Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib.

"Ölkə.Az" xəbər verir ki, H.Harmancı Trend-ə açıqlamasında bildirib ki, ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupu uşaqlarda COVID-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirib. Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və UNİCEF tövsiyə edir ki, beş yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır.

H.Harmancı əlavə edib ki, ÜST və UNİCEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir.

Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər, baxıcılar və ya tibb işçiləri ilə məsləhətləşərək maska taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir.

H.Harmancı ÜST-ün əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi məsləhət gördüyünü də vurğulayıb.

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərimiz, igidlərimiz doğmalarının yanına qayıdır. Həmin qəhrəmanlardan biri də Şamaxıdan Vətən müharibəsinə yollanan Qabil Abasəliyevdir.

Qələbə müjdəsi ilə qayıdan qəhrəmanımız ilk olaraq Vətən uğurda canından keçən döyüş yoldaşlarının məzarını ziyarət edib.

Sonra avtomobil karvanı ilə yaşadığı Mədrəsə qəsəbəsinə yollanıb.

Qəsəbə sakinləri xalqın qəhrəmanına çevrilən igidimizi böyük coşqu və sevgi ilə qarşılayıblar.

Ailəsi Q.Abasəliyevin gəlişi şərəfinə qurbanlar kəsib. Uzaqda olan qohumlar isə telefonla təbriklərini çatdırıblar.

Döyüşlərdə iştirak edən qəhrəmanımız qüdrətli ordumuzun qarşında dayana bilməyən düşmənin acizliyindən danışıb.

Övladı ilə qürur duyan ana qələbə xəbərini çatdıran Ali Baş Komandan İlham Əliyevə qazi anaları adından təşəkkürünü bildirib.

“Vətən sevgisi qanla keçir. Ağlım kəsəndə atamın Qarabağ itkisindən əzab çəkdiyini görürdüm. O, Birinci Qarabağ Müharibəsinin igid döyüşçülərindən olub. Göstərdiyi şücaətlərə görə 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Sentyabrın 27-də Vətən Müharibəsi başlayanda atam “Get Fuad, torpaqlarımızı erməni işğalçılarından azad edin. Mən buna tam əminəm. Çünki bugünkü Azərbaycan ovaxtkı deyil” dedi”.

Ölkə.Az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, bu sətirləri Vətən Müharibəsində xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşən və şəhidlik zirvəsinə ucalan Fuad Nəcəfov öz dostlarına, döyüş yoldaşlarına danışardı.

Fuad 1990-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik, sonra isə xüsusi təyinatlıların hazırlanması kurslarında iştirak edib və əsl hərbçi kimi yetişib.

Vətən Müharibəsinin ilk günlərindən peşəkar hərbiçi kimi döyüşlərə atılıb. Düşmənin 28 tankının ələ keçirilməsində, 30-dan çox texnikasının məhv edilməsində onun xüsusi rolu olub. Məhz bu cəsurluğuna görə azad olunan Suqovuşan qəsəbəsində üçrəngli bayrağımızın qaldırılması ona həvalə edilib.

Fuad Nəcəfov Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edib və əsl qəhrəmanlıq nümunələri göstərib. Oktyabrın 7-də Zəngilanın azad olunması uğrunda əməliyyata gedərkən qəhrəmancasına şəhid olub.

Fuad Nəcəfov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub. İndi Nəcəfovlar ailəsi üçün Fuaddan bir qız övladı yadigar qalıb.

Şəhidin atası, Birinci Qarabağ müharibəsinin qəhrəman əsgəri Taleh Nəcəfov oğlu ilə qürur duyduğunu qeyd edib:

“O, Vətən Müharibəsində qəhrəman kimi döyüşüb. Qarabağımızın azad olunmasında Silahlı Qüvvələrimizin sıralarında igidliklə vuruşub. Hələ müharibənin ilk günlərində Fuadla danışanda “Əmin ol, Ermənistan ordusu torpaqlarımızdan tezliklə qovulacaq” deyirdi.

Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə - cəmi 44 gündə qələbə çaldıq.

Dekabrın 10-da keçirilmiş Zəfər paradını izləyərkən sonsuz qürur hissi keçirdim. Bir daha fəxr etdim ki, Böyük Qəbələnin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Fuadın da payı var”.

 

 
  •  

 

 
 

Əbəs yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar yurdudur. Bunu Vətən müharibəsində işğalçı düşmənə qan uddurub, onları torpaqlarımızdan qovan Rəşadətli Ordumuz bir daha bütün dünyaya sübut etdi.

Cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar. Bu yeni dastan 2783 igidimizin canı bahasına yazıldı.

Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biri də ölümündən sonra Müzəffər Ali Baş Komandanın Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanovdur.

Ölkə.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il fevralın 24-də Lənkəranın Ürgə kəndində dünyaya göz açıb.

O, 1986-1997-ci illərdə orta təhsilini kənd məktəbində alan Mehman 1998-2002-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyub. Hərb sənətinə yiyələn zabit Mehman Şirvanov 23 il ərzində Naxçıvan, Yevlax, Tərtər və Goranboy rayonlarında nümunəvi və qüsursuz xidmət edib.

Xidmət dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniyada, Türkiyədə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib.

Qəhrəman zabitimizin sonuncu döyüşü Murovdağda olur. Mehman Murovdağ yüksəkliyinin erməni təcavüzkarlarından azad edərkən sentyabrın 27-də qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik-leytenant Mehman Şirvanov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

Müzəffər Ali Baş Komandanın bu təltifi şəhidin atası Mirəziz Şirvanovu bir daha qürurlandırıb:

“Mehmanın “Qarabağ” ordeni ilə təltif olunmasını televiziyadan öyrəndim. Qəhrəman oğlumla bir daha qürur duydum. Orduda 23 il ərzində şərəflə xidmət edən, Vətən uğrunda canından keçən oğlumun fədakarlığını qiymətləndirdiyinə görə Müzəffər Ali Baş Komandanımıza minnətdaram. Oğlum cəsur zabit idi. Vətən müharibəsində Lənkəran rayonunun ilk şəhididir.

Qarabağımızın azad edilməsi uğrunda müharibədə Vətən qarşısında borcunu layiqincə yerinə yetirdi və “Qarabağ” ordeni ilə də təltif olundu. Mənim ən böyük təsəllim Vətən müharibəsində Zəfər qazanmağımızdır. Biz Qələbə qazandıq, Mehman kimi yüzlərlə şəhidimizin, qazimizin qanı yerdə qalması, onların qisası alındı, Qarabağı azad etdik”.

Şəhidin atası bildirib ki, Mehman hələ uşaqlıqdan mərdliyi ilə seçilirdi. Həmişə evə gələndə deyərdi ki, hər birimiz döyüş əmrinə hazır olmalıyıq. Mehman kimi zabitlərimiz düşməni məhv etmək arzusu ilə alışıb-yanırdılar.

Qəhrəmanın qardaşı Nəriman Şirvanov da Mehmanın hərbçi peşəsini məhz bu səbəbdən seçdiyini deyib: “Hələ uşaq olarkən bizə demişdi ki, Qarabağ işğaldan azad ediləcək, işğalçılar torpaqlarımızdan qovulacaqlar. Ancaq zamanı var, biz ordumuzu daha da gücləndirməliyik.

Ona görə hərbçi peşəsini seçdi. Qardaşım qətiyyətli və cəsarətli insan idi. O, orduda 23 il nümunəvi xidmət etdi. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Mehman arzusuna çatdı, Qarabağımız azaddır. İndi onun ruhu şaddır”.

Qırx yaşında şəhidlik zirvəsinə ucalan Mehman iki yaşlı qızı Nurayı əmanət qoyub. Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazdırmaqla doğma yurdumuz bölünməzliyini bütün dünyaya sübut etdilər.

Qüdrətli Ordumuz əsl qəhrəmanlıq və rəşadət göstərərək doğma torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi. Xain düşmən torpaqlarımızdan qovuldu. Mehman kimi minlərlə Vətən övladının misilsiz qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində Azərbaycan Ordusu Zəfər çaldı. İndi hər bir şəhidin ruhu şaddır.

 

 
  •  

 

 
 
Xalq təbabəti vasitələri ilə immunieti necə yüksəltmək olar?

Exinaseya və bal
İmmun sistemin aşağı olması orqanizmdə infeksion xəstəliklərin orqnizmdə baş qalıdrırmasına səbəb olur. Bunların baş verməməsi üçün isə orqanizmin immun sisstemini yüksəltmək lazımdır.
Bəzi xalq təbabəti vasitələri vardır ki, onların orqanizmə təsiri heç də dərmanların təsirindən geri qalmır. Amma, xalq təbabəti vasitələrindən istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki, dərmanlar kimi bitki dəmləmələrini də orqanizmə əks təsir göstərə bilir.  Bütün xəstəliklərin meydana çıxması orqanizmin immun sistemi aşağı düşdükdə baş verir. Buna görə də xəstəliklərin baş veməməsi üçün ilk növbədə immun sistemi möhkəmləndirmək lazımdır.  İmmun sistemi möhkəmləndirmək üçün çoxlu dərman preparatları vardır. Amma, istəsəniz ev şəraitində də müxtəlif vasitələrlə immunitetinizi yüksəldə bilərsiniz. Sizlərə immuniteti yüksəldən ən yaxşı 2 təbii vasitə təqdim edirik.
Exinaseya insanın immunitetini yüksəldən bitkidir. Bu bitkinin dəmləməsi çox sadədir. Dəmləmə bitkinin çiçəyindən və yarpaqlarından hazırlanır. Exineseyanın həm təzəsindən, həm də qurusundan istifadə edilir. Dəmləndikdən sonra isə 10 gün ərzində gündə 3 dəfə içilir. Beş gün fasilə verdikdən sonra müalicə yenidən 10 gün davam etdirilir.
Bal insanın immunitetini artıran təbii qida sayılır. Bal immuniteti möhkəmləndirir və orqanizmin xəstəlklərə qarşı olan davamlılığını artırır. Baldan istədiyiniz zaman və istədiyiniz qədər istifadə edə bilərsiniz. Balın orqanizmə möhkəmləndirici təsirini artıqmaq üçün isə 750 qram təbii bala 100 qram təzə ağcaqayın çiçəkləri əlavə edərək 7 dəqiqə qaynatmaq və sonra qəbul etmək lazımdır. Bu qarışımı bir stəkan suya 1 xörək qaşığı olmaqla gündə 1 dəfə içmək lazımdır. Bu qarışımı il boyu qəbul etmək mümkündür.
İmmuniteti artırmaq üçün müxtəlif vitaminli çaylardan da istifadə etmək mümkündür. Bu çaylardan istədiyiniz qədər içə və immunitetinizi möhkəmləndirə bilərsiniz. Bu çaylara çiyələk, moruq və ya moruq yarpaqları, qara yemişan çayı, itburnu çayı və s. daxildir. Bu çayların dəmlənməsi çox sadədir və onları il boyu qəbul etmək mümkündür.

Koronavirusun əsas əlamətlərindən biri qoxu və dad hissinin itməsidir. Xüsusilə son dövrdə virusa yoluxanların əksərində bu əlamətlər müşahidə olunur. Bəzi mütəxəssislər isə qoxu, dad itkisinin tək Covid-19-a xas olmadığını, digər respirator virus infeksiyalarına yoluxmada da müşahidə edildiyini açıqlayırlar.

"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan terapevt Elena Selkova COVID-19 və kəskin respirator virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərqi açıqlayıb.

Həkim yerli mətbuata açıqlamasında bildirib ki, koronavirus  zamanı  qoxu itkisi   burunun  selikli qişasında yığıtı olmadan, yəni burun axıntısı olmadan yaranır.

"Burun axmır onun  tıxanıqlığı və ümumiyyətlə,  nəfəs almaqda çətinlik olmur" deyən mütəxəssis, bir neçə gündən sonra xəstəliyin əsas əlamətlərinin görünməyə başladığını söyləyib. Həkim əlavə edib ki, kəskin tənəffüs yolları xəstəliklərində qoxu hissi itir, ancaq bu zaman burunun selikli qişası tıxanır, bu bölgədə mucus yığılır və tıxanma hissi yaranır.
Bundan əvvəl E.Selkova, qoxu itkisinin tək koronavirus deyil, ciddi bir xəstəliyə işarə ola biləcəyini söyləyib. O qeyd edib ki, burunun selikli qişasının şişməsi ilə qoxu yox ola bilər. Bir qayda olaraq, bu, xüsusilə yazda çiçəkləmə dövründə kəskin tənəffüs xəstəlikləri və ya allergik reaksiyalar səbəbindən baş verir. Əlavə olaraq, qoxu itkisi ürək böhranından sonra və ya burunun xəlbir sümüyünün qırılması ilə bağlı baş verə bilər.

O Xudafərin körpüsünə ilk ayaq basan, Araz çayının suyundan içən ən gənc qazimizdir.

Söhbət Şamaxı rayonunun Məlikçobanlı kənd sakini 18 yaşlı Şahsəddin Qafarovdan gedir.

O, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Daha ətraflı Baku TV-nin sujetində:

Bu günlərdə 44 günlük müharibənin zəfər qürurunu yaşayırıq. Bu sevinci bizə yaşadan minlərlə qəhrəman oğullarımız var. 

30 illik işğala son qoyaraq, qəhrəmanlıq salnaməsi yazanlardan biri də xüsusi təyinatlıların 40 yaşlı mayoru Teymur Şirəliyevdir. 

Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə döyüşərək yaralanan qazimiz bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb. 

Sevənləri, ailəsi, dostları onu sevinc və qürur hissi ilə qarşılayıb. 

Ətraflı Baku TV-nin süjetində:

Vətən Müharibəsi Azərbaycan xalqının öz torpaqlarının azadlığı üçün ölmək və düşməni öldürmək üçün heç bir tərəddüd etmədiyini ortaya qoydu. Ölkəmizin hər bir fərdi öz qəhrəmanlığını ortaya qoydu. Belə şəxslərdən biri də döyüşlərdə bir qolunu itirən qazi Sahil Həsənli oldu. O, öz adını xalqın qəlbinə Şuşanın azadlığı günü hospital pəncərəsindən bu yazıya verdiyimiz baş fotodakı görüntü ilə yazdı.

Bir qolunu itirməsinə baxmayaraq, S. Həsənli müharibə davam etdiyi vaxt yenidən cəbhəyə qayıtmaq üçün israr edib.  Bunu "Yeni Sabah”a açıqlamasında Vətən Müharibəsi dövründə Ağcabədi Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə rəhbərlik etmiş həkim Əkbər Məmmədov deyib. O, S. Həsənlinin ağır vəziyyətdə xəstəxanaya gətirildiyini deyir.
Bildirir ki, Sahilin qolu elə Ağcabədidə amputasiya olundu. Və sonradan müalicə üçün Bakıya göndərildi.

Qazimiz bir qolunun amputasiya olmasına baxmayaraq, cəbhəyə qayıtmaq üçün israr edib. Hətta həkimlərrdən xahiş edib ki, onun üzərinə qumbaralar bağlasınlar və canlı bomba olsun: "Mənə deyirdi ki, "Doktor, tez məni göndər, cəbhəyə getmək istəyirəm”. Bunun mümkünsüz olduğunu başa salırdım. Mənə cavabında, "özümə bomba bağlayıb, ermənilərin üstə gedəcəm, heç olmasa, 8-10 erməni öldürərəm”…

 

 
  •  
Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub.

Oxu.az xəbər verir ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib.

Qeyd edək ki, YARASA döyüşçüləri müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsində iştirak ediblər. Onlar xüsusən də Qubadlıya ilk girənlərdən olublar.

YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər. Onlar haqlı olaraq Azərbaycan ordusunun elit qüvvələri və qüruru sayılırlar.

Xəbər lenti