İnternet istifadəçilərinin bəzi resurslara qoşulmaq üçün VPN-dən istifadəsi zamanı istifadəçiyə məxsus məlumatlar həmin VPN xidməti göstərən serverlərdə saxlanıla və ya 3-cü tərəflərə ötürülə bilər.

'Trend xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə mütəxəssis Bəhruz İbrahimov deyib.

Onun sözlərinə görə, düşmən tərəfindən məqsədli formada yayımlanan dezinformasiyadan qorunmaq, o cümlədən bilərək və ya bilməyərəkdən məxfi məlumatların yayılmasının qarşısını almaq üçün ölkədə internetin giriş-çıxış trafiklərinə müəyyən məhdudiyyətlər qoyulub. Bəzi istifadəçilər isə bu qadağalardan yan keçmək üçün VPN xidmətindən istifadə edirlər.

Normalda istifadəçi hər hansı sosial şəbəkəyə qoşulma zamanı məlumat mübadiləsi istifadəçi cihazı və sosial şəbəkə serverləri arasında baş verir. VPN istifadəsi zamanı isə trafik xüsusi yaradılmış şifrəli tunel vasitəsilə tranzit olaraq VPN serverlərindən keçir:

"Təbii olaraq, tranzit zona istifadəçinin və ya sosial şəbəkənin nəzarətində olmur. Bu halda isə orada trafikə edilə biləcək mümkün müdaxilələrə görə sosial şəbəkə və ya qoşulmaq istədiyiniz server rəhbərliyi heç bir məsuliyyət daşımır. Nəzərə alsaq ki, bu VPN tətbiqlərinin sifarişçisinin kim olduğu istifadəçilərə məlum deyil".

Mütəxəssis qeyd edib ki, bu tətbiqləri hətta telefondan sildikdən sonra belə məlumatlar sızdırıla bilər: "Belə olan halda öz əllərimizlə ötürüb və qəbul etdiyimiz məlumatlarımızı bəzən bilməyərəkdən olsa belə düşmənlərə və ya onların havadarlarına vermiş oluruq. Mən əminəm ki, Vətənimiz Azərbaycan üçün canından keçməyə hazır olan hər bir vətəndaş buna heç bir halda razı olmaz".

Bəzi banklar tərəfindən VPN vasitəsilə onların mobil əlavəsindən istifadə edilməməsi ilə bağlı edilən xəbərdarlığa gəldikdə, B.İbrahimov qeyd edib ki, qeyd edilən risklər səbəbindən artıq bir sıra banklar VPN istifadəsi zamanı onlara məxsus biznes mobil tətbiqlərə giriş üçün məhdudiyyətlər tətbiq ediblər.

VPN-nin topladığı məlumatlar əsasında mobil əlavələr vasitəsilə əməkhaqqı kartlarından vəsaitlərin çıxarıla bilməsinin mümkün olub-olmamasına münasibət bildirən ekspert qeyd edib ki, təcrübədə banklarda məlumatların ötürülməsi və icrası zamanı çox mürəkkəb şifrələmə metodları və digər təhlükəsizlik tədbirləri görüldüyü üçün bu ehtimal çox kiçikdir:

"Lakin risk hər zaman var. Əlavə olaraq qeyd edim ki, düşmən tərəfindən planlaşdırılmış kiber hücumlarla ölkəmizin informasiya resurslarına və istifadəçi məlumatlarına müdaxilə etmək üçün dayanmadan cəhdlər edilir. Buna görə də hər bir internet istifadəçisi daha diqqətli olmalı, tanımadığı şəxslərdən daxil olan məlumatları açmamalı, bu kimi şəxslərə heç bir məlumat ötürməməli və rəsmi mənbələrə əsaslanmayan məlumatları yaymamalıdır.

Xüsusilə yaddan çıxartmasınlar ki, heç bir halda, heç kim onlardan istifadəçiyə məxsus şifrə və şəxsi məlumatları istəyə və ya tələb edə bilməz. Əgər belə halla rastlaşarlarsa, mütləq formada ölkəmizin kiber təhlükəsizliyinə cavabdeh olan cert.gov.az, cert.az kimi qurumlara bu barədə operativ məlumat versinlər".

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlanıb. 

Videoçarxı oxuculara təqdim edirik:

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini təqdim edirik.

Oktyabrın 3-ü Prezident İlham Əliyevin elan etdiyi Suqovuşan kəndi və yüksəkliyinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan tərəfindən təbrik edilən 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun şəxsiyyəti və bioqrafiyası geniş ictimaiyyət üçün yenidən maraq kəsb edib.

Həsənov Hikmət Hüseyn oğlu 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub.

Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə “N” saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə altı ay kurs keçib, daha sonra xidmətini Ağdamda “N” saylı briqadada davam etdirib. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda “N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda “N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

2005-2008-ci illərdə xidmətini Gəncədə “N” saylı briqadanın komandiri kimi davam etdirib. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmin il Pirəküşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.

2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib. 

2014-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. Bundan öncə isə Bakıdakı “N” saylı hərbi hissənin komandiri vəzifəsində çalışıb.

2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali Baş Komandanın sərəncamı ilə general-mayor rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Ali Baş Komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan “N” saylı birləşmənin komandiri təyin olunub. Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib.

2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Apreldə rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.

2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi, 100 illiyi yubiley medalları və “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.

H.Həsənov 2018-ci ildə Ordu.az saytına müsahibəsində “Aprel döyüşləri”ndən və o zaman üçün gələcəkdə nəzərdə tutulan planlardan danışıb:

“Təbii ki, bizim planlarmız çoxdur. Həyata keçirilən cavab tədbirləri planlarımızın yalnız bir qismi idi. Xalqımızın bu məsələlərə yanaşmasında bir daha əmin olduq ki, xalq torpaqların azad edilməyini ürəkdən istəyir, vətənpərvərlik hissi müşahidə edilir. O cümlədən Ermənistan ordusunun qabiliyyətini və bu məqsədlərə reaksiyasının yoxlanılmasını həyata keçirdik. Bir də bizim ordunun döyüş-kəşfiyyat qabiliyyətini idarə etmək bacarığını və əlimizdə olan müasir silah sistemlərninin toplanışı, həmçinin bir neçə dəfə yoxlanışı və testi keçirildi. 

Düşmənin haraya nə qüvvə yığmasından asılı olmayaraq, bütün dərinlik boyu hava məkanına nəzarətimiz var. Düşmənin hansı bölməsinin harada yerləşdiyini, nə zaman təlimə çıxdıqlarını, hansı təlimlərin keçdiyini tam şəkildə müşahidə edə, izləyə bilirik. Təbii ki, düşmənin məğlubiyyətini eyni zamanda düşmənin bütün obyektlərinə sarsıdıcı zərbələr endirərək ərazi bütövlüyümüzün təmin olunması məqsədilə irimiqyaslı əməliyyatlar keçirməyimizi də görürəm”.

 

H.Həsənovun iki il öncə düşməni hava məkanından tam nəzarətdə saxladığını bu gün Müdafiə Nazirliyinin düşmənin hərbi texnikasını məhv etməsinə dair yayımladığı video görüntülərdən də görürük. 

General Həsənov 2018-ci ildə başqa bir müsahibəsində isə Ermənistan ordusunun baş qərargah rəisinin çıxışında bildirdiyi “Azərbaycan bir daha bu tip hücumları edə bilməyəcək. Biz hər bir şeyə hazırıq” bəyanatına isə belə münasibət bildirmişdi:

“Hərbçi kimi bu fikirləri qiymətləndirmək istəyirəm. O, hərbi məktəb bitiribsə, bilməli idi ki, bir əməliyyat ikinci dəfə təkrarlanmır. Hər bir əməliyyatın öz xüsusiyyəti, tipi və növü var. O, elə düşünür ki, biz yenə 2016-cı ilin aprelindəki kimi tədbirlərə əl atacağıq. Bizim hazır vəziyyətdə bir neçə planımız var. Növbəti dəfə biz düşmənə daha sarsıdıcı zərbə vuraraq, onların döyüş əzm və iradəsini qırıb, onları bizim haqq işimizə imza atmağa məcbur edəcəyik. Buna əmin ola bilərlər”.

Dörd gündən sonra, oktyabrın 9-da Hikmət Həsənovun 45 yaşı tamam olur.

“Qafqazinfo”

Ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Gəncə sakini isə Azərbaycanın bayrağını qucağından yerə qoymayıb.

Oxu.az xəbər verir ki, bu barədə xarici mediada paylaşım edilib. Mərd Gəncə sakininin bu davranışı hər kəs tərəfindən alqışlanıb. Xarici fotoqrafın lentə aldığı görüntü günün fotosu seçilib

Həmin fotonu təqdim edirik:

Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlarımızda 28 ildən sonra ilk dəfə azan səslənib.

Bu haqda görüntü sosial mediada yayılıb.

Həmin görüntüləri təqdim edirik:

"Xəzər Xəbər"in əməkdaşları cəbhədə düşmənin bir neçə hərbçisini, o cümlədən bir generalını və iki polkovnikini boğaraq öldürən və qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətovun ailəsi ilə görüşüb, onların fikirlərini, xatirələrini dinləyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Azərbaycan ordusunun Madagizdə qələbə sevinci! - VideoXəbər verdiyimiz kimi, bu gün ordumuz Madagizdə Azərbaycan bayrağını qaldırıb. Şad xəbəri Ali Baş Komandan Tvitter səhifəsində elan edib. 

"Qafqazinfo"nun məlumatına görə, İctimai Televiziya işğaldan azad olunmuş Madagizdə çəkiliş aparıb. 

Həmin görüntüləri təqdim edirik: 

 

 

DXəbər verdiyimiz kimi, bu gün ordumuz Madagizdə Azərbaycan bayrağını qaldırıb. Şad xəbəri Ali Baş Komandan Tvitter səhifəsində elan edib.

İctimai Televiziya işğaldan azad olunmuş Madagizdə çəkiliş aparıb.

Həmin görüntüləri təqdim edirik:


Azərbaycanlı hakerlər keçirdikləri kiber əməliyyat nəticəsində Ermənistanın Yüksək Texnologiyalar naziri Hakob Arşakyana məxsus kompüter sisteminə sızaraq idarəçiliyi tam ələ keçiriblər.

Bu barədə "Karabakh Hacking Team"  "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, müşəhidələrə əsasən, nazir müharibənin stresini atmaq üçün xidməti otağında bütün gün porno saytları izləməklə təsəlli tapır.

 
 
  •  
Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək 
Türkiyənin Elazıg vilayətinin Keban şəhərində yerləşən küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.

“Haberturk” məlumat verir ki, bu barədə qərar Keban şəhərinin bələdiyyə sədri Fəthiyə Atlının başçılığı ilə keçirilən toplantıda qəbul olunub.

“Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi və bütün qəhrəmanlarımızı hörmətlə, minnətdarlıqla və hörmətlə yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə qeyd olunub.

Xəbər lenti