Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Arçrun Ovannisyan bugünkü açıqlamasında olduqca ilginc məqama toxunub.
Konkret.az bildirir ki, o, hər bir Azərbaycan əsgərinin üzərində dövlət bayrağının olduğunu bildirib.

O etiraf edib ki, azərbaycanlı diversantlar Şuşada dövlət bayrağını ucalda bilərlər:

“Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qaldıracaqlarını istisna etmirik”.

Başqa sözlə desək, Ovannisyan faktiki olaraq Şuşa uğrunda döyüşlərin məntiqi nəticəsinə öz auditoriyasını hazırlamağa çalışıb və iddia edib ki, elə foto-videolar görsəniz, inanmayın, çünki Azərbaycan əsgəri bayraq qaldırandan sonra şəkil çəkərək çıxıb gedir.

Deyəsən, ermənilər də Azərbaycan əsgərinin Şuşada bayraq qaldırandan sonra “çıxıb gedəcəyinə” inanmadığını nümayiş etdirib. Təsadüfi deyil ki, Ovannisyan buna görə bərk pəjmürdə olub.

Düşmənə qan ağladan qazi yenidən cəbhəyə qayıtmaq istəyir.

Baku TV xəbər verir ki, Abşeron rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş, Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əlindən və ayağından qəlpə yarası alaraq qazi olub. 

Topçu olan qazimiz deyir ki, şəxsən özü düşmənə ağır zərbə vuraraq, onların üçü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxarıb və canlı qüvvəsini məhv edib.

Atalarımızın sözünə qüvvət, igidlik insana irsən ötürülür. Pərvinin atası Yadulla Allahquliyev də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşənlərdəndir. Elə vətən sevgisi, torpaq məhəbbəti də qazimizin ruhuna qanla ötürülüb. 

P.Allahquliyev bildirir ki, ayağa qalxan kimi ilk işi cəbhəyə yola düşmək olacaq.

Qazimizin anası Tahirə xanım isə, oğlu ilə bərabər vətən uğrunda gözünü qırpmayan bütün hərbiçilərmizlə fəxr etdiyini deyir. Ailə Qubadlıda yaralanan oğlunun tezliklə sağalacağına və yenidən cəbhəyə qayıdacağına inanır. 

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Agentliyin sədri Fuad Nağıyev rəsmi tvitter səhifəsində etdiyi paylaşımla məlumat verib.

“30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, - deyə F. Nağıyev qeyd edib.

Çarxda Qubadlının görməli yerləri, o cümlədən XIX əsrə aid olan məşhur “Hacı Bədəl” körpüsü, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid  edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.

 

Son günlər medianın və sosial şəbəkələrin ən çox müzakirə olunan ismi olan topçu Vüsal Şahkərəmovun təhsil haqqı müğənni-aparıcı Mehin Hümbətova tərəfindən ödəniləcək.

Bu barədə sosial şəbəkədə jurnalist Pərviz Hüseyn məlumat verib.
Qeyd edək ki, 19 yaşlı V.Şahkərəmovun atası mətbuata müsahibəsində bildirib ki, oğlu təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlayıb:

 "Vüsal orta məktəbdə yaxşı oxuyub. Ali məktəbə imtahan verdi, qəbul oldu, ancaq ödənişliyə düşdüyü üçün oxuya bilmədi. İmkanım çatmadı onu oxutdurmağa. Keçən il yayda hərbi xidmətə yola düşdü. İnşallah qismət olsa, yanvarda qayıtmalıdır".

 
 

 

Azərbaycan Müdafiə Nazirliyi Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə fərqlənən hərbi qulluqçularla bağlı növbəti videogörüntülər yayıb.

“Ölkə.Az” döyüşlərdə fərqlənən hərbi qulluqçularla bağlı məlumatları təqdim edir:

Leytenant Qaraşov Məhəmməd İlham oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.

Bir müddət əvvəl hər kəs işğaldan azad edilən Suqovuşana Azərbaycan bayrağını sancan qəhrəmandan danışırdı - İlkin Fərzəliyevdən.

Atası Azad Fərzəliyev oğlu ilə bayrağı sancmazdan öncə danışdığını deyir:

“Oğlumla danışanda təkcə bunu dedim: o bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma, nə olar?!

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır”.

İlkin nişanlıdır. Yolunu həsrətlə gözləyən xanım, bütün həyatını övladlarına qurban vermiş ana və ən əsası, qəhrəmanını gözləyən Azərbaycan xalqı var.

Daha ətraflı AZTV-nin videoreportajında

 

 

1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.
2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur.  Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, lakin bu, Əlcəzair  xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməsi üçün mane olmayacaqdır.
Bu anma, xalqımız tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir.  Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq  vətənpərvərlik  və minnətdarlığımızı bildirmək üçün imkan verir.
Həqiqətən, bir əsrdən artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqavimətilə üz-üzə qaldı və bu, uzun bir müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.
Sarsılmaz bir inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı.  Beləliklə, 1 Noyabr əlcəzairlilərin qəlbində və şüurunda əbədi həkk olunmuş bir tarixdir. Əlcəzair xalqının etdiyi bütün fədakarlıqlar Şanlı İnqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları inqilabların ön planına qaldırdı.
Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır.  1 Noyabr referentinə bağlı olan və bu gün xatirəsinə hörmət və ehtiramla təzim etdiyimiz ağsaqqallarının fədakarlığından xəbərdar olan nəsillərin.
Öz fədakarlıqlarından ilhamlanan Əlcəzair gəncləri yenidən məşəli götürmək, dünənki kimi, xalqın iradəsi ilə, yeni qurumlar dövlətinin yaranacağı və qanunun aliliyinin hökm sürəcəyi yeni bir Əlcəzayir qurmaq uğrunda can atırlar və bu gənclik yenidən doğuş və qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürəcək.
2020-ci il 1 Noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd etsin.  
1 Noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində  ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir.  
 
 
Əlcəzairin Bakıdakı Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini açır.
Yaşasın müstəqil və suveren Əlcəzayir və dəyərli Şəhidlərimizin ruhları şad olsun.
Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib.

Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 185 kənd və Murovdağ zirvəsi qeyd olunub. 

Xəritədə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb. (oxu.az)

AzTV ikinci Qarabağ Müharibəsinin ilk qadın şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova ilə bağlı süjet hazırlayıb.

Süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.

Bu gün müharibə təkcə cəbhədə deyil, sosial media platformalarında da davam edir. Sosial şəbəkələr sözün əsl mənasında dünyaya həqiqətləri çatdıran və ermənilərin yaydığı saxta xəbərləri ifşa edən döyüş meydanlarına çevrilib.

Təəssüflər olsun ki, mövcud vəziyyətlə bağlı son zamanlar xüsusilə “Facebook” və “Instagram”da narahatedici məqamlar müşahodə olunur.

Azərbaycanlı istifadəçilərin profilləri kütləvi şəkildə bloklanır və ya silinir.

Daha ətraflı AZTV-nin videosüjetində:

Xəbər lenti