Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Füzuli şəhərinin işğaldan azad olunduğunu elan edib.

Oxu.az xəbər verir ki, sakinlər tezliklə Azərbaycanın bütün işğalda olan rayonlarının azad olunacağına inandıqlarını bildiriblər.

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, İlin әvvәlindәn ölkә әhalisinin sayı 40971 nәfәr vә ya 0,4% artaraq bu il sentyabrın 1-nә 10 108 079 nәfәrә çatıb.

Әhalinin sayının 52,8%-ni şәhәr, 47,2%-ni kәnd sakinlәri, 49,9%-ni kişilәr, 50,1%-ni isә qadınlar tәşkil edir. Әhalinin bir kvadrat kilometrә düşәn sayı 117 nәfәr
olub.

İşğaldan azad olunan Cəbrayıl şəhəri   - VİDEO

İşğaldan azad olunan Cəbrayıl şəhərinin görüntüsü yayılıb.

Yol-xeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şəhərin görüntüsü yayılıb.

Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.

Azərbaycan Müdafiə Nazirliyinin "facebook" səhifəsi xəbər verir ki, o, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatı, bu fonda ordumuzun başladığı əks-hücum əməliyyatı xalqımızı bir yumruq kimi birləşdirib.

Oxu.az xəbər verir ki, Azərbaycan xalqı öz şanlı ordusuna mütəmadi olaraq dəstəyini ifadə edir.

Şübhəsizdir ki, bu günlərdə düşmənlə üzbəüz, səngərdə mübarizə aparan, mənfur düşməni ata-baba yurdlarımızdan çıxmağa məcbur edən, düşmənə sarsıdıcı zərbə endirən hərbçilərimizlə yanaşı, onların həyatları üçün mübarizə aparan həkimlərimizin fəaliyyəti misilsizdir.

Sosial şəbəkələrdə fədakar həkimlərin fəaliyyəti ilə bağlı foto yayılıb.

Fotoda hərbi hospitalın otağında yaralı hərbçilərə yardım göstərən, gecəsini gündüzünə qatan, işləməkdən yorulmuş, ancaq yenə də evlərinə getməyən, əsgərlərimizə keşik çəkən həkimlərimiz əks olunub.

Foto qısa zamanda geniş yayılıb və böyük rəğbət görüb:

 

 

 

 
 

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir çox kəndlərini işğaldan azad edib.
Baku.ws xəbər verir ki, Türkiyənin "TV100" kanalı Cəbrayılın mərkəzindən görüntüləri çəkə bilib.

Çəkiliş qrupu Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlardakı erməni postlarını və viran qalmış kəndlərimizi lentə alıb.

Döyüşlərin getdiyi qaynar nöqtələrdən xəbər verən jurnalist Azərbaycan əsgərləri ilə də söhbət edib.

Orduda döyüş ruhunun çox yüksək olduğu qeyd edilir.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağı işğaldan təmizləmə əməliyyatı uğurla davam edir.
Rəşadətli ordumuz torpaqlarımızı azad etmək yolunda uğurla irəliləyir. Oktyabrın 4-də erməni işğalçılarından azad olan Cəbrayılın mərkəzində Azərbaycan bayrağı dalğalanıb.

Müdafiə Nazirliyinin hazırladığı həmin görüntüləri təqdim edirik:
Ermənilərin Gəncəyə raket atmasından yerli sakinlərin qorxmadığını sadəcə bir cümlə ilə ifadə etmişdi Taryel dayı: “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”.

Onun “TRT Haber”ə verdiyi bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə geniş yayıldı. 

Bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb, hələ də bədənindədir...

O güllə çıxmasa da, bu gün gedən döyüşlərdə qazanılan uğurlar Taryel Şahverdiyevin ürəyindən tikan çıxarır.

Qafqazinfo-nun əməkdaşları Gəncəyə gedərək, Taryel Şahverdiyevlə görüşüb. Qarabağ qazisi bildirib ki, bu gün də öz komandası ilə döyüşməyə hazırdır. Ona cəbhəyə yollanmaq üçün bir əmr bəsdir.

 

 

 

 

Ötən gün Azərbaycan ordusuna dəstək vermək üçün öz təqaüdündən Silahlı Qüvvələrə Yardım Fonduna 180 manat köçürən yaşlı kişinin fotosu hər kəsi həm qürurlandırıb, həm də duyğulandırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Şəkinin Baş Küngüt kəndinin sakini Hikmət Musayevi ziyarət edib.

Hikmət Musayev qeyd edib ki, orduya bacardığı qədər dəstək olub:

Ordumuzun əsgərləri işğaldan azad edilən yaşayış məntəqələrindən birində erməni qadınla rastalaşıblar.

Əsgərlərimiz özlərini təqdim etdikdən sonra qadın onlara “öz evinizə xoş gəldiniz” deyib.

 

Xəbər lenti