![]() |
|
Cərrahların istifadə etdiyi maska insanları koronavirus infeksiyasından daha yaxşı müdafiə edir.
“ScienceDaily” xəbər verir ki, Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin alimləri belə nəticəyə gəlib.
Tədqiqatçılar fərdi müdafiə üçün bir qatlı, iki qatlı və üç qatlı cərrahi maskaların effektivliyini müqayisə ediblər.
Sınaq zamanı alimlər virusun potensial daşıyıcıları tərəfindən mikroskopik damcıların yayılması prosesini izləyib.
Tədqiqat göstərib ki, üçqat cərrah maskası bu hissəcikləri digər maskaların hamısından daha yaxşı saxlayır. (oxu.az)
Koronavirusun yayılma sürətinə görə, dünyanaın ən qabaqcıl ölkələrindən birinə çevrilən Hindistanda qəribə hadisə baş verib.
Maska taxmayan keçi saxlanılıb. Uttar Pradeş əyalətində Kanpur bölgəsində polis maskasız keçini maşınla idarəyə aparıb. Hadisəni eşidən keçi sahibi dərhal idarəyə üz tutub.
Uzun uzadı söhbətdən sonra keçi azad edilib. Ancaq bir şərtlər – bir daha maskasız gəzməyəcək.
Xəbər yayılandan sonra gülüş hədəfinə çevrilən polis idarəsi öz açıqlamasını dəyişməli olub. Onlar əslində maskasız gəzən adamı saxlamaq istədiklərini bildiriblər. “Gənc polisi görəndə keçini qoyub qaçdı. Buna görə də, polislər heyvanı idarəyə gətiriblər. Daha sonra keçi öz sahibinə təhvil verildi”. /BakuPost/
Sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Tanınmış jurnalist Şakir Eminbəyli yeni Təhsil nazirinin ailəsi, təhsil aldığı məktəbdən, çalışdığı müəssisədən xüsusi reportaj hazırlayıb.
Həmin reportajı edirik:
Antarktidanın dəniz yatağında aşkarlanan ilk aktiv metan qazı sızıntısı elm adamlarını qorxuya salıb.
Bununla bağlı “Euronews” məlumat yayıb.
Elm adamlarının fikrincə, ekoloji böhran səbəbindən sızıntının artması ilə qlobal istiləmənin sürətlənməsi qaçılmaz olacaq.
Belə ki, metan atmosfer temperaturunu karbondioksiddən daha sürətlə yüksəldən bir qazdır.
“Proceedings of the Royal Society B”də yayımlanan araşdırmada bəzi mikroorqanizmlərin qazı zərərsizləşdirdiyi, ancaq bu mikroorqanizmlərin ortaya çıxmasının beş il vaxt aldığı qeyd edilib.
Sızıntı ilk dəfə 2011-ci ildə dalğıclar tərəfindən aşkarlanıb. Ancaq məsələ ilə bağlı elmi araşdırmalar 2016-cı ildə başlayıb.
Metan qazı sızıntısı yeni məlumat olmasa da, havaya qarışması barədə əldə edilən nəticələr elm adamlarının narahatlığını artırıb. /oxu.az/
“Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim belə insanlar yoxdur, yaşamır”.
Bu sözləri şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova “Real TV”nin “Profil” verilişində danışıb:
“Polad Həşimovla 17 il bir yerdə yaşadım. Gördüm ki, o həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o yoxdur. Hamısında biz təkik. Çünki o ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.
Şəhidin xanımı Polad Həşimovun Aprel döyüşlərində yaralanmasından da bəhs edib:
“Aprel döyüşləri 4 gün davam etdi. 4 gün sonra o mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi. Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi.
Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O həmişə əsgərlərinin yanında olub”.
O.Salmanova 12 iyul hadisələrini belə xatırlayıb:
“Biz həmin vaxt Şəmkirdə idik. Axrıncı dəfə Poladla iyunun 29-da ayrılmışdıq. Bizi yola saldı, işə tələsdi. Bir neçə dəfə telefonla danışmışdıq. 12 iyuldan sonra onunla danışa bilmədik. Polad telefon işlətmirdi, bizimlə özü əlaqə yaradırdı. Gördük ki, bir neçə gün keçib mesajlarımıza cavab vermir. Sən demə, bu hadisə baş verib. Bizim üçün çox qəfil oldu”.
Ofelya Salmanova Polad Həşimovla təxirə salınan toy tarixindən də danışıb:
“Bizim toyumuza çox az qalmışdı. Amma gəlib dedi ki Türkiyəyə təhsil almağa getməlidir. O, hər şeyi ləğv etdi və təhsil almağa getdi. Onun vətənpərvərlik hissi o qədər güclü idi ki, o, şəxsi məsələlərinin üstündən xətt çəkə bilirdi və çəkdi də”.
Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıran vasitələri açıqlayıblar.
Oxu.az-ın məlmatına görə, bu barədə "İzvestiya” xəbər yayıb.
Mütəxəssislərin fikrincə, xəstələrin vəziyyətini mədə xorası, qastrit və mədə qıcqırması hallarında kömək edən məşhur dərmanlar pisləşdirə bilər. Tədqiqatlar göstərib ki, COVID-19-a yoluxan və bu cür dərmanlar qəbul edən insanlar arasında ölüm halı istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.
Bundan əlavə, belə xəstələrin ağciyərlərin süni ventilyasiyası cihazına qoşulma riski də 2,5 dəfə artıqdır.
Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb belə dərmanların mədə turşuluğunun səviyyəsini aşağı salmasıdır. Bu da öz növbəsində mədənin baryer funksiyasının azalmasına və bağırsaq mikroflorasında dəyişikliklərə səbəb olur. Beləliklə, virus hissəcikləri insan orqanizminə selikli qişa vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.
Bundan əvvəl koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkərin artması (hiperglisemiya) göstərilmişdi. Mütəxəssislərin sözlərinə görə, diabet xəstəliyi aşkarlanmayan və koronovirusa yoluxan xəstələrin qanında qlükozanın səviyyəsi ilə ölümləri arasında əlaqə aşkarlanıb.
Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyi önündə aksiya keçirən ermənilər şok yaşayıb.
Ermənilərin etirazına qarşılıq olaraq Azərbaycan Dövlət Himni səsləndirilib.
/axar.az/
Türkiyəli beş alpinist Ağrı dağının zirvəsində ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalına son!” şüarlarını dalğalandırıblar. Aksiya Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) İğdır şöbəsinin dəstəyi ilə təşkil olunub.
TÜRKAZDER-in İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu bildirib ki, alpinistlər üç gün yol qət edərək 5137 metr yüksəkliyə qalxıblar. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz və Azərbaycana dəstək məqsədilə keçirilən aksiya alpinistlərin problemsiz geri qayıtması ilə başa çatıb.(AzərTAc)
Əfsanəvi bolqar ekstrasens Vanqanın öncəgörmələri daim gündəmdədir.
Vanqanın 2021-ci il üçün Rusiya və dünya üçün dediyi öncə görmələri yayımlanıb. Material "Yandex.Zen" xidmətinin "Naməlum dünya" kanalında yerləşdirilib.
Materialda Vanqanın 2021-ci ildə Rusiya üçün demoqrafik itkiləri proqnozlaşdırdığı bildirilir. Bununla yanaşı, Rusiya bir sıra dövlətlərlə qarşıdurma ilə üzləşə bilər, bu onu gücünü daha da artıracaq.
Dünya üçün kəhanətinə gəlincə, burada Vanga əskinasların "yox olacağını" və tibbdə görünməmiş bir yüksəliş proqnozlaşdıb.
Bakı şəhərinin mobillik baxımından ən önəmli problemlərindən biri də parklanma ilə bağlıdır. Hazırda Nazirlər Kabineti tərəfindən parklanma yerlərinə görə tariflərin hələ də təsdiqlənməməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən (BNA) küçə parklanmasının tənzimlənməsinə və nəzarətinə mane olur.
Həmçinin, tariflər müəyyən olunana qədər parklanmanın pulsuz olması ilə bağlı BNA tərəfindən küçələrdə müxtəlif məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, yenə də sürücülərdən ödəniş tələb olunur. Bu da, böyük məbləğdə ödənişlərin büdcədən yayınmasına səbəb olur. Bununla bərabər, mövcud şəhər infrastrukturunda parklanma məkanlarının təşkili də əsas məsələlərdən birinə çevrilib.
Maraqlıdır ki, urbanizasiyanın yüksək həddə olduğu Bakı şəhərində parklanma problemi hələ də həllini tapmayıb. Bəs bu problemin həlli üçün parkinqlərin təşkili və tarifləri necə olmalıdır?
“MediaPost”un qonağı olan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov parkinqlərin təşkilində mövcud problemlərə toxunub və qurumların bu mövzuda Bakı Nəqliyyat Agentliyinə dəstək göstərməli olduğuna diqqət çəkib:
Ekspert hazırda parkinqlərin təşkili üçün infrastrukturun əlverişsizləşdirildiyini və çox sayda tikinti işlərinin buna mane olduğunu qeyd edir. E. Cəfərovun sözlərinə görə, müxtəlif obyektlərin tikintisi zamanı standartlar təyin olunmalı, bu standartlara parklanma tələbləri də daxil edilməlidir. Bu mövzuda digər qurumlar da Agentliyə öz dəstəyini göstərməlidir.
Bir digər problem isə parkinq tariflərinin təsdiqlənməməsi səbəbindən büdcədən milyonlarla manat məbləğin yayınmasıdır. Ekspertin sözlərinə görə, bu məbləğ illik olaraq, 10-20 milyon manatdan çoxdur və parklanma ödənişləri büdcə üçün əsas gəlir mənbəyi ola bilər.
Parkinq problemi ilə bağlı “MediaPost”a açıqlama verən daha bir nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üçün dayanıqlı şəhər mobilliyi konsepsiyasının tətbiqinə ehtiyac var: “Belə konsepsiya Avropa ölkələrinin yüz mindən çox əhalisi olan şəhərlərində tətbiq olunur ki, stabil, uzunmüddətli və insan həyatını rahatlaşdırmağa hesablanmış vəziyyət yaransın. Parklanma da belə konsepsiyaya uyğun olmalıdır. Hazırkı dövrdə parklanmaların mükəmməl təşkilinə ehtiyac var. Bu məsələ zahirən asan görünsə də, heç də elə deyil. Parklanma elə təşkil olunmalıdır ki, tıxac yaratmasın, insanların ehtiyac duyduğu mobillik, sosial ədalətlilik və müəyyən xidmətlərə əlçatanlıq təmin olunsun”.
Ərşad Hüseynov
Bakı şəhərində bütün növ parklanmanın tətbiqinə ehtiyac var və bunların hamısı bir-biri ilə uzlaşmalıdır.
Ekspert bildirir ki, qısa müddətə çoxmərtəbəli yerüstü parklanmalardan istifadə əlverişli deyil: "Çünki heç kəs bir neçə dəqiqə ərzində aptekdən nəsə almaq üçün 500 metr məsafədə olan parkinqdə avtomobilini qoymayacaq. Belə hallarda imkan daxilində, məhdud sayda küçə parklanmaları yaradılmalıdır, çünki parklanmalar dayanma müddətini məhdudlaşdırır. Modul tipli parklanmalar isə bir qayda olaraq, çoxmərtəbəlidir, müasir texnologiyalardan istifadə edir, kiçik məkanda bir neçə mərtəbədə avtomobillərin parklanması təşkil olunur. Bu parkinqlərin şəhər mənzərəsini korlamaması, yaşıllıqlara ziyan vurmaması, başqa təhlükələr doğurmaması kimi meyarlara baxılmalı və iqtisadi uyğunluq nəzərə alınmalıdır".
Bir qayda olaraq, mərkəzdən kənara getdikcə parkinq qiymətləri enməlidir
“Şəhər yalnız “A” və “B” yox, müxtəlif zonalara bölünməlidir. Həm qiymət, həm müddət baxımından, həm də parklanmaların həcmi və tipi baxımından, Bakı kimi şəhərləri 4-5 zonaya bölürlər. Məsələn, şəhərin tarixi yerlərində yeraltı parklanma yaratmaq mümkün olmur. Burada çox az sayda yüksək qiymətlə parklanma yerləri ola bilər. Zonalar parklanma yerindən istifadənin qiyməti və müddəti ilə bağlıdır. Təbii ki, bir qayda olaraq, mərkəzdən kənara getdikcə qiymət enir. Hətta şəhər girişində toplayıcı parklanmadan istifadə oluna bilər ki, bu zaman sürücülər fərdi avtomobillərini burada parklaya və şəhərə ictimai nəqliyyatdan istifadə etməklə daxil ola bilərlər. Parkinqlər üzrə gecə və gündüz tarifləri arasında fərq olmalıdır. Hətta bəzi yerlərdə gündüz vaxtı parklanma qadağan olunub, gecə vaxtı icazə verilə bilər.
Əsas hədəfi insan həyatının keyfiyyətinin yüksəldilməsi olan mobillik konsepsiyasında parklanma ilə paralel, digər işlər də görülməlidir. Bu konsepsiyada insanların evdən işə, işdən evə gedərkən yollarda daha az vaxt itirməsi və tıxaclarda az qalması önəmlidir. Bu zaman məskunlaşma ilə bağlı məsələlər də diqqətdə saxlanılmalıdır ki, əsas kütlənin iş, alış-veriş, təhsil, tibbi xidmətlər üçün lazım olan yeri maksimum dərəcədə yaxın olsun və piyada əlçatanlığı təmin olunsun. Həmçinin, şəhərdə mütləq şəbəkələşmiş velosiped zolaqları, velosiped dayanacaqları, velosipedə qulluq üçün infrastruktur qurulmalıdır. Bununla bərabər, Bakı kimi şəhərlərdə metro stansiyalarının sayı 200-dən çox olmalı, avtobus marşrutlarının şəbəkəsi, tramvay, trolleybus şəbəkəsi, şəhərətrafı qatarlar şəbəkəsi olmalıdır. Bütün bunlarla paralel şəkildə parklanma məsələsinə baxılır” - deyə, Ə. Hüseynov əlavə edib.
Nəticə olaraq, ekspertlərimiz parkinq tariflərinin tez bir zamanda qəbul olunmasını vacib hesab edirlər. Bunun həm şəhərin parklanma probleminin aradan qaldırılmasına, həm də büdcəyə əlavə vəsaitin daxil olmasına müsbət təsir edəcəyini qeyd ediblər.