İRAN İZ AZDIRMAQ ÜÇÜN BUNA GEDƏCƏK... - Yasin Hüseynzadəni aradan götürəcəklər

Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir.

Bu sözləri Axar.az-a 27 yanvarda ölkəmizin İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu vurğulayıb:

“Hazırda səfirlikdə törədilən terror aktına görə İrana çox böyük etiraz və təzyiq var. Terrorçunun ruhi xəstə olduğunu deyib, onu xəstəxanaya yerləşdirmək sözügedən təzyiqlərin ən asan yoludur. Məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər”.

Qeyd edək ki, istintaqı aparan Tehran Cinayət Prokurorluğu Y.Hüseynzadənin şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən “əziyyət çəkdiyi” qənaətinə gəlib. Terrorçu ən azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEOSosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidməti xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEOBakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEOBakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEO

Bir neçə gün əvvəl işdən azad edilmiş Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev həbs olunub.

Bakupost.az xəbər verir ki, o, işdən çıxarılan kimi, qandallanaraq Bakıya gətirilib. Sabiq prokurorun hansı orqan tərəfindən saxlanıldığı, barədə məlumat verilmir.

Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncamı yanvarın 31-də imzalayıb.

 

 

 

 

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Saxlanılanlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

Qeyd edək ki, Mətləb Bağırov “İnterAz” və “SalamNews”un sahibidir.

Xatırladaq ki, ötən gün DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da olub.

“İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

Yol-xeber.az xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

 

 

 

 

Dövlət Gömrük Komitəsinin sədrliyindən uzaqlaşdırılan Səfər Mehdiyev tabeçiliyində çalışmış şəxslərin cinayət işinin istintaqı çərçivəsində növbəti dəfə istintaqa çağırılıb.

Gununsesi.info-nun xəbərinə görə, sabiq komitə sədri istintaqçıların suallarını cavablandırmaqla bərabər həbsdə olan baş idarə rəisləri ilə üzləşdirilib.

Məlumatda o da bildirilir ki, Səfər Mehdiyev budəfəki istintaqa vəkili ilə cəlb olunub.

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunmasıyla bağlı əməliyyatlar davam edir.

Bakupost.az xəbər verir ki, bununla bağlı növbəti əməliyyat ötən gün Neftçala rayonunda keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün məhkəmə qarşısına çəxarılacağı gözlənilir.

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Musavat.com xəbər verir ki, İrana müxalif olan "Gooya News" saytı bu məsələdə rəsmi Tehranın mövqeyini ifşa edən yazı dərc edib.

363348

Məqalədə Tehran polisinin terrorçuya mane olmadığı və hücuma şərait yaratdığı qeyd olunub:

"Tehran polis rəisi, general Hüseyn Rəhimi iddia edib ki, hücum edən şəxs iki azyaşlı uşağının müşayiəti ilə səfirlik binasına daxil olub və “İran polis qüvvələrinin təcili reaksiyasından” sonra həbs edilib. Səfirliyin təhlükəsizlik kameraları tərəfindən hücumun əvvəlindən qeydə alınan videoda avtomobildə təcavüzkardan başqa heç bir sərnişinin olmadığı aydın görünür. Bu, Tehran polis rəisinin ilk yalanıdır.

Tehran polis rəisinin ikinci yalanı İran polis qüvvələrinin dərhal reaksiyasıdır. Bu açıqlamalara cavab olaraq Azərbaycan səfirliyi tərəfindən silahlı şəxsin hücumu ilə bağlı üç video yayımlanıb ki, bu da general Rəhiminin hekayəsinin qeyri-dəqiqliyini açıq şəkildə göstərir".

Sayt yazır ki, Rəhiminin açıqlamalarının əksinə olaraq, Tehran polis qüvvələrinin və təhlükəsizlik əməkdaşlarının "dərhal reaksiyası"ndan əsər-əlamət yoxdur:

363349

"Əksinə, polis uzun müddət sonra gəlir və səfirlik səlahiyyətlilərini axtardıqdan, yaralılar üçün təcili yardım çağırıldıqdan sonra hadisə yerinə yeni qüvvələr göndərilir".

Məqalədə qeyd olunub ki, İran mediasının təcavüzkarın övladı adlandırdığı gənc qız açıq-aydın anasının səfirlikdə deyil və Azərbaycanda olduğunu və onunla telefonla danışığını deyir.

"Gooya News" saytı terrorçu Yasin Hüseynzadə ilə bağlı diqqətçəkən məlumatlara da yer verib.

Yasin Hüseynzadə kimdir?

363350

Sayt terrorçunun SEPAH ilə əlaqəsinə xüsusi yer verib:

"1969-cu ildə Mərəndin Yekan Əliai kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında iştirak edib. İllərlə Təbrizdə İnqilab Keşikçiləri Korpusunda yük maşını sürücüsü işləyıb, SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb və o vaxtdan ticarətlə məşğul olub".

"Gooya News"-un məlumatına görə, o, 7 il Mərənddəki Yaldur məscidinin Bəsic komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqə saxlayır:

"Hətta onun Təbrizdə Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə yaxın vaxtlarda baş verən etiraz aksiyaların yatırılmasında iştirak etdiyi barədə məlumatlar var".

363351

Məqalədə qeyd olunub ki, terrorçunun həyat yoldaşı haqqında çox məlumat yoxdur.

Zəngan polisinin anbarında olan"Kalaşnikov" silahı Yasin Hüseynzadəyə necə çatıb?

363352

"Gooya News" yazır ki, bu, təbii ki, İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır. 

Səfirliyimizə basqında istifadə edilən silah bir neçə il öncə Loristan bölgəsində cinayətdə ələ keçirilib, daha sonra bu silah maddi sübut qismində Zəngan (Zəncan) polisinə saxlanmağa verilib. Belə olduğu halda, Zəngan polisinin anbarında saxlanan avtomat silah hansı yollarla Yasin Hüseynzadənin əlinə keçib? 

Hadisənin terror aktı olduğunu xüsusilə vurğulayan İran saytı təcavüzkarın keçmişdə SEPAH ilə əməkdaşlığını və Bəsic qüvvələri ilə hələ də əlaqə saxladığını bir daha xatırladaraq əməliyyatın “dəqiq və layihələndirilmiş əməliyyat” olduğunu yazıb.

"İran təhlükəsizlik orqanları bu şəxsin ailədaxili münaqişələri ilə Azərbaycan Respublikasının səfirliyinə edilən hücuma pərdə çəkir".

Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilir

Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirir.

Yol-xeber.az xəbər verir ki, əməliyyatla bağlı təfərrüat bir qədər sonra açıqlanacaq.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin atası Nəbi Nəbiyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, N.Nəbiyev uzun illər məsul vəzifələrdə çalışıb. O, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sumqayıt Qaz İstismar İdarəsinin rəisi olub.

Allah rəhmət eləsin!

Xəbər lenti