|
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.
Rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2 nəfər rayon sakini- əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, mərasim mərhumun yaşadığı evin həyətində keçirilir.
***
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılır.
Oxu.az xəbər verir ki, vida mərasimi mərhumun evində keçiriləcək.
Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.
Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan Mahir İmanov və Vasif Tağıyev vətənə gətirilərək Bakıda xəstəxanaya yerləşdiriliblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı hər iki mühafizəçi qəlpə xəsarətləri alıb. Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. Həmçinin səfirliyin digər mühafizəçisi Mahir İmanov da bədənində aşkar edilən qəlpələrə görə əməliyyat edilib.
Hər iki yaralının yaxın günlərdə xəstəxanadan ambulator müalicəyə buraxılacağı bildirilib.
Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağı ilə bağlı zərərçəkmiş qismində tanınıb.
Buna səbəb MTK-ların reysterinin aparılması ilə bağlı qanunun olmamasıdır.
Ekspert bildirib ki, "ASAN xidmət"də ilkin çıxarışların verilməsi həyata keçirilsə də, hər tikinti şirkətinin rəhbəri bunu etməkdə maraqlı deyil. Çünki bu prosesi həyata keçirən zaman dövlət qurumuna mütləq qaydada təqdim olunmalı sənədlər var.
Elnur Fərzəliyev vətəndaşlara yeni binalardan mənzil alarkən vəkilə müraciət etmələrini tövsiyə edib. Ekspert vurğulayıb ki, satış mexanizminin qanunvericilik səviyyəsində dəyişməsi ilə bağlı məsələ həllini taparsa, əmlak bazarına böyük alıcı kütləsi axın edə bilər.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alanların son durumu açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə danışıb.
“Həkimlərin dediyinə görə, hadisə zamanı xəsarət alan bir əməkdaşımızın əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb, ikinci yaralı əməkdaşımızın əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, ikinci əməkdaşın əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, - Əli Əlizadə vurğulayıb.
Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilməsini və nəticələri Azərbaycan Respublikasına bildirməsini gözləyir.
“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi və bu hadisəyə görə çox təəssüflənirik”, - Azərbaycan səfiri qeyd edib.
Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının yeni görüntüləri yayılıb.
Videoda cinayətkarın avtomobillə hadisə yerinə yaxınlaşması əks olunub.
Daha sonra əlində avtomat olan şəxs səfirliyin binasını mühafizə edən iranlı polisə əl hərəkəti ilə müdaxilə etməməsini göstəriş verir və binaya daxil olur.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanın Tehrandakı səfirliyinə hücumun görüntüləri yayılıb.
Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum erməni tərəfindən edilib.
Axar.az xəbər verir ki, bu barədə “Araz Nyus” Teleqram kanalı məlumat yayıb.
Kanal İran mətbuatına istinadla yaydığı məlumatda hadisənin erməni əsilli İran vətəndaşı tərəfindən törədildiyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.
Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.
APA xəbər verir ki, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.
"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.
Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, - deyə polis rəisi vurğulayıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı gömrük postunda əməliyyat keçirib.
"Unikal"ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı postun inspektoru Cavid Məmmədov saxlanılıb.
Əlavə məlumat veriləcək.