|
Qaradağda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək açdığı səhifə vasitəsilə müxtəlif şəxslərdən pul tələb edib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Bakı şəhər sakini olan bir qadın tərəfindən müraciət daxil olub. O bildirib ki, qızının şəkillərindən istifadə edən şəxs sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir edib, habelə ona hədə-qorxu gələrək pul tələb edib.
Əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.
Oxu.az məlumatına əsasən, hadisə Gəncə şəhərində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.
Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.
DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib.
Bakupost.az xəbər verir ki, həmin şəxsin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu deyilir.
Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur.
DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub.
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.
Komitənin əməkdaşı Novruz Hacıyev F.Ələsgərlinin xaricdə olduğunu təsdiqləyib:
“F.Ələsgərli mənim rəisimdir. 15-20 gün əvvəl məzuniyyətə çıxması ilə bağlı raport yazıb. Hazırda xaricdədir. Ölkəni tərk etməsinin son günlərdəki hadisələrlə, Gömrük Komitəsindəki həbslərlə bağlı əlaqəsi yoxdur. Sadəcə olaraq, məzuniyyətə görə xaricə gedib”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunublar. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər. Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində hərbi sursat aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd elektrik detonatoru və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovdan gedir.
Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.
Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.
Xəbər verildiyi kimi, Azərbaycanın Tovuz rayonunun sərhədində yerləşən Tavuş vilayətinin Berd(keçmiş tarixi adı – Tovuzqala) rayonunun Aygepar kəndi yaxınlığında, Tovuzun Əlibəyli kəndindən cəmi bir kilometr məsafədə - keçmiş hava limanının ərazisində Rusiya hərbi bazasının fəal tikintisi aparılır. Məhz bu ərazi 44 günlük Qarabağ savaşından öncə aktiv toqquşmalar zonası olub. Məhz dövlət sərhədinin bu hissəsində Ermənistan ordusu tərəfindən Azərbaycana qarşı tarixə “iyul”, yaxud Tovuz döyüşləri” kimi düşən təxribatlar həyata keçirilib. Həmin döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov və digər hərbçilərimiz qəhrəmancasına şəhid olub...
Bəs Azərbaycanla sərhədin məhz Tovuz istiqamətində hərbi bazanın salınması Moskvanın hərbi-siyasi baxımdan hansı hədəflərinə hesablanıb? Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev öncə Putin rejimi üçün 2020-ci ildəki Tovuz döyüşlərinin hansı məqsəd daşımasından danışıb:
“Hesab edirəm ki, bütün bu işlər, Rusiyanın dövlət sərhədimiz yaxınlığında yeni hərbi baza tikməsi də elə Kremlin Tovuz döyüşləri zamanı tutduğu mövqenin məntiqi davamıdır. 2020-ci ilin iyulunda – 44 günlük savaşdan öncə Tovuz istiqaməti Ermənistanı niyə belə maraqlandırırdı? Öncə bildirmək lazımdır ki, əslində bu bölgə erməniləri yox, Rusiyanı, Kremli maraqlandırırdı və hələ indi də maraqlandırır. Ona görə ki, beynəlxalq səviyyəli əsas kommunikasiya, enerji xəttləri, o cümlədən neft, qaz kəmərləri məhz Tovuzla sərhədə yaxın ərazidən keçir. Rusiya Ermənistan ordusunun bu istiqamətində hücumunu təşkil etməklə demək istəyirdi ki, biz istədiyimiz vaxt sizin yanacaq kəmərlərinə və s. təhlükə yarada bilər, hətta onları vurub partlada bilərik. Moskva bu təhdidi hələ də gündəmdə saxlayır. Amma onlar anlamır ki, əgər bizim neft, qaz kəmərlərinə hər hansı ciddi bir zərbə dəyərsə, bütün Qərb dünyası, Avropa, Amerika Ukraynanı dəstəklədiyi kimi, Azərbaycanı da dəstəkləyəcək. Çünki həmin kəmərlər Türkiyəni, Avropanın xeyli hissəsini enerji ilə təmin edir. Yəni Azərbaycana Tovuz-Qazax istiqamətindən hücum Türkiyənin və Avropa ölkələrinin bilavasitə maraqlarına toxunur”.
Sabiq nazir hesab edir ki, Rusiya bəhs edilən istiqamətdə hərbi baza qurmaqla yenə də Azərbaycanı təhdid altında saxlamaq məqsədi güdür.
“Hesab edirəm ki, bu gün Tovuz yaxınlığında baza qurmaqda Moskvanın məqsədi yenə də Azərbaycana qarşı təhdid yaratmaq və öncə qeyd etdiyimiz kimi, ərazidən keçən kommunikasiya dəhlizini, xüsusən neft-qaz kəmərlərini nəzarətdə saxlamaqdır. Əgər biz qəti mövqeyimizi ortaya qoyub 10 noyabr bəyanatına uyğun olaraq Qazaxın 7 kəndinin də qaytarılmasını tələb etməyəcəyiksə, Rusiya gündən-günə azğınlaşacaq”- deyə Rusiya hərbi-siyasi dairələrinə həm sovet dövründəki hərbi akademik təhsil illərində, həm də I Qarabağ savaşından yaxşı bələd olan general bildirib.
“Bu minvalla bir müddət sonra ikinci Tovuz savaşı da baş verə bilərmi?” sualını isə sabiq nazir belə cavablandırıb:
“Bilirsiz, Rusiyadan hər şey gözləmək olar. Və ümumiyyətlə, bütün bu təhdid və təhlükələri önləmək üçün biz dostlarımız, müttəfiqlərimizlə birgə bir daha öz gücümüzü, mövqeyimizi qəti şəkildə ortaya qoymalıyıq. Vəziyyət bu cür davam edə bilməz. Həm Qarabağ, həm də Tovuz-Qazax istiqamətində... Azərbaycan dövləti tezliklə öz ərazi bütövlüyünün, sərhədlərinin tam bərpasına nail olmalıdır. Qarabağın qalan hissəsi, Qazaxın kəndləri, eləcə də Naxçıvanın Kərki kəndi qaytarılmalıdır...
Ermənilərə Rusiya ordusunun nəzarəti altında Laçın rayonunun ərazisindən hava xətti ilə 5 km-lik dəhliz vermişik. Harada görünüb ki, dəhliz 5 km olsun. Dəhliz olar, uzağı, yol ətrafında 100-200 metr... Və Ermənistanla dövlət sərhədinə də bizim sərhəd qoşunları, gömrük xidməti və s. nəzarət etməlidir. Belə olsaydı, heç əlavə yol çəkməyə də ehtiyac qalmazdı...”
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
Qaynarinfo xəbərinə görə, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.
Mərhumun qardaşı Araz Cahangirli Qaynarinfo-ya bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır: "Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.
Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
"Bununla bağlı FHN məlumat yayıb.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.
TƏBİB yanıq xəsarətləri alan qazi ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.
"Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyə edilib. Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur", - məlumatda deyilir.
Bu yay Xəzər sahilində sahibkar və məmur işğalına son qoyulmağa başlandı. Proses Buznovnadan start götürdü. Əvvəlcə vətəndaşların dənizə girişini məhdudlaşdıran bir sıra məşhur restoranlar söküldü.
Baku tv xəbər verir ki, Buzovna sahilini zəbt edən restoranların söküntüsü məmur villalarından da yan keçməyib.
Maraqlıdır, bəs bu söküntü dalğası daha hansı sahilləri yuyacaq?
Şıx çimərliyi və Sahil qəsəbəsindəki sanatoriya və villaları hansı aqibət gözləyir.