Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!
Göyərti sağlam qidalanmanın ayrılmaz hissəsidir. Müasir diyetoloqlar hər gün mümkün qədər çox göyərti yeməyi tövsiyə edir.

Görəsən, həkim və diyetoloqların göyərtiyə olan sevgisinin səbəbi nədədir?
Mütəxəssislər göyərtinin əsas 3 faydalı xüsusiyyətini qeyd edir.
1. Göyərti maqneziumla zəngindir. Bu maddə sakitləşdirir, kalsiumla birlikdə sümükləri möhkəmləndirir, əzələ spazmlarını və ağrıları azaldır.
Həmçinin maqnezium ürəyin normal fəaliyyəti və damarların sağlamlığı üçün çox vacibdir. Sübut olunub ki, qida ilə kifayət qədər maqnezium alan insanlarda ürək-damar xəstəliklərinin riski 22% daha azdır.   
2. Göyərti əla prebiotikdir. Prebiotiklər bağırsaqlarda yaşayan faydalı mikrobların çoxalmasını təmin edir. Sadə dildə desək, prebiotiklər bu mikrobların qidasıdır.
Bağırsaqlarımızda 2 kq qədər mikrob yaşayır. Bu mikrobların insanın həyatında və sağlamlığında rolu o dərəcədə böyükdür ki, alimlər bağırsaqların mikrobiotanı hətta ayrı orqan kimi hesab etməyi təklif edir.
Bağırsaq mikroblorasının pozulması dəri problemlərdən tutmuş immunitetin zəifləməsi və depressiyaya qədər müxtəlif problemlərə səbəb olur.
3. Həll olunmayan qidalı liflərlə zəngin olan göyərti bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı təzə göyərti yemək olmaz.
Saglamolun.Az

Bakı Limanından “Əsgərə salam” hərəkatına həsr olunmuş təsirli VİDEO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulub. Sıralarında çox sayda sabiq hərbçi olan #BakıLimanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimiz, 2016-cı ilin şanlı Aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə vuruşmuş əsgər və zabitlər qarşısında baş əyir, onların şücaətini və qəhrəmanlığını əbədi yaşatmaq missiyasına qoşulur.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda altı nəfər limançımız şəhid olub, onlardan Elxan Kazımov, Sabir Babayev və Nüsrət Şirinovun adları limana məxsus gəmilərə verilib.

 

 

Yol polisi “Diqqət uşaqlar” aylığı çərçivəsində maarifləndirici plakatlar hazırlayıb  - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi  maarifləndirici şüarlar əks olunan plakatlar hazırlayıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin inzibati ərazisinə daxil olan məktəblərin önünə vurulması nəzərdə tutulan lövhələrdə  azyaşlı şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.

Plakatlar bugündən etibarən yol polisi əməkdaşları tərəfindən məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.

 

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib.

"Ölkə.Az" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir:

"Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"

Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlandı

Kaliforniya Universitetinin alimləri infeksiyanın bədənə daxil olmasına imkan verən molekullara təsir edərək koronavirusu məğlub etməyin təsirli üsulunu kəşf ediblər.

Mütəxəssislərin işinin nəticəsi “Cell” jurnalında dərc edilib.

Alimlər koronavirusun heparansulfat molekulu olmadan hüceyrələrə yoluxa bilməyəcəyini aşkarlayıblar. Molekullar ağciyər hüceyrələrinin səthində yerləşir və virusun bədənə daxil olduğu reseptor rolunu oynayır.

Daha əvvəl mütəxəssislər SARS-CoV-2-nin sağlam hüceyrələrə bağlandığını müəyyənləşdiriblər. Məlum olub ki, o, sonra bədənə ACE2 reseptoru vasitəsilə daxil olur.

İndi heparansulfatın bir qoruyucu kimi çıxış etdiyi müəyyən edilib. Bu, virusun hüceyrəyə bağlanmazdan əvvəl əlavə olaraq onunla təmasda olması deməkdir.

Alimlər heparansulfatın hüceyrədən çıxarılması halında koronavirusun bədənə daxil olma qabiliyyətinin 80-90% azalacağını qənaətinə gəliblər. Bundan başqa, heparin maddəsindən insan hüceyrələrinə toxunmağa imkan vermədən virus üçün “tələ” kimi istifadə etmək olar.

Mütəxəssislər güman edirlər ki, kəşf COVID-19 əleyhinə yeni effektiv dərmanlar yaratmağa kömək edəcək.(Report)

Zirəddin Rzayevdən koronavirus açıqlaması
Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev “İnstagram"da özü ilə bağlı məlumat paylaşıb.

Baku.ws xəbər verir ki, ekstrasensin sözlərinə görə, orqanizmində COVİD-19-a qarşı antitel yaranıb.

“Hazırda mən cəmiyyət üçün ən təhlükəsiz insanam. Çox təəssüf ki, antitel altı aydan çox qorumur. Yeri gəlmişkən, mənim bir məmur dostum var.

Onun infeksionist həkimi bildirib ki, insan maska taxmayanda orqanizmində daha çox antitel yaranır. Çünki insan daha çox xəstələnəndə onun bədənində antitel möhkəmlənir”, - deyə Zirəddin Rzayev bildirib.

Siqareti tərgitməyin əsas yolu açıqlandı

Sosial-psixoloji amillər tütündən asılılığı müəyyənləşdirir, odur ki, insanın siqaretdən imtina etmək qabiliyyəti ilk növbədə düşüncə tərzi və davranış tərzi, həmçinin davranış stereotiplərindən asılıdır.
Publika.az xəbər verir ki, bu sözləri Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zykov söyləyib.

"Nikotin asıllığının əlamətlərini dayandırmaq çətin deyil, eyni zamanda asanlıqla həll edilir, lakin düşüncə tərzini və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Bir qayda olaraq, bu, siqaretdən imtina etməyə hazır olduğunu və bacarığını göstərir", - deyə ekspert bildirib.
Zykov izah edib ki, siqaret çəkmək tərzinin siqaret çəkən şəxsin düşüncə və davranışı ilə necə əlaqəli olduğunu anlamaq lazımdır. Məsələn, işdə başqaları ilə siqaret çəkirmi və ya nahardan sonra siqaret çəkmək istəyi stereotipləri yaranırmı. Mütəxəssis davranış və düşüncə tərzini dəyişdirmək üçün müəyyən təşviq və özünü dəyişdirməyə daxili istəyin vacibliyini diqqətə çatdırıb.

"Və əgər buna qadir deyilsinizsə, hətta siqareti tərgitmək istədiyinizə inansanız da, yenə bəhanələr tapacaqsınız".

Mütəxəssisin fikrincə, bu yanaşma yalnız siqaret çəkməyə deyil, asılılıq davranışın hər hansı bir formasına da aiddir.

Bakıda hamı bu polisdən danışır
Bakıda mağazaların birində polisin 15-17 yaşlarında oğlana kömək etməsi insanlar tərəfindən xoş qarşılanıb.

Redaktor.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yeniyetmə polisə yaxınlaşaraq ac olduğunu bildirib və ona yeməyə nəsə almağı xahiş edib.

Əldə etdiyimiz məlumata görə, sözü gedən polis əməkdaşı , Nəsimi Post Patrul Xidmətinin (PPX) əməkdaşıdır.

“WhatsApp” istifadəçiləri DİQQƏTLİ OLUN!

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib.
Buna səbəb naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan mesajlar olub.

Bu barədə məlumatı “WABetainfo” nəşri yayıb.

Məlumatda bu cür mesajların “WhatsApp”ın işləyə bilmədiyi simvollar olduğu bildirilir.

İstifadəçi telefonda mətni açmağa çalışanda isə tətbiq dərhal bloka düşür. “WhatsApp”ın yenidə işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.
Bu cür xoşagəlməz halların qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.

Bununla istifadəçilər fırıldaqçıların toruna düşməkdən qurtula bilərlər.

Bundan başqa əgər ismarıc artıq telefona gəlibsə istifadəçilər kompyuterdə veb-versiyasından istifadə etməklə mətni silə bilərlər.

Messencer nümayəndələri isə bu problemin yaxın günlərdə “WhatsApp”ın gözlənilən yenilənməsində həll ediləcəyini bildiriblər.

Qara ciyəri qorumaq üçün

İnsan orqanizmi unikal və çox davamlıdır. Həkimlər tez-tez təkrar edir ki, qocalığa kimi sağlamlığını qorumaq heç də çətin iş deyil.
Saglamolun.az bildirir ki, insan orqanizmi özü özünü bərpa etmək qabiliyyətinə malikdir.
Qara ciyər ən davamlı orqanlardan biridir. Lakin buna baxmayaraq ildən ilə qara ciyər xəstəliklərinin sayı artır. Əksər hallarda bunun səbəbi insanın öz sağlamlığına qarşı düzgün olmayan münasibətdir.
Qara ciyəri sağlam saxlamaq üçün bu sadə qaydalara əməl edin:
- Təbii sağlam qidalara üstünlük verin. Müxtəlf fast-fud, souslar, ketçuplar, marqarin, çipsi, dükanlarda satılan və kimyəvi maddələrlə bol-bol doldurulmuş müxtəlif peçenyelər, vaflilər, pirojnaların və s. kimi qidaların daim qəbulu qara ciyərin sağlamlığına ciddi ziyan vurur. Məsələ burasındadır ki, bu qidaların tərkibində olan ziyanlı kimyəvi maddələr məhz qara ciyərdə zərərsizləşdirir. Nəticədə qara ciyər lazım olandan artıq yüklənir ki, bu da pozulmalara təkan verə bilər.
Sağlam qara ciyər üçün heç bir xüsusi pəhriz tələb olunmur. Adi qaydada qidalanmaq lazımdır. Qidalanmanızda ət, kərə və bitki yağları, meyvə-tərəvəz, yarmalar, yumurta, süd məhsulları olmalıdır. Bəzən eşitmək olur ki, yağlı qidalar qara ciyər üçün ziyanlıdır. Bəli, həddən artıq miqdarda qəbul olunduqda, yağlı qidalar tək qara ciyərə dəyil, bütün orqan və sistemlərə ziyan vurur. Lakin yağlardan tam imtina etmək də çox ziyanlıdır.
Daha az-az və daha tez-tez yeməyə çalışın. Artıq çəki yığmayın - bu qara ciyərin sağlamlığı üçün çox ziyanlıdır.
- Spirtli içkilər qara ciyərin əsas düşmənləridir. Spirtli içkilər qara ciyərə toksiki təsir edir, sadə dildə desək, qara ciyəri və həmçinin bütün orqanizmi zəhərləyir.
- İstənilən dərman preparatların qəbulu (xüsusilə bu uzun müddət ərzində baş verirsə) qara ciyərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən başınız və ya dişiniz ağrayanda, dərhal həb qəbul etməyə tələsməyin. Ağrıları təbii, dərmansız üsullarla da azaltmaq mümkündür.
Həkimlə məsləhətləşmədən heç bir dərman (hətta ziyansıs hesab etdiyimiz vitaminləri, tərkibində bitkilər olan preparatları və s.) qəbul etməyin. Yadınızda saxlayın - sağlam insana dərman tələb olunmur! Artıq bütün dünyada həkimlər belə nəticəyə qəlirlər ki, profilaktik məqsədi ilə qəbul olunan dərmanların bir çox hissəsi insanın sağlamlığına xeyirdən çox, ziyan vurur. Dərmanlar qara ciyərdə parçalanır və bu səbəbdən ilk növbədə bu halda məhz qara ciyər əziyyət çəkir.
Nəzərinizə çatdıraq ki, hətta otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
- Qara ciyər (bütün digər orqanlar kimi) hərəkət sevir. Hərəkət zamanı qan dövranı yaxşılaşır, mübadilə prosesləri sürətlənir. Bu isə orqanizmdə durğun proseslərin profilaktikasıdır. Belə proseslər isə bir çox pozulmaların inkişafına təkan verir.

Xəbər lenti