“Ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub: “Bu da icmal büdcənin kəsrsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”.

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib.

Qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.

"Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur”, - deyə açıqlamada qeyd olunub.

Şamaxı şəhəri 2022-ci il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib.

Bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 0,89% artaraq 122,70 ABŞ dolları təşkil edib.

Ağdam şəhərinin və şəhərə yaxın 4 kəndin içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılıb və "Ağıllı su" layihəsi hazırlanır.

"Azərsu" ASC-dən verilən məlumata görə, layihəyə əsasən Ağdam şəhəri içməli su ilə yeraltı su mənbəyindən təmin olunacaq və bu məqsədlə ilkin mərhələdə 3 kəşfiyyat-qiymətləndirmə quyusu qazılıb.

Ümumilikdə, şəhərin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə 24 quyunun qazılması, quyu zonasının əsas və alternativ (generator) elektrik enerjisi ilə təminatı layihələndirilib. Subartezianlardan qəbul olunacaq su relyef baxımından yüksəklikdə yerləşən anbarlarda toplanacaq və yaşayış məntəqələrinə özüaxımlı rejimdə ötürüləcək. Şəhərdə paylayıcı su şəbəkəsinin yaradılması, şəbəkə üzərində yanğın hidrantlarının, siyirtmələrin quraşdırılması layihədə öz əksini tapıb, eləcə də hər bir abonentin məsafədən oxunan elektron sayğacla təminatı təklif edilib.

Ağdam şəhərinin tullantı və yağış sularının idarə edilməsi ilə bağlı hazırlanan layihə çərçivəsində kanalizasiya-yağış infrastrukturunun qurulmasında da müasir texnologiyalardan istifadə olunacaq. Layihəyə uyğun olaraq Ağdam şəhərində formalaşan tullantı suları məhsuldarlığı sutkada 30 min kubmetr layihələndirilən bioloji tipli qurğuda təmizləndikdən sonra texniki və suvarma məqsədilə təkrar istifadəyə qaytarılacaq.

Layihədə şəhərin yağış sularının 2 hövzəyə ayrılmaqla idarə olunması nəzərdə tutulur. Yağış sularının da hər bir hövzədə tikiləcək anbarda toplanaraq təkrar istifadə olunması planlaşdırılır.

Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış suları sistemlərinin vahid mərkəzdən idarə olunması layihələndirilib. Subartezianların məhsuldarlığı, anbarların səviyyəsi, suyun keyfiyyət göstəricilərinə SCADA sistemi ilə nəzarət olunacaq, şəbəkənin hidravlik tənzimlənməsi onlayn rejimdə həyata keçiriləcək.

Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Bu isə o deməkdir ki, Türk dünyasının iki liderinin telefon danışığında bütün Türk coğrafiyası üçün əhəmiyyətli olan dəhlizin açılması müzakirə olunub.

Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir: "Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək".

Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq".

"Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək", - deyə V. Bayramov əlavə edib.

Bazar ertəsi neft qiymətləri yenidən yüksəlib.

Buna səbəb ABŞ-ın yanacaq tələbi, daralan təklif və bazarı dəstəkləyən bir qədər zəifləmiş ABŞ dolları olub.

"Brent" markalı neft fyuçersləri 0,72 ABŞ dolları artaraq bir barel üçün 113,27 dollara, ABŞ-ın Qərbi Texas (WTI) xam neft fyuçersləri isə 0,53 dollar və ya 0,48% artaraq bir barel üçün 110,81 dollara yüksəlib.

Eləcə də, Şanxayda iki aylıq pandemiya məhdudiyyətlərindən sonra yenidən açılma planları qiymətlərə təsir edib.

İnvestorların qlobal iqtisadi artımın zəifləyəcəyi və sərt pul siyasətlərinin yanacağa tələbatı azaldacağı ilə bağlı narahatlıqları nefti ucuzlaşıb.

İyul ayı üçün "Brent" fyuçersləri 0,63 ABŞ dolları və ya 0,56% ucuzlaşaraq 1 barel üçün 111,41 dollara, ABŞ-ın Qərbi Texas neftinin (WTI) iyun fluçersləri 1,36 dollar və ya 1,21% ucuzlaşaraq 110,85 dollara düşüb.

İyul ayı üçün daha aktiv satılan "WTI" fyuçersləri isə 0,82% ucuzlaşaraq bir barel üçün 108,99 dollara təklif edilib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) Asiya iqtisadiyyatlarına monetar sərtləşdirmənin riskləri ilə bağlı xəbərdarlıq edib. BVF-nin idarəedici direktorunun müavini Kenji Okamura bildirib ki, Asiya iqtisadiyyatları daha çox stimulla artımı dəstəkləmək və yaxud borc və inflyasiyanı stabilləşdirmək üçün stimulları geri çəkmək arasında seçim qarşısında qalıb.

Fələstin Dövlətinin Hevron əyalətində dabaq, Moldovanın Unqeni rayonunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Fələstin Dövlətinin Hevron əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən, Moldovanın Unqeni rayonundan diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Fələstin Dövlətindən və Moldovadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Türkiyədə 1 dollar 15,94 həddinə qədər yüksəlib.

Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin açıqlamalarının dolları bahalaşdırması olub.

Belə ki, FED sədri inflyasiya azalana qədər pul siyasətini sərtləşdirməyə davam edəcəklərini, inflyasiyanın aşağı endiyinə dair aydın və inandırıcı dəlil görmədikləri təqdirdə daha aqressiv hərəkət etməyi düşünməli olacaqlarını bildirib.

Bu açıqlamalardan sonra dollar yeni günə 15,92 lirə həddindən başlayıb. Səhər saatlarında 15,80 lirədən aşağı düşən dollar, daha sonra 15,94 lirə həddini aşıb.

Qeyd edək ki, dollar-lirə nisbəti həftənin əvvəlində 15,50 səviyyəsində idi.

Xəbər lenti