|
Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib. Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb.
Trend xəbər verir ki, axşamdan başlanan qar yolda hərəkəti iflic vəziyyətə salıb.
Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.
Kremlin Xankəndidəki dələduz “desantı” Ruben Vardanyan aldığı tapşırıqlar əsasında planlarını rahat formada həyata keçircəyini düşünsə də, ancaq zaman keçdikcə bu məkrli, çirkin planları həyata keçirməyin mümkün olmadığının və iflasa uğradığının fərqindədir. Vardanyan hesab edirdi ki, qısa zamanda erməni cameəsində asanlıqla barəsində “xilaskar”, “qəhərman” obrazı formalaşdıracaq və bununla da qarşıya qoyulan hədəflərinə nail olacaq. Lakin heç də hər şey əksinə oldu. Bu işdə ona heç milyonları da yardım etmirdi. Düşünürdü ki, bu işdə maliyyəsi də ona yardımçı olacaq. Amma bu da fayda vermədi. Bunu Xankəndindəki davamlı aksiya keçirmək planlarının alt-üst olması bunu sübut etdi. Böyük maliyyə xərcləri hesabına yalnız bir dəfə güc-bəla ilə bir aksiya keçirməyə nail oldu və o da lazımi effekti vermədiyindən dayandırmaq zorunda qaldı. Uğursuz aksiyadan sonra anlamağa başladı ki, planları heç də istədiyi formada getmir. “Sən saydığını say, gör fələk nə sayır” misalında olduğu kimi...
Və bundan sonra nə qədər dələduz olsa da, Azərbaycanın gücünü dərk etməyə başladı. Dərk etməyə başladı ki, bu işlər onun başını soxa biləcək qazan deyil. Bu qazana elə bir qazan ki, orada bundan öncə Azərbaycana qarşı məkrli, çirkli oyunlar quranların çox özündən deyənləri kəlləsindən edib. Növbəti mərhələdə bu qazanda növbəti kəlləsindən olacaq şəxs isə dələduz Vardanyan olacaq. O bunun fərqindədir. Məcburiyyət qarşısında Azərbaycanın gücünü etiraf edib, müxtəlif variantlar işlətməklə üzləşdiyi oyundan yayınmağa, məqam yetişdikdə isə aradam çıxmağa çalışır. Bu məqsədlə üzərinə götürdüyü missiyaya nail ola bilməyən Vardanyan iflasını ən müxtəlif bəhanalərlə başqalarının üzərinə atmaqla özünün sığortalamağa çalışır. Onun erməni mediasına verdiyi sonuncu açıqlamada bunun bariz nümunəsidir. O deyib: “Rusiya sülhməramlılarını, Ermənistan hökumətini, ABŞ, Fransa və BMT hökumətlərini tənqid etmək mənim üçün asan olardı, amma bu nə verəcək?
Qarabağda çox məhdud hüquqlara malik 2000-dən az rus sülhməramlısı var. Bu vəziyyətdə onlar əllərindən gələni edirlər. Tələblərimiz daha böyük ola bilər və bizim Rusiya tərəfinə tələblərimizi təqdim etmək hüququmuz var, amma digər tərəfdən reallığı anlaya bilərik. Onlar heç bir həll təklif etmədən, birliyi məhv etməyə kömək edirlər”.
Vardanyan bu açıqlaması ilə həm özünü sığortalayır, həm də günahı ermənilərin üzərinə atmaqla vəziyyətdən çıxmaq istəyir.
Artıq sadə ermənilər də belə dələduz, quldur, cinayətkarların oyunlarından yorulub və onların oyunlarının qurbanı olmaq istəmir. O baxımdan da belə “xilaskarlara”, “qəhrəmanlara” dəstək vermirlər. Anlayırlar ki, nəticədə uduzan və oyunun qurbanı yenə onlar olacaq.
"Həyat yoldaşıma da dedim ki, allah eləsin yanacaqdaşıyan avtomobil yük maşınını vurmasın".
Bu sözləri ötən günlərdə Qobustanda baş verən dəhşətli qəzadan sağ çıxan şəxs Aztv-nin efirinə danışan bildirib.
Daha ətraflı videoda:
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın bəzi detalları məlum olub.
"1972-ci il təvəllüdlü Nəsib Heydərovla 1990-cı il təvəllüdlü Binnət Qarayev arasında əvvəlcədən pul üstündə mübahisələri olub.
Hadisə baş verən günü 32 yaşlı Binnət Qarayev Nəsib Heydərova məxsus "VAZ 2107" markalı avtomaşınına əyləşərək yenidən pul üstündə mübahisə etməyə başlayıb. Mübahisə zamanı üzərindəki əl qumbarasını çıxararaq Nəsibi qorxutmaq istəyib. Bu zaman Nəsib Heydərov onun əlindən qumbaranı almaq istəyən zaman qumbaranın qoruyucu sancağı çıxaraq partlayış baş verib.
Nəticədə hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.
O, 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
2012-ci il oktyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Əməkdar hüquqşünas» fəxri adı verilib.
M.Muradov Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Gəncədə İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi vəfat edib.
"Qafqazinfo xəbər verir ki, Həsənov Famil Novruz oğlu qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, polis mayoru olmuş 66 yaşlı F.Həsənov adı çəkilən vəzifədə uzun müddət çalışıb.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb.
APA xəbər verir ki, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.
Məsələ ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev sözlərinə görə yayılan görüntülərlə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.
Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
***
Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.
“Qafqazinfo”nun məlumatıma görə, hadisə səhər saatlarında qeydə alınıb.
Hadisə zamanı yanacaq daşıyan TIR-la “Kamaz”ın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.
***
Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, bir neçə ay öncə tanınmış meyxanaçı Ələkbər Yasamallı ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparılıb.
Bakupost.az məlumatına görə, meyxanaçı artıq Bakıya qayıdıb.
Onun çox çəki itirdiyi, vəziyyətinin ağır olduğu deyilir.
Xatırladaq ki, Ə. Yasamallı narkotik asılılığından əziyyət çəkirdi. O, bu bəladan qurtulmaq üçün xaricə getmişdi.