|
Məlum olduğu kimi, ötən gün Xırdalanda “AAAF” Park Yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər yaralanıb. Partlayışın təsirindən evin divarı həyətə aşıb, yaxınlıqda parklanmış avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır.
Hadisə baş verəndən sonra sözügedən yaşayış kompleksinin sakinləri sosial şəbəkələrdə uzun müddətdir qaz problemindən əziyyət çəkdiklərini xatırladıblar.
Onların bildirdiyinə görə, binalara verilən qazın təzyiqi oynayır, qaz qəfildən artıb-azalır, sönür-yanır. Vətəndaşların sözlərinə görə, bu problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyi də daxil olmaqla, bütün aidiyyəti qurumlara dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib. Sakinlər iddia edirlər ki, ötəngünkü hadisə də məhz bu səbəbdən yaşanıb və növbəti dəfə başqa binada bənzər halın baş verəcəyi istisna deyil.
Problemlə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin kompleksdə qazla bağlı hər hansı ciddi problem olmayıb: “Noyabrın 15-dən qış rejiminə keçilib. Bu rejimə keçəndə də qazın təzyiqini yoxlayırıq. Təzyiq normaya salınandan sonra mütəmadi o təzyiq altında qaz verilir. Həmin kompleksdə qazda ciddi problem olmayıb.
Əgər 3-4 gündür bu problem var idisə, partlayış niyə dünən baş verib? Bunun partlayışa heç bir dəxli yoxdur, partlayış sızma ilə bağlıdır. Həmin ailə mətbəxi eyvana keçirib. Bu, təzyiq nəticəsində partlayış deyil, sızma halıdır”.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxsin kimliyi barədə məlumat yayılıb.
"Azfront" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev tutulub.
O, rüşvət almaqda şübhəli bilinir.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.
Azfront xəbər verir ki, əməliyyat zamanı dövlət qurumlarından birinin yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.
"Başqa şəxslərin də saxlanılması mümküdür", - deyə məlumatda bildirilir.
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Azərbaycanda əməliyyat keçirib. Türkiyəli iş adamı Uğur Dəmiroku həbs edilib.
"Anadolu" agentliyi xəbər verir ki, biznesmen dindirildikdən sonra hakim qarşısına çıxarılıb. O, məhkəmədə biotibbi mühəndis olduğunu və aylıq qazancının 20 min türk lirəsi olduğu deyib.
O, ölkəsində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs edilib.
Qeyd edək ki, həbs edilən şəxsin 1999-cu ildən FETÖ ilə əlaqəsinin yarandığı bildirilir. Türkiyəli biznesmen ifadəsində təşkilatla əlaqəsini 2015-ci ilin ortalarında dayandırdığını, daha sonra Azərbaycana getdiyini və orada bir həkim qadınla tanış olaraq 2016-cı ildə birgə şirkət yaratdıqlarını deyib.
Erməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır.
Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki, cavab atəşi açır.
“Müşahidəçilər ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər. Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları, təbii ki, onlara deməyəcək.
Təkrar edirik! Şərəfsiz Ermənistan ordusu işğal illərində də bu ucuz taktikaya əl atıb. O zaman onlar ATƏT müşahidəçilərini yanıltmağa çalışırdılar. Bu “hiylələr”in 27 sentyabr 2020-ci ildə nə dərəcədə kömək etdiyini hamımız yaxşı xatırlayırıq.
Bu hiylələr bu dəfə də onlara kömək etməyəcək. Erməni tərəfini bir daha xəbərdar etmək lazımdır. Odla oynamağın nə ilə nəticələndiyini artıq bilirsiniz. Özünüzü riskə atmayın”, - deyə kanal qeyd edib.
İki il ərzində Azərbaycanın nəzarətinə keçən ərazilərdən 1786 nəfər ölən hərbçinin cəsədi tapılaraq Ermənistan tərəfinə təhvil verilib.
“Bu barədə “yerevantoday” yazır.
Mətbu orqanı bildirir ki, 2 il ərzində 44 günlük müharibədə ölən hərbçilərin qalıqlarının axtarışı davam etdirilib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək döyüş gedən ərazilərdən 1786 cəsəd tapılaraq təxliyə edilib.
"Sədərək" ticarət mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.
Report məlumatına görə, hadisə noyabrın 11-də qeydə alınıb.
Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə
xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Qafqazinfo"nun Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinə istinadən məlumatına görə, həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Eyni zamanda müəyyənləşdirilib ki, digər Azərbaycan vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlayıb, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.
Həmçinin müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.
Azərbaycan vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qətl törədən meyxanaçı Rəşad Dağlı hadisənin baş verdiyi yerə gətirilib.
Görüntüləri İctimai TV yayıb.
Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.