![]() |
|
Azərbaycanda sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum metodlarından birində kibercinayətkarlar “şifrəmi unutmuşam” bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.
Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:
1. Şübhəli linklərə keçid etməyin!
- Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzların “tələsinə” düşməsidir (“fişinq”).
- Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönləndirilir və istifadəçi adı və parolunu daxil edir.
- Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.
- Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.
- Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.
2. Güclü və unikal parollardan istifadə edin!
- Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.
- Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.
- Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.
- Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, “parol” və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, “12345” kimi ardıcıl rəqəmlərdən və ya “qüerty” kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.
3. Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!
- Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.
4. İki mərhələli autentifikasiyadan istifadə edin!
- Bu, üstün təhlükəsizlik tədbiri hesab olunur və demək olar ki, bir çox sosial media platformasında tətbiq edilir. Bu funksiya aktiv edildikdə, yeni cihazdan hesabınıza giriş edildikdə hesabla əlaqəli telefon nömrəsinə və ya e-poçta təsdiqləmə kodu göndərilir. İstifadəçi adınız və parolunuzu ələ keçirsə belə, kibercinayətkar bu kodu bilmədən hesabınıza daxil ola bilmir.
5. Üçüncü tərəf tətbiqlərə və saytlara hesabınıza giriş imkanı verərkən diqqətli davranın!
- Çox vaxt yeni hesab yaradarkən prosesi asanlaşdırmaq məqsədilə “Facebook ilə daxil ol”, “Google ilə daxil ol” kimi seçimlər qarşımıza çıxır. Unutmayın ki, etibarlı və ya təhlükəsiz sayt və tətbiqlər bununla yanaşı başqa əsas qeydiyyat vasitəsi (məsələn, e-poçtdan istifadə) təmin edir.İlk öncə tətbiqin və ya saytın etibarlılığını araşdırın.
- Həmçinin icazə verdiyiniz üçüncü-tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. İstifadə etmədiyiniz tətbiqləri silin.
6. Yeniləməni unutmayın!
- Brauzerinizi və əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin. Antivirus proqramlarından istifadə edin.
7. Hesabınızla əlaqəli istifadə etdiyiniz e-poçt əlçatan, mobil nömrə isə işlək olmalıdır!
- Təcrübədə görünür ki, çox zaman istifadəçilər qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçtun parolunu unudur və ya işlək olmayan mobil nömrələr qeyd edirlər. Unutmayın ki, hesabınız ələ keçirildikdə onun bərpa olunması üçün bu e-poçtdan istifadə olunur.
8. İctimai və ya ortaq istifadə edilən cihazlarda hesabınızdan çıxış etməyi unutmayın!
- Bu zaman “Şifrəni yadda saxla” funksiyasından istifadə etməyin.
- İctimai və ya başqasına məxsus wi fi-dan istifadə edərək sosial şəbəkə hesablarınıza daxil olmayın.
9. Tanımadığınız şəxslərdən dostluq təkliflərini qəbul etməyin!
- Kiberdələduzlar haqqınızda daha çox məlumat öyrənmək məqsədilə saxta hesablar yaradaraq sizə dostluq sorğuları və zərərli mesajlar göndərə bilər.
10. Hesabınızla bağlı şübhəli fəaliyyət aşkarladığınızda dərhal parolunuzu yeniləyin!
Son olaraq, hesabınıza daxil ola bilmirsinizsə, təşvişə qapılmayın. Hesabınızı bərpa etmək üçün sosial şəbəkə provayderinin təlimatlarınızı izləyin və parolunuzu dəyişin.
Bu kimi hallarla qarşılaşdığınız zaman metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz xahiş olunur.
Xəbər verdiyimiz kimi, gecə saatlarında yürüş iştirakçıları Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib.
İctimai Televiziyanın yürüş yerindən hazırladığı reportajda bildirilir ki, yürüş iştirakçıları Qarabağ uğrunda müharibəyə hazır olduqlarını qeyd ediblər. Polis qeyri-qanuni aksiyaya müdaxilə etməyib. Təxminən gecə saat 2 radələrində insanların böyük bir hissəsi dağılışsa da, Şəhidlər Xiyabanı və Milli Məclisin qarşısındakı meydanı tərk etməyənlər də olub. Tribunaya çıxan Müdafiə Nazirliyinin rəsmiləri toplaşanları orduya dəstəyə görə minnətdarlıqlarını bildirib.
Lakin bundan sonra baş verənlər nə aksiyanın məğzinə, nə də bu insanların səsləndirdiyi Qarabağın azad edilməsi şüarlarına uyğun gəlməyib. İşğal edilmiş torpaqların azad edilməsini tələb edən bir qrup insan niyəsə Qarabağa gedən yolun Milli Məclisin binasının şüşələrini sındıraraq qanunverici orqana daxil olmaqda görüb. Baş verənlər polisi hərəkətə keçməyə vadar edib. Asayiş keşikçiləri aksiya iştirakçılarına xəbərdarlıq edərək dağılışmağa tələb ediblər. Bu çağırışa əməl edilmədikdə polis əvvəlcə parlamentin binasına daxil olaraq qanunverici orqanı zəbt etməyə çalışan insanları saxlamağa başlayıb. Milli Məclisin qarşısındakı meydan xüsusi vasitələrdən istifadə edilməklə boşaldılması başlanılıb.
Reportajda aksiya iştirakçılarının bir neçə polis avtomobilinə, o cümlədən iki avtobusa ziyan vurduğu da deyilir.
Polis qısa zaman ərzində ərazidə asayişi bərpa etməyə müvəffəq olub. Qarabağa azadlıq və orduya dəstək şüarları hansısa qüvvələrin təxribatının nəticəsində dövlət orqanlarının binasına hücum və iğtişaşla nəticələnib. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kiminsə sifarişiylə puç edib.
Video mərkəzin “Facebook” hesabında yayımlanıb.
Videoçarxda bildirilir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq:
“Azərbaycan əsgəri ilə səngərdə çiyin-çiyinə vuruşan generallarımıza eşq olsun! Düşmənə layiqli cavab...”
İngiltərəli mütəxəssislər koronavirusa qarşı immuntetin daimi olmadığını, xəstələrin hər an yenidən koronavirusa yoluxacaqlarını açıqlayıblar.
İngiltərədə aparılan araşdırmada məlum olub ki, koronavirus xəstələri immuntetlərini itirərək, qripdə olduğu kimi gələn il yenidən yoluxa bilərlər. Londonun ‘’Guys and St Thomas’’ xəstəxanasında aparılan araşdırmada 90-dan artıq tibb işçisi və xəstələrin immuntet sistemi araşdırılıb. Virusa qarşı savaşan antikorlar virus yoluxduğu anda yüksələrək, 3 həftədən sonra sürətlə aşağı düşüb. Qan testlərinin nəticəsinə görə virusa yoluxanların 60 faizi güclü immuntet sayəsində sağalıblar. Ancaq üç ay sonra sadəcə 17 faiz insan virusa qarşı immunitetini qoruyub saxlaya bilib. Mütəxəssislərin fikrincə immunteti qorumağın ən yaxşı yolu virusa qarşı peyvəndin vurulmasıdır.
Fransa və Portuqaliyadan olan elm adamları ortaq araşdırma aparıblar.
Araşdırma zamanı müəyyən edilib ki, fermentləşdirilmiş (duzlu və ya turşu) tərəvəzlərin vaxtaşırı istifadəsi immunitet sistemini gücləndirir və koronavirusdan ölüm riskini 35% azaldır.
Mütəxəssislər fərziyyə irəli sürərək bildiriblər ki, antioksidantla zəngin qidalar COVID-19-un şiddətinə əhəmiyyətli təsir göstərir. Həmçinin bağırsaqda faydalı bakteriya populyasiyasının artmasına öz töhfəsini verir. Fermentləşdirilmiş məhsullar bu xüsusiyyətlərdən hər ikisinə malikdir. Bu məhsullar arasında ən çox sevilən pomidor və kələm turşusu da var.
Komanda fərziyyənin doğruluğunu yoxlamaq üçün Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) qida istehlakı məlumat bazasını təhlil edib. Avropa Birliyində hansı ölkələrin ən çox duzlu, turşu tərəvəz, süd və qatıq yediyini izləyib. Bu məhsulların istehlak nisbətlərinin COVID-19-dan ölüm nisbəti ilə necə əlaqəli olduğunu təhlil edib.
Tədqiqatçılar araşdırılan bütün məhsullardan yalnız duzlu və turşu tərəvəzlərin ölkədəki ölüm sayına əhəmiyyətli təsir göstərdiyini bildiriblər. Onların bölgədə tez-tez istifadəsi ölüm hallarını orta hesabla 35% azaldıb. (publika.az)
Deyilənə görə, onun mərkəzi timus vəzidir.
İndi bütün həkimlər koronavirusla mübarizədə insanın immun sistemin gücünün vacib olduğunu bildirir. Kim güclüdürsə, o qalibdir.
Bəs 4 aydır karantin şəraitində yaşayan, bir çoxlarının işsiz qaldığı, hər gün koronavirusa yoluxma sayı və ağırlaşmaları barədə informasiya ilə gözünü açıb, bu xəbərlərin təşvişi ilə yuxuya gedən, daha doğrusu yuxusu ərşə çəkilən, aylardır gəzinti, xoş məclis görməyən, deyib gülməyən, gəzməyən, ürəyi açılmayan insanın immun sistemi çalışarmı?
Xüsusən yay aylarında immunitetin möhkəmləndiyi ərəfədir. Yazdan çıxmış bədən bu aylarda su, günəş, dəniz, qum, istirahət, bol meyvə-tərəvəzlə özünə gəlir. Və bu 3 ayda onsuz da zəif insanları. uşaqları daha da məhrum edib payıza zəifləmiş çıxarıb virusa yem etmək hansı tibbi qanuna sığır?
Medicina.az olaraq bildirək ki, pandemiya bitərsə, bitəndən sonra növbəti 2 il ərzində dünya, həmçinin Azərbaycan əhalisi arasında psixoz, nevroz, infarkt kimi xəstəliklərin sayı artacaq, intiharlar çoxalacaq, 3 il sonra isə pandemiya yaşamış insanlar arasında şəkər və onkoloji xəstəliklər 3-4 dəfə artacaq.
Xüsusilə gənc insanlarda diabetin kökü məhz bu ərəfədə qoyuldu. Bu günündən və gələcəyindən narahatlıq və nagümanlıq, qorxu, həyəcan insanın bütün qan damar sistemini sıradan çıxarır, mədəaltı vəzin işini pozur, qanda daim stress hormonları normadan artıq olur, immun sistem sönür.
Araşdırmalara görə cəmi 2 həftəlik stress və qorxu insanın immunitetini 3 aylıq söndürür. Bu zaman insanı nəinki virus, hətta digər müxtəlif bakteriya, göbələk xəstəlikləri də tutur.
Orqanizmdə gizli və yatmış vəziyyətdə olan şiş hüceyrələri oyanır, onlara hücum edən qan hüceyrələri isə zəiflədiyindən vaxtında bunu aşkarlaya bilmir. Beləliklə, hər bir insanın zəif orqanı hansıdırsa, o hissədə şiş hüceyrələri aktivləşə bilər. Təbii ki, bir şişin yaranması üçün bir neçə il lazımdır.
Bu da təxminən 3 il ərzində baş verir.
Ona görə də düşünürük ki, bu aylarda insanların immunitetini qaldırmaq və nizamlamaq üçün tədbirlər görülməlidir. Bu isə psixoloji dəstək və insanları rahatladacaq tədbirlərdir. Hər bir insan stress səviyyəsini azaltmalı və özü də bu vəziyyətlə barışıb, sonrakı illəri düşünərək maksimum yaxşı düşünməli, yaxşı danışmalı və qorxunu minimuma endirməlidir.
Elə indidən nevroloq, psixiatr və psixoloq yardımlarından istifadə edərək yoxlanın və əsəbləri sakitləşdirəcək terapiyaya başlayın.
Eləcə də imkan tapan kimi təbiətə çıxın, yaşıllıqlarda çox olun, dəniz sahilinə gedin, idman edin, komediyalara baxın, gələcək üçün uğurlu planlar qurun, neqativi minimuma endirin. Telefon, internet və televiziyadan uzaqlaşın.
Su və tənəffüs prosedurları edin. Hava, günəş, torpaq enerjisi alın.
Nə edirsiz, necə edirsiz edin, gecə yatın. Gündə 8-9 saat yuxu almalısız. Yalnız yuxu sizin beyninizi neqativdən təmizləyəcək, killer hüceyrələr leykositlər bərpa olacaq. Yalnız yaxşı yuxu sizi pandemiyadan qoruya bilər. /medicina.az
Kiber qrupu siyahını sosial şəbəkələrdə paylaşıb.
Hakerlərin bu siyahını necə əldə etdiyi açıqlanmayıb. //haqqin.az
Ümumdünya Meteoroloji Təşkilatın (ÜMT) mütəxəssisləri tərəfindən aparılmış tədqiqat onu göstərir ki, dünya Paris iqlim sazişinin məqsədlərini yerinə yetirə bilməyəcək səviyyəyə çatıb.
"Technote"a istinadən xəbər verir ki, mütəxəssislərin fikirlərinə əsasən, yaxın 5 il ərzində qlobal temperaturun 1.5 dərəcə yüksələcəyi ehtimalı getdikcə artır.
ÜMT mütəxəssislərinin hesablamalarına görə, planetin illik ortalama temperaturu 2020-ci ildən 2024-cü ilə kimi minimum 1 dərəcə artacaq. Bundan əlavə olaraq 20%-lik ehtimal ilə hansısa ildə temperatur 1.5 dərəcə artacaq. Bu cür nəticələr 10 ölkədən olan meteoroloji stansiyaların proqnozları əsasında əldə olunub. Tədqiqatda iqlim dəyişikliyi, insan təsiri, yağışlar və küləklər kimi faktorlar nəzərə alınıb.
İndoneziyada son 3 həftə ərzində 7 382 nəfərdə denge qızdırması aşkar edilib.
Xarici KİV xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanvar ayında bəri qeydə alınan denge xəstəliyinin sayının ölkə daxilində 71 633-ə yüksəldiyini açıqlayıb.
Həmçinin də, nazir Vektorun açıqlamasına görə, ölkədə ən çox hadisənin müvafiq olaraq Qərbi Java, Bali, Şərqi Java, Şərqi Nusa Tenqqara və Lampunq bölgələrində görüldüyünü bildirib.
Denge səbəbiylə ölənlərin sayının 459 olduğunu ifadə edən nazir, ən çox itkinin Qərbi Java bölgəsində meydana gəldiyini qeyd edib. /Unikal.org/