Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

“ Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,68 ABŞ dolları və ya 0,5% artaraq 127,48 ABŞ dolları təşkil edib.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,89 ABŞ dolları və ya 0,7% artaraq 126,80 ABŞ dolları təşkil edib.

Neft son on ildən çox müddətdə ən uzun aylıq qazanc əldə edib.

Buna səbəb Avropa İttifaqı liderlərinin Rusiyadan xam neft idxalına qismən qadağa qoymağa razılaşması, eləcə də, Çinin COVID məhdudiyyətlərini daha da yüngülləşdirərək tələbi artırması olub.

"Brent" markalı neftinin bareli 123 dolları keçərək son iki ayın ən yüksək həddinə çatıb.

Aİ-nin sanksiyalarının son mərhələsi Rusiyadan dəniz yolu ilə gətirilən neftin alınmasını qadağan edəcək, lakin boru kəmərləri üçün müvəqqəti istisna olacaq.

Moskvanı Ukraynaya müdaxiləyə görə cəzalandırmaq üçün nəzərdə tutulan paket neftin üçüncü ölkələrə daşınması ilə bağlı sığortaya qadağa qoyulmasını da təklif edir.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,08% azalaraq 1,8267 manat, Rusiya rublunun məzənnəsi 1,12% irəliləyərək 0,0268 manat, türk lirəsi 0,19% ucuzlaşaraq 0,1037 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Bu ilin 28, 29 və 30 may tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

"Yol-xeber.az"ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) "Facebook" səhifəsində paylaşım edib.

 Məlumata görə, qeyri-iş günlərində hərəkətdə olan qatarların siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: //ticket.ady.az

“Zaqatala Bazar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Yığıncaq 2022-ci il iyunun 14-də saat 10.00-da Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi 44 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2021-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, təftiş komissiyasının hesabatı, balansın təsdiqi, balans mənfəətinin bölüşdürülməsi və dividendlərin hesablanması və cəmiyyətin idarəetmə orqanlarının seçilməsi məsələləri daxildir.

Cümə günü neft qiymətləri iki ayın ən yüksək həddinə çatır.

Buna səbəb Avropa Birliyinin Rusiya neftinə embarqo tətbiqi ehtimalı və ABŞ-da nəqliyyatdan istifadənin yüksək həddə çatacağı mövsümün yaxınlaşması olub.

Belə ki, iyul ayı üçün "Brent" markalı neft fyuçersləri sessiyanın əvvəlində 118,17 dollara qədər yüksəldikdən sonra 0,9 ABŞ dolları ucuzlaşaraq bir barel üçün 117,31 dollara düşüb. "Brent"in bu həftə 4%-ə yaxın qazanc əldə edəcəyi ehtimal edilir.

ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri isə 0,18 ABŞ dolları və ya 0,2% ucuzlaşaraq bareli 113,91 dollar olub. "WTI" həftəlik təqribən 0,7% qazanc əldə edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

"Yol-xeber.az"ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

jj



.
Lahıc yolu açıldı - Yenilənib

"Yol-xeber.az" xəbər verir ki, İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun 16.5-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

14:17

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun 16.5-ci km-də yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.

Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən canlı qüvvə və texnika cəlb edilərək ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənərək hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti