![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Bu gün Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlərlə tanışlıq məqsədilə mediatur təşkil edilib. Tur çərçivəsində media nümayəndələrinə Bərdə-Ağdam istiqamətində işğaldan azad olunan ərazilərdə bərpa edilən dəmir yolu xətlərində həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib.
Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127 süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğularına 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir. Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.
Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100% həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79% təşkil edir.
II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18%, suni qurğular 12%, dəmir yolunun üst quruluşu elementləri isə 9% həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8% - dir. Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.
Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib. Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb.
Dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.
Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib.
Funt sterlinq isə İngiltərə Bankının faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmasından, lakin iqtisadiyyatın tənəzzül riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdikdən sonra 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb. Britaniya valyutası sonuncu dəfə 2,25% ucuzlaşaraq 1,2351 dollar olub.
Almaniyada mart ayında sənaye sifarişlərinin keçən oktyabr ayından bəri ən böyük aylıq azalma ilə üzləşdiyini göstərməsindən sonra avro da ucuzlaşıb. Avro 0,98% ucuzlaşaraq 1,0518 dollara düşüb və ötən cümə axşamı əldə edilən 1,0470 dollarla beş ilin ən aşağı səviyyəsini bir qədər yuxarıda tamamlayıb.
Avropa İttifaqının bu ilin sonunadək Rusiyadan neft idxalının dayandırılması ilə bağlı yeni sanksiya layihəsi birjalara təsirsiz ötüşməyib. "Brent" markalı neftin qiyməti bir gün ərzində 7%-ə yaxın bahalaşaraq bir bareli 111 dollardan baha satılır. Avropanın neft idxalında 25% paya malik olan Rusiya neftindən tam imtina neft bazarına təsirlərini hələ bir müddət saxlayacaq.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir ki, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil.
"Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir.
2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir", - deyə millət vəkili vurğulayıb.
V. Bayramovun sözlərinə görə, neftin qiymətində kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır: "Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır".
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
“Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,85 ABŞ dolları və ya 2,57% artaraq 113,55 ABŞ dolları təşkil edib.
Çərşənbə günü neft qiymətləri Asiya ticarətinin başlanğıcında yüksəldi.
"Buna səbəb ABŞ-da xam neft və yanacaq ehtiyatlarının azaldığını göstərməsinin tədarüklə bağlı narahatlıqları artırması oldu.
Belə ki, "Brent" markalı neft fyuçersləri 0,9 ABŞ dolları və ya 0,9% artaraq barreli 105,87 dollar olub. "WTI" markalı neftin fyuçersləri isə 1,00 ABŞ dolları və ya 1% artaraq 103,41 dollar/barelə çatıb.
Həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının Moskvanın neft sənayesini hədəf alacaq yeni sanksiyalar üzərində işləməsi ilə bağlı xəbərlər də qiymətləri artırıb.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula von der Leyenin çərşənbə günü sanksiya planlarını açıqlaması gözlənilir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,05% azalaraq 1,7878 manat, Rusiya rublunun məzənnəsi 6% irəliləyərək 0,0248 manat, türk lirəsi 0,09% ucuzlaşaraq 0,1148 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək isə 1,7000 manat olub.
Üzən məzənnə rejiminə keçid üçün zəruri şərtlər fomalaşdırılmalıdır.
“Yol-xeber.az” xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov deyib. O bildirib ki, bu, inflyasiya hədəflənməsi rejiminə keçid məsələsidir: “Mərkəzi Bank bu şərtlər üzərində işləyir, tamamlandıqda uzaq perspektivdə üzən məzənnə rejiminə keçid məsələsinə baxılacaq”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov isə bildirdi ki, geosiyasi və geoiqtisadi vəziyyətdə tədiyə balansının profisitini, fiskal büdcə profisitini nəzərə alsaq, Mərkəzi Bankın mövqeyi sabit məzənnə rejimində qalmaqdır.
“Həmin rejimə keçməzdən əvvəl infrastruktur olmalıdır”, -deyə baş bankir əlavə edib.
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır.
Təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təmir-bərpa işləri ilə əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
YOLUNUZ AÇIQ OLSUN...
Dünyada ərzaqla bağlı problemlər pandemiya dövründən başladı. Logistik zəncirlərin qırılması, ölkələrin daxili bazarı qorumaq üçün ərzaq ixracına müəyyən qadağalar qoyması kifayət qədər ciddi problemlər yaratdı. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Dünya Bankının ərzaq və enerji qiymətlərindəki artımın 2024-cü ilə qədər davam edəcəyi barədə proqnozunu şərh edərkən deyib.
O bildirib ki, ərzaq və enerji qiymətlərinin bahalaşmasına Rusiya-Ukrayna müharibəsi ciddi təsir göstərir:
“Rusiya və Ukrayna bir çox ərzaq növləri üzrə dünya bazarında kifayət qədər yüksək paya malikdir, xüsusilə buğda satışında bu 2 ölkənin dünya bazarındakı payı təqribən 26-27%, günəbaxan və qarğıdalı yağı üzrə isə 58% təşkil edir. Buna görə də ərzaqla bağlı daha ciddi problemlər yaşanmağa başlayıb”.
N.Cəfərli qeyd edib ki, enerji qiymətlərində bahalaşma isə müharibə səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqəlidir.
İqtisadçı ölkəmizdə bu ilin ikinci yarısından qiymət artımındakı sıçrayışların yavaşlayacağı və enmələrlə müşayiət olunacağı haqda rəsmi proqnozlara isə bu cür reaksiya verib:
“Dünyada qiymət artdıqca Azərbaycanda da növbəti qiymət artımı dalğaları yaşanacaq. Bu, qaçılmazdır. Çünki bir çox ərzaq məhsullarında idxaldan asılıyıq. Dövlət bəzi addımlar atmalıdır ki, bu dalğaları yumşaltsın. Bunlardan ən vacibi orta və uzunmüddətli hədəfdə daxili istehsalın artırılmasıdır. Amma buna zaman lazımdır. Qısamüddətli effektiv addımlardan biri isə ərzaq məhsulları üzrə gömrük rüsumları və əlavə dəyər verigisinin ləğv edilməsidir. Bu, kifayət qədər ciddi effekt verə biləcək bir addıma çevrilə, qiymətlərin tənzimlənməsində mühüm rol oyanaya bilər”.
Qeyd edək ki, Dünya Bankı Qrupu Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımların 2024-cü ilin sonuna qədər davam edəcəyi barədə məlumat yayıb.
Avro 2017-ci ildən bəri ilk dəfə 1,06 dollardan aşağı düşüb.
Avro 0,8% ucuzlaşaraq 1,056 dollara enib.
İnvestorların regionda enerji təchizatı və potensial tənəzzüllə bağlı narahatlıqlarının artması avronu ABŞ dolları qarşısında ucuzlaşıb. Son hadisələr fonunda treyderlər dolları təhlükəsiz sığınacaq hesab edib.
Qeyd edək ki, bazarın hərəkəti Rusiyanın dövlət enerji şirkəti “Qazprom”un Avropa İttifaqının iki üzvü olan Polşa və Bolqarıstana təbii qaz tədarükünü dayandırmaq qərarına gəlməsi və Moskvanın rublla ödəniş tələb etməsi ilə baş verib. Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Moskva ilə Qərb arasında gərginlik artmaqda davam edir.