Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.

Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə "yox" cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.

Mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına "ilişib" və onun ünvanına söyüş söyub. Bu isə Rəşadı təbdən çıxaran "son damla" olub və o, İskəndəri qətlə yetirib.

Qeyd edək ki, bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.

Xatırladaq ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilib.

İ.Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.

Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

 APA-nın əldə etdiyi xəbərə görə, hazırda Qaradağ Rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

 

 

 

 

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. 

APA xəbər verir ki, o, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

 

 

 
Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının xalası oğludur.

Oxu.az məlumatına görə, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib.

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib.

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehdiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehdiyevə bıçaq zərbəsi vuraraq öldürüb.

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Qafqazinfo-ya istinadən məlumatına görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) İsgəndər adlı qətlə yetirib.

Yenipress.az xəbər verir ki, o, qətl törətdikdən sonra polisə gələrək, təslim olub.

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Hadisənin Qaradağ rayonunda baş verdiyi bildirilir. Başqa bir iddiaya görə, öldürülən şəxs Rəşadın qonşusudur.

Onun Rəşada söyüş söyməsi səbəbindən bıçaqlandığı bildirilir.

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

"Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Bu barədə onun ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd olunub ki, sabiq nazir ürək çatışmazlığından vəfat edib.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti