|
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında baş verən hadisələr, onun açıq şəkildə “vurulması” “kiçik torpaqda” narazı olan şəxsləri fəallaşdırıb.
Bakupost.az xəbər verir ki, Talıbovun vaxtilə həbs etdirdiyi şəxslərin bir qismi, eləcə də Naxçıvandan didərgin alınmış bəzi iş adamları haqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyi qərarlaşdırıblar.
Bəzi iddialara görə, həmin adamların bir çoxu Talıbova vahid cəbhədə qarşı birləşiblər, işləri planlı şəkildə həyata keçirməyə başlayıblar.
Məlumatda bildirilir ki, plan baş tutarsa, Talıbovu çox ciddi cəzalar gözləyə bilər. Çünki iddialarda sübutlar, təkzibedilməz faktlar kifayət qədər çoxdur.
Qeyd edək ki, Vasif Talıbovun diktatorluğu, xan üsul-idarəsindən əziyyət çəkən, maddi və mənəvi ziyan görən, işini, azadlığını itirən şəxslərin sayı minlərlədir.
Xankəndi-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin və media nümayəndələrinin, həmçinin ekoaktivistlərin iştirakı ilə keçirilən aksiyası nəticəsində Xankəndidə məktəblərdə təhsilə ara verilib.
“Bu barədə Ruben Vardanyan öz Facebook səhifəsində bildirib.
Vardanyanın orta məktəblərin bağlanmasının səbəbini enerjiyə qənaət etməklə izah edib.
“Biz bütün enerji xərclərimizdə qənaətcil olmalıyıq. Həyat tərzimizi qorumaq üçün hər şeyi etməliyik, lakin digər tərəfdən böhranın hamımız üçün reallığa çevrildiyi aydındır.
Biz məktəbləri bağlamalıyıq. Sabahdan odun sobası ilə qızdırmaq imkanı olmayan o məktəb və universitetlər işləməyəcək”, - Vardanyan bildirib.
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
APA xəbər verir ki, hakimin 13.12.2022-ci il tarixli qərarı ilə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı davam edən cinayət işi üzrə Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.
Məlum olduğu kimi, dünən səhər saatlarından etibarən Laçın dəhlizi bağlanıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan QHT və media nümayəndələrinin yolu bağlayaraq, etiraz aksiyası keçirməsi nəticəsində Qarabağdakı ermənilərin Ermənistana və əksinə hərəkəti tam dayanıb.
Dünən günortadan sonra Xankəndidə bir qrup erməni toplaşaraq, aksiyaçıların qarşısına çıxmaq istəyiblər. Lakin son anda qərarlarından vaz keçiblər.
Bundan başqa, Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərin təşviş içində olduğu bildirilir. Hətta bu ərazilərimizdə xəbər yayılıb ki, Laçın dəhlizi yaxın günlərdə açılmayacaq. Erməni mediası bununla bağlı yazır ki, Qarabağdakı separatçılar da ciddi narahatlıq keçirirlər. Onların bpölgədəki müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanlığı ilə apardıqları danışıqlar da nəticə verməyib. Amma Xankəndidə yayılan xəbərdən sonra bir çox ermənilər bölgəni tərk etmək üçün hazırlıqlara belə başayıblar.
Belə ki, dünən günortadan sonra Xxankəndidə xəbər yayılıb ki, Laçın dəhlizi açıqlamayacaq və yaxın bir-iki günə Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə vətəndaşlıq təklifi verəcək. “Yayılan xəbərlərə görə, Azərbaycan tərəfi ermənilərə vətəndaşlıq vermək üçün təklif verəcək. Qarabağda qalıb, yaşamaq istəyənlər üçün tək şərt Azərbaycan vətəndaşlığını qəbul etmək və pasport almaqdır. İstəməyənləri isə məcburi qaydada Ermənistana köçürəcəklər”.
Erməni mediası daha sonra qeyd edir ki, bu xəbərdən sonra Qarabağdakı ermənilər arasında ciddi panika yaşanır. Hətta bəziləri ailələrini də götürərərək, Qarabağı tərk etmək üçün hazırlıqlara başlayıb.
Qarabağdakı separatçılar isə həm yolun bağlanması, həm rusların onlara lazımi dəstək verməməsi, həm də yayılna xəbərlərdən dolayı ciddi narahat olduqları da aşkar görünür. Belə ki, Xankəndidəki qondarma “informasiya mərkəzi” dünən günortadan ən azı 5 dəfə məlumat yayaraq, erməniləri narahat olmamağa çağırıb. Və bütün bu məlumatların guya, Azərbaycan tərəfindən məqsədli şəkildə yayıldığını iddia ediblər.
Dünən isə separatçıların rəhbəri Arayik Harutyunyan da “müşavirə” keçirib. Arayik başının dəstəsinə deyib ki, Laçın dəhlizinin açılması üçün bütün imkanlarını işə salıblar. Bu gün isə qondarma “təhlükəsizlik şurası” və “parlament”in iclaslarını keçirməyi qərara alıblar.
Azərbaycan ordusunun hərbi qulluqçuları Şuşa-Xankəndi yolunda azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.
Ermənistan mətbuatının məlumatına görə, bu xəbər bölgədəki separatçılar arasında təşvişə səbəb olub.
Belə ki, hərbi qulluqçularımızın ərazidə olması barədə Rusiya sülhməramlıları erməni separatçılarına xəbərdarlıq ediblər.
Sülhməramlılar tərəfindən erməni qanunsuz silahlı birləşmələrinin üzvlərinə hadisə yerində görünməmək “tövsiyə” olunub. Sülhməramlılar dolayı yolla separatçılara Azərbaycan hərbçilərinin olduğu bir məkanda onlar üçün ən yaxşı variantın qaçıb gizlənmək olduğunu xatırladıblar.
Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb.
Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib.
Həmin görüntüləri təqdim edirik:
***
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.
Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb.
Aksiya iştirakçıları ondan alkoqol qoxusunun gəldiyini də bildiriblər.
***
Rusiya sülhməramlıları aksiya keçirilən əraziyə ağır texnika və iriçaplı silahlar gətirməyə davam edir.
Rusiyalı hərbçilər əraziyə əlavə canlı qüvvə də cəlb edirlər.
***
Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.
Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.
Həmin görüntüləri təqdim edirik:
***
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, postda dayanan Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib.
***
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir.
Aksiya iştirakçıları və jurnalistlər hadisə yerində olan Rusiya sülhməramlılarının yüksək rütlbəli şəxslərindən birinə suallar ünvanlayıblar.
Həmin şəxs isə suallara cavab verməkdən imtina edib.
O, bəyanatın tələblərinin niyə yerinə yetirilməməsi məsələsinə isə susqunluqla cavab verib.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, postda dayanan Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib.
***
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görülən cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir".
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elanı başa çatıb. Dövlət ittihamçısı Şəmkir rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması istiqamətində ayrılan vəsaitlərin necə mənimsənilməsini soruşub.
Məhkəmədə Şəmkir Bələdiyyəsinə məxsus Ağ Dağlar adlanan ərazidə ümumi dəyəri 1 mln 135 min manat olan “Natural Su” və ya başqa adı ilə desək, “Natural Cem” MMC-nin 188 manata Alimpaşa Məmmədovun oğlu Adil Əilzadənin adına keçirildiyi üzrə fraqment də araşdırılıb. Sabiq icra başçısı qeyd edib ki, sözügedən MMC kredit hesabına yaradılıb. Bələdiyyənin tabeliyinə verilməsi isə sadəcə formal xarakter daşıyıb. Müəssisənin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit ayrılması məhz Alimpaşa Məmmədovun səyi nəticəsində mümkün olub. Sonradan sabiq icra başçısı krediti ödəyə bilmədiyini anladıqda həmin müəssisəni Tahir adlı sahibkara borcun ödənilməsi şərti ilə verib.
Bundan başqa, prosesdə ayrı-ayrı şəxslərin adına olan 221 min manat pulun da mənimsənilməsi faktı üzə çıxarılıb. Alimpaşa Məmmədov ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ilə razılaşıb. Növbəti məhkəmə prosesi dekabrın 15-i saat 16-da keçiriləcək.