![]() |
|
Xezerxeber.az xəbər verir ki, insanlar cəbhəyə gedərək döyüşmək və torpaqlarımızın azad olunmasında iştirak etmək istədiklərini bildiriblər.
Müxtəlif yaşda olan insanlar torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hazır olduqlarını bəyan ediblər.
Bu arada, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin təlimlərə çağırılmasının sosial şəbəkələrdə səfərbərliyin başlanması kimi xarakterizə olunmasına da münasibət bildirib.
Qurumdan bildirib ki, hərbi vəzifəlilər qanuna uyğun olaraq müəyyən müddətdən bir hərbi yoxlama, təlim və xüsusi toplanışlara cəlb olunurlar. Hazırda həyata keçirilən proses də bunun bir hissəsidir və çağırılan şəxsi heyət öz ixtisaslarına uyğun təlimlərə cəlb olunacaq.
Mayın 28-i balaca Mələyə leykoz (qan xərçəngi) diaqnozu qoyulub. Artıq dörd aydır ailəsi balaca qızın sağlamlığına qovuşması üçün mübarizə aparır.
2016-cı il təvəllüdlü Həşimli Mələk Fədai qızı əvvəlcə Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alıb. Hazırda isə müalicəsini Türkiyənin İzmir şəhərində yerləşən “9 Eylül” xəstəxanasında davam etdirir.
Balaca Mələyin atası qızının sağlamlığına qovuşması üçün kömək istəyir:
“Mərhəmətli və imkanlı şəxslərdən bu məsələyə biganə yanaşmamasını xahiş edirəm. Bilirəm, bu dövrdə çox adamın maddi durumu yaxşı deyil. Amma hər kəsdən bir manat Mələk üçün çox böyük köməkdir. Öz gücümüzə 18 000 dollar tapıb övladımı Türkiyəyə gətirdim. İki ay ərzində kart hesabına 10 000 manata yaxın pul toplanıb. Allah hər kəsdən razı olsun. Amma hamıdan Mələyi bu çətin mübarizədə tək qoymamalarını rica edirəm. Azərbaycan xalqına çox güvənirəm”.
4 yaşlı Mələk balaya yardım etmək istəyənlər üçün ardıcıllıq:
1) Ödəmə terminallarında “Bank xidmətləri” bölməsini seçib:
2) ”Kapital bank”-ı seçib
3) ”Bank hesabının artırılması” – “Karta mədaxil” bölməsini seçib
4) 4169 7413 8501 2800 nömrəsini daxil edib və irəli düyməsini basın.
Həmçinin “Card to Card” (Kartdan-karta) vasitəsi ilə göndərə bilərsiniz.
Kart sahibi: Fədai Həşimov
Mələyin atasının əlaqə nömrəsi: Türkiyə nömrəsi: +905378358610. Azərbaycan nömrəsi (WhatsApp) :055 8464652
"Ölkə.Az" Nazirliyə istinadən xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tərəfdaş qurumların əməkdaşları layihənin ilk tədbirində iştirak ediblər.
İlkin olaraq layihə çərçivəsində Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən XIX əsrə aid tikili – tarixi hamam binası ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Yerli əhəmiyyətli memarlıq abidəsində mühafizə lövhəsi yenilənib.
Mətbuata açıqlama verən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “İrsimiz məsuliyyətimizdir” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, aksiyanın əsas məqsədi ölkəmizin qədim və zəngin mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eyni zamanda ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir:
“Abidələr bizim irsimiz, tarixi yaddaşımız, milli kimliyimizi göstərən bir mirasdır. Bu gün burada yerləşən tarixi tikili ətrafında təmizlik işləri apardıldı. Ümid edirik ki, təkcə dövlət qurumları yox, həm də vətəndaşlarımız, media nümayəndələri, sosial şəbəkələrdəki fəallar, qeyri-hökumət təşkilatları da bu prosesə qoşulacaqlar”.
Anar Kərimov diqqətə çatdırıb ki, “İrsimiz məsuliyyətimizdir” layihəsi ölkəmizin başqa guşələrində də davam etdiriləcək. O qeyd edib ki, hazırda respublika üzrə dövlət mühafizəsinə götürülmüş tarixi abidələrin sayı 6308-dir:
“Aparılan monitorinqlər nəticəsində aşkar olunan abidələrin də müvafiq meyarlar üzrə bu siyahıya əlavə olunması nəzərdə tutulub. Bundan sonra prioritetləri müəyyən edərək abidələrdə bərpa və konservasiya işləri həyata keçiriləcək. Bu sahədə özəl sektorun iştirakını təmin etmək niyyətindəyik. Özəl sektorun iştirakını təmin etmək üçün müvafiq şəraitin yaradılması, bəzi güzəştlərin edilməsi istiqamətində də iş aparılır”.
Aksiyada iştirak edən Buzovna qəsəbəsinin sakinləri tarixi abidəyə göstərilən diqqətə görə öz minnətdarlığını bildiriblər. Qeyd olunub ki, hamam XIX əsrdə Məmmədrza Təhməzov tərəfindən tikilib və uzun müddət Buzovna qəsəbəsində yaşayan əhalinin istifadəsində olub.
Qeyd edək ki, layihə çərçivəsində davamlı olaraq bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.
Görəsən, həkim və diyetoloqların göyərtiyə olan sevgisinin səbəbi nədədir?
Mütəxəssislər göyərtinin əsas 3 faydalı xüsusiyyətini qeyd edir.
1. Göyərti maqneziumla zəngindir. Bu maddə sakitləşdirir, kalsiumla birlikdə sümükləri möhkəmləndirir, əzələ spazmlarını və ağrıları azaldır.
Həmçinin maqnezium ürəyin normal fəaliyyəti və damarların sağlamlığı üçün çox vacibdir. Sübut olunub ki, qida ilə kifayət qədər maqnezium alan insanlarda ürək-damar xəstəliklərinin riski 22% daha azdır.
2. Göyərti əla prebiotikdir. Prebiotiklər bağırsaqlarda yaşayan faydalı mikrobların çoxalmasını təmin edir. Sadə dildə desək, prebiotiklər bu mikrobların qidasıdır.
Bağırsaqlarımızda 2 kq qədər mikrob yaşayır. Bu mikrobların insanın həyatında və sağlamlığında rolu o dərəcədə böyükdür ki, alimlər bağırsaqların mikrobiotanı hətta ayrı orqan kimi hesab etməyi təklif edir.
Bağırsaq mikroblorasının pozulması dəri problemlərdən tutmuş immunitetin zəifləməsi və depressiyaya qədər müxtəlif problemlərə səbəb olur.
3. Həll olunmayan qidalı liflərlə zəngin olan göyərti bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı təzə göyərti yemək olmaz.
Saglamolun.Az
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi maarifləndirici şüarlar əks olunan plakatlar hazırlayıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin inzibati ərazisinə daxil olan məktəblərin önünə vurulması nəzərdə tutulan lövhələrdə azyaşlı şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Plakatlar bugündən etibarən yol polisi əməkdaşları tərəfindən məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.
"Ölkə.Az" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir:
"Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"
Kaliforniya Universitetinin alimləri infeksiyanın bədənə daxil olmasına imkan verən molekullara təsir edərək koronavirusu məğlub etməyin təsirli üsulunu kəşf ediblər.
Mütəxəssislərin işinin nəticəsi “Cell” jurnalında dərc edilib.
Alimlər koronavirusun heparansulfat molekulu olmadan hüceyrələrə yoluxa bilməyəcəyini aşkarlayıblar. Molekullar ağciyər hüceyrələrinin səthində yerləşir və virusun bədənə daxil olduğu reseptor rolunu oynayır.
Daha əvvəl mütəxəssislər SARS-CoV-2-nin sağlam hüceyrələrə bağlandığını müəyyənləşdiriblər. Məlum olub ki, o, sonra bədənə ACE2 reseptoru vasitəsilə daxil olur.
İndi heparansulfatın bir qoruyucu kimi çıxış etdiyi müəyyən edilib. Bu, virusun hüceyrəyə bağlanmazdan əvvəl əlavə olaraq onunla təmasda olması deməkdir.
Alimlər heparansulfatın hüceyrədən çıxarılması halında koronavirusun bədənə daxil olma qabiliyyətinin 80-90% azalacağını qənaətinə gəliblər. Bundan başqa, heparin maddəsindən insan hüceyrələrinə toxunmağa imkan vermədən virus üçün “tələ” kimi istifadə etmək olar.
Mütəxəssislər güman edirlər ki, kəşf COVID-19 əleyhinə yeni effektiv dərmanlar yaratmağa kömək edəcək.(Report)
Baku.ws xəbər verir ki, ekstrasensin sözlərinə görə, orqanizmində COVİD-19-a qarşı antitel yaranıb.
“Hazırda mən cəmiyyət üçün ən təhlükəsiz insanam. Çox təəssüf ki, antitel altı aydan çox qorumur. Yeri gəlmişkən, mənim bir məmur dostum var.
Onun infeksionist həkimi bildirib ki, insan maska taxmayanda orqanizmində daha çox antitel yaranır. Çünki insan daha çox xəstələnəndə onun bədənində antitel möhkəmlənir”, - deyə Zirəddin Rzayev bildirib.
Sosial-psixoloji amillər tütündən asılılığı müəyyənləşdirir, odur ki, insanın siqaretdən imtina etmək qabiliyyəti ilk növbədə düşüncə tərzi və davranış tərzi, həmçinin davranış stereotiplərindən asılıdır.
Publika.az xəbər verir ki, bu sözləri Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zykov söyləyib.
"Nikotin asıllığının əlamətlərini dayandırmaq çətin deyil, eyni zamanda asanlıqla həll edilir, lakin düşüncə tərzini və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Bir qayda olaraq, bu, siqaretdən imtina etməyə hazır olduğunu və bacarığını göstərir", - deyə ekspert bildirib.
Zykov izah edib ki, siqaret çəkmək tərzinin siqaret çəkən şəxsin düşüncə və davranışı ilə necə əlaqəli olduğunu anlamaq lazımdır. Məsələn, işdə başqaları ilə siqaret çəkirmi və ya nahardan sonra siqaret çəkmək istəyi stereotipləri yaranırmı. Mütəxəssis davranış və düşüncə tərzini dəyişdirmək üçün müəyyən təşviq və özünü dəyişdirməyə daxili istəyin vacibliyini diqqətə çatdırıb.
"Və əgər buna qadir deyilsinizsə, hətta siqareti tərgitmək istədiyinizə inansanız da, yenə bəhanələr tapacaqsınız".
Mütəxəssisin fikrincə, bu yanaşma yalnız siqaret çəkməyə deyil, asılılıq davranışın hər hansı bir formasına da aiddir.