|
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə bu gün dəfn ediləcək.
Mərhum tələbələrin cənazələri bu gecə Bakıya gətirildikdən sonra ailələrinə təhvil verilib.
Allah rəhmət eləsin!
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
"Keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşlar, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulub və onun qadın olduğu nəzərə alınaraq məhkəmə tərəfindən barəsində həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ancaq Ş.Hacıyeva bundan sui-istifadə edərək yenidən analoji cinayət əməlini törədib. Həmçinin, həmin faktla bağlı başlanmış cinayət işi üzrə aparılan istintaqdan yayınmağa cəhd etdiyi üçün barəsində axtarış elan edilmişdi.
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində aparılıb.
Cavad Xan qəsəbəsində Şahin Vəliyevin yaşadığı evdə vida mərasimi keçiriləcək.
Tələbə bu gün torpağa tapşırılacaq.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.
Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.
Tələbələrin cənazələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Onların qohumları, yaxınları Hava Limanına toplanmışdı.
Xatırladaq ki, Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında heç bir məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb.
Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.
DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, T.Səmədova bir musiqiçinin şikayəti əsasında həbs edilib: “İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində tanınıb. Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna edilmir. Onun əməllərindən zərəçəkən başqa şəxslər varsa, Xətai Rayon Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.
Əldə etdiyimiz digər məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişə hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.
Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, T.Səmədovanın əri Rasim Həsənov da bir müddət öncə hədə-qorxu ilə pul tələb etdiyinə görə saxlanılmışdı.
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən biri Şahin Vəliyevin anası Esmira Hüseynova "Bizimləsən" verilişində iştirak edib.
Proqram zamanı Esmira xanım Şahinin ona yanvarın əvvəllərində Türkiyədə güclü zəlzələ olacağını bildirdiyini deyib.
Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib
Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.
Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
"Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir", - DİN-in məlumatında bildirilib.
Bakıda qonşularını qətlə yetirməkdə təqsirli bilinən Mirələkbər Səttarov və Xətai Şirinovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Hadisə Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib.
Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
İş üzrə dindirilmiş Mirələkbər Səttarov ifafəsində bildirib ki, 2014-cü ilin avqust ayında mübahisə nəticəsində Nihat oğlu İsmayıla bıçaqla ayağına xəsarət yetirib. Amma sonradan oğlu ilə Nihat barışıb.
Noyabrın 19-u axşam saat 20:00 radələrində əlindəki balta ilə ağacları budayan vaxt Nihatla Gündüzü məskunlaşdıqları baxçanın həyətində görərək oğlunun bıçaqlanması yadına düşüb. Özündən aslı olmayaraq bərk əsəbləşərək Gündüzdən Nihatı nə üçün bura gətirməsini xəbər alıb. Sonra İsmayılovun qolundan tutaraq onunla söhbət etmək istədiyini deyib və evin hamam otağına tərəf gedərkən baldızı oğlu Xətai Şirinovu da çağırıb.
Nihatı hamam otağına salaraq qapını arxadan bağlayıblar. Balta ilə Nihatı vurmaq istəyəndə Xətai ona mane olub. Mirələkbər İsmayılovdan oğlunu nəyə görə bıçaqladığını xəbər alanda sonuncu düz elədiyini, İsmayıl arxasınca söyüş söydüyünə görə onu bıçaqladığını deyib. Nihatın cavabından əsəbləşən Mirələkbər əlindəki baltanın arxa hissəsi ilə onun baş nahiyyəsin zərbə vurduqda İsmayılov arxası üstə yerə yıxılıb. O, isə buna baxmayaraq onun ayaqlarına və baş nahiyyəsinə əlavə zərbələr endirib.
Nihat yerdə xırıldayarkən Mirələkbər sonuncunun əllərini kəsməyə hazırlaşıb. Lakin Xətai baltanı onun əlindən alıb bayıra çıxıb.
Mirələkbər Səttarov ifadəsinin davamında bildirib ki, hamam ləvazimatları olan yerdə bıçağın olmasını görüb oradan kəsici aləti götürərək Nihatın sol ayağına zərbə endirib.
Hamamdan bayıra çıxan zaman Mirələkbər Nihatın dostu Gündüzü görüb. Sonuncu dərhal hamam otağına keçib yaralını qucağına götürərək avtomaşına əyləşib və onu xəstəxanaya aparıb. Lakin Nihat İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.
Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gələrək Səttarovu Sabunçu RPİ-nə aparıblar və o, törətdiyi cinayət əməlini etiraf edib.
Təqsirləndirilən şəxs qismində cəlb olunmuş Xətai Şirinov bildirib ki, İsmayıl onun xalası oğlu olub. Avqust ayında xalası oğlu tanışı Nihat İSmayılov tərəfindən aralarındakı söyüş görə bıçaqlanıb.
Məlum hadisədən bir neçə ay keçdikdən sonra o, yaşadıqları evdə olan zaman mobil telefonuna Mirələkbər Səttarov zəng vuraraq xırıltılı səslə tez aşağı qapıya tərəf gəlməsini deyib. O, dərhal paltarını geyinərək üzü aşağıya doğru irəliləyərkən qarşısına Mirələkbərlə Nihat çıxıb.
Xətai bildirib ki, Səttarov Nihatın qolundan dartaraq hamam otağına tərəf aparıb. O,da onların arxasınca gedib. Mirələkbər qapını içərinən bağlayaraq giriş qapısının qarşısında balta ilə Nihatın başından bir zərbə vurub. Sonuncu zərbənin təsirindən arxaya addım ataraq yerə çöküb. O, çətinliklədə olsa araya girərək mübahisənin qaşşısını almağa açlışsa da Mirələkbər balta ilə onada ayağından zərbə vuraraq aradan çəkilməsini tələb edib. O, baltanı güclə Səttarovun əlindən alan zaman həmin alət onun barmağını kəsib.
Xətai hamam otağından çıxdıqdan sonra Mirələkbər yalvararaq onu vurmamasını xahiş edən Nihatın bədəninə və başına təpiklə zərbələr endirib.
Şirinov polislərin gəlməsini eşidərək evin arxasına qaçaraq gizlənib. Sakitlik yarandıqdan bir neçə gün sonra polis bölməsinə könüllü gedərək gördüyü və bildiyi məlumatları izahatında göstərib.
Məhkəmə prosesində Mirələkbər Səttarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Xətai Şirinov isə özünü təqsirli hesab etməyib.
Məhkəmə onların silah qismində istifadə etdikləri balta və bıçaqla Nihat İSmayılovu öldürmələrini və həmin cinayəti qisas almaq niyyəti ilə qətlə yetirmə halı kimi qymətləndirib.
Sonda məhkəmənin hökmü ilə Mirəlkbər Səttrarov və Xətai Şirinov hər biri 18 il müddətinə azdlıqdan məhrum olunublar.
Ucarda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alanların sayı 6 çatıb.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, onlardan 3 nəfəri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəsarət alanlar, Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğludur.
***
Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar
rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR-la toqquşub.
Nəticədə, 1 nəfər hadisə yerində ölüb. Daha 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Hakverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.