Baş leytenant Elnur Elxan oğlu Əmrahov Qarabağ uğrunda gedən döyüşlərdə yaralanıb.

Baku.ws xəbər verir ki, xəstəxanada müalicə aldıqdan sonra evə buraxılan zabitimiz alqışlarla təntənəli şəkildə qarşılanıb.

Sosial şəbəkələrdə yayılan videoda Ə. Elnurun Zəngilanda yaralandığı qeyd edilib.

Həmin görüntüləri təqdim edirik:

Ayağından qəlpə yarası alan əsgərimiz xəstəxanadan çıxaraq sığınacağa baş çəkməyə gəldi.

Bunu “Facebook”da Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova yazıb.

M.Zeynalova bildirib ki, sığınacağa qurban payı gətirən əsgər hər kəsi, hətta uşaqları da kövrəldib: “Deyəcək bir söz var. Siz ölkənin xilaskarlarısınız, siz mərdliyin, insanlığın, mərhəmətin, vətən sevgisinin nə olduğunu bütün dünyaya göstərdiniz!”

 

 
  •  

 

 
 
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib.

 AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə 1-ci binasında - “Lotte World Tower” göydələnində asılıb. Hündürlüyü 541 metr olan 123 mərtəbəli binanın yuxarı hissəsində yerləşən “Səma körpüsü”ndən Azərbaycan bayrağı asılıb.

Bayraq aksiyası koreyalılar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, 2017-ci ildən istifadəyə verilmiş göydələndə ilk dəfə olaraq məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanıb. “Lotte World Tower”in idarəçiləri Azərbaycan bayrağının məhz bu göydələndə dalğalandırılmasına görə tədbirin təşkilatçılarına təşəkkür edib, Azərbaycanın bu nümunəvi layihəsindən faydalanaraq sözügedən binada tezliklə Koreya Respublikasının bayrağının da dalğalandırılması layihəsini həyata keçirəcəklərini söyləyiblər.

Azərbaycanın Dövlət Himni Şuşanın azadlıq müjdəsi münasibətilə qələbə ovqatı ilə ifa edilib. 

Qələbə ovqatlı Himni Azərbaycanın Xalq artisti, ustad Alim Qasımov, Fərqanə Qasımova və nəvələri ilə birlikdə Ali Baş Komandana və Ordumuza təşəkkür hədiyyəsi olaraq ifa ediblər.

Bakıda qələbə coşqusu davam edir.

Paytaxt sakinləri torpaqlarımızın, xüsusilə də Şuşa şəhərinin düşmən tapdağından azad olunmasını böyük sevinclə qeyd edir. 

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunmasını elan edib.

Bu xəbərdən sonra hazırda Azərbaycan xalqı əllərində Azərbaycan bayrağı, böyük ruh yüksəkliyi və coşqu ilə qələbə xəbərini qeyd edirlər.

“Şuşa şəhərinin erməni işğalından azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsvirini təqdim edirik”.

Bu barədə “Azərkosmos” ASC məlumat yayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın 28 ildən sonra işğaldan azad edilməsini elan etdi.

Bu gün Azərbaycan xalqı tarix yazır. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir.

Prezident İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğunu elan etdi.

Bu münasibətlə bayraqlarla küçələrə axışan xalqımız Şuşanın qələbəsini böyük coşqu ilə qeyd edir.oxu.az

 

 

“Azərbaycan əsgəri olmaq bir addım öndə olmaq deməkdir”.
Bunu report-un Cənub Mərkəzinə açıqlamasında Vətən müharibəsi qazisi, xüsusi təyinatlı hərbiçimiz Elmar İbrahimov deyib.

Onun sözlərinə görə, illərdir işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün gecə-gündüz hazırlaşıb, təlimlər keçiblər: “Nəhayət o gün gəldi. Tapşırıq verildi ki, alınmalıdır!”

Qazinin atası Sücaət İbrahimov bildirib ki, uşaqlıqdan Elmar məktəbdə və idmanda uğurlar əldə edib, hər zaman onunla fəxr edib.

Qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad olunması yolunda igidliklə vuruşan oğullarımız şanlı tarix yazır. Canları, qanları ilə. Analar oğullarını Vətənə qurban verir. Bu ailənin də iki şəhidi var. Valideynlər oğullarının şəhid olması, yaxud yaralanmasına yox, səngər yoldaşlarından tez ayrılmalarına heyfslənirlər.

Xatırladaq ki, Elmar İbrahimov 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində dünyaya gəlib. Yeniyetməlik yaşlarından idmanla məşğul olan Elmar bir sıra respublika yarışlarının qalibi olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2014-2017-ci illərdə Rusiya Federasiyasında keçirilən Qaydasız döyüş idman növü üzrə Avropa 3-sü olub. Peşəkar idmanla məşğul olan Elmar III kursda təhsilini yarıda qoyub ordu sıralarına gedib. Goranboy rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurandan az sonra yenidən müddətdən artıq hərbi xidmətə yazılıb. Çətin sınaqlardan keçərək xüsusi təyinatlılar taboruna qəbul olunub. Erməni hərbi birləşmələrinin ölkəmizə qarşı hərbi təcavüzünə qarşı başlanan əks hücum əməliyyatlarında fəal iştirak edib. Murovdağ zirvəsinə üçrəngli bayrağımızı taxan taborun qəhrəmanlarından biri olub. Ardınca “Qisas” postu, “Mübariz” postu, Suqovuşan və daha 20 erməni postunun alınmasında iştirak edib.

Son günlər ən çox müzakirə olunan topçu Vüsal Şahkərimovun təhsili ilə bağlı ödənişsiz hazırlıq keçməyini təhsil eksperti Elçin Əfəndi öz üzərinə götürüb.

O, bu barədə facebook səhifəsində məlumat verib:

“ Bu igid Vüsal Şahkərimovun Ali təhsil müəssisələrinə qəbul üzrə ödənişsiz hazırlığını üzərimə götürür və onun ödənişsiz Ali təhsil müəssisəsinə qəbulunu da həyata keçirməyi şəxsən üzərimə götürürəm!”,- deyə E.Əfəndi qeyd edib.

Xatırladaq ki, Vüsalın təhsil haqqının müğənni-aparıcı Mehin Hümbətova tərəfindən də ödəniləcəyi deyilirdi.

Elçin Əfəndi: “IV ixtisas qrupunda çox az plan yeri boş qalacaq”

Xəbər lenti