İran Teleradio Şirkəti növbəti dəfə türk dilini təhqir edib.

Kult.az xəbər verir ki, 3-cü telekanalın yayımladığı “İmarətin xanımı” serialının 22-ci bölümündə Xələc türkləri haqqında təhqiramiz ifadə işlədilib. Qacar dövrünün ictimai-siyasi vəziyyətini təsvir edən serialda “Eşşəyin dilini Xələc bilir, sənin dilini mən bilirəm” sözlərindən istifadə edilib.

Televiziyasının yol verdiyi bu təhqirə qarşı sosial şəbəkələrdə etirazlar başlayıb. Xələc türkləri Təfrəşin millət vəkilinin parlamentdə bu məsələyə etiraz etməsini istəyir.

Qeyd edək ki, xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar. Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim Göytürk türkcəsindən çoxlu sözlər var.

Ağdamar kilsəsi...

Van gölündəki Ağdamar adasında yerləşən erməni kilsəsi.

Bu kilsə müqəddəsliyi ilə deyil, qanlı olaylara şahid olması ilə xatırlanır. Ağdamar kilsəsinin zəngi neçə-neçə qadının, uşağın naləsini, fəryadını batırıb.

Kult.az xəbər verir ki, Türk Tarixi Qurumunun keçmiş sədri Yusif Halaçoğlu 1915-ci ildə ermənilərin xəyanəti nəticəsində Rusiyanın Vanı işğal etməsindən və bundan sonra şəhər əhalisinin başına dəhşətli oyunlar gətirilməsindən bəhs edib.

Mənbələrdə yazılır ki, Vandakı yaşayış məntəqələrinə girən ermənilər əvvəlcə qarşılarına çıxanları güllələməyə başlayırlar:

“Belə olan halda silahsız kəndlilər Van gölünə doğru qaçırlar. Onların köməyinə Van-Ağdamar adası arasında işləyən qayıqlar gəlir. Bunu görən kəndlilər çox sevinirlər. Lakin az sonra ən böyük qətliam bu qayıqlarda yaşanır. Məlum olur ki, qayıqları sürənlər xilaskar yox, qayıq sahibi olan varlı ermənilərdir. Onlar türk kişiləri qətlə yetirib gölə atdıqdan sonra qadınları qayıqda zorlayırlar. Daha sonra isə Ağdamar adasına aparıb, orada zorakılıqlarını davam etdirirlər”.

Təsadüfi deyil ki, bu gün Ağdamar adası “Təcavüz adası” kimi də xatırlanır.

Daha bir dəhşət isə 50 türk qadının erməni əsgərləri tərəfindən Ağdamar kilsəsinə aparılarkən namuslarını qorumaq üçün özlərini gölə atmaları idi. Təbii, bu 50 qadın yalnız canlarını qurtaranlar idi. Bəxtləri gətirməyib sağ qalan qadınlar da var idi:

Ermənilərin verdiyi işgəncələrdən sonra dəli olub küçələrə düşən Nezo xatun...

Ataları Dərviş Əfəndinin gözləri önündə təcavüzə məruz qalan Hayriyyə və Şadiyə...

İşgəncələrdən qurtulmaq üçün özünü yandıran gənc qızlar...

Hadisə şahidləri danışır ki, ermənilər xeyli qadını Ağdamar adasında əsir saxlayırdı. Hər axşam gəlib 10-15-ni aparırdılar... və onları səhərə qədər zorlayırdılar. Bəzən elə olurdu ki, qadınlar bu işgəncələrə dözə bilməyib ölürdü.

Erməni əsgərlər bu vəhşiliyi uşaqların üzərində də təcrübədən keçirirdilər. Dəfələrlə zorlanan 7 yaşlı Fatma və 9 yaşlı Güfazı xatırlamaq kifayət edir.

Ümumilikdə hadisələr zamanı 80 minə yaxın türkün qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilir.

Qəribədir ki, bu olayı ermənilər özləri də etiraf ediblər. Bir erməni müəllif ABŞ-da yayımlanan “Qoçnak” dərgisində yazırdı:

“Hadisələrdən sonra Vanda 1500-ə yaxın uşaq və qadından başqa türk qalmadı”.

Hadisənin daha bir şahidi Saleh Daşçı illər sonra yaşadığı o dəhşətli anları belə təsvir edirdi:

“Ermənilər yaşlı insanlarımızı əllərindən, alınlarından divara mıxladılar. Onlar o qədər çox insan öldürdülər ki, artıq özləri də yorulmuşdular. Ona görə də özlərinə əziyyət verib öldürmürdülər, birbaşa gölə atırdılar”.

Təbii, bunlar Ağdamar adasında baş verənlərin kiçik bir hissəsidir. Adada, eləcə də kilsədə yaşanmış insanlıq dramı bu gün belə Vanda dəhşət və qorxu ilə xatırlanır.

1950-ci illərdə Van əhalisinin israrı ilə Ağdamar kilsəsinin dağıdılması gündəmdə olsa da, o zamanlar jurnalist kimi fəaliyyət göstərən dünyaca məşhur türk yazıçı Yaşar Kamal “tarixi abidəni qorumaq” üçün bunun qarşısını almışdı.

Ermənilərin törətdiyi qətliama rəğmən, Türkiyə hökuməti böyük bir tolerantlıq və multikultural davranış nümayiş etdirərək, 2005-ci ildə Ağdamar kilsəsinin restavrasiya olunması haqda qərar qəbul edib və kilsə 2007-ci ildə bərpa edilərək, muzey kimi fəaliyyətə başlayıb.

Bu ilin sentyabrında isə kilsədə uzun müddətdən sonra ilk ayin keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev özünə yeni köməkçi təyin edib.

Report xəbər verir ki, nazirin müvafiq əmri ilə bu vəzifə Tamerlan Axundova həvalə olunub.

T.Axundov bundan əvvəl nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, nazirin əvvəlki köməkçisi Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə rəis təyin olunub.

Gələn il İrəvan Dövlət Dram Teatrının yeni binası istifadəyə veriləcək.

Report-un xəbərinə görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev qurumun kollegiya iclasında deyib.

Onun sözlərinə görə, bir neçə böyük mədəniyyət müəssisələrinin əsaslı təmir və bərpası üçün layihələr hazırlanıb:

"Dövlət büdcəsində imkanlar olduğu zaman bu layihələrin həyata keçirilməsinə nail olacağıq. Opera və Balet Teatrının yenidən qurulması və bərpasının layihəsi artıq hazırdır. Eyni zamanda, düşünürük ki, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb".

İsveçdən sonra Rusiya da tütün məmulatlarının satışını qadağan etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyi 2019-2030-cu illərdə tütün istehlakına qarşı dövlət siyasəti konsepsiyası layihəsini hazırlayıb.

2016-cı ildə Rusiya əhalisinin demək olar ki, 40 milyonu bu zərərli vərdişə sahib olub. 2025-ci ilə qədər bu rəqəmin 25 faiz azalması, 2040-2050-ci illərdə isə 5 milyona endirilməsi nəzərdə tutulub. Burada həmçinin tütün məhsullarının mərhələli şəkildə dövriyyədən çıxarılması ehtimalı da nəzərdən keçirilir.

Qeyd edək ki, bir qədər əvvəl İsveç parlamentində 2025-ci ildən etibarən ölkə daxilində tütün məhsullarının satışına qadağa qoyulmasına qərar verilmişdi.


Uşaqlarımıza aldığmız oyuncaqlar hər an onlar üçün təhlükə mənbəyi ola bilər.

Ardını oxu...

Gürcüstanda qrip virusu artıq təhlükəli səviyyədədir və sürətlə yayılır.

Azərtac xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Elmi Mərkəzinin sədri Paata İmnadze söyləyib.

Onun sözlərinə görə, bu il virusa yoluxma ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.

Hazırda rəsmi məlumatlara görə, ölkə əhalisinin hər 100 min nəfərindən 221-i virusa yoluxub.

“Bu gün qrip xəstələrinin böyük əksəriyyətində H1N1 virusu (donuz qripi) aşkarlanıb. Eyni zamanda, bəzi xəstələrdə H3N2 virusuna da rast gəlinir. Bununla belə, xəstələrdə qripin başqa virusları müşahidə olunur”, – deyə İmnadze vurğulayıb.

Bildirilib ki, sadalanan viruslar demək olar ki, eyni xarakterli olur və xəstələrdə oxşar fəsadlara yol açır. Amma “quş qripi” kimi tanınan H6 virusu daha ağır formada olur.

Mərkəzin sədri bildirib ki, qrip virusuna yoluxma halında antibiotiklərdən istifadə heç bir kömək etmir, əksinə orqanizmə ziyan vurur. Qripə qarşı mübarizə üçün xüsusi antivirus var və ən ağır hallarda həkimin nəzarəti altında yalnız ondan istifadə olunmalıdır.

Mərkəzin sədri bildirib ki, xəstəliyin yayılmasının ikinci yüksək dalğası fevral ayında gözlənilir.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda son iki gün ərzində iki nəfər qripdən dünyasını dəyişib.


Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev deyib. Efir vasitəsilə Ramiz Əzibəyli ilə telefon bağlantısı yaradan aparıcı onun səhhəti barədə məlumat alıb:

“Yaxşıyam. Klinikada müalicə alıram”, - R.Əzizbəyli bildirib.

Danışmaqda çətinlik çəkən xalq artisti daha sonra dəstəyi qızına verib. R.Əzizbəylinin qızı Xədicə atasının bir neçə ildir insultdan əziyyət çəkdiyini deyib:

“Damarlarında tıxanma var. Bir neçə gün bundan əvvəl öyrəndik ki, barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb. Həkimlər ümidverici danışırlar. Deyirlər ki, damarlara stend qoyulsa, yaxşı olacaq. Eyni problem hər iki ayağında var. Bir ayağının vəziyyəti lap pisdir. Həkim deyir ki, ayağı 80-90 faiz amputasiya olunmalıdır. İstəyirik ki, stend qoyulsun və buna ehtiyac qalmasın. Bir ayağına 5000 manata stend qoyulub. Öz imkanlarımız daxilində pulunu ödədik. Lakin bundan sonrası üçün maddi çətinliyimiz var”.


Çinin “Xiaomi” şirkəti 1005 smartfondan ibarət Yeni il yolkasının mozaikasını hazırlayıb.

Axar.az xəbər verir ki, yolka yeni “Xiaomi Play” smartfonundan hazırlanıb. Yolkanın hündürlüyünün 8 metr olduğu vurğulanıb. Məlumata görə, yolkanın hazırlanmasına 2 həftə vaxt sərf edilib.

Qeyd edək ki, bununla Çin şirkəti Türkiyənin “Vestel” şirkətinin fevral ayında hazırladığı rekordu yeniləyib.


Stilist Anar Ağakişiyev növbəti dəfə maraqlı əl işi ilə gündəmə gəlib.

Kult.az xəbər verir ki, stilist 2 yaşında faciəyə uğramış Solmaz adlı qadını makiyaj edib. İnstaqram hesabında üzü yanmış qadının makiyajdan əvvəl və sonra görüntülərini paylaşan Anar Ağakişiyev qadının öz üz cizgilərini unutduğunu bildirib:

“Tam təsadüfən dünən Türkiyənin möhtəşəm bəstəkarı Toyqar İşıqlının "Rənglərimi oğurladınız” kompoziyasına qulaq asırdım. Bir neçə gün əvvəl isə 2 yaşında faciəyə uğramış Solmaz xanım mənə müraciət etdi. Onun üz cizgiləri yadına gəlmir, hətta xatırlaması üçün uşaqlıq şəkilləri belə yoxdur. Şükür ki, artıq hər şey yaxşıdır. Lakin o, hər zaman özünə "Niyə mən? Niyə axı bu baş verməli idi?" sualını verir. Gəlin, Yeni il ərəfəsində ona dəstək olaq və bizim dünyamız qədər gözəl olduğunu söyləyək. Hər yaşadığımız günə görə isə Tanrıya şükür edək”.

Xəbər lenti