Bütün Azərbaycanı qürurlandıran sadə vətəndaş
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ordumuzun düşmənə ağır zərbələr endirməsi ilə yanaşı yerli sakinlərdən birinin hərəkəti sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilib.

"Ölkə.Az" xəbər verir ki, "Polygon Azerbaijan" adlı səhifənin yaydığı görüntülərdə təmas xəttində Tovuz sakini ilə Azərbaycan ordusunun hərbçisi  arasında baş verən olay böyük rəğbətlə qarşılanıb. 

Belə ki, yayılan fotodan da göründüyü kimi Ağdam kənd sakini təmas xəttinə daxil olaraq düşmənin ağır artilleriya zərbələri qarşısında dayanan ordumuzun hərbçisinə bayraq təqdim edib. 

Hərbçimiz isə öz növbəsinə yerli sakindən bayrağı qəbul edərək onu öpərək yenidən posta qayıdıb. 

Bu olay zamanı nə yerli sakin, nə də hərbçimiz xəsarət almayıb. Düşmənin sıx atəşə tutduğu bir bölgədə hərbçi ilə sakin arasında baş verən bu olayın ictimailəşməsi hər iki tərəfə tərif yağdırıb. 

Sosial şəbəkədə istifadəçiləri Tovuz sakininin cəsarətini, zabitimizin isə bayrağı alarkən onu öpməsini təqdir edib.

Hər gün ballı su içməyin bilmədiyimiz FAYDALARI
Gündə bir dəfə ballı su içmək immunitet sistemini gücləndirir.

Əgər şəkər xəstəliyiniz və problemli, iltihablı dəriniz varsa hər səhər ilıq suya bir qaşıq bal töküb içə bilərsiniz. Bir yaşından yuxarı uşaqlar və böyüklər tərəddüd etmədən ballı suyun faydasından yararlana bilərlər. Ancaq mədə-bağırsaq sistemində problemi olanlar bu barədə həkimlə məsləhətləşməlidirlər. Bal günün istənilən saatında ilıq su ilə içilə bilər. Araşdırmalara görə axşam yatmadan əvvəl içilən ballı su rahat yatmağa və yuxuya asan getməyə kömək edir. Eyni zamanda ballı su sümükləri möhkəmləndirərək, erkən qocalmanın qarşısını alır. İmmunitet sistemini gücləndirmək üçün balı ilıq su ilə qarışdırırlar. Lakin soyuq su ilə içilə bilər. 

Ballı Ilık Su İçmenin Vücuda Etkileri

Ballı Ilık Su İçmenin Vücuda Etkileri

Bu da yeni bəla! 2025-ci il üçün bədbin proqnoz

Dünyada son 3 milyon il ərzində ən fəlakətli durum qeydə alınacaq.
Sputnik Azərbaycan xəbər verir ki, Sauthempton Universitetinin yeni araşdırmasına görə, 2025-ci ilə qədər Yer atmosferindəki karbon qazının səviyyəsi son 3,3 milyon il ərzində ən isti dövrlərdən belə, daha yüksək səviyyədə olacaq.

Alimlər Karib dənizinin okean çöküntülərindəki kiçik qalıqların kimyəvi tərkibini təhlil ediblər. Bu məlumatlar Pliosen dövründəki atmosferin kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verib.

Tədqiqat müəllifləri borun izotopik tərkibinə diqqət yetiriblər. Bu element birhüceyrəli orqanizmlərin - foraminiferlərin membranlarında mövcuddur.

Onlar uzunluğu 0,5 mm-dən çox olmur, milyonlarla il ərzində tədricən dəniz dibi üzərində yığılırlar. Borun izotop tərkibi dəniz suyunun turşuluğundan asılıdır və pH da öz növbəsində atmosfer CO2-nin konsentrasiyasını göstərir.
Qeyd edək ki, üç milyon il əvvəl planetimizdəki orta istilik bu gündən 3 dərəcə yüksək olub. Qütbdəki buz örtükləri azalıb və dəniz səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Bənzər iqlim prosesləri bu gün də baş verir. Alimlər bu cür istiləşmə dövrlərinin Yerin ekosisteminə necə təsir etdiyini öyrənməyi planlaşdırıblar və gözlənilməz faktlar aşkarlayıblar. Məlum olub ki, ən isti dövrlərdə belə, CO2 səviyyəsi milyona 420 (ppm) hissəni keçməyib.

Bu, indiki göstəricilərlə müqayisə edilə bilər (415 ppm). Amma havadakı karbon qazının miqdarı ildə 2,5 promil sürətlə artmaqda davam edir. Bu isə o deməkdir ki, 2025-ci ilə qədər Yer kürəsində Pliosen dövrünün istiləşməsi zamanı olan "rekord" yenisi ilə əvəz olunacaq.

"Gələcəkdə CO2 göstəriciləri son 15 milyon ildə ən yüksək həddə də çata bilər" - deyə araşdırma müəllifi Alvin de la Vega qeyd edib.

XXI əsrdə iqlim üç milyon il əvvəlkindən daha soyuq olaraq qalır. Amma alimlərin fikrincə, bu müvəqqəti bir təzahürdür. Bu günə qədər atmosfer prosesləri müəyyən dərəcədə CO2 emissiyalarını kompensasiya edib, lakin onların həcmi artmaqda davam edir.

Gözəlləşmək və arıqlamaq üçün qarğıdalı yeyin

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.
Axşam.az həmin faydaları təqdim edir:

1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var.

2. Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.

3. O, qanda ateroskleroza səbəb olan pis xolesterinin və şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir.
4. Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz.

5. Yağlı və qizarmış qidaların mənimsənilməsini asanlaşdırır, onların orqanizmə olan mənfi təsirini azaldır. Bu səbəbdən ağır qidalardan sonra bişmiş qarğıdalı yemək yaxşıdır.


6. Qarğıdalı saçaqları da xalq təbabətində geniş istifadə olunur. O, qanda şəkərin səviyyəsini aşağı salır, sidikqovucu və ödqovucu effektinə malikdir, aterosklerozla mübarizə aparır.

7. Qarğıdalı unu isə kosmetik vasitə kimi istifadə olunur. Qarğıdalı unu qaynar su ilə qarışdırılır və ilıq vəziyyətdə üz dərisinə çəkilir. Belə maska dərini təmizləyir, ağardır, ləkələri aparır, dərinin rəngini daha yaxşı və sağlam edir. Bu maskaya limon, bal və yumurta əlavə etdikdə, maska dərinin qabıqlanması və quruluğu ilə mübarizə aparır, dərinin tonusunu artırır.

8. Qarğıdalı iştahanı azaldır və bu səbəbdən arıqlama məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

Yer kürəsində daha bir okean yarana bilər
Gələcəkdə Yer kürəsində yeni – beşinci okeanın yarana biləcəyini proqnozlaşdırırlar.

“NBC News” xəbər verir ki, tədqiqatçıların fikrincə, təxminən 5-10 milyon il sonra Afrikanın şərqində tektonik sınma baş verəcək və qitə yarıya bölünəcək.

Qitənin Efiopiyanın Afar regionundakı bu hissəsi üç tektonik layın birləşdiyi nöqtədə yerləşir və həmin laylar tədricən bir-birindən aralanır. 2005-ci ildə regionda uzunluğu 56 kilometrə çatan iri çat yaranıb.

Alimlər hesab edirlər ki, son nəticədə həmin çat Afrikanı iki yerə böləcək və yeni okean üçün hövzə peyda olacaq.

“Bu, Yer kürəsində yeganə yerdir ki, kontinental riftin okeanik riftə çevrilməsini əyani şəkildə öyrənmək mümkündür”, - Böyük Britaniyadakı Lids Universitetinin professoru Kristofer Mur deyib. (oxu.az)

Qocalanda ağılı itirməməyin sadə yolu tapılıb

ABŞ-da Stouni Bruk Universitetinin alimləri qocalma ilə əlaqəli neyrobioloji dəyişikliklərin 50 yaşına yaxınlaşan insanlarda baş verdiyini müəyyənləşdiriblər.
MedicalXpress-in xəbərinə görə, istehlak edilən karbohidratların miqdarını azaltmaqla bunun qarşısını almaq olar.

Tədqiqatçılar 18-88 yaş arası 1000 nəfər üzərində təcrübə apararaq, onlara funksional maqnit-rezonans beyin tomoqrafiyası tətbiq ediblər.
Yaşlandıqca idrak funksiyalarının azalması və insulin müqavimətinin artması ilə əlaqələndirilən beyin bölgələri arasındakı funksional əlaqələrin pozulmasının ortaya çıxdığı məlum olub.

Bildirilir ki, diabet öncəsi vəziyyət və 2-ci tip diabet neyronları qlükozanın effektiv metabolizmi prosesinə maneə törədir. (sağlamolun.az)

Koronavirusla bağlı son STATİSTİKA
Dünyada 14 645 947 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 608 942 nəfər ölüb, 8 736 951 nəfər sağalıb.

Dünya dövlətləri arasında koronavirusa yoluxma sayına görə ilk üçlüyə ardıcıl olaraq ABŞ (3 898 550 nəfər), Braziliya (2 099 896 nəfər), Hindistan (1 118 107 nəfər) daxildir.

Azərbaycanın sərhəd qonşusu Rusiya 771 546 yoluxma sayı ilə dördüncüdür.

İranda 273 788, Türkiyədə 219 641, Ermənistanda 33 877, Gürcüstanda 1 028 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Azərbaycanda bu zamana qədər koronavirusa yoluxan 27 521 nəfərin 18 967 nəfəri sağalıb, 354 xəstə vəfat edib.

Şəhid polkovnikin oğlu atası ilə son telefon əlaqəsindən danışdı

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə olan son telefon əlaqəsindən danışıb.

Azərbaycan Televiziyasında yayımlanan “Çıxışa doğru” verilişində qonaq olan gənc bunları deyib:

“4 gün qabaq atamla telefon danışığı olmuşdu. Bu telefon danışığında gələcəklə bağlı planlarımızı, nə edəcəyimizi, seçdiyimiz peşənin necə olacağı barədə söhbət etmişdik.

Atam hərbçi kimi çalışırdı, ancaq məni mütləq hər hansısa hüquq-mühafizə orqanında görmək istəyirdi, çünki özüm də bunu istəyirdim. Hərbçi ailəsində böyüdüyüm üçün, atamdan nümunə götürərək bu peşəni seçmək istəyirdim”.  

Qeyd edək ki, polkovnik İlqar Mirzəyev iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

 

Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlunun övladı dünyaya gəlib. 

Xezerxeber.az məlumatına görə, iki gün əvvəl son mənzilə yola salınan gizirimizin bu gün qız övladı doğulub. 

Mövzu ilə bağlı reportajı təqdim edirik:

Hacı Şahindən parlamentdə “Allahu Əkbər” qışqıranlara reaksiya
“İzlədiyim zaman gördüm ki, parlamentə daxil olmaq istəyən bir neçə şəxs “Allahu Əkbər” şüarından istifadə edib. Həmin şəxsləri yaxınlaşdırıb baxan zaman onların dinlə həm zahiri, həm də daxili baxımdan heç bir əlaqəsinin olmadığı ortaya çıxır”. 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli İTV-nin efirində qonaq olan zaman deyib. Bildirib ki, “Allahu Əkbər” ifadəsi sadəcə Allahın böyük adının yad edilməsidir:

“O qədər bu şüardan yersiz istifadə ediblər, müsəlmanların başını kəsərkən səsləndiriblər və artıq bu şüarla bağlı insanlarda qorxunc bir vahimə formalaşıb. Orada birliyə, vəhdətə dəvət edən fikirlər səsləndirilməli idi. Mən bunu birmənalı şəkildə, tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda yaşayan böyük əksəriyyət inanclıdır və bu kəsim hər zaman orduya dəstəklə yanaşıb. Din çox həssas sahədir. Bu yolla manipulyasiya çox aktual mövzudur”.

“İzlədiyim zaman gördüm ki, parlamentə daxil olmaq istəyən bir neçə şəxs “Allahu Əkbər” şüarından istifadə edib. Həmin şəxsləri yaxınlaşdırıb baxan zaman onların dinlə həm zahiri, həm də daxili baxımdan heç bir əlaqəsinin olmadığı ortaya çıxır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli İTV-nin efirində qonaq olan zaman deyib. Bildirib ki, “Allahu Əkbər” ifadəsi sadəcə Allahın böyük adının yad edilməsidir:

“O qədər bu şüardan yersiz istifadə ediblər, müsəlmanların başını kəsərkən səsləndiriblər və artıq bu şüarla bağlı insanlarda qorxunc bir vahimə formalaşıb. Orada birliyə, vəhdətə dəvət edən fikirlər səsləndirilməli idi. Mən bunu birmənalı şəkildə, tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda yaşayan böyük əksəriyyət inanclıdır və bu kəsim hər zaman orduya dəstəklə yanaşıb. Din çox həssas sahədir. Bu yolla manipulyasiya çox aktual mövzudur”.

 

Xəbər lenti