Kult.az Teleqraf.com-a istinadən tanınmış astroloq Səbuhi Rəhimlinin 2019-cu ildə bürclər barədə fikirlərini təqdim edir:

Qoç

Sizə elə gəlməsin ki, həyat həmişəki kimi bəsit və cansıxıcı keçəcək. Əslində qarşınızda elə bir il durub ki, malik olacağınız enerji ilə dağı-dağ üstünə qoya biləcəksiniz. Bu istiqamətdə etibarlı dostlarınızın köməyini daha yaxından duyacaqsınız. Amma hər şeydən əvvəl buraxdığınız səhvlərdən nəticə çıxarmağı, günahlarınızı etiraf etməyi bacarmalısınız.

Astroloji göstəricilər maddi durumunuzun ilin ilk yarısında daha qənaətbəxş olacağını bildirməkdədir. Tez-tez iş yerini (və ya iş üslubunu) dəyişəcəyiniz də gözlənilir. Hər halda nə baş versə də, karyeranızın yüksəlişinə xidmət edəcək. Peşənizdən asılı olaraq bu il məşhurlaşmaq, nüfuz qazanmaq imkanınız da olacaq. Yeni tərəfdaşlarınız sizi mövcud sıxıntılardan çıxaracaqlar. Düzdür, payızda səhhətinizlə bağlı problemlər də gözlənilir, amma vaxtında üstünə düşsəniz, yatağa düşməyə bilərsiniz. İl ərzində diş, bel və daxili orqanların nasazlığından əziyyət çəkəcəyiniz mümkündür.

Ulduzlar məhəbbət müstəvisində azacıq passivləşəcəyinizi bildirir. Belə ki, Qoç bürclülərdə toy etmək halları azalsa da, elçilik və nişan bol olacaq. Bu istiqamətdə maddi problemləri əsas gətirmək, qeyri-səmimilik və yalançı vədlər ümumi işlərinizi poza bilər.

Buğa

Qaban ili üçün üzərinizə düşən başlıca vəzifə Böyük Yaradana inamınızı daha da artırmaqdır. Çünki astrologiyada ən ateist Zodiak işarəsi kimi sizin bürc qələmə verilir. Həyatınızdakı qəfil enişlər də məhz bu mövqedən irəli gəlir. Deməli, iman dərəcənizi yüksəltməklə, həmçinin bütün baş verənlərin Rəbbin iradəsi çərçivəsində baş verdiyinə inanmaqla uğurlara yiyələnə bilərsiniz.

İlin elə ilk aylarında fəaliyyətinizlə bağlı böyük dönüş əldə edəcəyiniz gözlənilir. Düzdür, maddi gəlir sizin üçün qənaətbəxş olmayacaq, lakin lazımi zirvələrə yetişmək, nüfuz qazanmaq baxımından kifayət qədər səmərəli olacaq. İnsanlara obyektiv nəzərlərlə baxın ki, haqqı nahaqqa qurban verməyəsiniz. Əmin olun ki, hər ədalətli qərar və addımınız beş qat artıqlaması ilə qarşınıza çıxacaq. Unutmamalısınız ki, Qaban işgüzarlığı, səmimiyyəti və ədaləti sevir.

Şəxsi büdcənizin durumu ilin ikinci yarısında sizi qane edəcək. Bu isə öz-özlüyündə əksər sahələrdə sizi problemsiz qoyacaq. Payıza doğru şəxsi həyatınızda, xüsusən də ailə-sevgi münasibətlərində uğurlu gedişlər etməyi bacaracaqsınız. Qan təzyiqini və oynaqlardakı ağrıları nəzərə almasaq, il boyu gümrah olacaqsınız. Bu il maraqlı səfərləriniz də bol olmalıdır.

Əkizlər

Sübut olunmamış, fakta söykənməmiş hadisələrə inanmaq kimi vərdişlərdən əl çəkin. Qarşıdan gələn Qaban ili sizdən ilk növbədə bunu tələb edir. Ötən ilin uğursuzluğundan nəticə çıxarın. Əgər deyilənlərə əməl etsəniz, il boyu rahatlığınız daha çox olacaq. Karyerada yüksəlişiniz az olsa da, maliyyə imkanınız ötən üç illə müqayisədə daha yaxşı olmalıdır. Bu isə daha çox maddiyyata bağlı olan problemlərinizin həllində əsaslı dönüş yarada bilər.

2019-cu ildə dərk edəcəksiniz ki, siz heç də zəif fiqur deyilmişsiniz. Özünüzə inam, gücünüzə etibar hissiniz xeyli artacaq. Düzdür, yay aylarında və qışın sonlarında bəzi naxələf adamlar ucbatından geriləmələr olacaq, amma bu amil sizi əsas hədəfdən yayındırmayacaq. Onu da unutmamalısınız ki, Qabanın "hakimiyyətdə" olması sizi məhəbbət dəryasına atacaq. Necə deyərlər, subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlilər isə bir-birinə qarşı daha mərhəmətli olacaqlar.

Ulduzların düzümü sağlıq durumunuzun qənaətbəxş olacağını xəbər verir. Olsa-olsa, duzlaşmadan əziyyət çəkə bilərsiniz. Yeri gəlmişkən, bu il ən çox səfər və səyahət edənlər arasında bürcünüz ilk yerləri tutacaq. Bu isə passivliyinizi, daxili sıxıntılarınızı azaldacaq. Əsası odur ki, 2019-cu ildən xoş təəssüratla, başlıcası, yeni və sədaqətli dostlarla ayrılacaqsınız.

Xərçəng

Bu ilin sizin üçün ən əhəmiyyətli tərəfi odur ki, artıq dünyanın "cikinə-bikinə" bələd olacaqsınız: həyatın nəbzini tutacaq, uğursuzluqlarınızın səbəbini öyrənəcək, ətrafınızdakı insanları tanıyacaq, buraxdığınız səhvləri biləcəksiniz. Bu isə öz növbəsində mənfəət və nüfuz əldə etmək üçün sizə stimul verəcək. Bütün bunlar təxminən aprelin sonlarına qədər davam edəcək. Səhhətlə bağlı çətinlikləriniz ötən illə müqayisədə xeyli yaxşılaşacaq.

Yazın ortalarından fəaliyyətinizdə şaxələnmə başlayacaq. Əgər gücünüz yetməsə, onların bir-neçəsindən əlinizi üzməli, daha səmərəli olanları ilə məşğul olmalısınız. Yüksək dairələrlə tanışlıq və ya işbirliyi qurmaq xeyli müvəffəqiyyətinizə səbəb olacaq. Bunun üçün səxavət, mərhəmət və ədalət göstərməlisiniz.

Ailə-sevgi münasibətlərində mövcud olan problemlərin əksər hissəsini özünüz yaratdığınız üçün məsuliyyətinizi dərk etməli, qarşı tərəfin ağıllı və real fikirlərinə hörmətlə yanaşmalısınız. Əgər həmişəkindən fərqli olaraq tənqidləri qəbul edib, səhvlərinizi etiraf etsəniz, ilin ikinci yarısında hamı tərəfindən sevindiriləcəksiniz. Ulduzlara yaz və payız aylarında səfərlərə çıxmağı, eləcə də evlənmək üçün maddi problemləri əsas gətirməməyi məsləhət görür.

Şir

Ötən ili gərgin, lakin müəyyən qədər uğurlu keçirdiyinizi göstərən ulduzlar Qabandan xeyli razı qalacağınızı bəyan edir. Oğlaq və Əkizlər bürcünün hakim olduğu dövrlər istisna olmaqla 2019-cu ilin uğurları mütləq sizi müşayiət edəcək. Amma hər şeydən öncə bu il səhhətinizdə mövcud olan problemləri həll etməli, müalicələri gecikdirməməlisiniz. Əgər gümrah olmağı bacarsanız, yazın əvvəllərindən bağlı qalan qapılar üzünüzə açılacaq: həm fəaliyyət zəminində, həm maliyyə məsələsində, həm də qarşılıqlı münasibətlərdə uğurlarınız artacaq. Hətta peşənizdən asılı olaraq vəzifə pilləsində yüksələcəyiniz də gözlənilir.

Əsası odur ki, astroloji göstəricilər gələn ili xeyli məmnun keçirəcəyinizi bildirir. Yeni dostlar qazanacaqsınız ki, onların sayəsində kifayət qədər irəliləyişlərə yetişəcəksiniz. Xəyanətkar dostlarınız da olacaq və belə hallarda onlardan uzaqlaşmaq üçün vaxt itirməyin.

Azərbaycan daxilində kifayət qədər səfərlər edəcəyiniz də gözlənilir. Çünki əyalətlərimizdə yaşayan yaxınlarınızla müntəzəm əlaqə yaratmağınız ruzinizi artıracaq. Ölkə xaricinə isə təxminən iki dəfə üz tutacağınız da mümkündür. Ən başlıcası odur ki, 2019-cu ildə ən çox aşiq olan və nişanlananlardan biri də məhz sizin bürc olacaq.

Qız

Ötən illərdə əziyyətləriniz çox olub, amma deməyin ki, heç nə əldə etməmisiniz. Belə ki, bütün çalışmalarınız nəticəsində əsaslı baza, böyük təcrübə qazanmısınız və şans düşən kimi bundan səmərəli şəkildə yararlanacaqsınız. Şanslar isə Qabanla birlikdə gələcək. İlk iki ayı birtəhər yola versəniz, növbəti dövrlər üçün ulduzlar sizə yardımçı olacaqlar.

Bu il hər şeydən öncə maddi firavanlıq əldə edəcəksiniz. Aktivliyinizdən asılı olaraq borclarınızı, pula bağlı problemlərinizi kifayət qədər həll edəcəksiniz. Vəzifə pilləsində yüksəlmək üçünsə ilin ikinci yarısından yararlanın. Göy qübbəsi bu il siyasi arenaya müdaxilənizi, xaricilərlə iş birliyi qurmağınızı məsləhət görmür. Əks təqdirdə hər şey əlinizdə çıxa bilər, hətta məhkəmə qalmaqalları da mümkündür.

Odlu Qaban öz "hakimiyyəti" dövründə qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik və şübhələrinizi xeyli azaldacaq. İş-güc başınızı elə qatacaq ki, şübhə və xofdan, qeybət və dedi-qodudan uzaq düşəcəksiniz. Üstəlik bu il yeni dostlar qazanacaq, az qala unutduğunuz qohumlarınızla doğma əlaqələri bərpa edəcəksiniz. Yeri gəlmişkən, yeni ev almaq (və ya təmir) üçün bu ilin əhəmiyyəti böyük olacaq. Yay aylarında isə mümkün qədər ziyarətgahlara baş çəkin, əgər qurban niyyətiniz varsa, onu gecikdirməyin. Bu, daxili orqanlarınızda mövcud olan xəstəlikləri dəf edə bilər. Toya hazırlaşırsınızsa, ilin ilk yarısını seçin.

Tərəzi

Bütün astroloji göstəricilər yeni ilə qayğısız keçəcəyinizdən xəbər verir. Çünki bəzi kəm-kəsirlər nəzərə alınmasa, vəfalı İtdən narazı qalmamısınız. Lakin başa çatmayan işləriniz də az deyil. Odur ki, nostalji hisslərə qapılmaqdansa uğurlarınızın sayını daha da artırmalısınız. Qış aylarında sağlıq durumunuz planlarınızın tam şəkildə həyata keçməsinə mane olsa da, özünüzdə güc tapmalısınız. Belə məqamlarda etibar etdiyiniz dostlara və doğmalara ümid bəsləyə bilərsiniz.

İlin ilk beş ayında şəxsi büdcənizdə müəyyən problemlər olsa da, bu, sizi sıxıntılara məruz qoymayacaq, qısa desək, pulsuz qalmayacaqsınız. Fəaliyyət zəminində isə müəyyən redaktələr etmək zorunda qalacaqsınız. Çünki üzərinizə düşənləri fiziki cəhətdən tam şəkildə yerinə yetirə bilməyəcəksiniz. Hətta ola bilər ki, iş yerini və ya iş üslubunu da dəyişəsiniz. Amma əmin olun ki, bunun ümumi işlərinizə elə bir maneçiliyi olmayacaq.

İlin ikinci yarısında isə zaman xeyrinizə işləyəcək. Əvvəlki yarım ildə əldən çıxanların əksəriyyətini geri qaytara biləcəksiniz. Ələlxüsus da münasibətlər zəminində vəziyyət müsbətə doğru dəyişəcək. Sevib-sevilmək baxmından uğurlarınız artacaq. Toy üçünsə Ramazandan sonranı gözləyin.

Əqrəb

Dəliqanlı və əsəbi xarakterinizdən əsər-əlamət qalmayıb. Çünki yaşadığınız illər tədricən sizi səbrli və müdrik edib. Əgər dinə riayət edirsinizsə, qarşınızda duran ilin perspektivləri daha böyük olacaq, xeyirxahlıq və şanslılıq özü sizi tapacaq. Düzdür, maddi durumunuz qənaətbəxş olmayacaq, amma qazandığınız mənəvi dəyərlər ümumi ovqatınızda xeyli ümidvarlıq yaradacaq. Ulduzlar il ərzində iki dəfə iş yerini dəyişəcəyinizi bildirir. Lakin bunun karyera əldə etməyinizə heç bir maneçiliyi olmayacaq.

Bu il səfər və gəzintiləriniz də bol olacaq. Qazandığınız yeni və ləyaqətli dostlar sizi darda qoymayacaq, bir sözlə, özünüzü köməksiz və tənha hiss etməyəcəksiniz. Çalışın ki, hamı ilə dil tapasınız, xüsusən də yaşca özünüzdən böyük olanlara qayğıkeşliyinizi artırmalısınız. Ailə-sevgi məsələlərinə gəlincə, bu barədə də bəxtiniz gətirə bilər. Sadəcə olaraq, seçiminizdə yanılmamalı, hər kəsə qəlbinizin səsini açıq-aydın və sübutlarla bəyan etməlisiniz. Haqlı olduğunuz təqdirdə tale üzünüzə güləcək. Səhhətinizi isə yalnız soyuq hava şəraitində qorumalısınız.

Oxatan

Ötənilki qalmaqal və sınaqlardan sonra nəhayət ki, vəziyyətiniz qismən sabitləşəcək. Məsləhət görərdik ki, qarşınıza belə bir sual qoyasınız: bu vəziyyətdə, məhz indi mən hansı addımı atmalıyam? Əgər bu sualı cavablandıra bilsəniz, çətinliyiniz olmayacaq. Onu da nəzərə alın ki, öz səhvlərini ən az görən bürc məhz Oxatandır. Elə isə etiraf etməyi, üzr istəməyi bacarmalısınız.

Təxminən Novruzdan sonra ötən ildən qalan maddi və mənəvi problemləriniz sürətlə əriyəcək. Bu istiqamətdə başlıca xilaskarınız məhəbbət olacaq. Konkret desək, Qaban ilində sevgi amili əsas enerjiverici amilinizə çevriləcək. Qoroskopa görə, bu il ən çox evlənənlər sırasında sizin zodiak da var. Amma hər şeyi dönə-dönə götür-qoy etməlisiniz ki, uduzmayasınız.

Böyük biznesə girişmək, vəzifə pilləsində ucalmaq, nüfuz sahibi olmaq üçün 2019-cu ilin səmərəsi böyük olacaq. Hətta ola bilsin ki, fəaliyyətinizlə bağlı ölkədaxili və ölkəxarici səfərlərə də çıxasınız. Üstəlik, bu il sağlıq durumunuz da imkan verəcək ki, nəzərdə tutduğunuz planları vaxtlı-vaxtında həyata keçirəsiniz. Bütün proqnozlarımızı nəzərə alıb bəri başdan təyin edin ki, il sizin üçün uğurlu, məsuliyyətli və perspektivlidir.

Oğlaq

Müqəddəs Avestada Tanrının tövsiyə etdiyi "Xeyirxah Fikir, Xeyrxah Söz, Xeyirxah Əəməl" prinsipinə əməl etməklə qarşıdan gələn yeni ilin xeyirlərini daha çox görə bilərsiniz. Xırdaçılıqdan, hər şeyə şübhə ilə yanaşmaqdan vaz keçin. Adi səhv və yanılışlığa görə, kimlərisə ittiham etməyin. Çünki indi insanları özünüzdən uzaqlaşdırmaqla həyati nemətlərdən, mənəvi dəstəkdən məhrum ola bilərsiniz.

Astroloji təyinatlar bu il əhəmiyyətsiz köhnəlikdən sağlam gələcəyə yetişəcəyinizi xəbər verir. Bunun üçün fəaliyyətdə və qarşılıqlı münasibətlərdə nüfuz qazanmağı bacarmalı, hər bir situasiyaya reallığın gözü ilə yanaşmalısınız. Yalnız bu halda martdan etibarən tale üzünüzə güləcək. Maddi firavanlığa isə ilin ortalarından etibarən qovuşacaqsınız. Köhnə dostlarınızla ilıq ünsiyyəti bərpa edin ki, daxili sıxıntılarınız azalsın. Bununla yanaşı ailə-sevgi münasibətlərində obyektiv davranış nümayiş etdirin ki, sizi sevsinlər. Həqiqətə ikrahla deyil, sevinclə yanaşın.

Qaban ilində şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Sizə elə işgüzar təkliflər ediləcək ki, bunu yalnız arzulamaq olar. Amma hər bir dəvətdən əvvəl öz məsuliyyətinizi dərk etməli, bacarmadığınız işlərə razılıq verməməlisiniz. İl ərzində məhdud şəkildə olsa da, maraqlı səfərlərdə iştirak edəcəksiniz. Evliliyə namizəd olanlar yasaq olunmuş aylardan başqa istənilən vaxt toy büsatı qura bilərlər. Ailəlilər isə öz həyat yoldaşlarını canla-başla qorusalar yaxşıdır.

Dolça (Sutökən)

Qarşınızda kifayət qədər ciddi və sınaqlarla dolu bir il durur. Qalib çıxmaq üçün cəmi üç yolunuz olacaq: səbr, iman və çalışqanlıq. Hər şeydə Allaha sığınıb addım atsanız, heç bir sıxıntıya məruz qalmayacaqsınız.

İlin ilk yarısında səhhətinizdə neçə ildən bəri mövcud olan xoşagəlməzlikləri aradan qaldırmağa çalışın. Bunun üçün müalicə götürmək, həkim nəzarətində qalmaq, hətta yeri gələrsə, əməliyyata da razılıq vermək olar. Çünki bütün hallarda qorxulu heç nə yoxdur və hər şey ovqatınızın yüksəlişinə xidmət edəcək.

Ulduzlar bu il torpaq və ya mənzillə bağlı sevindirici xəbərlərdə hazırlayır. Təxminən yaın ortalarından bunu özünüz də hiss edəcəksiniz. Çalışın ki, bu şansı əldən buraxmayasınız. İndi bu sətirləri oxuyub bəlkə də gedişhaqqına yetməyən pulunuza görə güləsiniz, amma unutmamalısınız ki, Allah istəyəndə hər şey bircə anda olur. Onun istəməyi üçünsə yuxarıda sadaladığımız üç prinsipə sahib olmalısınız. Yeri gəlmişkən, il ərzində maddi durumunuzdan gileyiniz olmayacaq.

"Oğlaq"larda olduğu kimi siz də ailənizi qorumalı, aranızın soyuqlaşmasına imkan verməməlisiniz. Əgər Ramazana qədər (sentyabr-oktyabr) bunu bacarsanız, müjdələr alacaqsınız.

Balıqlar

Görüntülərdən bəlli olur ki, Qaban ilinə yaxşı-yaxşı hazırlaşmısınız. Deməli, ötən il həyat təcrübəniz artıb və gələcək planlarınızı konkretləşdirmisiniz. Amma unutmaq olmaz ki, bu il böyük məqsədlərə yetişmək üçün layiqli tərəfdaşlarınız, etibarlı dostlarınız da çox olmalıdır. Üstəlik, siz heç də ətrafınızda baş verən bütün situasiyaları nəzarətdə saxlaya bilmədiyiniz üçün mütləq dəstəyə ehtiyacınız olacaq.

İlin elə ilk aylarından şəxsi büdcənizdə nəzərəçarpacaq irəliləyişlər baş qaldıracaq. Bu isə pula bağlı olan problemlərinizin həllində əhəmiyyətli rol oynayacaq. Apreldən etibarən fəaliyyətinizdə dirçəliş əmələ gələcək, əgər avqustda gözlənilər təhlükələrdən qorunsanız, ilin sonuna kimi iş prinsipindən razı qalacaqsınız. Yeri gəlmişkən, yay aylarında özünüzü mütləq həkimə göstərin. Duzlaşma və qan dövranı ilə bağlı problemlərinizi həll etməyiniz vacib olacaq.

Subay "Balıqlar" üçün Qaban ilinin əhəmiyyəti daha böyük olacaq. Ən azından onlar sevgi müstəvisində diqqət mərkəzində, özü də aktiv olacaqlar. Bircə çalışmaq lazımdır ki, mənasız şeylərə görə, ülvi hisslərdən qəfil üz döndərməsinlər. Toy mərasimi üçünsə mütləq təcrübəsi olanlarla, böyüklərlə məsləhətləşmək lazım gələcək.


Dekabrın 31-i hər kəs Yeni il süfrəsini gözlədiyi üçün günboyu ac gəzir. Bu da öz növbəsində şəkərin aşağı düşməsinə səbəb olur və iştahı nəzarətdə saxlamaqda problem yaradır.

Axar.az xəbər verir ki, bunu türkiyəli dietoloq Sibel Mumcu deyib. O, Yeni il axşamı qidalanarkən diqqət edilməli olan məqamlardan danışıb:

“Sağlam qidalanma üçün səhər qəlyanaltı etmək, naharda doyana qədər yemək lazımdır. Yeməyi sürətli şəkildə yemək qidanın yetərsiz səviyyədə parçalanması, mədədə qaz və həzmsizlik yaranması ilə nəticələnir. Toxluq hissi yeməyə başlayandan 20 dəqiqə sonra yarandığı üçün yeməyi yavaş-yavaş çeynəmək lazımdır.

Bayram axşamı bol miqdarda spirtli içki qəbul etmək də mədədə narahatlıq yaradır. Buna görə də spirtli içkilərdən istifadə edərkən içərisinə buz parçaları ataraq, spirtin miqdarını azaltmaq olar. Bundan əlavə, alkoqollu içiklərin yanında çərəz, cips və turşulardan maksimum az istifadə etmək lazımdır. Ümumilikdə isə gün ərzində ağır və yağlı yeməklərin əvəzinə suplar, tərəvəz yeməkləri və salatlara üstünlük vermək daha məqsədəuyğundur”.

Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı.

Trend-in məlumatına görə, bu ildə ölkədə ən böyük elm təşkilatçısı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezident və vitse-prezident vəzifələrinə seçkilərin keçirilməsi elm sahəsinin ən böyük hadisələrindən sayıla bilər.

Seçkilərin nəticələrinə əsasən, növbəti 5 il üçün AMEA-nın prezidenti vəzifəsinə qurumun bundan əvvəl də prezidenti olmuş akademik Akif Əlizadə seçilib. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Nərgiz Paşayeva, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova isə növbəti 5 il üçün vitse-prezident vəzifələrinə seçiliblər. Beləliklə, bu il Akademiyanın vitse-prezidentlərin sayı 6-ya çatdırılıb.

Cari ilin ən mühüm hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı olub. Bu fərman Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyub.

Prezident fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulur. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman reklam siyasətinə də yenidən baxmağı tələb edir.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətinin mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacağı gözlənilir.


Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun maşının texniki pasportunun fotosu üzə çıxıb.

Kult.az xəbər verir ki, sözügedən sənədin fotosu xalq yazıçısı Yusif Səmədoğlu adına açılmış səhifədə paylaşılıb.

Səhifənin izləyiciləri tərəfindən maraqla qarşılanan sənədin 1950-ci ilə aid olduğu qeyd edilib.

Con Hopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər.

Sağlamolun.az xəbər verir ki, araşdırmaya görə, şirin qazlı içkilərin tez-tez qəbulu insanlarda xroniki böyrək çatışmazlığının riskini xeyli artırır. Böyrək çatışmazlığı böyrəyin fəaliyyətinin dayanmasına səbəb ola bilən ağır pozulmadır.

Araşdırma çərçivəsində alimlər 15 il ərzində 3 min insanın həyatı və qidalanması haqqında məlumatları toplayıblar. Nəticədə mütəxəssislər belə nəticəyə gəliblər ki, məhz şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu böyrəklərin xroniki xəstəliklərinin riskini 61% artırır.

Dekabrın 30-da Çinin “Çanye-4” kosmik aparatı Ayın əks tərəfinə enişlə bağlı tapşırığı icra etmək üçün təlimata uyğun orbitə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Çinin Kosmik Agentliyi məlumat yayıb. “30 dekabr 8:55-də “Çanye-4” uğurla Ayın orbitinə çıxış edərək, Ayın əks tərəfinə eniş üçün planlaşdırılmış kursa daxil olub”, - məlumatda deyilib.

12 dekabr tarixində “Çanye-4” Ayın orbitinə daxil olduqdan sonra Pekindəki idarəetmə mərkəzi aparatın kursuna düzəliş edərək, 4 dəfə aparatla “Çyueçyo” peyki arasındakı əlaqəni sınaqdan keçirib. Eyni zamanda çəkiliş alətləri və bir sıra funksiyalar yoxlanılıb.

Xatırladaq ki, dekabrda fəzaya buraxılan “Çanye - 4” bəşər tarixində ilk dəfə Ayın əks səmtinə enməlidir.

Azərbaycanda fərqli maşın nömrəsi həvəskarı olan sürücülər var. Bu da avtomobilinin qeydiyyat nömrəsi fərqlənən sürücülərin onları baha qiymətə satmasına səbəb olur.

Axar.az Turbo.az saytında elan verilən ən bahalı maşın nömrələrinin siyahısınını təqdim edir:

10 AA 639 - 25 500 manat

10 MD 357 - 35 000 manat

10 AA 660 - 36 000 manat

10 LF 009 - 10 000 manat

10 FR 700 - 10 000 manat

10 NM 123 - 11 000 manat

90 XX 004 - 9 400 manat

99 XX 099 - 15 000 manat

10 OW 010 - 22 000 manat

10 HG 777 - 10 000 manat

Qeyd edək ki, elan saytlarında fantastik məbləğə nömrə satışları kifayət qədər çoxdur.


Mədə turşuluğu çox olan və ya mədə müalicəsi alan insanların qəbul etdikləri Omez, Omeprazol kimi mədə dərmanları yəqin ki, çoxlarına tanışdır.

Bu vasitələr mədə turşuluğunun azaldılması məqsədilə qəbul edilir. Onu da qeyd edək ki, bu preparatlar apteklərdə reseptsiz satılır. Mədə turşuluğundan əziyyət çəkən insanlar hətta həkim təyinatı olmadan da sərbəst şəkildə bu dərmanları alıb qəbul edirlər.

Medicina.az bildirir ki, mədə-bağırsaq traktı xəstə olan insanlarda mədə turşuluğunu azaldan dərmanlardan başqa sözlə desək, proton pompa ingibitorları (PPİ) demək olar ki, hər gün istifadə edirlər. London Universitetinin əməkdaşlarının bildirdiklərinə görə, uzun müddətli istifadə zamanı bu vasitələr mədə xərçənginə yoluxma riskini 100%-dək artırır.

Mədə xərçənginin Helikobakter pylori bakteriyalarının təsiri nəticəsində meydana çıxdığı məlumdur. Alimlər bu bakteriya aşkar olunan 63397 pasiyenti 3 preparatın köməyilə müalicə ediblər. Bu preparatlardan 2-si antibiotik, digər 1-i isə mədə turşuluğunu azaldan maddə olub. İnfeksiyanın izləri yox olduqdan sonra alimlər 7,5 il müddətinə xəstələr üzərində müşahidələr aparıblar.

Bu müddət ərzində xəstələrdən 3271 nəfəri turşuluq azaldan preparatları istifadə etməyə davam ediblər. Yerdə qalan 21729 nəfər isə alternativ vasitələrdən istifadə ediblər. Nəticədə 153 nəfərdə mədə xərçəngi inkişaf edib. Onlardan turşuluq azaldan dərman qəbul edənlərin sayı digərlərinə nisbətən 2.44 dəfə çox olub. Bu preparatların 3 ildən artıq qəbulu isə böyük fəsadlara gətirib çıxara bilər.

İnsan burnunda sağ və sol tərəfdə dörd burunətrafı cib var. Onlardan birinin adı haymor (və ya qaymor) boşluğudur. Həmin boşluğun iltihabı haymorit (qaymorit) adlanır. Qaymorit üz nahiyəsində, burun ətrafında, başı aşağı salarkən və ya tərpədərkən ağrılarla, burundan gələn axıntı ilə özünü büruzə verir. İnsan qrip olarkən də qaymoritin əlamətləri müşahidə edilir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahı Murad Şıxəliyev məlumat verib.

“Qaymorit burunətrafı ciblərin, yəni sinusidlərin bir hissəsi sayılır. Əvvəllər əməliyyat kəskin ağız boşluğundan aparılırdı və daha travmatik formada icra olunurdu. Hazırda isə müasir endoskopiyanın inkişafı əməliyyatı xeyli asanlaşdırıb. Belə ki, əgər xroniki proses olarsa, burun dəliklərindən kənar əlavə kəsik aparılmadan qaymor boşluğuna daxil olunub oradakı çirk, irin və iltihab təmizlənilir. Sinusidlər davamlı, qalıcı olarsa, iybilmənin, görmə orqanının funksiyasının pozulmasına, beyin absesinə, görmənin zəifləməsinə səbəb ola bilər. Ona görə də simptomlar - iyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunarsa, həkimə müraciət edilməlidir”, - Şıxəliyev qeyd edib.

Bu gün ölkədə elektromobillərin sayı çox olsa da, onlar enerjidoldurma məntəqələrinin sayına və servis xidmətinə görə problemlər yaşayır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu cür problemlər elektromobillərin ölkəyə axınına mənfi təsir edir:

“Elektromobillər Azərbaycana gətirilən zaman onun qiymətinin 15 faizi həcmində gömrük rüsumu ödənilir. Gələcəkdə bu cür nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi daha da arta bilər. Hazırda ölkədə elektromobillərdən istifadə edilir. Xüsusən də Bakıda bu maşınlar daha çoxdur. Lakin elektromobillərin servis xidməti və enerjidoldurma məntəqələri çox azdır. Belə avtomobillərə tələbat olsa da, servis xidmətinin və enerjidoldurma məntəqələrinin az olmasına görə risk edib almırlar. Bundan əlavə, onların qiyməti benzin və dizellə işləyən avtomobillərin qiymətindən çox fərqlənir. Düzdür, bəzi yanacaqdoldurma məntəqələri əlavə olaraq, enerji doldurmaq üçün yerlər də quraşdırır. Lakin bu, hər dəfə gözlənilən nəticəni vermir. Yəni bəzən görürsən ki, bu məntəqələr işlək vəziyyətdə olmur və ya müəyyən problemlər ortaya çıxır. Bu gün hətta qazla işləyən avtomobillər də qazdoldurma məntəqəsi tapa bilmirlər. Bölgələrimizdə bu problem hələ də öz aktuallığını qoruyur. O baxımından düşünürəm ki, aidiyyəti qurumlar gələcək üçün müəyyən addımlar atmalıdır. Çünki bu sahə gəlirli sahədir. Hesab edirəm ki, enerjidoldurma məntəqələrinin sayı daha da çoxaldılmalıdır”.

Xəbər lenti