![]() |
|
Zəngəzur mis-molibden zavodunda işçilər arasında silahdan istifadə etməklə dava düşüb.
Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, silahlı dava zavodda tətil edən işçilərlə tətilə qarşı çıxanlar arasında baş verib. İşə çıxmağa tərəfdar olanlar tətil edənlərin üzərinə odlu silah və bıçaqla hücum edib. Nəticədə bir neçə nəfər xəsarət alıb.
Davanı sakitləşdirmək üçün hadisə yerinə polis çağrılıb. Polis 10-nəfərdək insanı saxlayıb.
Qeyd edək ki, zavodun 700-dən çox əməkdaşı bir neçə gündür əməkhaqqının 50% artırılması tələbi ilə tətil edirlər və rəhbərlik bunu qəbuledilməz hesab edir. Tərəflər arasında danışıqlar davam edir.
Xəbər verdiyimiz kimi, fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
qafqazinfo xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən biri - 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.
Onun 2 azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu "Toyota Prius" markalı maşın toqquşub. Nəticədə "Saipa"da olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.
Bununla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.
Hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.
Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib. /APA
"Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir".
Bu barədə sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1 nəfərin (qadın cinsli) müalicəsi "Yeni Klinika"da, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılır:
"Yeni Klinika"nın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxs hazırda həmin tibb müəssisəsində stasionar müalicə alır, vəziyyəti orta ağır olaraq dəyərləndirilir.
Tibbi Reabilitasiya Mərkəzində müalicə alan şəxslərin hər birinin vəziyyəti qənaətbəxş hesab edilir. Müalicələri tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilir.
Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə alan şəxsin vəziyyəti isə orta ağır, stabil olaraq qiymətləndirlir".
"Ümumilikdə, "Yeni Klinika"ya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Ambulator müalicə üçün evə yazılanların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib, Lənkəran-Astara zonasında intensiv olub.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, saat 09:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.
Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.
Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alını
Bu gün müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi davam etdiriləcək.
Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının nəticəli hissəsini elan edəcəyi gözlənilir.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.
Bu barədə FHN-dən bildirilib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2 ay əvvəl Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada - Eritreya sahillərində girov saxlanılıb. "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmilərinin heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Ancaq hələlik Azərbaycan vətəndaşları sərbəst buraxılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də bildirib ki, gəmilərlə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.
Maraqlıdır proses niyə uzanır?
Gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik gəmilərlə bağlı araşdırma aparılır.
"Qarşı tərəfdən araşdırma aparılır ki, onların ərazi sularına niyə girmişik. Çünki bu hal sərhəd pozma kimi gedir. Bizdə də olsa, eyni qayda da proses dəyərləndirləcəkdi. Hələ araşdırma gedir. Düzdür, o dövlətdə biraz məsələlər ləng gedir. Məhz buna görə də məsələ qalıb".
Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.
Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.