![]() |
|
Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 185 kənd və Murovdağ zirvəsi qeyd olunub.
Xəritədə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb. (oxu.az)
Süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
Təəssüflər olsun ki, mövcud vəziyyətlə bağlı son zamanlar xüsusilə “Facebook” və “Instagram”da narahatedici məqamlar müşahodə olunur.
Azərbaycanlı istifadəçilərin profilləri kütləvi şəkildə bloklanır və ya silinir.
Daha ətraflı AZTV-nin videosüjetində:
Bu gün fəxarət hissi ilə Zəngilanın işğalçılardan tam təmizlənərək, azadlığına qovuşduğunu bayram kimi qeyd edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu 20.10.2020-ci ildə Zəngilanın işğal tarixini bizim yaddaşımızdan əbədi olaraq sildi. Ordumuz mənfur düşməni torpağımızdan iti qovan kimi qovdu.
26 ildir yetim qalan ulu çinarlar yurdu indi hər səhəri Azərbaycanın üçrəngli bayrağı ilə açır. Dalğalan, ey şanlı Azərbaycan bayrağı!
Qayıdışın mübarək, Zəngilan!
Oxu.az xəbər verir ki, bu sözləri şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun oğlu Nurlan Həmidli deyib:
“Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun. O istəyinə də nail oldu. Arzu edirik ki, bütün işğal altında olan torpaqlarımız alınsın, atamın və şəhidlərin qanı yerdə qalmasın”.
Bu barədə “Xəzər TV” süjet hazırlayıb.
Bildirilib ki, ön cəbhədə düşmənləri torpaqlarımızdan qovan gizir Cahangir Əlibəyzadənin oğlan övladı dünyaya gəlib. Ona Atilay adı verilib.
Ətraflı süjetdə:
Bu barədə biznesmen sosial media hesabında özü məlumat yayıb.
''Dostlar qəhrəman qardaşım tapıldı. Allahın işinə baxın. Öncədən onu deyim ki, qardaşımızı Allah saxlayıb. Demək döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı. Və dünən səhər ''Facebook messenger''imə bir izləyicim əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun nömrəsini göndərdi. Əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igid ilə qürur duydum. Qərara aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barədə xəbər verim. Və nə olsa yaxşıdır?
Qardaş dedi ki, ''Şəhərə gəlirəm, axşam görüşə bilərik''.
Elə xoşbəxt idim ki, elə sevinirdim ki. Dünən axşam bir araya gəldik. Fotoda məlum səbəblərdən əsgərimizin üzünü göstərə bilmirəm'' -deyə, o qeyd edib.
Budəfəki videoçarx əsgər Saralov Əmrah Rəhim oğlu və Məmmədov Şəmşir Mübariz oğluna həs edilib.
Videoçarxda bildirilib ki, döyüşün müqəddəratını həll edən amillərdə bu hərbçilərimiz xüsusilə fərqlənir.
ARB TV 1992-ci ildə Qubadlının müdafiəsi və Laçın əməliyyatlarında şəhid olan Milli Qəhrəman Əliyar Əliyev, bir neçə gün əvvəl şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidov və general-mayor Mais Bərxudarovla bağlı süjet hazırlayıb.
Həmin süjeti təqdim edirik:
Baku TV xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib” şad xəbərini Sumqayıtda xüsusi coşqu ilə qeyd olunub. Bütün şəhərdə böyük izdiham yaşanıb. Azad olunan şəhər və kəndlərimizin sevincini yaşayan insanların bir hissəsi General Polad Həşimovun ailəsinin yaşadığı binanın qarşısına gələrək , “Başını dik tut şəhid anası” kimi ifadələr səsləndiriblər.