlı açıqlamasına əlavə edib ki, ətin qiymət artımı cüzi miqdarda olacaq və buna görə də sosial şəbəkələrdə yazılan şişirdilmiş qiymətlər insanları qorxutmamalıdır:

Statistikaya nəzər salsaq görərik ki, ətin qiyməti zamanla az miqdarda artıb. Hazırda qoyun ətinin bazar qiyməti 15 manat, mal ətinin isə 11-12 manatdır.

Hərəsi yalnız 1-2 manat civarında qalxa bilər ki, yuxarıda vurğuladığım faktların hər biri hazırda bunu qaçılmaz edir”.

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilb. İdentikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.

Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub.

Dəyişiklik nəticəsində hər bir heyvana görə batarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaqdır.

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək.

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.

Qeyd edək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.

Bundan başqa, əldə etdiyimiz məlumata görə, hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq.

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiıoqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.

Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.

Çərşənbə günü neft qiymətləri bir barel üçün 4 dollardan çox ucuzlaşdı.

“Buna səbəb ABŞ prezidenti Co Baydenin yay istehlakının pik dövründə sürücülərin çətinliyini azaltmaq üçün ölkənin böyük enerji şirkətlərinə təzyiq də daxil olmaqla, artan yanacaq xərclərini aşağı salmaq tələbi oldu.

ABŞ-ın Qərbi Texas (WTI) xam neft fyuçersləri 4,04 dollar və ya 3,7% ucuzlaşaraq bir barel üçün 105,48 dollar olub. Eynilə, “Brent” markalı neftin fyuçersləri 3,87 dollar və ya 3,4% ucuzlaşaraq 110,78 dollar/barelə bərabər olub.

Qeyd edək ki, artan benzin qiymətləri və inflyasiya ilə mübarizə fonunda prezident Co Baydenin çərşənbə günü benzinə 18,4 sentlik federal verginin müvəqqəti dayandırılması ilə bağlı çağırış edəcəyi gözlənilir.

Həmçinin yeddi neft şirkətinin yanacaq qiymətlərini aşağı salmaq üçün Ağ Evin təzyiqi altında cümə axşamı Baydenlə görüşməyə hazırlaşdığı deyilir.

"Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik".

"Yol-xeber.az" xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə deyib.

 Şavkat Mirziyoyev bildirib:

"Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir.

Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər. Fikrimcə, ona görə ki, bizim çox ciddi niyyətlərimiz var".

“Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi dəyişməyərək 1,7895 manat, Rusiya rublunun məzənnəsi 2,74 % irəliləyərək 0,0300 manat, türk lirəsi 0,2% ucuzlaşaraq 0,0980 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

İşğaldan azad edilən Xocavənd rayonunun bərpadan sonrakı vəziyyəti ilə bağlı fotolar paylaşılıb.

Yol-xeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda rayonun Tuğ kəndinin yenidənqurmadan sonrakı vəziyyəti təsvir olunub.

 Həmin fotoları təqdim edirik:

 

 
  •  

 

Bir neçə gün öncə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75% aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib. İnfilyasiyasnı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3,4%-ə çatdırılacağını bildirirlər.

FED bu il 2%-lik inflyasiya hədəfləsə də, aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6,3%-dək yüksəlib. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlarda ÜDM-də artım 2,8% proqnoza qarşı 1,7% olub. Bütün bunlar FED-i kəskin dərəcə artımlarına getməyə məcbur edib.

FED uçot stavkasını artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı?

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib: "Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1,04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur".

Manatın məzənnəsinə gəldikdə isə V. Bayramov bildirib ki, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: "Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir".

"Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə millət əkili əlavə edib.

Cari ilin ilk 4 ayı üzrə bank hesabları üzərindən ödəniş əməliyyatlarının 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə aktivliyin 7% artdığını göstərir:

"2019-cu ildə bank kartları ilə nağdsız əməliyyatların həcmi 4,5 milyard manat təşkil etdiyi halda, cari ilin ilk 4 ayında 6 milyard manata çatıb. Əməliyyatların say baxımından 75%-i, həcm baxımından 40%-i nağdsız əməliyyatların payına düşür. Bu da müvafiq olaraq 10% və 13% artım deməkdir.

2022-ci ilin aprel ayında kartlarla elektron ticarət əməliyyatları illik müqayisədə 2,8 dəfə artıb. Həmçinin cari ilin aprel ayında ödəniş kartlarının həcmi 2 milyon ədəd və ya 20,2% artaraq 11,9 milyon ədədə çatıb".

"Azərbaycanda bank sektorunun aktivləri tarixində ilk dəfə 40 milyard manatı ötüb. Bu isə illik müqayisədə 22% daha çoxdur", - Z. Nuriyev əlavə edib.

Xəbər lenti