Fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu “Təbriz” mənzil-tikinti kooperativini məhkəməyə verib.

Məhkəmə işinə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, mətbuatda “Təbriz” MTK-nın “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus olduğu bildirilir.

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər almaq mümkün deyil.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.

O qeyd edib ki, tələbələrin yaşadıqları binadan bir neçə cəsəd çıxarılıb, onlardan isə hələ ki, heç bir iz yoxdur: “Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir. Tələbələri tapa bilmirlər. Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.

Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxarılıb.

Bu barədə azərbaycanlı mərhum xanımın yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Bildiriblər ki, Məleykə Rüstəmlini (Kılıç), onun həyat yoldaşı Münir Kılıçı və 5 yaşlı oğulları Batuhan Kılıçı dağıntılar altından xilas etmək mümkün olmayıb.

Nəsimi rayonunda yerləşən klubların birində baş verən kütləvi davanın təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, “Hiss” gecə klubunda kişi müştərilərdən biri sərxoş olub.

O, qızlar oturan masaya yaxınlaşıb və onlarla rəqs etmələrini istəyib.

Qızlar ona etiraz ediblər. Nəticədə onlar arasında dava düşüb.

Döyülən qızlardan biri xəstəxanaya yerləşdirilib, üçü isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Səbail rayonunda klubda dava düşüb.

Hadisə "Torqovı" kimi tanınan ərazidə baş verib.

"Hiss" klub kimi adlanan iaşə obyektində 1989-cu il təvəllüdlü E.A və onun üç rəfiqəsi döyülərək xəsarət alıblar.

Onlardan E.A-nıın vəziyyəti nisbətən ağırdır./APA

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq və narkotik cinayətləri törədən, eləcə də qanunsuz silah saxlayan ümumilikdə 20 nəfər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fərdi yaşayış evlərindən oğurluq edən 6 nəfər saxlanılıb. Əvvəlcədən əlbir olaraq qrup şəklində rayon ərazisindəki iki fərdi yaşayış evindən oğurluq edən rayon sakinləri – Qurbani Bədəlov, Qalib Quliyev, Hüseyn Bayramov və Fərman Fərmanlı tutulublar. Onların qızl-zinət əşyaları və nəğd pul oğurlamaqla zərərçəkmişlərə 10 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib. Keçirilmiş digər tədbirlərlə analoji əməli törədən yetkinlik yaşına çatmayan Sadiq İsayev (şərti) və Yusif Babayev saxlanılıblar. Yetkinlıik yaşına çatmayan şəxsin qohumuna aid evdən qızıl-zinət əşyaları və nəğd pul oğurlayaq 3000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Y.Babayev isə həmkəndlisinə məxsus fərdi yaşayış sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişə maddi ziyan vurub.

Həmçinin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı narkotik vasitənin satışı ilə məşğul olan Bərdə rayon sakini Ramin Məmmədov saxlanılıb. O, əldə etdiyi narkotiki 20 manat müqabilində istintaqla müəyyən olunan şəxsə satdığını etiraf edib. Bundan başqa keçirilən əməliyyatlar zamanı daha 12 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqrama yaxın müxtəlif adda narkotik aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Əhmədov da saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.

“Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib: “Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 09-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Xidmətdən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə (Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm, Qusarda 10 sm, Şamaxı, Qubada 9 sm, Şahbuz, Gədəbəydə 8 sm, Daşkəsən, Altıağacda 7 sm, Göygöldə 4 sm, Oğuzda 3 sm, Qobustanda 2 sm, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 sm olub.

Düşən yağıntının miqdarı Astarada 25.0 mm, Şamaxıda 20.0 mm, Qax, Şəkidə 12.0 mm, Lerikdə 11.0 mm, Lənkəranda 10.0 mm, Oğuz, Şahbuzda 8.0 mm, Ləzə, Qəbələdə 7.0 mm, Zaqatalada 6.0 mm, Balakən, Yardımlıda 4.0 mm, Mingəçevir , Xınalıq, Naxçıvanda 2.0 mm, Şərurda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Nefçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Fevralın 08-də Bakıda temperatur iqlim normasından 1.5° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10-dək° şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti olub.

Qarabağa “rus desantı” kimi atılmış Ruben Vardanyanın Moskvaya qaçdığı xəbərləri yayılıb: erməni mənbələr Rubenin Araiklə münasibətlər fonunda “Xankəndindəki siyasi vəziyyəti aydınlaşdırmaq” üçün getdiyi yazır, Azərbaycan mənbələri isə qaçdığını;

İki məqam Vardanyanın Xankəndini tərk etdiyi ehtimalını artırır:

- Rubenin qaçdığı xəbərini yayan mənbə (Caliber) etibarlı hesab edilir: məlumatda qeyd olunur ki, Vardanyan sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan çıxıb və Moskvaya gedib, beləliklə, “Vardanyan layihəsi”ni başa çatmış hesab etmək olar;

- Hər gün görüşlər keçirən, çıxışlar edən Ruben son iki gündə “gözə dəymir”: sonuncu dəfə bir neçə gün öncə İspaniya və İtaliya mediasına müsahibə vermişdi, həmin müsahibədə bildirirdi ki, “Avropa İttifaqı sözdə danışır, amma əməldə heç nə etmir”; müsahibədə dolayısı yolla mövcud vəziyyətdə “əlindən heç nə gəlmədiyini” deyirdi;

Rubendən fərqli olaraq Araik “yaşamaq” üçün Bakının tələbləri ilə razılaşmağın “tərəfdarı” kimi çıxış edirdi. Vardanyanın getməsi Arutyunyanın separatçı rejimdə nəzarəti yenidən ələ alması deməkdir. Lakin burada məsələ Araik və Ruben yox, Rusiyanın dəyişən mövqeyidir. Mümkündür ki, Moskva Bakı ilə anlaşmaq qərarına gəlib.

Vardanyanın Qarabağdan getməsi də (əgər doğrudursa) Bakının tələblərinin qəbul ediləcəyi gözləntisini artırır. Bu tələblər birdən çoxdur:

1. Mədənlərin qanunsuz istismarının dayandırılması və monitorinqinin aparılması;
2. Laçın yolunda “X-ray” skaner cihazlarının quraşdırılması;
3. Yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanması;
4. Vardanyanın bölgəni tərk etməsi;

Təxminən iki həftə öncə Lavrov danışıqların getdiyini, yaxın günlərdə Laçın yolundakı “problemin” həll ediləcəyini açıqlamışdı. Vardanyan Qarabağdan çıxarılıbsa, artıq tələblərdə birinin yerinə yetirildiyi deyə bilərik və digərlərinin yerinə yetiriləcəyi istisna deyil.

Ərdoğan: Zəlzələdə 912 nəfər həyatını itirib

Türkiydə zəlzələdən həyatını itirənlərin sayı 912 nəfərə çatıb

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan deyib.

Ərdoğan Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib. 

“912 vətəndaşımız həyatını itirib, 5385 vətəndaşımız yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina dağıdılıb”, - Ərdoğan bildirib.

O, NATO və AB ilə yanaşı, 45 ölkədən də yardım təklifi gəldiyini açıqlayıb.

***
Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

***
Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb. 

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar yeddi vilayətdə qeydə alınıb. 

***
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.

Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

* Malatya şəhərində 140 bina dağılıb, 420 yaralı var, 23 nəfər isə ölüb. (YENİLƏNİB)

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.

Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

 

Xəbər lenti