Karolina Universitetinin (ABŞ) alimləri sübut edir ki, rasionda göyərtilərin (xüsusilə kahı, ispanaq, vəzəri, turşəng, gicitkən, cəfəri, pərpətöyün kimi göyərtilərin) çox olması qaraciyərin yağlanmasının riskini xeyli azaldır.

Sağlamolun.az xəbər verir ki, alimlər bunu göyərtilərin tərkibində nitrat maddəsinin olması ilə izah edirlər. Orqanizmə düşdükdən sonra nitratlar azot oksidinə çevrilir ki, məhz bu maddə qaraciyərin sağlamlığına müsbət təsir edir, piylənmədən qoruyur. Azot oksidinin həmçinin digər faydalı xüsusiyyəti də var. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.

Mütəxəssislər qeyd edir ki, qaraciyərin yağlanmasından əziyyət çəkənlər də mütləq hər gün göyərti yeməlidir. Bu piylənmənin səviyyəsinin azalmasına kömək edəcək.

Bildiyimiz kimi, qaraciyərin yağlanması çox ağır pozulmadır ki, onun nəticəsində insanda qaraciyər sirrozu inkişaf edə bilər.

Mütəxəssislər hər gün 200 gr göyərti yeməyi tövsiyə edirlər.


963-1186-cı illərdə Mərkəzi Asiyada mövcud olmuş qüdrətli Qəznəvilər dövlətinin əsasını türk hökmdar Alp Təkin qoyub. Mavarənnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökmranlıq etmiş bu türk xanədanlığı öz adını paytaxt Qəznə şəhərindən götürüb.

Qəznəvilər dövlətinin əsası 963-cü ildə qoyulsa da, dövlətin inkişafı 977-ci ildə hakimiyyətə gəlmiş Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə isə imperiyanın sərhədləri Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. Qəznəvilər dövləti məhz Sultan Mahmudun dönəmində özünün ən qüdrətli dövrünü yaşayıb.

Kult.az xəbər verir ki, tarixçilər Sultan Mahmud Qəznəvinin dövlətin əsas dayaqlarını inkişaf etdirməklə yanaşı, orduya, xüsusən kəşfiyyat məsələsinə önəm verdiyini yazırlar.

Bunun nəticəsi kimi o, tarixin ən böyük casusluq şəbəkələrindən birini yaratmışdı. Bu, təkcə öz dövlətini deyil, qonşu ölkələri də əhatə edən bir beynəlxalq istehbarat təşkilatı idi. Sultan Mahmudun casusları hücumdan əvvəl ona çox vacib məlumatlar gətirir, hansısa şəhərin, yaxud ərazinin ələ keçirilməsində mühüm rol oynayırdılar.

Casusları müxtəlif şəhərlərin, eləcə də Konstantinopolun xəritəsini çəkib sultana göndəriblər. Məhz bu xəritə əsasında Sultan Mahmud Konstantinopol hippodromunun oxşarını bugünkü Əfqanıstanda inşa etdirib. Sultanın əmri ilə 144 fut hündürlüyündə zəfər qülləsi ucaldılıb ki, bu, Konstantinopoldakı zəfər qülləsindən dəfələrlə uca idi.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Sultan Mahmudun kəşfiyyat təşkilatına çəkməçilər, dərzilər, tacirlər və başqa sahədə çalışan ustalar daxil idi.

Sultan o qədər mükəmməl təhlükəsizlik sistemi qurmuşdu ki, onun dönəmində bircə dəfə də olsun oğurluq hadisəsi baş verməmişdi.

Tarixi mənbələrdə yazılır ki, Sultan Mahmudun hakimiyyəti dövründə qızıl yüklənmiş yüzlərlə eşşək, qatır günlərlə küçələrdə qalırdı. Lakin heç kim o qızıllardan birini belə oğurlamırdı.

Hətta deyilənə görə, Sultan Mahmud “Gecələr satıcılar mağazalarının qapısını bağlamasınlar. Heç kim oğurluq edə bilməz. Əgər onların mağazalarından nəsə oğurlansa, mən öz xəzinəmdən əvəzini verəcəyəm” demişdi.

Sultan Mahmud ömrünün böyük bir hissəsini qanlı savaşlarda keçirmişdi. Xüsusən, 1001-1027-ci illərdə Hindistana təşkil etdiyi 17 hücum onu çox yormuş və xəstələnməsinə səbəb olmuşdu.

Həkimlər xəbərdarlıq etsələr də, Sultan onları dinləmir, davamlı olaraq döyüşlərə atılırdı. Bu ağır səfərlərin, yürüşlərin nəticəsi kimi – 1929-cu ildə xəstələnir və cəmi 1 il sonra 59 yaşında vəfat edir.

Bundan sonra Qəznəvilər dövlətinin çöküş dövrü başladı. Daxili ziddiyyətlər, əhalinin narazılığı və 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlara məğlub olması bu dövlətin süqutu üçün zəmin hazırladı.


Kələm turşusu qışın ən populyar məhsuludur. Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir.

Kələm turşusu əsl müalicəvi məhsuldur.

Saglamolun.az sizi kələm turşusunun insan sağlamlığı üçün mühüm faydaları ilə tanış edir.

1. Bağırsaqların sağlamlığını qoruyur

Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Kələmin tərkibində olan probiotiklər (lakto- və bifido bakteriyalar) bağırsaqların mikroflorasını yaxşılaşdırır, ziyanlı mikrofloranın miqdarını azaldır. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir.

Həmçinin qıdalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəsliyyətini təmin edir, qəbizliyin qarşısını alır.

2. Xolesterinin səviyyəsini aşağı salır

Qidalı liflərin sayəsində kələm turşusu xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların sağlamlığını qoruyur.

3. İmmun sistemini möhkəmləndirir

Bağırsaqların sağlam mikroflorası güclü immunitetin əsas şərtidir.

Bağırsaqların mikroflorasını yaxşılaşdırmaqla kələm turşusu immun sistemini də möhkəmləndirir, virus və infeksiya xəstəliklərinin riskini azaldır.

4. Damarları möhkəmləndirir

C vitamini ilə zəngin olduğundan kələm turşusu damarlar üçün çox faydalıdır. C vitamini damarların divarlarını möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır.

5. Arıqlamağa kömək edir

Qidalı liflər və tartron turşusu sayəsində kələm piylərin orqanizmdə yığılmasına mane olur, arıqlamağa kömək edir.


“Meltem Azərbaycan” mebel mağazası Yeni illə əlaqədar 30% endirim kampaniyasına start verib.

Axar.az xəbər verir ki, körpə, uşaq və gənclər üçün ən son model mebel dəstlərini təqdim edən “Meltem Azərbaycan” endirim kampaniyasını müştərilərin müraciətləri əsasında başlatdığını açıqlayıb.

Kampaniyadan yararlanmayanlar isə mebel dəstlərini 6 ay faizsiz kreditlə əldə edə bilərlər.

Şirkət hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.

Ünvan: Babək pr 22/10
Əlaqə: (050) 400 35 34


NASA alimlərinin araşdırmasına görə, Saturn onu başqa planetlərdən ayıran halqasını itirəcək.

Axar.az xəbər verir ki, sözügedən proses 100 milyon il ərzində baş verəcək.

Buna səbəb isə halqanı təşkil edən toz və buz parçalarının Saturnun maqnit sahəsi ucbatından planetə doğru çəkilməsidir.

Son araşdırmalara görə, evli cütlüklərin 44%-i həftədə ən az bir dəfə mübahisə etməyin münasibətlər üçün müsbət olduğunu düşünür.

Publika.az xəbər verir ki, əslində tez-tez mübahisə edən, ancaq hər zaman bir araya gəlməyi bacaran cütlüklərin ömür boyu birlikdə olmaları ehtimalı daha çoxdur. Elm adamları dalaşan cütlüklərin bir-birilərini həqiqətən sevdiyini söyləyir.

Dalaşmaq yetkin münasibətin işarəsidir

Daim qarşıdurmadan qaçmaq qətiyyən uzunmüddətli münasibətin ən yaxşı yolu deyil. Əksinə, mübahisə edərkən fikrinizi açıq şəkildə ifadə edə bilirsinizsə, bu, sevginizi başqa bir mərhələyə daşımağa hazır olduğunuz anlamına gəlir. Yetkin insanlar fərdi hücumlara və ya qışqırmağa ehtiyac duymazlar. Bunun yerinə hər zaman yola getməyə və münasibətlərini sağlam şəkildə davam etdirməyə çalışarlar.

Dalaşmaq onun vecinə olduğun anlamına gəlir

Təbii ki, partnyorunuzun sizi əsəbiləşdirən vərdişlərinə göz yummaq daha asan olardı. Amma gələcəkdə daha yaxşı nəticə əldə etmək üçün bütün narahatlıq və dərdlərə tab gətirməyiniz gerçək sevginin bir işarəsi ola bilər. Başqa sözlə, mübahisə etmək daha qətiyyətli olduğunuzun göstəricisidir. Sadəcə xatırlayın – hansı tezlikdə ailənlə və ya dostlarınla mübahisə edirsən? Eyni şey partnyorunuz üçün də keçərlidir. Əgər çox mübahisə etsəniz və hər zaman problemlərin öhdəsindən gəlsəniz, bu, böyük mənzərəni sevdiklərinizlə birgə gördüyünüz anlamına gəlir.

Mübarizə əlaqə qurmağı asanlaşdırır

Münasibətinizin güvənli olması üçün səssiz qalmamalısınız. Əksinə, partnyorunuza açıq şəkildə yaxınlaşmaq, hərəkətlərinizin məsuliyyətini anlamaq və bir-birinizi diqqətli şəkildə dinləmək lazımdır. Mübahisə münasibətin ən böyük biçimlərindən və ən dürüst olanlarından biridir. Buna görə də səmimiyyət, güvən və bağlılıq duyğuları tezləşdirir və partnyorunuzla daha faydalı əlaqə qurmağı öyrətməyə yardımçı olur.

Mübahisə etmək sağlam münasibətin işarəsidir

Psixoloqlar sağlam və xöşbəxt bir münasibət üçün 7 düyün nöqtəsinin olduğuna inanır. Mübahisə etmək də bunlardan biridir. Əslində bir cütlük mübahisə etmirsə, bu, nələrinsə doğru yolda getmədiyinin işarəsidir. Mübahisə etmək cütlüyün özləri üçün önəmli olan şeyləri müzakirə edərək dəyərlərini və duyğularını təkrar nəzərdən keçirməsinə yardımçı olur. Ancaq mübahisə edərkən daha sağlam arqumentlər təqdim etmək və səs tonunu yüksəltməmək lazımdır.

Mübahisə etmək bağlılığı daha da gücləndirir

Partnyorunuzla mübahisə edərkən qalib gəlməniz və ya itirməyinizin fərqi yoxdur. Ən dəyərli şey bir-biriniz haqqında və daha da önəmlisi, özünüz haqqında çox şey öyrənməyinizdir. Kiçik qarşıdurmalar ikinizin də gerçək təbiətinin ortaya çıxmasına yardım edər və partnyorunuzla necə başa çıxa biləcəyinizi göstərər. Birlikdə bütün çətinliklərin öhdəsindən gəlməyi bacarsanız, aranızdakı bağlılığı necə qüvvətləndirəcəyinizi öyrənərsiniz.

Mübahisə etmək rahatladır

Bir münasibət yaşamaq asan deyil. Əgər partnyorunuza əhəmiyyət verirsinizsə, hər zaman sərhədlərinizi zorlamaq məcburiyyətindəsiniz. O da sizin üçün eynisini etməsə, qəzəb hiss etməyə başlaya bilərsiniz. Siz sussanız, qəzəbiniz daha da böyüyər və partnyorunuz istədiyi hər şeyə sahib ola biləcəyini düşünər. Bu problemi aşmağın yolu mənfi duyğularınızı üzə vurmaq və bərabər olduğunuzu göstərməkdir.

Bir arada qalmağınız da çox ehtimal olunur

Bəzi araşdırmlara görə, cütlüklərin yol verdiyi ən böyük səhv susmaqdır. Bu zəif əlaqə ayrılmanın ən çox yayılmış halıdır. Həssas mövzuları müzakirə etməyin münasibətiniz üçün yaxşı olmadığına inansanız da, əslində, bu, doğru deyil.

Mübahisə etmək ehtirası ortaya çıxarır

Bəzi cütlüklər şiddət səviyyələrini artırdığı üçün kəskin mübahisədən xoşlanırlar. Bu insanlar şüuraltında dalaşmaqların sadəcə ehtirasdan ibarət olduğunu bilirlər. Əgər münasibətinizi gücləndirmək istəyirsinizsə, duyğularınızı içəridə yaşamaq yerinə, zaman-zaman üzə çıxara bilərsiniz. Ancaq mübahisəni yaxşı formada bitirməyi unutmayın.


Diş məcununu icad edənə bəlkə də əvvəllər rəhmət oxuyurdular. İnsanların ağız boşluğu gigiyenası üçün inqilabi kəşf idi. Amma getdikcə çeşidi artan, qazanc yeri olan, reklamı dayanmayan rəngbərəng diş məcunlarının tərkibi haqqında araşdırmaları oxuduqca insan məcunu icad edənin niyyətini anlamır. Deyilənə görə, diş məcunlarının tərkibində olan kimyəvi maddə, xüsusən də flüor qəsdən müasir insanların orqanizminə daxil edilir ki, beyində müəyyən proseslər getsin. İnsanın bu maddələrlə dəyişməsi hansısa qüvvələrin marağındadır. Gəlin, görək pul verib evimizə gətirib, könüllü olaraq təmizlik adı ilə udduğumuz diş məcunlarının qorxulu tərəfləri hansılardır?

Axar.az Medicina.az-a istinadla diş məcunları haqqında qısa araşdırmasını təqdim edir:

Flüor, uşaqlar və zəhərlənmə...

İlk növbədə flüor və onun birləşmələri tərkibli diş məcunları 5 yaşından başlayaraq uşaqlara və böyüklərə də məsləhət olunur və faydası barədə informasiyalar verilir.

Burada bir haşiyəyə çıxaraq ABŞ-da baş vermiş hadisəni xatırlatmaq istərdik: 8 yaşlı Molli Stat dişlərini yumağı xoşlayırdı. Bir dəfə o, diş məcununun üzərini oxuyaraq, atasından soruşdu. "Ata, məgər bu pasta zəhərlidir?”. "Yox, qızım, bu nə fikirdir?” "O zaman niyə burda yazılıb ki, bu zəhərlidir, udmaq olmaz?”

Ata tyubiki götürüb diqqətlə oxudu. Həqiqətən də çox xırda şriftlə bu sözlər çap edilmişdi: "Əgər təsadüfən məcunu udsanız, təcili olaraq tibbi yardıma və həkimə müraciət edərək, zəhərlənməyə qarşı tədbirlər alın”. Bu xırdalıqda şrifti böyük adam görə və ya oxuya bilməzdi, oxumaq heç ağlından da keçməzdi.

Bütün ABŞ vətəndaşları kimi Pol elə hesab edirdi ki, mağazalarda satışa çıxarılan və uşaqlar üçün uyğun olan istənilən qulluq vasitəsi, yemək və su kimi təhlükəsizdir, sağlamdır.

Bunun belə olmadığını ABŞ qida və dərman nəzarəti administrasiyası (FAD) yaxşı bilirdi və buna görə göstəriş verilmişdi ki, məcun istehsalçıları qutuda xəbərdaredici informasiyanı yazsınlar. Bu yazılar 1991-ci ildən peyda olmağa başlayıb. Çox xırda hərflərlə dozadan artıq məcun udulması barədə açıq-aşkar xəbərdarlıq olunur. Amerika Stomatoloji Assosiasiyasının təqdir etdiyi diş məcunlarının qutusunda isə belə bir mətn var:

"Udmaq olmaz. 6 yaşına kimi uşaqlar fırçanın üzərinə noxud ölçüsündə məcun qoymalıdır. Uşaqlar valideynlərin nəzarəti altında dişlərini yumalıdır ki, məcunu udmasına yol verilməsin”.

Təbii ki, "zəhər", "zəhərlidir" sözü yoxdur, amma flüorid daşıyan sisternlərin üzərində zəhərin simvolu olan sümük və kəllə şəkli olur.

Bədənə qulluq vasitələrinin araşdırılması bölməsinin rəhbəri Recina Miskeviç deyir ki, əgər uşağa bir qaşıq flüorid versən, çox güman ki, onu yeməyəcək. Amma əgər qəsdən və ya bilmədən ağzına məcunu sıxıb udsa, onu dərhal xəstəxanaya çatdırıb, mədəsini yuyub, zəhərlənmə əleyhinə dərmanlar verilməlidir. Bu nə deməkdir? Bəli, o deməkdir ki, diş məcununda zəhərli maddə var, hər nə qədər az dozada olsa da bu, uşaqlar üçün təhlükəlidir.

Miskeviç daha irəli gedərək deyib: "Diş məcununda olan flüorid narkotik təsirli hesab olunur və bu narkotiki mağazada satmağa icazə var: müxtəlif vasitələrin tərkibində. Əgər biz bu məhsullardan istifadə ediriksə, flüorid orqanizmə düşür və mütləq dəyişikliklər yaradır. Bu, narkotik kimi asılılıq yaratmır, amma bu, 100% zəhərdir. Bu haqda məcun üzərinə yazsaq, o zaman istehlakçılar qapımızı kəsdirər, biz gərək burda işləməyək".

Digər tərəfdən, həkimlər deyir ki, 4-7 yaş arası uşaqlar özləri müstəqil olaraq udma refleksini idarə edə bilmir, bu arada onlar gözlərinə xoş gələn hər şeyi uda bilər. Ona görə məcunu özü fırçaya sıxan uşaq dozanı aşır və onu udur. Həm də istehsalçılar burda bir biclik işlədərək, uşaqlar üçün olan məcunlara əlavə dad, qoxu vururlar.

Flüorid kariesin qarşısını alırmı?

Flüorid təsirinə görə, həqiqətən diş minasında kariesə qarşı hansısa müdafiə rolunu oynayır. Amma bir xəstəlik də var: flüorozis. Bu halda orqanizmə çox miqdarda flüorid düşməsindən yeni çıxan və ya böyüyən dişlər rəngsizləşir, getməyən ləkələrlə örtülür.

Bu, daha çox gündə 2-3 dəfə dişlərini çox miqdarda məcunla yuyan məktəblilərdə rast gəlinir.

Amerika və Avropada hər il flüorid udulması nəticəsində zəhərlənmədən onlarla uşaq xəstəxanalara daxil olur. Əlbəttə onlar məhz məcundan zəhərləndiklərini bilmir, bunu həkimlər diaqnoz edir.

Amerika Stomatoloqlar Birliyi bu halların heç birində letal nəticə, yəni ölüm qeydə alınmadığını bildirir. Yəni, ölüm yoxdursa, qorxusu yoxdur? Bəs o maddələrin beyin, qaraciyər kimi orqanlara, gözə, sinirlərə, qana təsiri?

Diş məcunlarının əsas komponentləri və təsiri:

Sorbitol – məcunun qurumasının qarşısını alan mayedir. İşlədici təsiri var, bağırsaqlarda diareya yaradır. Uşaqlarda ishala səbəb olur.

Triklozan - Çox reklam olunur. Əslində antibiotikdir. Ağız boşluğunda guya zərərli bakteriyaları məhv edir. Hər insanın ağız mikroflorasında həm də faydalı orqanizmlər var. Bu bakteriyalar ağızla orqanizmə daxil olacaq zərərli virusları zərərsizləşdirir. Triklozan sintetik antibiotik kimi ayırd edə bilmir, bu bakteriyaların hansı faydalıdır, hansı zərərli. Onun heç vecinə də deyil, yolundakı hər şeyi yuyur.

Amma sonra patogen bakteriyaların bu antibiotikə rezidentliyi yaranır, nəticədə onlar sonra daha tez və çox yayılaraq, ağız boşluğunun mikroflorasını pozur, disbakterioz yaradır. Ona görə dişləri yuyandan 2-3 saat ərzində ağız təravətli qalır, sonra daha pis qoxu gəlir.

Biz normalda ağızda faydalı bakteriyaların sayını artırmalıyıq ki, onlar zərərli mikrobları özləri tutub məhv etsin.

Laurilsulfat natrium – qutuda SLS - Köpükləndirmək üçün qatılır.

Əslində isə çox ucuz, zərərli kimyəvi maddədir. Bir çox təmizlik vasitələrində, gellərdə olur. Diş məcununa bir qədər zərərsiz, bahalı köpükləndirici maddə qatmaq əvəzinə ucuz yola gedilməsi, istehlakçıların biznes marağıdır.

Təsəvvür edin, sənayedə SLS qaraj, maşın yuyulması vasitələrində qatılır. Bu çox güclü yağ sökücü agentdir. Klinikalarda SLS dəri testlərində sınanır. Belə ki, təcrübələrdə heyvanların dərisinə bu maddə çəkilərək qıcıqlandılır, müəyyən xəstəlik yaranır, sonra müəyyən preparatları müalicədə sınaqdan keçirirlər.

Elmi araşdırmalar sübut edib ki, SLS gözlərə, ürəyə, beyinə keçir, orda qalır və orqanizmdən çətinliklə çıxır. Uşaqlar üçün bu maddə daha çox zərərlidir.

SLS uşağın göz ağının tərkibini dəyişir, kataraktaya səbəb olur. Ona görə uşaqlarda yaşlarına xas olmayan göz xəstəlikləri yayılıb.

Şampun və gellərdə də olan SLS qana keçir, orda toksinləşmə verir. Ona görə müasir şampunlardan sonra saçlar getdikcə cansızlaşır, qırılır, tökülür, quruyur.

Lourit sulfat natrium – SLES

Təmizləyici təsiri var. Məcuna çox köpüklənmə, sanki havalı, qatılıq kimi effekti verir. Əslində isə ucuz, zəif yuyucu maddədir. Tekstil sənayesində parçaları yumşaltmaq üçün istifadə olunur. Üstəlik SLES tərkibli mayelərlə avtomobilləri yuyurlar. Səthdən yağı effektiv yuyub aparır.

Orqanizmə çox düşdükdə toxumalarda yığılıb qalır, zəhərlənmə, halsızlıq və xərçəng yaradır. Uşaqlar üçün çox təhlükəlidir.

Dəridə və saçlarda getməyən plyonka yaradır. Dərinin səthini pozur, kəpək əmələ gətirir, saç hüceyrələrini zəiflədir.

Hamilə qadınların bu maddə ilə zəngin yuyucu maddələrdən çox istifadəsi dölün ürək, beyin və gözünə təsir edir. Ağız boşluğunda isə yaralar, xoralar, stomatit və s yaradır. Çənə-üz cərrahı Pol Barkvel bildirir ki, ağız boşluğundakı xoralı yaralar Laurit sulfatsız diş məcunu istifadə etdikdə 70% hallarda azalır və itir.

Laurit natrium ağzın selikli qişasını qurudur, qida borusunu qıcıqlandırır, allergiya yaradır. Dişlərin emalını isə korlayır.

Eləcə də diş məcunlarına çox ucuz sintetik aromatizatorlar, dadlandırıcılar və rənglər qatılır.

Bir sözlə, diş məcununun tərkibində sənayedə rezin, plasmas, avtomobil yuyucularında istifadə olunan maddələr vardır. İndi özünüz nəticə çıxarın.

Bütün bunlardan sonra haqlı olaraq bir sual yaranır:

Niyə bu qədər zərərli maddələr insanların hər gün istifadə etdiyi vasitələrə qatılır, niyə şirkətlərə icazə verilir. Kim insanlığın düşmənidir?

Cavablar var:

-Guya diş məcunu və ya digər vasitələrə orqanizm üçün zərərsiz dozada maddələr qatılır ki, bu da insanı ən azından öldürmür. Yəni xəstəlik, fəsad problem deyil, əsas insan ölməsin.

-Ucuz maddələrlə başa gələn məhsullar baha qiymətə satılıb milyardlarla gəlir əldə olunur

-İstehsalata ciddi nəzarətin və qadağa gücünə sahib təşkilatın olmaması, insanların səhhətinə biganə qalması və ya səhiyyə təşkilatlarına inamı

-Maddələrin maskalanması, başqa cür təqdim olunması, insanların doğru məlumatlandırılmaması, reklamların cəlbedici olması. Amma indi internet əsridir, informasiya açıqdır. Oxuyub, qərar vermək sizdən asılıdır.

Tübikin sonunda olan markerləşdirmə xəttinin və rənginin mənaları:

-Qara rəngdə - parodontozu artıran maddəsi var

-Qırmızı – sağlamlıq üçün təhlükəli maddələr var

-Göy – sintetik maddələr var

-Yaşıl – 100% təbii və ekoloji təmiz maddələrdən hazırlanıb

-Deməli, siz ən azı göy, ən yaxşı halda yaşıl zolağı olan diş məcunu almalısız.


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi uşaqlar üçün yeni tamaşa hazırlayıb.

Kult.az xəbər verir ki, tamaşa “Tıq-tıq xanımın saxta babası” adlanır.

Tamaşa 25-26 dekabr, saat 15:00 və 18:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində baş tutacaq.

Biletləri şəhərin kassalarından və iTicket.az saytı vasitəsilə əldə etmək olar. Qiymətlər 10-30 manat arasında dəyişir.

 

Bu məsələyə görə sözün əsl mənasında sarsıntı içərisindəyəm. Ermənilərin millətimizə etdiyi saysız qətliamlar, soyqırımlar haqda geniş xatırlatmaya hər halda ehtiyac duymuram. Çünki hər birimizin damarında axan qan məhz odur! Bizim ana-bacılarımızın fəryadı hələ çəkilməyib.

Kult.az xəbər verir ki, müğənni Ruhi Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadəyə sosial şəbəkə hesabı vasitəsilə cavab verib.

“Erməninin axıtdığı Azərbaycan qanı hələ soyumayıb. O daşnaqların ayaqları altda qalan körpələrin naləsi hələ qulağımızdan getməyib. Bəs necə ola bilər ki, bu xalqın belə övladı olsun? Evdə hansı tərbiyəni görüb bu? Nərmin adlı qızın qəhrəman Mübariz İbrahimov haqda dedikləri absurddur. Amma ən böyük faciə bu torpaqda yetişən, milləti Azərbaycan, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Ar olsun, ayıb və haram olsun bu qan sənə! Dostlar, düşünürəm ki, bu mənəviyyatsız biri ilə dövlət orqanları danışmalıdır. O, qanun qarşısında cavab verməlidir. Biz o xainin şəklini paylaşıb, reklam etməkdənsə, bunu tələb etməliyik”, - müğənni bildirib.

Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

“Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.

Oğlan uşaqlarına zəka genləri atadan deyil, anadan keçir. Bir atanın doğulacaq oğlan övladına zəka genini ötürməsi heç bir şəkildə mümkün deyil. Mütəxəssislər hesab edir ki, oğlan uşağı müdrikdirsə, bunu anasına, ananın genlərinə borcludur.

Axar.az xəbər verir ki, dünya mütəxəssisləri atadan oğula zəka genlərinin heç bir halda keçmə ehtimalının olmadığını sübut ediblər. Mütəxəssislərin fikrincə, oğlan uşağı ağıllı, zəkalıdırsa, bu, ananın genləri ilə bağlıdır. Kişilər öz zəka genlərini əsla və əsla oğullarına ötürə bilmirlər. Qız övladlarına isə öz zəkalarının ancaq 50 faizini ötürə bilirlər.

Loru dillə desək, oğlan uşaqları zəka baxımından “anasının oğlu”, qızlar isə zəka baxımından “həm anasının, həm atasının qızı” hesab edilir.

Dünya mütəxəssislərinin apardığı araşdırmaya əsasən, zəka genlərinin şifrələri sadəcə X xromosomunda olur. Y xromosomunda isə zəka genləri olmur. Qadınlarda ancaq X xromosomu olduğu halda, kişilərdə həm X, həm də Y xromosomları olur. Ananın X xromosomu ilə atanın X xromosomunun birləşməsindən qız, ananın X xromosomu ilə atanın Y xromosomunun birləşməsindən isə oğlan uşağı dünyaya gəlir.

Zəka genləri ancaq X xromosomunda olduğu üçün də ata heç vaxt oğluna zəka genlərini ötürə bilmir. Çünki oğlan uşağının dünyaya gəlməsi üçün atanın Y xromosomu lazımdır. Ancaq ana isə həm oğluna, həm də qızına zəka geni ötürə bilir.

Bununla bağlı araşdırma aparan mütəxəssis Horst Hameister bildirib ki, bu həm də qız uşaqlarının oğlan uşaqlarından daha ağıllı, zəkalı olması anlamına gəlir. Qız uşağının dünyaya gəlməsi üçün XX xromosomunun olduğunu nəzərə alan Horst bildirib ki, qız həm anadan, həm də atadan zəka geni götürdüyü üçün daha ağıllı olur. Oğlan uşağını əmələ gətirən XY xromosomunda isə ancaq bir zəka geni olur ki, o da təkcə anaya məxsusdur.

Mütəxəssislər məsləhət görür ki, kişilər gələcək nəsillərinin, xüsusilə oğlan övladlarının ağıllı və zəkalı olmasını istəyirsə, evlənmək üçün gözəl yox, daha çox ağıllı və zəkalı qadınlara üstünlük versinlər.

Xəbər lenti