![]() |
|
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC təşkil etdiyi yarmarkalarla bağlı narazılıq yaranıb.
Həfətsonu üçün Bakı şəhəri və Abşeron rayonunda 3 ünvanda keçirilən “Kənddən Şəhərə” yarmarkalarında məhsullarının erkən bitdiyi deyilir.
“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat xidmətinin nümayəndəsi Qalib Bəhramov "Ölkə.Az"a açıqlamasında bildirib ki, 4-5 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edib: "Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçiriblər. Yarmarkalarda satışa çıxarılan məhsulların içərisində daha çox mövsümi meyvə və tərəvəzlər üstünlük təşkil edib. Hazırda vətəndaşların bu məhsullara tələbatı yüksək olduğu üçün Binəqədi rayonu ərazisində təşkil olunan yarmarkada satışa çıxarılan məhsullar 1 gün ərzində satılıb. Nəticədə, gətirdikləri məhsulların satışını bitirən fermerlər öz rayonlarına geri dönüblər.
Həmçinin nəzərə almaq lazımdır ki, mövsümi meyvə-tərəvəzlərin hazırki isti havalarda uzun müddət təravətli saxlanılması mümkünsüzdür. Bu səbəb fermerləri məhsul satışa çıxararkən daha diqqətli olmağa vadar edir".
Qurumun açıqlamasında həmçinin deyilib ki, yarmarkaya çıxarılan məhsulların həcmi birbaşa fermerlərdən asılıdır: "Belə ki, yarmarka onlar üçün alternativ satış mərkəzidir. Fermerlərin bəziləri istehsal etdikləri məhsulların müəyyən həcmi ilə, bəziləri isə tam həcmi ilə yarmarkalarda iştirak edirlər".
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 ABŞ dolları və ya 0,95% artaraq 127,13 ABŞ dolları təşkil edib.
İtalya və İspaniyanın neft şirkətləri "Eni SpA" və "Repsol SA" Rusiya xam neftini əvəzləmək üçün Venesuela neftindən istifadə edə bilər.
Reuters xəbər verir ki, Venesueladan neftin nəqlinə gələn aydan başlana bilər.
"Eni" və "Repsol"un alacağı neftin həcminin böyük olmadığı və qlobal neft qiymətlərinə ciddi təsirin gözlənilmədiyi deyilir. Venesuelanın dövlət neft şirkəti "PDVSA" ilə birgə müəssisələri olan iki Avropa enerji şirkəti xam yükləri ödənilməmiş borclara və gecikmiş dividendlərə hesablaya bilər.
İddialara görə, ABŞ Dövlət Departamenti iki şirkətə tədarükləri bərpa etmələri üçün razılıq verib. Bayden administrasiyası Venesuela xam neftinin Rusiyadan asılılığı azaltmağa və Venesuela yüklərinin bir hissəsinin Çindən göndərilməsinə yardım edəcəyinə ümid edir.
Eləcə də, ABŞ Maliyyə Departamentinin Venesueladan yığılmış milyardlarla dollar borcları müqabilində neft alacağı deyilir.
Xatırladaq ki, 2017-ci ilin avqustunda Tramp administrasiyası "PDVSA"-ya qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,18% azalaraq 1,8238 manat, Rusiya rublunun məzənnəsi 0,37 % geriləyərək 0,0270 manat, türk lirəsinin məzənnəsi dəyişməyərək 0,1031 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub
İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.
Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.
Onun sözlərinə görə, nəql etməyə başlanandan bu ilin mayın 1-nə kimi Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 11,3 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.
X.Yusifzadə bildirib ki, bu həcmlərin 9,7 milyard kubmetri İtaliyaya, 1,3 milyard kubmetri Yunanıstana, 0,3 milyard kubmetri isə Bolqarıstana nəql edilib.
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
"İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının, mütəxəssislər - Mərkəzi Bankın, Əmanətlərin Sığortalanması Fondunun, Ali Məhkəmənin Mülki Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Azərbaycan Banklar Assosiasiyasının mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.
Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilməlidir.
Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası Mərkəzi Bankının funksionallığına xələl gətirməməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Yeni qlobal enerji iqtisadiyyatı yaranmaqdadır. Hazırda enerji təchizatının diversifikasiyasında infrastrukturun gücləndirilməsi önəmlidir. Burada qaz keçid enerji mənbəyi kimi vacib olacaq.
Bunu İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini Vannia Gava deyib.
O həmçinin bildirib ki, Cənub Qaz Dəhlizinin rolu Avropa və İtaliya üçün önəmli olub: "2022-ci ildə İtaliyaya 4 milyard kub metr qaz ixrac edilib".
V. Gavanın sözlərinə görə, Trans Adriatik Boru kəmərinin potensialı gələcəkdə 20 milyard kubmetrə qədər artırıla bilər:
"Cənub Qaz Dəhlizinin genişləndirilməsi və gücünün 20 milyard kubmetrə çatdırılması təbii qazın Cənubi Avropa və Balkanlara qədər getməsinə imkan verəcək. İtaliya qaz habı olaraq müxtəlif səmtlərə qaz nəqlinə imkan verəcək".
Enerji sanksiyaları ilə razılaşırıq. Lakin Rusiya qazı ilə bağlı sanksiyalarla razılaşa bilmərik.
"Bunu Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto deyib. O bildirib ki, Macarıstan 85% Rusiya qazından asılıdır: "Bu, bizim istəyimizdən deyil, Macarıstanın coğrafi mövqeyindən asılıdır".
"Biz Xəzər qazından istifadə imkanları ilə bağlı danışıqlar aparırıq. Lakin Trans Adriatik boru kəmərinin ixrac potensialının genişləndirilməsi üçün ciddi investisiya qoyuluşuna ehtiyac var. Bu investisiyalarsız bu istək qeyri-real olaraq qalacaq. Biz, Xəzər qazının Avropada istifadəsinin real olmasını istəyirik", - deyə P. Siyarto əlavə edib.
Şuşada yaşıl enerji ilə bağlı müqavilə imzalanacaq.
Bunu energetika naziri Pərviz Şahbazov deyib. O bildirib ki, bu, beynəlxalq yaşıl enerji kursuna marağın göstəricisidir.
Nazirin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazisində yaşıl enerji sahəsinin inkişafı əsas hədəflərdən biridir. Eləcə də, yaşıl enerji Zəngızur dəhlizi və Qara dəniz vasitəsilə Avropa bazarına çıxış əldə edə bilər.