![]() |
|
Neft qiymətləri yenidən azalmağa başlayıb.
İnvestorların dünyanın ən böyük neft idxalçısı olan Çində COVID-19 məhdudiyyətləri səbəbindən yanacağa tələbin azalacağı ilə bağlı narahatlıqları nefti ucuzlaşdırıb.
“Brent” markalı neftin fyuçersləri 1,48 dollar və ya 1,41% ucuzlaşaraq bir barel üçün 103,84 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin fyuçersləri isə 1,39 dollar və ya 1,36% ucuzlaşaraq 1 bareli 100,63 dollar olub.
Hər iki müqavilə əvvəlki sessiyada dünya miqyasında sıx tədarüklə bağlı davam edən narahatlıqlar və ABŞ-da distillə və benzin ehtiyatlarının azalması səbəbindən 30 sentdən çox bahalaşmışdı.
Qeyd edək ki, ABŞ Enerji İnformasiya Administrasiyası xam neft ehtiyatlarının keçən həftə gözləntilərdən fərqli olaraq cəmi 692 min barel artdığını, dizel və təyyarə yanacağının daxil olduğu distillə ehtiyatlarının isə 2008-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşdüyünü bildirmişdi.
Çinin paytaxtı Pekin isə cümə axşamı bəzi ictimai yerləri bağladığını və digərlərində yoxlamaları gücləndirdiyini açıqlamışdı.
Neft qiymətləri yenidən artmağa başlayıb.
Buna səbəb Rusiyanın Polşaya qaz tədarükünü kəsməsi və Çinin iqtisadi stimullarının tələbin artacağı gözləntilərini gücləndirməsi olub.
Belə ki, "Brent" markalı neft fyuçerslərinin dəyəri 44 sent və ya 0,4% artaraq barrel üçün 105,43 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri isə 12 sent və ya 0,1% bahalaşaraq 101,82 dollar/barelə çatıb.
Qeyd edək ki, dünən Rusiyanın neft və qaz tədarükü ilə bağlı xəbərlər tələb və təklif arasında balansı pozacağı ilə bağlı narahatlıqlar xam neftin qiymətləri təxminən 3% bahalaşıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,43% azalaraq 1,8237 manat, Rusiya rublunun məzənnəsi 2,27% irəliləyərək 0,0225 manat, türk lirəsi 0,3% ucuzlaşaraq 0,1150 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
5 hissə üzrə tikinti aparılan magistral yol layihəsinin icrası Agentliyin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Belə ki, Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olmaq məqsədi ilə mütəmadi olaraq tikinti meydançasına baş çəkir, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verir.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, həmçinin 8 körpü və yol ötürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü boru inşa edilib, 4 körpünün tikintisi isə davam edir. Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan hissələrdə artıq asfaltanma işlərinə start verilib.
18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, 7 körpü və 4 yolaltı keçidin inşası aparılır. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması isə son mərhələ üzrə yerinə yetirilir.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda asfalt-beton örtüyünün döşənməsi, əyrixətli dəmir tirlərin quraşdırılması işləri görülür.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də icra olunur.
Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilməlidir.
2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
İnanıram ki, tezliklə Xudafərin və Qız Qalası hidroqovşaqları və SES tikilməsi başa çatdırılacaq.
Trend bildirir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Ə.Əlizadənin sözlərinə görə, bu layihə çərçivəsində işlər davam etdirilir.
Əlizadə əlavə edib ki, bu yaxınlarda işçi qruplarının iclası oldu. Eyni zamanda nazir müavinləri səviyyəsində daim təmaslar həyata keçirilir.
"Burada işlərin demək olar ki, 95%-i başa çatdırılıb. Qalan bir sıra işlərin həyata keçirilərək tam istifadəyə verilməsi yaxın gələcəkdə nəzərdə tutulur", - deyə o qeyd edib.
2021-ci il martın 31-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln manat təşkil edib.
“Bu barədə Mərkəzi Bankın məlumatlarında qeyd olunub.
Kredit təşkilatlarının vaxtı keçmiş kreditlərinin həcmi cari ilin fevral göstəriciləri ilə müqayisədə 0,7%, ötən ilin mart göstəriciləri ilə müqayisədə isə 25,4% azalıb.
Ümumilikdə cari ilin martın 31-nə vaxtı keçmiş kreditlərin kredit portfelində payı 3,8% təşkil edib. Ötən ay bu nisbət 3,9%, ötən ilin mart ayında isə 6,2% təşkil edirdi.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 0,78% artaraq 110,79 ABŞ dolları təşkil edib.
Dünya birjalarında neft qiymətləri artıb.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,21 dollar və ya 1,13% artaraq 108,01 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,19 dollar və ya 0,19% artaraq 102,75 dollar təşkil edib.
"Netflix" 2022-ci ilin birinci rübündə kütləvi şəkildə abunəçi itirdiyini açıqlayıb.
Şirkət ötən ilin dördüncü rübü ilə müqayisədə qlobal miqyasda 700 min abunəçi itirib.
"Netflix" cari ilin ikinci rübündə isə 2 milyona yaxın abunəçi itirəcəyini düşünür.
Şirkət bunun gözləntilərinə uyğun olaraq qiymət dəyişikliyinin nəticəsi olduğunu deyib.
Həmçinin "Netflix" eyni hesab və şifrə ilə platformaya daxil olan şəxslərlə bağlı məhdudlaşdırıcı addımların atılacağını bildirib. Nəhəng platforma 100 milyona yaxın şəxsin bu xidmətdən paylaşılan parollar vasitəsilə istifadə etdiyini təxmin edir.
Mart ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra buradakı xidmətini dayandıran şirkətin abunəçi itkisində bunun da rolu olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan asfalt-beton örtüklü avtomobil yollarının uzunluğunda illər üzrə artım müşahidə olunsa da, 2020-ci ilin sonuna olan məlumatlara əsasən qeyri-asfalt-beton yollarının uzunluğu 6 713,3 km (o cümlədən 919,3 km olan qara, 5 738 km olan çınqıl-qırmadaş, 56 olan torpaq örtüklü) təşkil edib.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatıda bildirilir.
Sənədə əsasən, bu da yolların ümumi uzunluğu 37,9%-lik əhəmiyyətli hissəsində yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin hələ də yaradılmadığını göstərir.
AAYDA 2020-ci ildə 29,8 mln manat vəsait bank kreditləri üzrə ödənişlərə (o cümlədən kreditlərin əsas məbləği üzrə 19,8 milyon manat, faizləri üzrə 9,9 milyon manat) yönəldilib ki, bu da əvvəlki illərin təcrübəsinin də göstərdiyi kimi avtomobil yollarının və onlarla əlaqədar müəssisələrin qurğularının, təhkim zolaqlarının istifadəsi və saxlanması (təmiri) ilə bağlı xərclərin qarşılanmasında müəyyən məhdudiyyətlər yaradıb.