![]() |
|
Söhbət Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən baş leytenant Samir Qasımovdan gedir.
Tanklarla döyüşə girən 24 yaşlı qəhrəmanımız düşmənin vurduğu yanan tankdakı ekipajı xilas edib.
Daha sonra öz tankı da vurulub və alovlanmağa başlayıb. Bu zaman Samir alovu su ilə söndürə bilməyəcəyini anlayıb və yerdəki qumu götürərək odu yalın əllə söndürüb. Həmin vaxt onun əllərinin içi də yanıb.
Həmin ərəfədə onun olduğu ərazi minaatanlardan atəşə tutulub. Nəticədə qəhrəmanımız yaralanıb. Lakin mübarizəsini davam etdirib və yerdəki silahı götürərək ordakı piyadalara rəhbərlik edib və onları həmin təhlükəli ərazidən çıxarıb. Piyadaları irəli səsləyərək onlarla birlikdə önəmli yüksəkliyi düşmən işğalından azad edib.
Altı qəlpə yarası ilə iki gün döyüşən Samir yaralı olduğunu heç kimə deməyib. O, huşunu itirib yıxıldıqdan sonra onun yaralandığını biliblər.
Samirin bu şücaəti sosial şəbəkələrdə də paylaşılıb. Hətta valideynləri onun qəhrəmanlığından sosial şəbəkələrdə yayılan məlumatları oxuduqdan sonra xəbərdar olublar.
Samirin anası Əsmayə xanım oğlunun şəklini sosial şəbəkədə görəndə həm həyəcanlandığını, həm də qürur duyduğunu deyir.
Samirin anası bildirir ki, onun qəhrəmanlığı bununla da bitmir. O, yarası tam sağalmamış ailəsinin xəbəri olmadan xəstəxanadan çıxıb və yenidən döyüş bölgəsinə qayıdıb.
Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir.
Daha çox “Paşa” ləqəbi ilə tanınan A.Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib. Paşa həqiqi hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam edib. Yüksək fiziki göstəricilərə malik Paşa bir neçə il mühafizəçi vəzifəsində çalışıb.
Sonradan fəaliyyətini yenidən hərbi xidmətdə davam etdirmək niyyətinə düşüb. Buna görə də o, bir neçə il bundan əvvəl müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan Ordusunun sıralarına yazılıb. Paşa hərbçilər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışmada ikinci yerə layiq görülüb.
Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir.
Ailəlidir, 3 yaşlı övladı var. (Report)
Gəncə şəhəri 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olub.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rəşad Məmmədov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 bal toplayaraq pedaqoji fəaliyyətə başlamışdı.
Səkinə xanım sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində oğlu Cavid Sahratovu şəhid verib. Gizir rütbəsini daşıyan Cavid tankçı olub.
Yardımlı rayonunun Əsədabad kənd sakini S.Sahratova deyib ki, oğlu tankçı olub:
"Oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib. Cavid hərbçi olmaq istəyirdi. Tabutu həyətə gələndə dedim, başıma qoyun, onu son mənzilə başımda aparım. Onun kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Qələbə günü Cavid yuxuma gəldi".
Azərbaycan hərbçiləri işğaldan azad olunan ərazilərdəki evlərdən birində sahibsiz azyaşlı oğlan uşağının olduğunu aşkarlayıb və ona köməklik göstəriblər.
"Ölkə.Az" xəbər verir ki, video Telegram-da yayılıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə məlumat verib.
Onun sözlərinə görə, sosial gərginlik yaşayan Ermənistanda kölgə iqtisadiyyatının miqyası Dünya Bankının “Dünya ölkələrində kölgə iqtisadiyyatı” ilə əlaqədar hesabatında da aydın görünür. Ermənistana gələn pul axını mənbəyi üç istiqamətlidir ki, buraya pul köçürmələri, xarici investisiya və müxtəlif fondların pul yardımları daxildir. Dünya Bankının regional ölkələri ilə bağlı hesabatına əsasən, Ermənistan miqrant əməyi hesabına MDB-də ən çox pul köçürmələri alan ölkələrdən biridir. Pul köçürmələrinin miqrantlar vasitəsilə edildiyini nəzərə alsaq, bu Ermənistanda işsizlik və yoxsulluğun yüksək həddə olmasına işarədir.
Yoxsulluq və işsizlik arasındakı səviyyə fərqinə nəzər yetirərkən məlum olur ki, nəzəri olaraq işsizlər arasında yoxsulluq payının yüksək olması ilə bərabər, məşğul əhali arasında da yoxsulluq payı yüksəkdir. Hesablamalara görə Ermənistanda gündəlik olaraq əhalinin 100 min nəfərinin qazancı 1,9 ABŞ dolları, 280 min nəfərinin qazancı 3,2 ABŞ dolları, 1 milyon 500 min nəfərinin qazancı isə 5,4 ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Departament rəhbəri əlavə edib ki, çoxda uzaq olmayan tarixdə qeyd edilən statistikaya görə 42 faiz əhalisi 5,5 ABŞ dollarına yaxın günlük qazanca sahib olan Ermənistanın COVID-19 pandemiyası dövründə daha acınacaqlı durumda olduğunu təxmin etmək çətin deyil.
Qapalı iqtisadiyyatın ÜDM-də payına görə Afrika qitəsinin bəzi ölkələri ilə eyni sırada olan Ermənistan “İnkluziv İnkişaf İndeksi - 2018” hesabatına görə inkişaf etməkdə olan 78 ölkə arasında 45-ci mövqedə qərarlaşıb. Qeyd edilən indeksə müvafiq olaraq Ermənistan Afrikanın yoxsul statuslu ölkələri ilə qonşuluq mövqeyindədir.
N. Hacızadə qeyd edib ki, Ermənistanın inkluziv şəkildə inkişafını bütün parametrlər üzrə mənfi qiymətləndirmək mümkündür. Digər millətlər və inanclar üçün münbit bir şəraitin yaradılmaması, ölkənin təbii sərvətlərindən əldə edilən gəlirlərin əhali arasında düzgün bölüşdürülməməsi, işsizlik və yoxsulluğun son illərdir eyni tempdə qalması inkluziv inkişafa maneə yaradan əsas məqamlardır.
Leyla Əliyeva şeiri şəxsi instaqram hesabında paylaşıb.
Şeiri rus dilindən Aydan Xəndan tərcümə edib.
Həmin şeiri təqdim edirik:
Əsgər, əsgər yurdun oğlu,
İnanır haqqa, zəfərə!
Sükutun səsin dinləyir
Bağlıdır nurlu vətənə!
Güllədən qorxusu yoxdur,
Günəşi dağlar heç örtməz
Əsgər bilir sevgi nədir
Ədalətdən üz döndərməz!
Yoxdur qorxu ürəyində
Gecə bitsin, səhər gəlsin!
Zülmətdən qorxmaq dərd deyil!
Təki günəş heç sönməsin!
O, Allahın kəlamını
Könlündə bir yazı bilir,
Dünyanın ağır yükünü
Çiyinlərində gəzdirir.
Əsgər müqəddəs bir gündə
Xalqı naminə doğulub,
Cəhalətin kor kölgəsi
Onun nuruyla yox olub!
O, iftiradan uzaqdır,
O, məzlumlar yanındadır
O, Allahın yazısıyla
Həyatını yaşayandır!
Əsgər zirvələr zirvəsi,
Onun yeri yüksəklərdir!
O, vicdanın, xalqın səsi,
Həqiqətə and içəndir!
Onun üçün bu dünyada
Eldən uca heç nə yoxdur!
Paklıq, mərhəmət doludur
Onun yolu, haqq yoludur!
Qorxu nədir bilməz əsgər,
O, Allahın balasıdır
Açıqdır yolu dünyaya
Yaddaşlarda qalasıdır!
Qələbəmizin qəhrəmanlarından olan “Maştağa” ləqəbli Vidadi adlı döyüşçümüz öz doğum gününü cəbhədə hərbçi dostları ilə birgə qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə döyüşçünün doğum günündən görüntülər yayılıb. Hərbçimizin arzuları da elə qələbə ilə bağlı olub: “Siz mənə qanad verdiniz, siz məni cavanlığıma qaytardınız. Allah sizin hər birinizi sağ-salamat döyüşlərdən çıxarsın! Analar sevinsin. O gün olsun bax belə Xankəndidə yığışaq!”
Xatırladaq ki, “Maştağa” ləqəbli döyüşçümüz həm də Birinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır. Həmin dövrdən qalan nadir görüntülərdən birində döyüşçü dostları onun qəhrəmanlığından danışıb, xüsusən, Ağdərənin alınmasında böyük rolu olduğunu qeyd ediblər.
//ok.ru/video/2024845478506
Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb.
Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.
Sözügedən videoda adı çəkilən universitetin prorektou Günhan Hüseynli Qafqazinfo-ya açıqlamasında, “Mənə salam göndərən əsgərimizə eşq olsun”, - deyərək universitet rəhbərliyinin Xəzər Daşdəmirovla bağlı müsbət qərar verdiyini və tezliklə məsələnin həll olunacağını bildirib.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımızı və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır!”, - deyə G.Hüseynli qeyd edib.