Ukraynanın Donetsk vilayətinin Svyatoqorsk rayonu ərazisində azərbaycanlı ailə raket zərbələri nəticəsində evləri ilə birlikdə yanaraq külə dönüb.

"Report" məlumatına görə, Ukrayna vətəndaşı olan Rzayev Eldar Hacı oğlunun evi Rusiya Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalıb.

Hadisə nəticəsində ev tamamilə yanıb, evdə olan azərbaycanlı həyat yoldaşı ilə birgə yanaraq həlak olub.

Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentləri tapıblar.

Caliber.Az xəbər verir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarından biri üzə çıxarıb.

Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.

 

 

 

 
Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb

Bir neçə gün əvvəl Bakıda məşhur tamada Natiq Dağlaroğlunun toyda bıçaqlanması ilə bağlı bəzi faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 2-də gecə saat 01 radələrində Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında tamada N.Dağlaroğlu ilə yanaşı musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyev də bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra hadisənin 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

“Location” klubdakı partlayışla bağlı məhkəmə başlayır

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı istintaq başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, iş üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. İş üzrə 52 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Təqsirləndirilən şəxslər isə klubun meneceri Orxan Səfərli,  administrator Rəsul Rəsulov və FHN-in ərazi inspektoru Ruslan Məmmədovdur.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 34 nəfər yaralanıb. 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Ağsu şəhəri, Cavanşir küçəsində iyunun 24-də yanğın hadisəsi baş verib.

Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı evə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Nazirliyin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanğını qəsdən törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qasımov Tural İfadə oğlu müəyyən edilib. T.Qasımov yanğını sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 2-də xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

“Qafqazinfo” məlumatına görə, sərəncama əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən hakimlərdən biri olan Nofəl Mustafayev 2020-ci ilin yanvarında Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun istintaq müddəti üçün tutulması ilə bağlı qərar verib. Belə ki, Nofəl Mustafayev 2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun həbsdə saxlanılmasına haqqında bir neçə dəfə qərar verib.

Qeyd edək ki, Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.

Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Qax rayonunun Uzuntala kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 3130 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun Çiyni kənd sakini Abid Mahmudov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zaman fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs də saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirilən çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

 

 

 

Xəbər lenti