![]() |
|
Şəhidimizin atası Fazil Dursunov bildirir ki, üç övladı var, onlar hərbçidir və cəbhə bölgəsindədir. Onun sözlərinə görə, itkisiz müharibə olmur və şəhidlik kimin qismətinə yazılıbsa, başımızı dik tutmalıyıq.
Şəhidimizin xanımı Məryəm Dursunov həyat yoldaşı Fəridə yazdığı son mesajından danışıb: “Son mesajımda yazmışdım ki, sən mənim qəhrəmanımsan. Səninlə fəxr edirəm. Biz birlikdə zəfəri qeyd edəcəyik. Amma birlikdə qeyd edə bilməsək də, zəfəri bizə yaşatdılar”.
Azərbaycan Televiziyası şəhidimiz haqqında süjet hazırlayıb.
Həmin süjeti təqdim edirik:
"Ölkə.Az"ın məlumatına görə, səhmdar cəmiyyətinin bununla bağlı açıqlamasında deyilir:
"Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.
İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.
Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunublar. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir".
Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!
Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!"
Oxu24.com xəbər verir ki, bu barədə onun döyüş yoldaşı məlumat yayıb.
O, qeyd edib ki, əsgər yoldaşları Tovuz Rayon Aşağı Quşçu kəndində qeydiyyatda olan Tağıyev Eşqin İlqar oğlu onların sıralarına qoşulub.
E.Tağıyev özü də tapılması haqqında məlumat verib.
Həmin görüntünü təqdim edirik.
Onun qardaşı isə Birinci Qarabağ müharibəsində igidliyi ilə seçilən Həsən Qorxmazdır. Həsən Qorxmaz “Qorxmazçılar” tağımı ilə birlikdə bir neçə dəfə Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərini mühasirədən çıxarıb. O da son nəfəsinə qədər Vətən uğrunda vuruşub və şəhid olub.
Faiq Qasımovun digər dörd qardaşı da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib.
Azərbaycan Televiziyası Faiq Qasımovun evindən reportaj hazırlayıb.
Həmin süjeti təqdim edirik:
"Ölkə.Az" xəbər verir ki, sosial mediada yayılan həmin görüntüləri təqdim edir.
İclasda "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi(birinci oxunuş) müzakirə olunacaq.
Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:
1.1. 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
"Zəfər" ordeni;
"Qarabağ" ordeni;";
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;". (sfera.az)
İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Protokol sektorunun məsləhətçisi Fərhad Allahverdizadə, nazirliyin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi Nizami Hüseynli və Dövlət Sosial Müdafiə Fondunun daxili nəzarət departamentinin əməkdaşı Coşqun Zamanlı Vətən müharibəsində iştirak ediblər.
Oxu.az xəbər verir ki, döyüşlərdə iştirak edənlərin evə dönüşü izdihamla qarşılanıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb: