Bakıda hamı bu polisdən danışır
Bakıda mağazaların birində polisin 15-17 yaşlarında oğlana kömək etməsi insanlar tərəfindən xoş qarşılanıb.

Redaktor.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yeniyetmə polisə yaxınlaşaraq ac olduğunu bildirib və ona yeməyə nəsə almağı xahiş edib.

Əldə etdiyimiz məlumata görə, sözü gedən polis əməkdaşı , Nəsimi Post Patrul Xidmətinin (PPX) əməkdaşıdır.

“WhatsApp” istifadəçiləri DİQQƏTLİ OLUN!

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib.
Buna səbəb naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan mesajlar olub.

Bu barədə məlumatı “WABetainfo” nəşri yayıb.

Məlumatda bu cür mesajların “WhatsApp”ın işləyə bilmədiyi simvollar olduğu bildirilir.

İstifadəçi telefonda mətni açmağa çalışanda isə tətbiq dərhal bloka düşür. “WhatsApp”ın yenidə işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.
Bu cür xoşagəlməz halların qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.

Bununla istifadəçilər fırıldaqçıların toruna düşməkdən qurtula bilərlər.

Bundan başqa əgər ismarıc artıq telefona gəlibsə istifadəçilər kompyuterdə veb-versiyasından istifadə etməklə mətni silə bilərlər.

Messencer nümayəndələri isə bu problemin yaxın günlərdə “WhatsApp”ın gözlənilən yenilənməsində həll ediləcəyini bildiriblər.

Qara ciyəri qorumaq üçün

İnsan orqanizmi unikal və çox davamlıdır. Həkimlər tez-tez təkrar edir ki, qocalığa kimi sağlamlığını qorumaq heç də çətin iş deyil.
Saglamolun.az bildirir ki, insan orqanizmi özü özünü bərpa etmək qabiliyyətinə malikdir.
Qara ciyər ən davamlı orqanlardan biridir. Lakin buna baxmayaraq ildən ilə qara ciyər xəstəliklərinin sayı artır. Əksər hallarda bunun səbəbi insanın öz sağlamlığına qarşı düzgün olmayan münasibətdir.
Qara ciyəri sağlam saxlamaq üçün bu sadə qaydalara əməl edin:
- Təbii sağlam qidalara üstünlük verin. Müxtəlf fast-fud, souslar, ketçuplar, marqarin, çipsi, dükanlarda satılan və kimyəvi maddələrlə bol-bol doldurulmuş müxtəlif peçenyelər, vaflilər, pirojnaların və s. kimi qidaların daim qəbulu qara ciyərin sağlamlığına ciddi ziyan vurur. Məsələ burasındadır ki, bu qidaların tərkibində olan ziyanlı kimyəvi maddələr məhz qara ciyərdə zərərsizləşdirir. Nəticədə qara ciyər lazım olandan artıq yüklənir ki, bu da pozulmalara təkan verə bilər.
Sağlam qara ciyər üçün heç bir xüsusi pəhriz tələb olunmur. Adi qaydada qidalanmaq lazımdır. Qidalanmanızda ət, kərə və bitki yağları, meyvə-tərəvəz, yarmalar, yumurta, süd məhsulları olmalıdır. Bəzən eşitmək olur ki, yağlı qidalar qara ciyər üçün ziyanlıdır. Bəli, həddən artıq miqdarda qəbul olunduqda, yağlı qidalar tək qara ciyərə dəyil, bütün orqan və sistemlərə ziyan vurur. Lakin yağlardan tam imtina etmək də çox ziyanlıdır.
Daha az-az və daha tez-tez yeməyə çalışın. Artıq çəki yığmayın - bu qara ciyərin sağlamlığı üçün çox ziyanlıdır.
- Spirtli içkilər qara ciyərin əsas düşmənləridir. Spirtli içkilər qara ciyərə toksiki təsir edir, sadə dildə desək, qara ciyəri və həmçinin bütün orqanizmi zəhərləyir.
- İstənilən dərman preparatların qəbulu (xüsusilə bu uzun müddət ərzində baş verirsə) qara ciyərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən başınız və ya dişiniz ağrayanda, dərhal həb qəbul etməyə tələsməyin. Ağrıları təbii, dərmansız üsullarla da azaltmaq mümkündür.
Həkimlə məsləhətləşmədən heç bir dərman (hətta ziyansıs hesab etdiyimiz vitaminləri, tərkibində bitkilər olan preparatları və s.) qəbul etməyin. Yadınızda saxlayın - sağlam insana dərman tələb olunmur! Artıq bütün dünyada həkimlər belə nəticəyə qəlirlər ki, profilaktik məqsədi ilə qəbul olunan dərmanların bir çox hissəsi insanın sağlamlığına xeyirdən çox, ziyan vurur. Dərmanlar qara ciyərdə parçalanır və bu səbəbdən ilk növbədə bu halda məhz qara ciyər əziyyət çəkir.
Nəzərinizə çatdıraq ki, hətta otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
- Qara ciyər (bütün digər orqanlar kimi) hərəkət sevir. Hərəkət zamanı qan dövranı yaxşılaşır, mübadilə prosesləri sürətlənir. Bu isə orqanizmdə durğun proseslərin profilaktikasıdır. Belə proseslər isə bir çox pozulmaların inkişafına təkan verir.

Velosiped qəzaları: ölümdən qurtarmaq üçün nə etməli?
“Velosipedçilərin iştirakı ilə baş verən yol qəzaların qarşısını almaq üçün üçün hər hərəkət iştirakçısı diqqətli  və məsuliyyətli olmalıdır”. 
Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər DYPİ-nin inspektoru, polis baş leytenantı Pərvanə Muravova bildirib ki, bu sahədə qeydə alınan qəzaların mütləq əksəriyyəti intizamsızlıqdan və ehtiyatsızlıqdan baş verir. Bunun qarşısını almaq üçün velosipedçilər mövcud qayda və tələblərə əməl etməlidir. 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 38, İnzibati Xətalar Məcəlləsinin isə 338-ci maddəsində velosipedçi və moped sürənlərin məsuliyyətindən bəhs olunur. Velosipedi nasaz vəziyyətdə idarə etməyə, işıqforun qirmızı işığında keçməyə, dəbilqəsiz, texniki cəhətdən nasaz velosiped sürməyə, ümumi istifadədə olan yollarda qoruyucu vastələrdən istifadə etməməyə və piyadalara yol verməməyə görə 40 manat cərimə tətbiq olunur.
Velosipedçilər qeyd olunan qanunda tələb olunan qaydalara riayət etməlidirlər. Xüsusən, valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Uşaqlara nəzarət etməlidirlər ki, məhəllə yollarından avtomobil yoluna çıxmasınlar. Nəzərə almaq lazımdır ki, velosiped sürənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir. 
Təhlil və arşdırmalar göstərir ki, velosiped idman növü ilə məşqul olanlar və peşəkar sürücülərdən başqa əksəriyyət qaydalara əməl etmir. Bu ilin 6 aylıq statistikasına görə, respublika üzrə velosipedçilərin iştirakı ilə 21 qəza baş verib. Nəticədə 8 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
Velosipedçilər nizamlayıcı vastələrin tələbləri üzrə və onlar üçün ayrılan yerlərdə, eləcə də təhlükəsizliyi təmin etmək şərtilə, həmçinin idarə etdiyi velosipedlərin üzərində təhlükəsizliyi təmin etmək üçün qoruyucu vastələrdən istifadə etməlidir. Təəssüflər olsun ki, bu tələblər velosiped idarə edənlər tərəfindən yerinə yetirilmədiyi üçün baş verən qəzalarda ölüm və ağır yaralanmalar qaçılmaz olur. 
Tərəfimizdən bu istiqamətdə geniş və maarifləndirici reyd-profilaktik tədbirlər həyata keçirilir ki, hər bir hərəkət iştirakçısı mövcud qayda və tələblərə əməl etsinlər. Bu tədbirlərdə əsas məqsəd hərəkət iştirakçılarının diqqət və məsuliyyətini artırmaqdır. 
Balaxanıda fotosessiya izdihamı
Ötən gün sosial şəbəkələrdə Balaxanı qəsəbəsində vətəndaşların bir yerə yığışmasını əks etdirən video yayılıb. Məlum olub ki, həmin izdihamı son günlər qəsəbənin xarici görünüşünün dəyişilməsi ilə əlaqədar orada foto çəkdirmək istəyən şəxslər yaradıb.

“Qafqazinfo” məsələylə bağlı Balaxanı icra nümayəndəliyi ilə əlaqə saxlayıb. 

Bildirilib ki, toplaşanlar kənd camaatı olub:

“Onlar qəsəbədə yaradılmış şəraitlə tanış olublar. Bu zaman da fotosessiya etmək istəyiblər”.

Son illər respublikamızda gedən quruculuq və abadlıq işləri rayonumuzdan da yan keçməmişdir. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq hal-hazırda rayonumuzun Cibir-Həzrə-Mucuq-Sudur yolunun əsaslı tikintisi davam etdirilir.

 

Məlum olduğu kimi, Qusar rayonunun yol infrastrukturunda ən böyük layihələrdən biri olan kəndlərarası Cibir-Həzrə-Mucuq-Sudur yolunun yenidən qurulmasına 2019-cu ildə başlanmışdır. Hazırda həmin yolun tikintisi davam etdirilir. Artıq yola asfalt örtüyünün çəkilməsi işləri həyata keçirilib. Müasir tələblərə cavab verən bu yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  yüksək səviyyədə həyata keçirilir. 

 

Yolun çəkilişinə göstərdiyiniz diqqətə görə,  bu işdə zəhməti olan əməkdaşlara kənd sakinləri adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

 

Hörmətlə ,

Novruzova Əsli Camal qızı.

Hörmətlə Qusar rayonu, Mucuq kənd qadınları adından.

 

YOLUNUZ AÇIQ OLSUN...

Bu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır
Türkiyənin məşhur dietoloqu Fatma Baysal Yusuf ürək-damar xəstəliklərinin qarşısını alan məhsullardan danışıb.

Yusuf bildirib ki, hər gün əzilmiş bir diş sarımsaq yemək lazımdır. Çünki bu damardaxili laxtalanmanın qarşısını alır. Dietoloq tez-tez balıq yeməyin faydalı olduğunu bildirib. O, balığın antioksidant təsir göstərən “Omega-3” yağı olduğunu qeyd edib.

Həkim həftədə bir neçə dəfə altı-yeddi fındıq ləpəsi və iki-üç qoz yeməyi, yaşıl çay içməyi də məsləhət görüb. Yusufun sözlərinə görə, menyuya qırmızı üzüm, pomidor və qarpız əlavə etmək tövsiyə olunur.

Kişilərdə qalın bel ölçüsü ölüm riskini artırır

İngiltərədə aparılan araşdırmaya görə, qalın bel ölçüsü kişilərdə prostat xərçəngindən ölmə riskini artırır.
Medicina.az həmin araşdırmanı təqdim edir:

Oksford Universitetindən verilən açıqlamaya görə, araşdırmaçılar 40-69 yaşlarında xərçəng olmayan 218 min 225 kişinin ümumi bədəninin və bel-bud hissəsindəki yağın faizini 10 il boyunca müşahidə etdilər. Prostat xərçəngindən ölmə riski ilə bel genişliyi arasındakı bağlantıları qurmaq üçün insanların tibbi keçmişi, sosioloji vəziyyəti və yaşam tərzlərini də açıqlayan statistik analizlərdən istifadə edildi.

Araşdırmada, daha geniş bel ölçüsünə sahib kişilərdə prostat xərçənginin daha ölümcül olduğu qeyd edildi. Müşahidə aparılan zaman 571 kişi prostat xərçəngindən həyatını itirərkən, bel çevrəsi geniş olan kişilərin prostat xərçəngindən ölmə riskinin, beli dar olanlarla müqayisədə 35 faiz daha yüksək olduğu ortaya çıxdı.
Araşdırmada bədəndəki mərkəzi yağlanma ölçüləri ilə prostat xərçəngindən ölmə riski arasında bir bağlantı olduğu məlum oldu.

Dr. Aurora Perez-Cornago, "Göbək və bel çevrəsindəki yağ yoğunlaşması ilə prostat xərçəngi riski arasında bağlantı qurduq. Ümumi bədən yağı ilə prostat xərçəngindən ölmə riski arasında bir əlaqə yoxdur. Bunları təsdiqləmək üçün daha çox iş və araşdırmaya ehtiyac var", - dedi.

Prostat xərçəngi İngiltərədə ən çox yayılan xərçəng növlərindən biridir. Ölkədə hər il təxminən 12 min kişi prostat xərçəngi səbəbi ilə həyatının itirir. Hər 6 nəfərdən biri isə prostat xərçənginə tutulur.

Sürücü ilə piyadanı üz-üzə qoyan silinmiş piyada xətləri - VİDEO

Magistral yollara, küçələrə, prospektlərə çəkilən nişanlanma xətləri tez-tez pozulur. Bu problem də hər bir hərəkət iştirakçısı üçün ciddi təhlükədir. Buna səbəb nədir? Real təhlükə mənbəyi olan bu xətlərin tez pozulmasına səbəb nədir?

ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Yaşasaydı, 69 yaşı olacaqdı

Bu gün Azərbaycan kino və teatr sənətinin əfsanələrindən olan mərhum xalq artisti Yaşar Nurinin doğum günüdür
Yaşar Nuri 1951-ci il sentyabrın 3-də dövrünün məşhur aktyorlarından olan Məmmədsadıq Nuriyevin ailəsində anadan olub.

Mərhum aktyor səhnəyə ilk dəfə on yaşında çıxıb. Belə ki, Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir" tamaşasında Tapdıq rolunu oynayan gələcəyin sənətkarı ardınca "Yelkən" verilişinin aparıcısı olur. Bundan sonra isə "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edir.

1968-ci ildə Dövlət İncəsənət İnstitutuna daxil olan gənc istedad Rza Təhmasib və Əliheydər Ələkbərov kimi sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənir. Hərbi xidmətdən sonra təhsil aldığı ali məktəbin tədris teatrında iki il işləyir və 1974-cü il dekabr ayının 1-dən etibarən Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunur.
Sənətkar fəxri adı da gənc yaşında alır. Belə ki, 1981-ci ildə 30 illik yubileyində o dövlət tərəfindən fəxri ada layiq görülür. Cəmi 38 yaşında isə sənətkara "Xalq artisti" fəxri adı verilir.

Yaradıcılığı ərzində istər kinoda, istər teatrda onlarla obrazlar yaradan sənətkar 22 noyabr 2012-ci ildə Bakı şəhərində Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Xəbər lenti