sedereyi-yene-su-basdi

“Yağışdan sonra “Sədərək” ticarət mərkəzinin bəzi hissələrini yenidən su basıb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, ticarət mərkəzindəki kanalizasiya xəttindən yağış suları daşaraq ticarət obyektlərinin qarşısına dolur.

Həmin görüntüləri təqdim edirik:

"TikTok"da kredit adı ilə 350 min manat ələ keçirdi - VİDEO

“TikTok”da bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldatmaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub.

Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bakıda qadınları qorxu içində saxlayan manyak həbs edildi

Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ərazi üzrə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib.

Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhic bağları yaşayış massivinin sakini 1996-cı il təvəllüdlü Orxan Babayev (ad-soyad şərtidir) saxlanılıb. O saxlanılarkən polisə müqavimət göstərib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən gənc oğlan avqustun 8-i Sabunçu Rayon Məhkəməsinə çıxarılıb. Protokola hakim Samirə Məmmədli tərəfindən baxılıb.

Şahid kimi ifadə verən qızlar Orxandan şikayətçi olduqlarını bildiriblər.

N.Hüseynova adlı şikayətçinin sözlərinə görə, Orxan onu israrla təqib edib: “Kollecə gedərkən bu oğlanın gözünü məndən çəkmədiyini, telefonla danışaraq keçdiyini gördüm. Daha sonra axşam evə qayıdanda da onu “İnsaf” marketin qarşısında telefon qulağında gördüm. Həmin şəxs avtobusla elektrik yerinin arasında üzü yola tərəf yarıçılpaq vəziyyətdə dayanmışdı. Mən çox qorxmuşdum, bu barədə evə gedərkən əmimgilə dedim. Onlar marketin kameralarından görüntüləri əldə edərək dərhal bu barədə polisə məlumat verdilər”.

Digər şikayətçi Ə.Vəliyeva yaşadığı qəsəbədə seksual manyakın peyda olması barədə əvvəlcədən eşitdiyini deyib: “Hadisə günü maşından düşüb evə gedərkən bir nəfər oğlanın döngənin üzərində olan boş yarımtikiliyə keçdiyini gördüm. Təxminən 2-3 həftə əvvəl məhlədə manyakın peyda olduğunu eşitmişdim. Ona görə ehtiyatlı davranaraq əlimə yerdən daş götürdüm. Həmin obyektin qarşısından keçəndə bu oğlanın çılpaq vəziyyətdə dayandığını gördüm. Evə necə getdiyimi heç özüm də bilmədim. Anama telefonla zəng edərək olduğum yeri dedim ki, başıma nəsə gəlsə, harada olduğumu bilsinlər”.

Orxan Babayev isə ifadəsində özünü müdafiə edib. O bu hərəkətləri böyrəyində problem olduğu üçün etdiyini söyləyib.

Sabunçu Rayon Məhkəməsinin 8 avqust tarixli qərarı ilə Orxana 1 ay inzibati həbs cəzası verilib.

liftde-qalan-4-nefer-xilas-edildi

Bakının Binəqədi rayonu, Cavadxan küçəsində və Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

“Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilənlərə hökm oxundu

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinən şəxslərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Bakıda güllələnən biznesmenin qardaşı oğlu da həbs edildi

Bakıda güllələnən biznesmenə görə yaxın qohumu həbs olunub. 

Qaynarinfo-nun məlumatına görə, 07.08.2024-cü ildə saat 20.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlu ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Amin Xudaverdiyevin qardaşı oğlu, 1998-ci ildə Bakı doğulmuş C.Xudaverdiyev əmsinin güllələndiyi əraziyə gedib. Hadisə Mərdəkan qəsəbəsində yerləşən "Qazilər" çimərliyində baş verib. Belə ki, C.Xudaverdiyev əmisi güllələndiyi üçün həmin yerə gedib və orada mərhumun nəşinə yaxınlaşmağa cəhd edib. Polislər onu ərazidən uzaqlaşdırmağa çalışarkən, C.Xudaverdiyev onlara məhəl qoymayıb. Həmin saxlanılaraq, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətinə həbs edilib. 

Qeyd edək ki, Qafqazinfo-nun yaydığı məlumaat görə hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir. Bu qətlıin də məhz qisas zəminində törədildiyi deyilir.

Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlandı

Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov "Report"a bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub.

"Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır"-deyə Azər Məmmədov deyib.

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldı - VİDEO

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu gün günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.

Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.

Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylarladır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.

Zəvvarları aldadan şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zəngə cavab verilmədi.

Günün sonuna doğru məlumat aldıq ki, zərəçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü Hacı xanım kimi təqdim edən şəxsi şöbəyə aparıb.

Faktla bağlı araşdırma aparılır.

Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

axsamcagi-bakini-bir-birine-qatdi

Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə dünən saat 17:30 radələrində Bakıda baş verib. Yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə “VAZ 2107” markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə gödərilib.

 

 
 

Xəbər lenti