|
Əsasən, Afrika və Yaxın Şərqdə yerləşən ölkələrdə müşahidə olunan qadın sünnətinin hazırda Azərbaycanda da həyata keçirilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, ictimai fəal, deputatlığa keçmiş namizəd Nurlana Cəlil ölkənin şimal-qərbində, Zaqatala-Balakən rayonlarının bəzi kəndlərində belə bir adətin olması məsələsinə diqqət çəkib. Qeyd edib ki, Zaqatalanın Danaçı, Car və Balakənin bəzi kəndlərində qadınlar uşaq yaşlarında sünnət olunur:
“Bu sünnətin normal qadın sünnətində olduğu kimi klitorisin və ya vulvanın kəsilməsi ilə deyil, klitorisi çərtərək azca qan çıxardılması ilə tətbiq edildiyi deyilir”.
N. Cəlilin paylaşımından sonra xeyli insan sözügedən bölgədə belə bir adətin olmasından xəbərdar olduğunu və həmin ərazidə yaşayan avar milləti tərəfindən davam etdirildiyini bildirib. Hətta uşaq yaşında sünnət olunduğunu iddia edən bir qadın ictimai fəalla əlaqə saxlayaraq anonim paylaşılması şərti ilə iddianı təsdiqləyib:
“Zaqatalanın Danaçı, Yolayrıc, Makov, Car, Matsex kəndlərində qadın sünnəti var, amma Afrikada olduğu kimi deyil. O sünnət işgəncəlidir, amma bizim sünnət çox adi formada olur. Çox vaxt 2-3 yaşlarında edilir. Uşaq onu heç hiss də etmir. Niyə edilir, səbəb nədir, din ilə bağlıdırmı biz də bilmirik. Şəxsən mən özüm də olunmuşam. Xəyal kimi yadıma gəlir. Heç ağlamamışdım da. Hiss də etməmişdim heç nə”.
Adını açıqlamayan xanım söhbətin davamında əlavə edib ki, bölgədə qadınlar sünnətlə bağlı məsələni kişilərdən gizlədirlər:
“Bacılarım, bacım qızları, tanıdığım bütün qızlar, onların qız uşaqları da sünnət olunub. Biz çoxumuz bunu öz həyat yoldaşlarımızdan da gizli edirik. Heç bir qadın yoldaşına deməz ki, qızı sünnət olunub. Bax beləcə davam edir bu adət. Məncə çox lüzumsuz bir adətdir. Təki bu adət yox olsun”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda qadın sünnətinin olması ilə bağlı Komitəyə indiyə kimi hər hansı müraciət və ya şikayət daxil olmayıb:
“Dünya üzrə statistikaya baxsaq, qadınların sünnəti məsələsi, qadınların cinsi orqanları ilə bağlı hər hansı əməliyyatların aparılması daha çox Afrika ölkələrində yayılıb. Nə əvvəllər, nə də indi ölkəmizdə belə bir fakt öz təsdiqini tapıb. Həmçinin, dövlət qurumları tərəfindən də inzibati, cinayət halı kimi belə bir fakt qeydə alınmayıb. Buna baxmayaraq Komitə tərəfindən cinsi ayrı-seçkiliyin aradan qaldırılması, cinsi ayrı-seçkilik, gender üzrə bərabərliyin təmin edilməsi, sağlamlıq haqda təlimlər keçirilir”.
E. Səfərov qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılması üçün zorakılığa məruz qalan şəxs özü müraciət edərək fakt təqdim etməlidir:
“Araşdırma o vaxt aparılır ki, faktı, əsası olsun. Sosial şəbəkələrdə bir qrup insan bu mövzunu müzakirəyə çıxarıb. Hətta qurbanlar bunu müzakirə etmir, qıraq şəxslər müzakirə edir. Heç özləri belə bir halın olub-olmadığını bilmirlər”.
Qeyd edək ki, qadın sünnəti (Female Genital Mutilation - FGM) yəni, klitorisin kəsilməsi, qadın cinsini şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanını korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bu əməliyyat yüngül formada qanaxma, ağır formada isə ölümlə nəticələ bilər.
Birləşmiş Millətlər Təşkilatı hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini açıqlayıb. UNİCEF tərəfindən açıqlanan hesabatda Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi bildirilib. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına əsasən, qadın sünnəti ciddi zorakılıq forması adlandırılaraq 1247 (2001) saylı Qətnamə qəbul edilib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı qadın cinsiyyət orqanında deformasiyaya səbəb olacaq hər hansı digər fiziki dəyişikliklərin edilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edib.
İki tanınmış xanım jurnalist – Ləman Ələşrəfqızı və Afət Telmanqızı yeni internet televiziyası qurur.
İnternet tv-nin yayımı üçün bütün texniki işlər başa çatdırılıb.
Xəbəri Gununsesi.org-a təsdiq edən Ləman Ələşrəfqızı kanalın adını da söyləyib: “Kanalımız “LAF” TV adlandırılacaq. Tamaşaçılarla görüşə mayın 28 də – Respublika Günü gələcəyik”.
Bu gün insanları narahat edən əsas məsələlərdən biri də onların Votsap, Messencer kimi platformalarında olan məlumatların kimlərsə tərəfindən ələ keçirilməsidir. Belə hallarla rastlaşmamaq üçün nə edilməlidir və hansı proqramdan istifadə təhlükəsiz ola bilər?
Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, mesajlaşma proqramlarında məlumatlar data mərkəzə toplanırsa, onlar təhlükəsiz hesab edilmir:
“Mesajlaşma proqramlarında tərəflər arasında söhbətlər şifrəliənubsə, bu onun təhlükəsiz olmasını göstərir. Məsələn, bu cür proqramlar arasında Votsap daha təhlükəsizdir. Çünki kiminləsə mesajlaşan zaman söhbətin əvvəlində sarı lentdə danışıqların şifrələnməsi barədə istifadəçiyə məlumat verilir. Bu şifrələnmə yazışan iki nəfər arasında olur. Yəni informasiyalar heç bir yerdə toplanmır. Bu gün Votsapın bu cür yanaşması onun təhlükəsizliyini xeyli möhkəmləndirmiş olur. Votsap 3-cü tərəfə bu mesajları istəsə də verə bilmir. Elə informasiya sistemləri də var ki, bizim göndərdiyimiz məlumatlar bir data mərkəzdə toplanır və sonra göndərilir. Məsələn, Feysbukun messenceri və s. Əgər məlumatlar haradasa toplanıb, sonra göndərilirsə, həmin mərkəzdə problemlər ola bilər. Mesajlaşmanın göndərildiyi data mərkəz varsa, bu, artıq orada risk olduğu deməkdir və mesajlar ələ keçə bilər. Votsapda bununla bağlı hansısa bir məsuliyyət yoxdur. Votsapla yanaşı, Teleqram və Siqnal da təhlükəsiz hesab olunur”.
O.Gündüz onu da qeyd edib ki, cihaza müdaxilə edilməklə şifrələnmiş söhbətlərlə yanaşı istənilən məlumatlar əldə edilə bilər:
“Votsap və digər təhlükəsiz proqramlarda yazışmalarının ələ keçirilməsi o deməkdir ki, həmin şəxsin telefonuna kiminsə girişi olub. Bu yolla telefondakı şəkilləri, mesajları oxumaq mümkün olur. Bunu uzaqdan da proqramla etmək olur. Bunun üçün qarşı tərəf ona göndərilən hansısa “geydirmə” proqramı qəbul etməlidir. Telefon sahibinin xəbəri olmadan həmin proqram lazımi məlumatları kopyalayıb ötürə bilir. Burada Votsap və digər təhlükəsiz proqramların heç bir günahı olmur. Votsapın kompüter variantı da var və kompüterə elə proqram yazıla bilər ki, klaviaturada yığılan bütün məlumatlar ötürülər. Buna görə cihazın özü də qorunmalıdır. Bəzən də elə proqramlar olur ki, onlar zəif olur və onların özünə müdaxilə edilərək, telefondakı məlumatları oxuya bilirlər. Bəzi tətbiqlər vasitəsi ilə bunun qarşısı alına bilər. Yəni cihaza virus göndərilən zaman o, sahibinə bu haqda siqnal verir”.
Azərbaycanda bu günə qədər 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2055 nəfər müalicə olunaraq sağalmış, 40 nəfər vəfat etmiş, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda koronavirusa yoluxanlar daha çox 50-59 yaşlı insanlardır. Ümumi yoluxma üzrə yaş bölgüsü isə belədir: 0-9 yaş 5%, 10-19 yaş 16%, 20-29 yaş 14%, 30-39 yaş 18%, 40-49 yaş 16%, 50-59 yaş 22%, 60-69 yaş 13%, 70-79 yaş 4% və 80 yaşdan yuxarı 2%.
Ölkədə COVID-19 virusuna yoluxanlar arasında qadınlar 57%, kişilər isə 43% təşkil edir.
Vəfat edən 40 nəfər arasında yaş bölgüsü isə belədir: 40-49 yaş 6%, 50-59 yaş 22%, 60-69 yaş 36%, 70-79 yaş 25%, 80 yaşdan yuxarı 11%.
Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı rəsmi rəqəmlərə görə, bu günə kimi ölkə ərazisində koronavirusdan vəfat edənlərin siyahısı belədir: 1961-ci il, 1932-ci il, 1956-cı il, 1965-ci il, 1977-ci il, 1949-cu il, 1961-ci il, 1943-cü il, 1949-cu il, 1942-ci il, 1944-cü il, 1956-cı il, 1958-ci il, 1969-cu il, 1969-cu il, 1957-ci il, 1951-ci il, 1944-cü il, 1960-cı il, 1935-ci il, 1963-cü il, 1940-cı il, 1946-cı il, 1961-ci il, 1933-cü il, 1955-ci il, 1935-ci il, 1960-cı il, 1949-cu il, 1953-cü il, 1956-cı il, 1957-ci il, 1951-ci il, 1961-ci il.
Qeyd edək ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.
/baku.ws/
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində 18 may tarixindən yaşayış yerini SMS icazə sistemi ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, 5 aprel 2020-ci il tarixindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyət göstərib. Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzı və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib: "Bu müddətdə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 72 330 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 924 992 icazə faktiki qüvvədə olub.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib".
Məlumatda bildirilir ki, vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb: "Mərkəzin əməkdaşları tərəfindən, ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub. Sistemin tətbiqi ilə bağlı beynəlxalq maraq da olub. Belə ki, Qazaxıstan Respublikası müvafiq təcrübə əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb. Eyni zamanda Rusiyanın bir neçə federal subyektinin tətbiq etdiyi bu sistemlə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliyi tərəfindən də Dövlət Agentliyinə sorğular göndərilib.
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hər kəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq".
Bütün dünyaya məlumdur ki, ən çox azərbaycanlı yaşayan ölkə İrandır. Ancaq bir neçə onillikdir ki, burada yaşayan soydaşlarımızın sayı 30 milyon göstərilir, artım dilə gətirilmir. Qeyri-rəsmi rəqəmlərdə bu say 50 milyondan yuxarı qeyd edilir. Rəsmi açıqlamada isə gerçəklik dəfələrlə kiçildilir, guya bu ölkədə 8 milyon azərbaycanlı yaşayır.
Əgər İslam inqilabından sonrakı 40 ildə bu ölkənin əhalisinin sayı 3 dəfə artıbsa, azərbaycanlıların sayı necə dəyişməyə bilər?.
Məsələnin siyasi tərəfinə varmadan sırf statistik göstəriciləri araşdırmağa çalışdıq.
On iki ildir İrandan gəlib Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az saytına açıqlamasında bu günə kimi məsələnin dəqiqləşdirilmədiyini deyir:
“Cənubi Azərbaycanda nə qədər azərbaycanlının yaşadığını rəsmi rəqəmlərlə söyləmək çətindir. Çünki İran dövləti də rəsmi statistik rəqəmlər ortaya qoymayıb. Bu da ən böyük problem yaradır. Üstəlik soydaşlarımızın sayı barədə araşdırma da aparılmır”.
Araz Obalı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin məsələyə münasibətini də qeyd edib:
“Əslində, bu suala İranın xarici işlər naziri qismən də olsa cavab verib. Belə ki, nazir Məhəmməd Cavad Zərif Türkiyədə qonaq olanda jurnalistlərin sualına belə cavab verib: “İranın 40%-i türk dilində danışır”. Deməli, İran dövlətinin 83 milyon əhalisinin 40%-ni hesablayanda ortaya belə bir rəqəm çıxır: orada 35 milyon azərbaycanlı var”.
Cənubda doğulub xarici ölkələrə mühacir etmiş digər soydaşlarımız isə İranda azərbaycanlıların sayının 50 milyonu ötdüyünü iddia edirlər.
Bu barədə ABŞ Milli Səhiyyə İnstitutu araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, virus daşıyıcısı şəxs maskasız formada yüksək səslə danışanda və ya qışqıranda ətrafa tüpürcəklə birlikdə yayılan virus damcıları 8-14 dəqiqə havada qalır. Araşdırmaya qatılan şəxslərin 1 dəqiqə ərzində danışığı zamanı ətrafa ən az 1000 viruslu damla yaydığı təsbit olunub.
Maska taxmağın həyati əhəmiyyətə sahib olduğunu vurğulayan araşdırmaçılar ətrafa yayılan damcı sayının 100 minə çata biləcəyini qeyd ediblər. (publika.az)
1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.
Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.
Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.
Müəyyən edilib ki, bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır.
Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. report