|
Yük avtomobilləri ilə qayda pozan sürücülərin görüntüsü sosial şəbəkədə yayılıb. 99-JX-375 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən sürücü, müxtəlif yerlərdə və vaxtlarda sükan arxasında telefonu əldə saxlamaqla ondan istifadə edib. O, mobil telefonun kamerası ilə yolu, dənizi çəkərək fikrini yoldan yayındırıb.
Sürücünün çəkdiyi videoların birində 99-JP-814 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilini idarə edən sürücü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında axına qarşı hərəkət edib. Videodan aydın şəkildə görünür ki, hər iki avtomobilin sürücüsü tanışdılar.
Bu barədə AMEA-dan məlumat verilib.
Tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.
Xatirə muzeyin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.
Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.
Tədqiqatlar nəticəsində məlum olub ki, 4 yaşdan 15 yaşadək uşaqlar günün orta hesabla 80 dəqiqəsini TikTok-da keçirirlər.
Ted.az bildirir ki, YouTube-da bu göstərici 85 dəqiqədir.
Tədqiqat üçün keçirilən sorğuda ABŞ, Böyük Britaniya və İspaniyadan 60 000 ailə iştirak edib.
Nəzərinizə çatdıraq ki, 2020-ci ildə karantin dönəmində populyar platformanın uşaqlar arasında istifadə faizi 200% artıb.
Bu barədə “Facebook” şirkətinin banisi və rəhbəri Mark Çukerberq bildirib.
O, qeyd edib ki, proqramın yeni imkanlarını ilk olaraq Braziliyadan olan istifadəçilər qiymətləndirəcəklər.
"Bu gün biz Braziliyada “WhatsApp” istifadəçiləri üçün ödənişlərin işə salınmasına başlayırıq. Göndərilmə və pulun alınması footların mübadiləsi kimi sadə olacaq. Biz həmçinin kiçik biznesə birbaşa “WhatsApp”da satışları həyata keçirməyə icazə verəcəyik", - o özünün “Facebook”dakı səhifəsində yazıb.
Qafqazinfo xəbər verir ki, adi günlərdən fərqli olaraq, indi paytaxt küçələrində insana tək-tük halda rast gəlmək olur. Onlar da ya müvafiq icazəsi olanlar, ya da itlərini gəzdirmək üçün küçəyə çıxanlardır.
“WhatsApp” messencerinin yaradıcıları mesajı tarixə görə tapmağı imkan verəcək yeni funksiyanı yoxlayırlar.
Bu barədə xarici mətbuat xəbər verir.
Yenilik axtarışın keyfiyyətini artıracaq.
Xüsusilə, istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini seçməklə istədiyi mətni tez bir zamanda tapa biləcəklər.
Bundan əvvəl, “WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb. /Modern.az/
“Bəzi ölkələr COVİD-19 pasportu tələb edəcəyi ilə bağlı məlumat verib”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
Arif Məmmədova görə, pandemiya dövründə uçuşlarla bağlı bir sıra qaydalar qəbul olunub:
“Mayın 27-də COVID-19 pandemiyası dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar hazırlanıb. Artıq bir sıra ölkələrdə “COVID-19″ pasportunun olacağı qeyd edilib. Lakin sərnişinləri karantinə götürəcək dövlətlərdə bu karantinin kimin hesabına olacağı bəlli deyil”. /Yenicag.az/
Medicina.az bildirir ki, həkimlər hazırki durumla bağlı dondurmanın boğaz ağrısı, qıcıqlanma, allergiya, iltihab, öskürək, bəzi hallarda zəif insanlarda zökəm, qripə bənzər vəziyyətlər yaratdığını nəzərə alaraq, onu bacardıqca az yeməyi tövsiyə edir.
"Dondurma bədən temperaturunu kəskin salır, boğazda iltihabi ocaq yaradır, səsi tutur, angina, laringit, digər xəstəliklər yaradır. Bu zaman insan koronavirus infeksiyasına daha həssas olur,immuniteti düşür, xəstəlik simptomları bir-birinə bənzəyir.
Həm insan özü, həm də həkim koronavirusdan şübhələnir. Bu zaman test götürmək lazım gəlir. Ona görə lazımsız problemlərlə üz-üzə gəlməmək üçün, bu ərəfədə buzlu qidalardan uzaq durun, bədən temperaturunu normal saxlayın, bədənin və ayrı-ayrı orqanların soyumasına imkan verməyin".