Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Ardını oxu...

Mingəçevir şəhərində doğum evində yeni doğulan uşaq ölüb.

Ardını oxu...

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib.

Ardını oxu...

Şahdağ Milli Parkının İsmayıllı bölməsində “Qırmızı kitab”a düşən qonur ayını ovlayıblar.

Ardını oxu...

Müğənni Röya avtomobil qəzasına düşüb.

Ardını oxu...

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa söykənəcəyin arxa hissəsindən, qabaq sağ tərəf ayaqaltından və dinamik qutusunun içərisindən üzərində "Black Devil" yazısı olan 245 ədəd, üzərində "Sarı Jiao Pao" yazısı olan 1100 ədəd, üzərində "Football produsts" yazısı olan 400 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son günlərdə 4 İran vətəndaşının saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin və ölüm hallarının sayı azalıb.

Bu barədə Axar.az-a DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytetani Rüfət Quliyev məlumat verilib. Onun sözlərinə görə, hər il dünyada yol qəzalarında 1 milyondan artıq insan həlak olur:

“Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, 2017-ci 10 ayı ərzində respublika üzrə 1499 hadisə baş verib. Nəticədə 618 nəfər həlak olub, 1406 nəfət isə xəsarət alıb. 2018-ci ilin 10 ayı ilə müqayisə apardıqda isə məlum olur ki, bu il 1432 yol-nəqliyyat hadisəsində 585 nəfər həlak olub, 1383 nəfər isə yaralanıb. Bu o deməkdir ki, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb.

Bu rəqəmlərin və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir. Ancaq çox təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da son nəticədə ağır qəzalara səbəb olur.

Baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir, bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir. Bu ilin 10 ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb və piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb”.

R.Quliyev bildirib ki, yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır:

“Təəssüflə bildiririk ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkar olunur. Burada sürət həddinin aşılması çoxluq təşkil edir.

BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir. Yol polisi ümumilikdə yol qəza qurbanlarını dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyir.

Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğunuz mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol nəqliyyat hadisəsi əsl faciədir”.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Khajouy Eskandiani Farzandeh Mohammad Sadeghi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı onun üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı İran vətəndaşının düz bağırsağında 7 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 190 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Filologiya üzrə fəlsəfə doktoru Hacıağa Səfərov vəfat edib.

Ardını oxu...

Xəbər lenti