Dekabrın 18-i günorta saatlarında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələrinin yerləşdiyi mövqelərdən birində mina partlayıb.

Caliber.Az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində separatçı dəstənin iki üzvü ağır yaralanıb.

Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıblar.

Samvel adlı separatçı dəstənin üzvü üzündən çoxsaylı qəlpə yaraları alıb, onun ayağı amputasiya edilib.

Vəziyyəti ağır qiymətləndirilən digər erməni separatçı isə baş və diz nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri törədən və üzərində odlu silah gəzdirən ümumilikdə 189 nəfər saxlanılıb.

Həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 75-i barəsində məhkəmə tərəfindən həbs, 74-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları oğurlayan, habelə yanacaqdoldurma məntəqəsində quldurluq əməli törədən, üzərində qanunsuz olaraq odlu silah saxlayan 8 nəfərdən ibarət 4 dəstə, ümumilikdə isə 40 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 43 obyekti qarət etdikləri müəyyən edilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülüb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq icra başçısının cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.

Qeyd edək ki, Vilyam Hacıyev xəstəliyi ilə əlaqədar məhkəmə istintaqı dövründə Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), (külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0° -yə yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib, saxlanılan var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçiirlən əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub.

Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb.

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Report xəbər verir ki, hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb.

Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir.

Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işlərinlə məşğul olurlarmış.

Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb.

Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.

"Azərbaycanlı sərhədçilər ermənilərin mövqelərinə atəş açmayıb".

Bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabrın 15-i saat 01:10-da DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.

"Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk", - məlumatda qeyd edilib.

Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Erməni təbliğatı növbəti dəfə saxtakarlıqlarını sırımağa cəhd edir, biz isə bütün Azərbaycan cəmiyyəti olaraq onlara vaxtında cavab verib, bu yalanları ifşa etməliyik.

Birinci saxtakarlıq: “120 min erməni blokadada qalıb”

Azərbaycan tərəfindən aparılan vizual müşahidə, eləcə də digər ixtisaslaşmış dövlət qurumları vasitəsilə daxil olan məlumatlar göstərir ki, Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonada 30-35 min nəfər yaşayır ki, onların da təxminən yarısı yerli hərbiləşdirilmiş strukturların “işçi”ləridir.

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında daşınmaz əmlak bazarının passivliyi, eləcə də Qarabağda keçirilən nümayişlərin “miqyası” Qarabağda 120 min erməninin yaşamasına dair iddiaların fantaziyaya əsaslandığını göstərir.

Nəhayət, əgər həqiqətən də, 120 min şəxs blokadadadırsa, niyə onlar evlərində sakit oturublar və kütləvi şəkildə etiraz etmirlər? Haradadır bu 120 min insan? Görünür, indi Ermənistandan avtobusla əlavə kütlənin daşınması çətinləşib.

İkinci saxtakarlıq: “Azərbaycan Laçın yolunu bağlayıb”.

Laçın yolunda baş verənlər blokada deyil, etiraz aksiyasıdır. Üstəlik, aksiya təşkilatçıları Qarabağ ermənilərinin mülki maşınlarını buraxmağa hazır olduqlarını açıq şəkildə bəyan edərək, koordinatları təqdim ediblər. O zaman niyə hər hansı müraciətlər edilmir?

Niyə Rusiya sülhməramlıları və onların komandiri general-mayor Andrey Volkov azərbaycanlı nümayişçilərlə danışıqlara getmirlər?

Danışıqlar olmadan bu məsələni həll etmək mümkün deyil və mövcud vəziyyətə görə məsuliyyət Rusiya sülhməramlıları və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarında “dövlət” oyunu oynayan quldurların üzərinə düşür.

Artıq üçüncü gündür ki, bizim vətəndaşlarımız soyuq havada dayanıb Volkovun gəlişini gözləyirlər. Ona görə də suallar Rusiya tərəfinə ünvanlanmalıdır.

Yeri gəlmişkən, bu, ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycana Laçın yolu boyunca əlaqənin bərpa edilməsinə dair çağırışlarına da aiddir.

ABŞ-yə görə, Azərbaycan konkret olaraq nə etməlidir – mitinqi dağıtmaq üçün daxili qoşunlar göndərməlidir? Vaşinqton digər hallarda Azərbaycan polisinin oxşar hərəkətlərinə qarşı çıxmırmı? Bəs indi nə oldu?

Üçüncü saxtakarlıq: “Azərbaycan qazı kəsib”

Onsuz da, hazırda təbii yanacaq problemi ilə üzləşən Azərbaycanın qazın təchizatında fasilələrin yaranması ilə bağlı iddialarla heç bir əlaqəsi yoxdur.

Üstəlik, istisna etmirik ki, qurbanlıq hekayələrinin təsirini artırmaq üçün Qarabağdakı terrorçular və onlara göz yuman Rusiya sülhməramlılarının nümayəndələri özləri bölgəyə qazın verilməsini məhdudlaşdıra bilərlər.

Xəbər lenti