![]() |
|
2019-cu il yanvarın 1-dən Özbəkistanda polimer materiallardan hazırlanan paketlərin pulsuz verilməsi qadağan edilib.
Azərtac xəbər verir ki, qulpu olmayan, dənəvər və buna bərabər tutulan məhsullar üçün nəzərdə tutulan kiçik ölçülü paketlər istisna təşkil edir.
Bildirilir ki, paketləri pulsuz verən mağazalar cərimələnəcək.
Paketlərin ödənişli olması barədə qərar ekologiyanın və ətraf mühitin qorunması məqsədilə qəbul edilib.
Bütün dünyada trend olan “Çelentano Tribut Şou” fevralın 13-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Saraydan Azərtac-a bildirilib ki, Maurizio Şveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.
“Çelentano Tribut Şou” tamaşaçıları o qədər heyran edir ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etmirlər. Bu günlərdə sənətkarın özü çox nadir hallarda çıxış edir, doğma ölkəsinin hüdudlarından kənara çıxmır. Bu təkrarsız şou sizə Adriano Çelentanonun konsertində olduğunuzu hiss etdirəcək.
Şou-konsert öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Şveizerin səhnə obrazına yetirilir. Onun bütün kostyumları Çelentanonun kostyumlarının tam eynisi olur.
İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verməsi nəzərdə tutulan Günəş tutulmalarının vaxtını açıqlayıb.
Rəsədxanadan Axar.az-a verilən məlumata görə, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.
Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03.34-də başlayacaq, 05.40-da maksimum həddə çatacaq, 07.49-da isə sona yetəcək.
Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20.55-də baş verəcək və 3 iyul 01.50-də sonlanacaq.
Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06.30-da start götürəcək və 12.06-da yekunlaşacaq. Bakıda 08.03-dən 08.52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.
Kubanı güc yolu ilə qorxutmaq olmaz, ancaq biz ABŞ-la qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafına hazırıq.
Axar.az xəbər verir ki, bu sözləri Kubanın Dövlət Şurasının sədri Raul Kastro deyib.
“Güc və təhdid dili bizi qorxutmur. Xalqın birliyi sarsılmaz həqiqətdir. Bu gün biz inqilabı qoruyan bir xalqıq”, - Kastro bildirib.
“Elmed” klinikası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə aksiya keçirir.
Bu barədə Axar.az-a klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı məlumat verib. O bildirib ki, aksiya çərçivəsində bütün həkim müayinələri tam pulsuz olacaq:
“Digər müalicə və laborator analizlərə isə 30 faiz endirim tətbiq edilir. Müxtəlif istiqamətləri əhatə edən və ən müasir tibbi avadanlıqlarla təchiz edilən klinikada müalicə prosedurları professional tibbi personal tərəfindən həyata keçirilir”.
Y.Osmanlı bildirib ki, aksiya yanvarın 3-dən 5-nə kimi davam edəcək.
Hindistanın məşhur aktyoru Qədir Xan 81 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, aktyorun oğlu onun Kanadanın Toronto şəhərindəki xəstəxanada uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib.
Qeyd edək ki, Qədir Xan daha çox 1980-90-cı illərdə Hindistan filmlərində canlandırdığı mənfi obrazlarla yadda qalıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti öz loqosunu yeniləyib.
Kult.az xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi, 2019-cu ilin ilk dəqiqəsində İTV yeni loqosunu təqdim edib.
Kanal bunu xüsusi keçidlə və maraqlı formada izləyicilərinin diqqətinə çatdırıb.
“Yeniləndik. Daha aydın gələcək üçün işığımızı bol elədik. Bayramınız mübarək olsun!", - yenilənmiş loqo ilə bağlı kanaldan qeyd edilib.
Dünyada bir çox ölkələr Yeni ili xüsusi coşqu ilə qeyd edir və bu ölkələrdə müxtəlif adət-ənənələr mövcuddur.
Kult.az Azvision.az-a istinadən müxtəlif ölkələrə aid olan Yenil il adətlərini təqdim edir:
Braziliya - Yeni ilin ilk günü bütün evlərdə ya mərci şorbası içilir, ya da plov yeyilir. Həmçinin, Yeni il axşamı, içi güllər və şamlarla dolu kiçik qayıqlar İpenama çimərliyində okeana buraxılır. 1992-ci ildən bəri adət halına çevrilmiş digər ayin isə minlərlə hava şarını səmaya buraxmaqdır.
Finlandiya - Yeni il axşamı kiçik bir tavanın içində qurğuşun əridilir. Daha sonra tava buzlu suya salınır. Donub müxtəlif şəkillərə bürünən qalay parçalarına baxılaraq gələcək oxunmağa çalışılır.
Cənubi Koreya - Yeni il gecəsi qapının önünə süpürgə, dırmıq, ələk qoyub, şeytanın və pis ruhların evə girməsinin qarşısını almağa çalışırlar. Ertəsi gün təzə paltarlar geyinərək ailənin yaşlıları ziyarət edilir. Yeni ilin ilk günü isə gözəl bir süfrə açılır. Mütləq bir kasa düyü şorbası içirlər. Bunun sağlam və uzun bir həyat təmin edəcəyinə inanırlar.
İspaniya - Ölkədə yeni ilə qədəm qoyanda hər kəs 12 ədəd üzüm yeyərək arzu tutur. Bu ənənə 1850-ci ildə bir üzüm istehsalçısı tərəfindən başladılıb.
Sibir -Yeni il ağacını Baykal gölünün diblərinə buraxmaq orada yaşayanların inancına görə bol şans gətirir. Ancaq bu ənənəni peşəkar dalğıclar tətbiq edirlər, digərləri isə seyr edir.
Yaponiya - Buddist məbədləri Yeni il gecəsi zınqırovları 108 dəfə çalaraq, Yeni il tanrısı Toshiqamiyə "xoş gəldin" deyirlər. Yapon qadınları o gecə evlərini təmizləyirlər.
Argentina - Gecə saat 12 olmadan lobya yeyilərsə, bunun yeni ildə uğur gətirəcəyinə inanılır. Bu səbəbdən həmin gün bütün evlərdə bu yemək bişirilir. Bəziləri isə gecəyarısı evlərinin qarşısında çamadanla gəzirlər. Bunun növbəti ildə çox səyahətə çıxmalarını təmin edəcəyini söyləyirlər.
Yunanıstan - Yeni il axşamı qapılara bir baş soğan asılır. Bu, yenidən doğulmağın simvolu kimi qəbul edilir. Ana-atalar ertəsi səhər qapıdakı soğanı uşaqlarının başlarına vuraraq onları oyandırırlar. Həmçinin, yeni ilin ilk günü qapının kandarında nar kəsərək bərəkətli bir il diləyirlər.
İrlandiya - Subay qadınlar Yeni il gecəsi yorğanlarının altına xüsusi ot qoyurlar. Bu otun gələcək ildə xeyirli bir ər tapmalarına kömək olacağına inanırlar. Həmçinin, yeni ilin ilk günü evə gələcək ilk qonaq da gələcək üçün əhəmiyyət kəsb edir. Əgər evə ilk gələn uzun boylu, yaraşıqlı bir kişidirsə, yeni ilin şanslı keçəcəyinə inanırlar. Əgər ilk gələn qonaq qırmızı saçlı bir qadındırsa, uğursuzluqlarla dolu yeni il olacaq.
Şotlandiya - Mənşəyi vikinqlərə dayanan adətə görə, saat 12-yə əlində məşəllərlə "atəş rəqsi” edərək girmək uğur gətirir.
Kolumbiya - Hər kəs evinin qarşısındakı kağız və taxtadan hazırlanmış, pis ruhları təmsil edən kuklaları yandırır. Beləliklə, yeni ilə pisliklərdən təmizlənərək girəcəklərinə inanırlar.
İtaliya - 1946-cı ildən yaranan ənənəyə görə, Tiber çayına baş vuraraq problemlərinizdən təmizlənirsiz.
Cənubi Afrika - Yeni ildə Yohannesburq küçələrində gəzmək istəyirsinizsə, diqqətli olun! Orada pəncərələrdən aşağı köhnə əşyanı, boşqabı atmaq köhnə bir ənənədir. Beləliklə, köhnələrə vida edilir, yeniler üçün yer açılır.
Rumıniya -İnsanlar ayı maskası geyinərək küçələrdə rəqs edirlər. Məqsəd şeytanı qorxudaraq qaçırmaqdır.
Almaniya - Bayramı müxtəlif peçenyelər yeyərək keçirən almanlar həmin gecə bütün televiziya kanallarında qara-ağ yayımlanan 1920-cı il istehsalı olan ingilis musiqili tamaşası "Dinner For One”ı ("Bir nəfər üçün nahar") izləyirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Axar.az atəşfəşanlıqdan fotoları təqdim edir:
2019-cu ilin 6 fevralından Sarı Torpaq Qabanı hökmranlıq etməyə başlayacaq.
Axar.az xəbər verir ki, qarşıdan gələn Qaban ili Çin təqvimində güvənilən tip kimi tanınır. Son dərəcə həssas, romantik, insanların əlaqələrinə əhəmiyyət verən heyvandır. Evliliyə, bağlanmağa çox uyğundur. Qarşısındakı insanı olduğu kimi qəbul edən Sarı Qaban, əslində, fiziki cazibədarlığa və ruh gözəlliyinə qarşı da həssasdır. Yoldaşının diqqətdə olmasından qürur duyur, amma qısqanmaqdan da özünü saxlaya bilmir.
Qaban ilində evinizi sarı çalarlarlı bəzəklərlə bəzəməyiniz arzu olunandır. Çinlilər inanır ki, Qabanın təsvirini mebeldə, divarlarda və ya adi güzgülərdə yerləşdirmək yaxşı əlamətdir.
2019-cu ilin ilk günündə masaya müxtəlif yemək vermək lazımdır, çünki Qaban bolluğu sevir. Onları istənilən məhsuldan hazırlamaq olar – qaban (donuz) ətindən başqa. Amma arzu olunandır ki, masada da sarı rəng üstünlük təşkil etsin.