![]() |
|
Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.
1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.
1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunub.
Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.
Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və başqa başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.
Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.
Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.
O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib.
Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.
Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilir.
Bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.
Yaxın günlərdə həmin texnikaların Azadlıq meydanında nümayiş etdiriləcəyi bildirilir.(Report)
Söhbət iki oğlu ilə birlikdə ikinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olan Müşviq Abbasovdan gedir.
Vətən müharibəsinin ilk günlərində iki oğlu ilə cəbhəyə gedən igid və qorxmaz qəhrəmanımız övladları üçün həm ata, həm də komandir idi.
"Ölürüksə, heç olmasa normal məqsəd, vətən uğrunda ölək" deyən Müşviq Abbasov şəhid olmağı qarşısına məqsəd qoymuşdu.
Hələ gənc yaşlarından birinci Qarabağ müharibəsində qardaşları ilə birgə ermənilərə qan udduran Müşviq Abbasov ikinci Qarabağ müharibəsində üç oğlundan ikisini cəbhəyə aparıb. Əgər yaşı çatsaydı, digər oğlunu da özü ilə birlikdə aparacaqdı.
Gözünün qarşısında vurulan atasını çiynində daşımaq Şamilə asan olmasa da, o, atası ilə döyüşməyin qürurverici olduğunu deyir.
Müşviq Abbasovla döyüşənlərdən biri də onun yaxın dostu Elşən Hüseynov idi. O, Müşviqin vurulma anını xatırlayanda göz yaşlarına hakim ola bilmir. Deyir ki, şəhid dostu hər iki Qarabağ döyüşündə birlikdə 50-ə yaxın erməni öldürüb.
Ruhun şad, gözün aydın olsun, şəhidim! İllərdir həsrətini çəkdiyin torpaqlara artıq qovuşduq.
Azərbaycanın bir qrup din xadimi Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.
Dindarlar məsciddə azan verib, namaz qılıblar.
Azərbaycan Ordusunun bölmələrinin noyabrın 20-də Ağdama daxil olması coşğu ilə qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, imzalanan üçtərəfli Bəyanata əsasən, rayon ərazisinin işğaldan azad edilməsi ağdamlıların sevincinə səbəb olub.
Bu münasibətlə Ağdamın Dördyol qəsəbə sakinləri küçəyə çıxaraq qələbəni qeyd ediblər.
Əllərində Azərbaycan və Türkiyə bayrağı olan hər kəs qələbə şüarları ilə ordumuza dəstəklərini ifadə ediblər.
Fotolar: Tural Hüseynli
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları - fondun Şəmkir filialının baş mütəxəssisi Ucal Hacıyev, fondun Qax filialının baş mütəxəssisi Nurlan Seydəlili, 1 saylı ərazi filialının şöbə müdiri Fərrux Təvəkkülzadə Vətən Müharibəsində iştirak ediblər.
“Ölkə.Az” xəbər verir ki, bu barədə video sosial şəbəkədə yayılıb.
Görüntülərdə mağarada ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqları əsk olunur.
Qedy edək ki, Azıx mağarası Azıx kəndinin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal edilmiş kənd noyabrın 9-da Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Publika.az xəbər verir ki, bu barədə Ulm Tibb Mərkəzinin Molekulyar Virusologiya İnstitutunun bir qrup alimi sınaqlar keçirib.
Təcrübələr zamanı tədqiqatçılar otaq suyunda təbii şirələri viruslarla qarışdırıb və nəticələri müşahidə edib. Adi yemişan suyunun COVID-19 üçün ölümcül olduğu ortaya çıxıb. Yalnız beş dəqiqəyə koronavirusun 97%-ə qədərini məhv edir. Nar suyu da güclü antiviral təsirə malikdir - COVID-19 patogenlərinin 80%-nə qədərini məhv edir.
Koronavirusu digər təbii şirələri, eləcə də yaşıl çay əhəmiyyətli dərəcədə zəiflədir. Alimlər turş mühitin və bitki polifenollarının virusa dağıdıcı təsir göstərdiyinə inanırlar. Mütəxəssislər ağızdakı patogenləri məhv etmək üçün gündə bir neçə dəfə təbii meyvə şirələri və yaşıl çay ilə qarqara etməyi məsləhət görürlər.
"İlk infeksiyanın qarşısını almaq və ya infeksiyanın virus yükünün azadılması simptomları yüngülləşdirə, alt tənəffüs yollarına yayılmanın qarşısını ala və ya başqa insanın yoluxmasına maneə ola bilər", - "bioRxiv" jurnalında qeyd olunub.
Xatırladaq ki, bir çox həkim sarımsaq və zəncəfilin də viruslarla effektiv mübarizə apardığını iddia edir. (publika.az)
Görüntülərdə ana müharibədən qayıdan oğlunu dizin-dizin sürünərək qarşılayır.
Görüntünü təqdim edirik:
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən eyni adlı şəhərlərə səfəri zamanı istifadə etdiyi avtomobil maraq doğurub.
“Qafqazinfo” xəbər verir ki, “AzCan Sentry” zirehli maşınının özəllikləri barədə Xəzər TV-nin “Birinci studiya” proqramında danışılıb.
Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür.
Qeyd edilib ki, 17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır.
Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər.