Bakıda anasınə və bacısını qətlə yetirməkdə təqsirli bilinən Murad Niftizadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəminində qətlə yetirib.

M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

İş üzrə dindirilmiş Murad Niftizadə ifadəsində göstərib ki, 1997-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Yetkinlik yaşına çatanda böyük bacısı və qardaşının danışıqlarından bilib ki, anası hələ atasının sağlığında ona xəyanət edib. Uşaqlarına əhəmiyyət vermədən kənd sakinlərindən utanıb çəkinmədən Beydinli kəndində yaşayan ailəli bir kişi ilə görüşüb. Atası bunu bilib daim xəcalətlə yaşayıb və qəflətən 37 yaşında vəfat edib. 

Təxminən 11-12 yaşı olanda anası 4 uşağını qoyub həmin adama qoşulub çıxıb gedib. Böyük bacısı Gülşən özü uşaq olmasına baxmayaraq onlara analıq, qardaşı Cavid isə atalıq edib. Birtəhər bibilərinin himayəsində yaşayıblar. 

Uşaq olanda anasının hərəkətlərini tam dərk etməyib, amma böyüdükcə daxilən xəcalət cəkib. Həmyaşıdları içərisində həmişə başı ağaşı olub. 

Bacısı Gülşənin ərizəsi əsasında Biləsuvar rayon məhkəməsinin qərarı ilə Fatma Həmzəyeva rəsmi analıqdan məhrum edilib. İki bacı və iki qardaş analarını həyatlarından silib yaşayıblar. 
Murad Niftizadə bildirib ki, 2012-ci ildə Bakı şəhərinə gəlib bir müddət bibilərinin evində qalıb. Sonralar müxtəlif ünvanlarda kirayədə yaşayıb. Rusiyada yaşayan əmisi vaxtaşırı ona maddi köməklik edib. 

2014-2015-ci illərdə eşitdiyinə görə anası Fatma Həmzəyeva kənddə yaşayan bəzi tanışlarının vasitəsi ilə bacısı Elgünlə əlaqə saxlayıb görüşüb. Böyük bacısı və qardaşı həmçinin əmiləri, bibiləri buna mane olmağa çalışsalar da, anası Elgünü yoldan çıxarıb, öz yanına Bakıya aparıb. 
Əvvəl zənn ediblər ki, yəqin Fatma Elgünə analıq etmək istəyir. Amma sonradan hər ikisinin əxlaqsız həyat tərzi keçirməsi, kafelərdə və çay evlərində günəmuzd xidmət göstərdiklərini öyrəniblər. 

Murad Niftizadə 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Əmisinin təklifi ilə 2017-ci ildə işləmək üçün Rusiyanın Saratov şəhərinə gedib. 2018-ci ildə orada əslən Biləsuvar rayonundan olan bir qızla evlənib. Bacısı ilə tez-tez əlaqə saxlayıb. Bacısından Elgün haqqında soruşanda, Gülşən onun nə işlə məğul olması ilə maraqlanmadığını deyib. Danışığından anlayıb ki, bacısı Elgün anasının təsiri altındadı və naməlum şəxslərlə görüşür, internetdə açıq-saçıq şəkilər paylaşır. 

Şəxsən özü də instaqramda Niftizadə adlı profildə bacısının hamam xalatında oğlanlarla bir yerdə əxlaqsız şəkillərini görüb. Bir neçə dəfə xəbər göndərib ki, bacısı həmin şəkilləri silsin, amma faydası olmayıb. Uşaq vaxtı bir yerdə böyüdüklərindən bacısının yaşadığı həyatı qətiyyən qəbul edə bilməyib. İstənilən yolla bacısını anasının yanından ayırıb, öz yanına Rusiyaya aparmağı düşünüb və bunu bacı qardaşlarına deyib. Onlar onun bu fikri ilə razılaşıblar. 

2019-cu ilin dekabr ayında bilib ki, böyük bacısı xəstəliyi ilə əlaqədar əməliyyat olunmalıdır. Buna görə təxminən 3 min manata yaxın pul düzəldib Bakıya gəlib. Bakıda bacısı Gülşəndən anası Fatmanın telefon nömrəsini öyrənib və ona zəng edərək görüşmək istədiyini bildirib.
Dekabrın 12-də axşam Bakıxanov qəsəbəsinə yollanıb. Binanın həyətində anası Fatma onu qarşılayandan sonra birlikdə mənzilə qalxıblar. Onu çox soyuq qarşılayan Fatma niyə gəldiyini soruşub. Bacısının yanına gəldiyini söyləyəndə, anası "Elgün işdədir, 1 saata gələcək" deyib. Murad keçib mətbəxdə oturub. Anası onunla acıqlı danışıb: "Elgün indi yadına düşüb, neyləyirsən onu? İşləyir, özü özünü dolandırır, heç kimə ehtiyacı yoxdur", bildirəndə əsəbiləşib "internetdə olan şəkillərindən necə işləyib dolandığı bəllidir", deyib. Cavab olaraq anası qızın yaxşı etdiyini söyləyəndə, başa düşüb ki, artıq bu adam üçün əxlaq, abır, ismət deyilən heç nə qalmayıb. 

Murad bacısını özü ilə aparmağa gəldiyini deyəndə, Fatma qışqıraraq Elgünün heç yerə getməyəcəyini bildirib və onun mənzildən çıxmasını tələb edib. 

Murad Niftizadə ifadəsinin davamında bildirib ki, mübahisələrinin gərgin vaxtında bacısı evə gəlib. Bacısı ilə söhbət edərkən hiss edib ki, gəlişi onunvda ürəyincə deyil. Ondan internetdə oğlanlarla şəkillərini niyə paylaşdığını soruşanda basıcı "hesabat verməli deyiləm, həyatımı yaşayıram, heç kim mənim işimə qarışa bilməz", deyib. Ona qardaşı olduğunu və uşaq vaxtı birgə anasız böyüdüklərini xatırlatmağa çalışsa da, artıq anlayıb ki, anası Fatma bacısının da həyatını məhv edib. Qonşu otaqdan mətbəxə keçən anası onu söyməyə başlayıb. 

"Mənə dedi ki, sən kimsən onu aparasan? Dedim, mən qardaşıyam, gəlmişəm özümlə onu aparım. Dedi, sən onun qardaşı deyilsən, o başqa kişidəndir. Dedim, atam sağ olanda pozğunluq etmisən, bizi biabır eləmisən. Dedi, yaxşı eləmişəm, rəhmətlik atamı söydü".

Bu zaman Murad anasının baş nahiyyəsinə yumruqla vuraraq onu yerə yıxıb. Ayağa qalxıb bıçaq götürən anası onun sağ çiyninə xəsarət yetirib. Yenə də vurmağa cəhd edəndə kəsici aləti onun əlindən alıb, ona çoxsaylı zərbələr vurub. Vurduğu zərbələrin sayını xatırlamır. Bacısı qapını açıb içəri girəndə sanki ayılıb. Onun qan içərisində olduğunu görüb üzərinə gəlib. Qışqıra-qışqıra əlləri ilə onu vurmağa başlayanda, bıçaqla bacısına da zərbələr endirib. 

Müayinə zamanı Fatmanın bədənində 39, bacısı Elgündə isə 23 ədəd bıçaq yarası aşkar edilib.

Zərbələrin təsirindən anası qonaq otağının qarşısında, bacısı isə mətbəxdə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıblar. 

Bundan sonra mənzildən çıxaraq ətrafda bir az gəzişib. Fikirləşib ki, Elgünə görə geri qayıtsın, bəlkə hələlik sağdı. Amma sonra fikrindən daşınıb. Taksi ilə "Qırmızı Körpü" sərhəd keçid məntəqəsinə, oradan isə Rusiyaya gedib. 

Murad Niftiyev əlavə edib ki, eşitdiyinə görə hadisədən sonra doğmaları Fatmanın və Elgünün meyitlərini qəbul etməyiblər. Onların kənddə dəfn edilməsi və mərasim keçirilməsinə razılıq verməyiblər. Hər ikisi Bakıda kimsəsizlər qəbiristanlığında dəfn olunublar. 

Məhkəmə iclasında Murad Niftizadə ittima üzrə özünü təqsiri bilib. 

Sonda məhkəmənin hökmü ilə Murad Niftizadə ittiham olunduğu maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.  

 

 
  •  

 

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

 

 

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan iki nəfər Bakıdakı xəstəxanalardan birinə köçürülüblər. 

Report məlumatına görə, İftixar Çingiz oğlu Hümbətovun və Səbinə Akif qızı Rəsulovanın vəziyyətləri ağır olduğuna görə onlar paytaxtdakı xəstəxanalardan birinə göndəriliblər.

Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Report məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və “Opel Astra” markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib.

***

Siyəzəndə avtoqəza nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

Report məlumatına görə, hadisə nəticəsində yaralananların 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci il təvəllüdlü Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu il təvəllüdlü İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vuqar Məhəmməd oğlu və 1978-ci il təvvəlüdlü Mustafayeva Xanım Nemət qızı olduğu məlum olub.

Belə ki, sözügedən qəzada ümumilikdə üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.

Yaralılarin müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.

Hadisə yerində zəruri istintaq tədbirləri görülür.

***

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib

"Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir",- deyə məlumatda qeyd olunub.

***

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

APA verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.
 
Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.

***

Bu gün Bakı-Quba magistralında ağır yol qəzası baş verib. 
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən ilkin məlumata görə, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. 
 
Nəticədə 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
 
 
 

Bu gün Qaradağlı qətliamının ildönümüdür. Qətliamın törədilməsindən 31 il ötür.

1988-1992-ci illərdə rus və erməni hərbi birliklərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlardan biri də Xocavənd rayonunun Qaradağlı kəndində törədilib. Erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini didərgin salmaq məqsədilə 1988-ci ilin fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq basqınlar edərək evlərini yandırıb, qarət edib. Nəticədə kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin salıblar.

367594

3 günün içərisində 70 nəfərdən çox şəhid verən Qaradağlı camaatından 104 nəfər əsir düşüb. Kəndin Bəylik dağı adlanan yüksəkliyində girov götürülənlərdən içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələnib. Öldürülən və ağır yaralılar silos quyularına atılaraq üstü torpaqlanıb. 2 nəfər Zəki bulağında, 2 nəfər isə Cəmiyyət kəndində qətlə yetirilib. Xankəndi və Əsgəranda saxlanılan 54 nəfərdən bir neçəsi sonralar Beynəlxalq Qırmızı Xaç və Qızıl Ayparanın xətti ilə əsirlikdən azad edilib. Əsirlikdən xilas edilənlərin əksəriyyəti ağır işgəncələrdən, onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib.

Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. Kəndin sağ qalan sakinləri Ağdamda və respublikanın başqa yaşayış məntəqələrində məskunlaşıb.

367593

Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib. Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb.

“Cinayət işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam edir”, - Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

“Qaradağlı faciəsi rus və erməni birliklərinin həyata keçirdiyi Qarabağ siyasətinin tərkib hissəsi olub”.

Bunu Musavat.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətini şərh edərkən söyləyib.

O bildirib ki, Qarabağ siyasəti sovet dövlətinin və rəhbərliyinin müsəlman və türk dünyasına, o cümlədən də Azərbaycana qarşı həyata keçirdiyi siyasətin bir hissəsi olub:

367592

“366-cı alay və erməni hərbi birlikləri Qaradağlıya qədər bir sıra kəndlərdə, o cümlədən Meşəlidə, Kərkicahanda sözün əsl mənasında mini Xocalı soyqırımı həyata keçirmişdilər. Lakin bu soyqırımlar xalqı öz torpağını ermənilərə verməyə razı salmadı. Həmçinin onları müstəqillik uğrunda mübarizədən yayındırmadı. Onlar bu məsələdə daha qətiyyətli hərəkət etməyə başlamışdılar. Xüsusilə 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya bəyannaməsinin qəbul edilməsi Moskvanı daha çox qıcıqlandırdı və onlara məlum oldu ki, azərbaycanlıların növbəti addımı SSRİ-nin tərkibindən çıxmaq olacaq. Bu baxımdan da 1990-cı ildə Yanvar qırğını həyata keçirildi. Lakin xalqı öz yolundan döndərə bilmədilər. Həmin dövrdə 366-cı alay və erməni hərbi birlikləri müxtəlif yollarla Azərbaycanın kəndlərini mühasirəyə alır, evləri yandırır, insanları həmin kəndlərdən çıxmağa məcbur edirdilər. Əldə etdiyimiz məlumatlara əsasən, erməni hərbi birliklərinin tərkibində təkcə Qarabağda yaşayan erməni silahlı dəstələri deyil, Ermənistandan, Fransadan, Livandan və dünyanın müxtəlif ölkələrindən mükəmməl terrorçuluq və hərbi təlim keçmiş silahlı qüvvələr də yaxından iştirak edib. Bununla bağlı kifayət qədər material mətbuat səhifələrində çap olunub. Onlar əvvəlcə azərbaycanlılarla ermənilərin birgə yaşadığı kəndlərdən azərbaycanlıları çıxarıblar, ucqarlarda yerləşən Azərbaycan kəndlərini mühasirəyə alaraq 366-cı alayın tanklarından, BMP-rindən və digər döyüş vasitələrindən istifadə etməklə əhalini öldürüb, qorxudub və onları həmin yaşayış məntəqələrini tərk etməyə məcbur ediblər. Təslim olmayan, mübarizə aparan kəndlərdən biri də Xocavənd rayonunun ərazisində yerləşən Qaradağlı kəndi olub”.

367591

Boran Əziz qeyd edib ki, Qaradağlı 4 il ərzində ermənilərə qarşı müqavimət göstərib:

“Münaqişə başlayan ilk gündən bu kəndin sakinləri dəhşətli hadisələrlə üzləşsə də, qorxmayıb, geri çəkilməyib. Onlarla insan ermənilərin törətdiyi qanlı terror aktlarının qurbanına çevrilib. O dövrdə baş verənlər barədə respublika rəhbərliyinə, sovet dövlətinin rəhbərliyinə dəfələrlə müraciətlər ünvanlansa da, onlara qarşı tədbir görülməyib. Ermənilərin törətdiyi cinayət əməllərinə qarşı faktiki olaraq susqun vəziyyətdə qalmaqla onları növbəti daha vəhşi addımlara bir növ həvəsləndirmiş oldular. Beləliklə, Xocavənd kəndi işğal olundu. Ondan sonra Qaradağlı kəndi faktiki olaraq mühasirə vəziyyətinə düşdü. 15-dən artıq ermənilər yaşayan kəndlə əhatə olunmuş bu yaşayış məntəqəsində vəziyyət getdikcə pisləşirdi. Yerli sakinlərdən ibarət kənd özünümüdafiə dəstəsi düşmənin aramsız hücumları qarşısında mərdliklə dayanmasına baxmayaraq, silah-sursatın az olması onları çətin vəziyyətə salmışdı. Qaradağlının yaxınlığındakı kənddən, o cümlədən Ağdamın Mərzili kəndindən, həmçinin Muğanlı, Kuropatkino, Əmralılar kəndlərindən cəsur döyüşçülər Qaradağlıya kömək etmək üçün dəfələrlə cəhd göstərsələr də, silah-sursat və hərbi texnika ilə lazımi qaydada təmin edilmədikləri üçün buna tam nail ola bilməmişdilər”.

Tarix üzrə fəlsəfə doktoru vurğulayıb ki, Qaradağlı kəndi təxminən 40 hektar ərazini əhatə edirdi:

“Onun əkin sahəsi 15 min hektardan artıq idi. Kənd dağətəyi zonada yerləşdiyindən əhalinin bir qismi meyvə-tərəvəzçilik, çox hissəsi isə maldarlıqla məşğul olub. Kənddə 350 şagirdin təhsil aldığı bir orta məktəb, kənd sovetinin inzibati binası, 2 mağaza, 1 kənd həkim ambulatoriyası, 2 idman zalı, 1 kinoklub, 2 yaşayış evi olub. Qaradağlı çox mühüm strateji əhəmiyyətə malik olduğu üçün həmişə ermənilərin təzyiqinə məruz qalıb. Silah-sursat cəhətdən ermənilərdən xeyli zəif olmasına baxmayaraq, kənd sakinləri Qarabağ hadisələrinin başladığı 1988-ci ildən işğal olunduğu 17 fevral 1992-ci ilə qədər düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb.

Xocavənd rayonu Birinci Qarabağ savaşında 130 şəhid verib ki, onların 78-i Qaradağlının payına düşüb. Ermənilər 15 fevral 1992-ci ildə Qaradağlı kəndinə hücum etdilər. Hərbi birləşmələrin, müdafiəçilərin güclü müqaviməti ilə üzləşib geri çəkildilər. Bir neçə itkiləri də oldu. Ancaq ermənilər fevralın 16-da böyük qüvvə ilə yenidən hücuma keçdilər. Kəndin içərilərinə soxulmuş təcavüzkarlarla müdafiəçilər arasında baş verən toqquşmada hər iki tərəfdən xeyli sayda ölən və yaralanan oldu. Silah-sursat cəhətdən qat-qat üstünlüyə malik olan işğalçılar bu dəfə də kəndi ələ keçirə bilmədilər. Bir ovuc insanın böyük bir qüvvə qarşısında bu qədər dayanması böyük bir qəhrəmanlıq idi. İtkilərə baxmayaraq, fevralın 17-də səhər saat 5-də erməni hərbi birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar və Xankəndidəki Rusiyaya məxsus 366-cı motoatıcı alayın bir qrup əsgər və zabiti bir neçə istiqamətdən sonuncu dəfə Qaradağlıya hücuma keçdilər. Şahidlərin söylədiyinə görə, düşmənlərlə mətin müdafiəçilər arasında 11 saata yaxın qanlı döyüş gedib. Müdafiəçilər azsaylı və pis silahlanmış olsalar da, mərdliklə vuruşublar. Qaradağlılara kömək məqsədilə müxtəlif rayonların özünümadiə batalyonlarından göndərilmiş 13 döyüşçü də böyük əzmkarlıq mümayiş etdirib. Sonda müdafiəçilərin özlərinə istehkam seçdikləri kolxozun və kənd sovetliyinin inzibati binası düşmənin əlinə keçdi. Döyüşün sonuna yaxın müdafiəçilərin sursatı faktiki olaraq tükənmişdi. Nəticədə köməksiz qalan Qaradağlı kəndi işğal edildi. Sağ qalan 100-dən artıq adam girov götürülüb ki, onların yarısı vəhşicəsinə qətlə yetirilib. Ermənilər Qaradağlını böyük itki hesabına işğal ediblər. Sonuncu 3 gün ərzində gedən qeyri-bərabər döyüşlərdə onlarla erməninin məhv edildiyi şahidlərin ifadələrindən də məlumdur. Bu döyüşlərdə kənd sakinləri böyük igidlik göstəriblər. Qaradağlı işğal olunarkən ermənilər sakinlərin bir qisminin başını diri-diri kəsib, insanları amansızcasına qətlə yetirib. Bu faciə Xocalı faciəsindən əvvəl baş verən ən böyük faciələrdən biridir”.

367590

Boran Əziz xatırladıb ki, ermənilər 1991-ci il iyunun 28-də Qaradağlı kəndinin 5 kilometrliyində yerləşən Vərəndəli sahəsində fermanı yandırıblar, orada işləyən və ermənilərə qarşı cəsarətlə vuruşan 6 nəfəri qətlə yetiriblər:

“Sentyabrın 8-də isə Ağdamdan Qaradağlıya qayıdan avtobus Xocavənd rayonunun (Martuni) 3 kilometrliyində güllə yağışına məruz qalıb və nəticədə 8 nəfər həlak olub. Başqa vaxtlarda da müxtəlif şəraitlərdə ermənilər tərəfindən 5 azərbaycanlı qətlə yetirilib. 1200 nəfər əhalisi olan Qaradağlı kəndində 77 nəfər qətlə yetirilib və beləliklə daha bir Azərbaycan kəndi faktiki olaraq yer üzündən silinib. Bununla da Xocavəndin ən böyük yaşayış məntəqələrindən biri rus-erməni hərbi birlikləri tərəfindən işğal edilib”.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyatlar zamanı cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər tutularaq istintaqa cəlb edilib.

"Rayon ərazisində bir nəfərin üzərində olan 945 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın, sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan pulu gizlincə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da analoji cinayətlər törətdiyi istisna edilmədiyindən ətrafında zəuri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyaları gizli olaraq talayan Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iri buynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini Bəhruz Mustafayev saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində son günlərdə keçirilən növbəti əməliyyatlar zamanı isə daha 7 nəfər-Yaqub Əliyev, Aqşin Kərimov, Səbuhi Mustafayev, Orxan Zülfüqarlı, Ruslan Süleymanov, Fəxrəddin və Ümid Məmmədovlar saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

 

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Bu barədə  TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib

"Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir",- deyə məlumatda qeyd olunub.

***

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

 APA verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.
 
Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.

***

Bu gün Bakı-Quba magistralında ağır yol qəzası baş verib. 
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən ilkin məlumata görə, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. 
 
Nəticədə 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
 
 
 

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.

Sözügedən şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, müstəntiqə cinayət işi açılıb. Müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.

 

 

 

Nəsimi rayonu, 159 saylı orta məktəbin altıncı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat yayılıb.

Apa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə edilən paylaşımda şagirdin məktəbin direktoru tərəfindən təhqir edildiyi üçün intihar etmək istədiyi deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti qeyd olunan məlumatın polis əməkdaşları tərəfindən yoxlanıldığını, şərti adı A.A olan şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədiyini bildirib.

Qeyd olunub ki, şagird hazırda dərsdədir.

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları və rəsmilər iştirak edirlər. 

Vida mərasimindən sonra H.İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbənin meyiti uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.

Baku TV-nin vida mərasimindən canlı yayımını təqdim edirik:

Xəbər lenti