Bakıda zəncirvari qəza kameraya düşdü — ANBAAN VİDEO

Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Avtosfer.az xəbər verir ki, qəzaya səbəb qəfil əyləc, ara məsafəsinin saxlanmaması olub.

 

Qəzada üç maşın toqquşub.

 

Bakıda sərnişin avtobusda silahla olub? — POLİSDƏN AÇIQLAMA


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi paytaxtda 165 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsi müəyyənləşdirib.
Bu barədə "Ölkə.Az"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyənləşib. Baş idarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.
İlkinin polis əmisi oğlu haqda nazirlikdən açıqlama


Daxili İşlər Nazirliyi (DİN) Tovuz raronunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlunun istintaqa cəlb edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında İ.Süleymanovun əmisi oğlunun polis əməkdaşı olmasını təsdiqləyib.

O qeyd edib ki, İ.Süleymanovun polis olan əmisi oğlu N.Quliyeva itkin düşən gündən istintaq hərəkətlərində iştirak etməyib:
“Açığı, həmin şəxsin adını da bilmirəm. O, sıravi bir polis nəfəridir. Bu cinayət işi ilə onun heç bir əlaqəsi belə yoxdur. Yayılan məlumatlar həqiqəti əks etdirmir, İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu da saxlanılmayıb. Axı həmin şəxs necə ola bilər ki, İlkinə kömək eləsin? Hazırda istintaq prosesi davam edir, araşdırmalar aparılır. Mərhumun yaxınlarından da heç kəs həmin polis əməkdaşının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verməyib”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərmin yandırılıb bu hala salınıbmış — DƏHŞƏTLİ VİDEO (+18)
Tovuz rayonu, Dondar Quşçu kəndində baş vermiş dəhşətli cinayətlə bağlı daha bir görüntü yayılıb.

"Ölkə.Az"a göndərilən videoda yaşadığı evin yaxınlığında meyiti yandırılan 10 yaşlı Nərmin Quliyevanın görüntüləri yer alıb. Görüntülərin hansı şəraitdə və kim tərəfindən çəkildiyi məlum deyil. 

Qeyd edək ki, ötən ilin noyabr ayının 21-də itkin düşmüşdü. 

Xatırladaq ki, Nərmin Quliyevanın ölümüylə bağlı Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

Nərminin saxlanıldığı yerin görüntüləri yayıldı — VİDEO

Xəbər verdiyimiz kimi, 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin tutularaq istintaqa cəlb edilib.

Unikal.org xəbər verir ki, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Rəsmi məlumata görə, onun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanovun evindən görüntüləri təqdim edirik:

Nərminin qətli ilə şok faktlar
Tovuz rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq eksperimenti aparıblar. 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinərək saxlanılan 47 yaşlı İlkin Süleymanovun qurbanını necə öldürdüyünü ətraflı formada göstərib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, İ.Süleymanov yanvarın 8-də saxlanılıb. İlk öncə bildirilib ki, öldürülən Nərminin alovlu bədənini ilk görən o olub.

Yanvarın 10-da o, törətdiyi əməli etiraf edib.

Məlum olub ki, İ.Süleymanov subaydır, ali təhsili var, üç dildə (Azərbaycan, rus və ingilis) danışır. Rusiyada oxuyub, işləyib, amma son illərdə valideynləri ilə yaşayıb. Süleymanovların evi Nərminin atası Şərif Quliyevə aid olan sahədən 500 metr məsafədə yerləşir.

Bildirilir ki, bütün bu müddət ərzində oğru qızı kənddəki ailəsinə məxsus böyük bir evdə gizləyib, amma orada heç kim yaşamır.

Faktla bağlı istintaq davam edir.

Nərmini öldürən şəxsin
ovuzda azyaşlı Nərmini qətlə yetirərək evlərinin yaxınlığında yandıran şəxsin fotosu əldə edilib.

"Ölkə.Az" News24.az-ın əldə etdiyi fotonu təqdim edir. 

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Nərminin qatili cinayəti
Tovuz rayonu Dondar Quşçu kəndində Nərminin qətlində şübhəli bilinən şəxs cinayəti etiraf edib.

"Yol-xeber.az" news24.az-a istinadla xəbər verir ki, hazırda polis tərəfindən dindirilən İlkinin soyadı Süleymanovdur. O, cinayəti törətdiyini etiraf edib.

Onun ciddi psixoloji problemi olduğu bildirilir. 

Bakıda bibisi oğlunu qətlə yetirən şəxs tutuldu
Suraxanı rayonunda bibisi oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib.

C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb. 

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda 3 tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Yol-xeber.az"a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Onların Bakıda universitetlərin birində tələbə olduqları bildirilir.

Xəbər lenti