|
Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabirabad rayonu Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, son günlərdə DSX-nin əməkdaşları 1200 kiloqram yabanı halda bitən çətənə kolunu yandıraraq məhv edib, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotroptərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısını alıb.
İyun ayının 12-də saat 03:50-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin qayalıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar. Sərhəd pozucularının təqibi zamanı 1 nəfər naməlum şəxsin havanın qaranlıq olmasından istifadə edərək yaxınlıqdakı yaşayış məntəqəsinə doğru qaçması müşahidə olunub. Hazırda həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə axtarış tədbirləri davam etdirilir.
Həmin ərazi dərhal qapadılaraq keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində qayalıq və sıx kolluqların arasında gizlədilmiş 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəyə (1 kq “tiryək”, 7 kq 800 qr “marixuana”) bənzər maddələr, 700 ədəd psixotrop tərkibli “metadon-40” həbi və 42 kiloqram 165 qram müxtəlif növ dərman preparatları aşkar olunaraq götürülüb.
İyun ayının 19-da saat 18:30-da Biləsuvar rayonunun 8 saylı qaçqın qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə yulğun ağacının altında gizlədilmiş 2 ədəd bağlama içərisində təxmini çəkisi 24 kiloqram 200 qram narkotik vasitəyə (23 kq 700qr “marixuana”, 400 qr “heroin”, 100 qr “metamfetamin”) bənzər maddələr və 1200 ədəd “preqabalin” həbi aşkar olunaraq götürülüb.
İyul ayının 4-də saat 11:00-da “Xaş-Xaş-2022” şərti ad altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zəngilan rayonunun Bürünlü kəndinin sərhəd xəttinə yaxın olan ərazisində yabanı halda bitmiş narkotik xassəli 1713 ədəd ümumi çəkisi 1200 kiloqram yabanı halda bitmiş çətənə kolları yerli şəhər polis şöbəsi əməkdaşlarının, ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə toplanılaraq, komision şəkildə yandırılma yolu ilə məhv edilmişdir.
İyul ayının 07-də saat 00:15-də Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd pozucusunun təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçı əlindəki bağlamanı yerə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışdır.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli bağlamanın içərisində ümumi çəkisi 4 kiloqram 355 qram narkotik vasitəyə (1 kq 335 qr “tiryək” və 3 kq 20 qr “marixuana”) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
İyul ayının 8-də saat 14:00-da Astara rayonunun Hamuşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılmışdır.
Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 17:30 radələrində Astara rayonunun Diquli kəndi yaxınlığında 3 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb etmişdir. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır. Onların Ağstafa rayon sakini 1992-ci il təvəllüdlü Musayev Famil Nəcəf oğlu, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Ağalarov Mirəli Ramiq oğlu və Füzuli rayon sakini 1998-ci il təvəllüdlü Əliyev Asər Habil oğlu olmaları müəyyənləşdirilmiş, üzərlərindəki 2 ədəd bel çantasına baxış zamanı təxmini çəkisi 6 kiloqram 625 qram narkotik vasitə “marixuana”ya və 1340 ədəd psixotrop tərkibli “metadon-40” həbinə bənzər maddələr aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qeyd olunan şəxsləri qarşılamaq və onlara qaçaqmalın daşınmasında köməklik etmək məqsədilə sərhədboyu əraziyə gələn ağ rəngli “Niva” markalı 99-KE-484 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Məhəmməd oğlu və onu müşayiət edən Qobustan rayon sakini 1994-cü il təvəllüdlü Mansurlı Nicat Dədəxan oğlu müəyyənləşdirilərək Diquli kəndi yaxınlığında saxlanılıblar.
İyul ayının 11-də saat 13:15-də Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilən 1 ədəd ağ bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 900 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bu gün superay hadisəsi baş verəcək.
Kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq.
Məlumata görə, saat 13:09-da Ay Yerə 357 263 km yaxınlaşaraq 2022-ci il üzrə minimal məsafədə, peykin görünən diametri isə 33 dəqiqə 27 saniyə olacaq. Dolunay (Ayın fazası) hadisəsi isə 22:38-də baş verəcək.
Qeyd edək ki, superay dolunay və ya yeni ayın perigeylə - Ay və Yerin bir-birinə ən yaxın olduğu anla üst-üstə düşdüyü zaman baş verən hadisədir. Bu, Ayın üzərində planetimizin ətrafında fırlandığı elliptik orbitdən qaynaqlanır. Bu fenomen sayəsində Yerdən Ayı adi haldan daha böyük ölçüsünü görmək mümkün olur. “Superay” termini astroloji mənşəlidir və dəqiq astronomik tərifə malik deyil.
Superayın əksi mikroay adlanır. Bu termin birincidən fərqli olaraq o qədər də geniş yayılmayıb.
“Superay” termini ilk dəfə 1979-cu ildə “Dell Publishing” nəşriyyatının horoskop jurnalında istifadə edilmiş ingiliscə “super moon” terminindən gəlir.
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.
“Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən iki il ötür.
Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.
Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Amma düşmən öz itkilərini gizlətməyə cəhd göstərib. Həmin günü Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.
Tovuz döyüşləri iyulun 14-də də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.
Həmin gün axşam saatlarında döyüşlər səngiyib və cəbhədə nisbi sakitlik yaranıb. İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub. Düşmənin isə xeyli sayda hərbçisi və texnikası məhv edilib.
Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.
Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb. Avqust ayında isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib.
Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb. Düşmənin Tovuzda dağıtdığı evlər və digər obyektlər bərpa edilib.
Dünən saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Göyçay rayonu, Alxasova kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə S.Hüseynovun idarə etdiyi “Howo” markalı betonqarışdıran maşın toqquşub.
Nəticədə Ş.Cəfərov və sərnişini olan həyat yoldaşı V.Novruzova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.
Qeyd edək ki, Şükran Cəfərovla V.Novruzova 15 gün əvvəl ailə həyatı qurublarmış.
Faktla bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
Tovuzda kütləvi dava olub.
“Qafqazinfo”nun xəbərinə görə hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənddə olan çay evində baş verən dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetrilib.
1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.
Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.
Report xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri - 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
“Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.
Məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak edib.
Hava şəraiti ilə bağlı xəbədarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.
İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.
İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.