|
Ermənistanda hərbi hissələrin birində, kazarmada yanğın baş verib.
Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 15 hərbçi ölüb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Tərtərdə kafeyə müştəri qismində gələn şəxs xidmətdən narazı qaldığı üçün içəri qumbara ilə hücum edib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də gecə saatlarında şəhər ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.
Araşdırmalarla məlum olub ki, həmin gün saat 23 radələrində Y.Hüseynov kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, S.Bayramovla mübahisə edib. Əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes” markalı avtomobilin şüşələrini, sona kafeyə qayıdaraq pəncərələri sındırıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda məktəbli qızlardan birinə manyak yaxınlaşıb.
Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib.
Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alnıb.
Daxili İşlər Nazirliyindən baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Xankəndində separatçı rejimin “deputatları” ilə qapalı görüşdə separatçıbaşı Araik Arutyunyan Azərbaycan Laçın dəhlizinin açılması ilə bağlı bir sıra tələblər irəli sürdüyünü açıqlayıb.
Arutyunyanın sözlərinə görə, şərtlər qəbul edilərsə, Xankəndi il İrəvan arasında gediş-gəliş yolu açılacaq. Şərtlər isə aşağıdakılardır:
“Bakının şərti ilk olaraq Ruben Vardanyanın vəzifəsindən azad edilib, Xankəndindən çıxarılması, Qızılbulaq və Dəmirli mədənlərinin fəaliyyətinin dayandırılması, Laçın dəhlizində sərhəd-keçid məntəqəsində rentgen skaner cihazlarının quraşdırılması və yüklərə nəzarət etmək üçün Azərbaycan nümayəndəsinin olmasıdır. Digər tələb isə 44 günlük müharibədən sonra ərazidə qalan ağır hərbi texnikanın geri çəkilməsidir”.
O bildirib ki, tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub.
Arutyunyan onu da əlavə edib ki, çətin günlər qarşıdadır, vəziyyət dalan dirənib.
Baş Prokurorluq Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılması barədə açıqlama verib.
Qurumun Mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılıb.
Baku.ws verdiyi məlumata görə, market paketinə qoyularaq küçəyə atılan körpə vəfat edib.
Ətraflı məlumat veriləcək.
Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) yoxlama aparacaq.
Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, cari ildə planına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nəzarət tədbiri nəzərdə tutulub.
Dünən - yanvarın 16-da qondarma "milli təhlükəsizlik xidməti"nin direktoru Aşot Akopcanyanın vəzifəsindən azad edilməsiylə Arayik Arutyunyan Ermənistan baş naziri Nikol Paşinyana sadiqliyini ifadə etməyə və özünün "Qarabağda vəziyyətə tam nəzarət etdiyinə" əmin olmağına çalışır.
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" nəşri məlumat yayıb.
Məsələ ondadır ki, Aşot Akopcanyan qondarma "dövlət naziri" Ruben Vardanyana yaxındır. "Milli təhlükəsizlik xidməti"nin keçmiş direktoru Vardanyanın müşaviribiznesmen Arman Akopjanyanın əmisi oğludur. Və separatçı rejimin siyasi dairələri, xəbərlərə görə, Ermənistan hakmiyyətinin təzyiqi ilə Qarabağı tərk etmək məcburiyyətində qalan Vardanyanın istefasının qarşısını alsalar da, Arayik Arutyunyan Paşinyanın könlünü almağa və Vardanyanın digər rıçaqlardan məhrum olacağına inandırmağa çalışır. Və bununla Ermənistan Respublikasının hakimiyyət orqanlarına sədaqət nümayiş etdirir. Və qondarma "mtx"-nin yeni direktoru Arayikin ən yaxın dostlarından biri, "Çolka" ləqəbligeneral-mayor Ararat Melkumyandır. rejim başçısı cəmi 10 gün əvvəl Vitali Balasanyanın yerinə "təhlükəsizlik şurası"nın katibi təyin etmişdi.
Melkumyan buna qədər "mtx" direktorunun müavini vəzifəsində çalışıb. Və Qarabağdakı hayların "dövlətyönlü" xadim adlandırdığı Samvel Şahramanyan "təhlükəsizlik şurası"nın katibi təyin edilib. 2018-20-ci illərdə o, "mtx" direktoru olub və deyilənə görə, Paşinyan hakimiyyətin əmrlərinə tabe olmayıb, "daxili sabitliyi qoruyub saxlamağa" üstünlük verib.
“Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Nəsimi RPİ tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçirilib.
Bu ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər saxlanılıblar. Saxlanılan Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədovdan ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlarınn hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, son aylarda “Papanin” və “Kubinka”da narkotik alverçilərinə qarşı bir neçə dəfə əməliyyat keçirilib.